Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud dada gorgud


Dəvələr nə olsa yeyir, həmçinin dodaqları və ağız boşluğunu zədələmədən tikan da yeyə bilirlər



Yüklə 1,81 Mb.
səhifə86/188
tarix04.01.2022
ölçüsü1,81 Mb.
#56684
növüXülasə
1   ...   82   83   84   85   86   87   88   89   ...   188
Dəvələr nə olsa yeyir, həmçinin dodaqları və ağız boşluğunu zədələmədən tikan da yeyə bilirlər.

Dəvə çox fəhmli heyvandır, o, bir dəfə keçdiyi yolu ömrü boyu çaşdırmır. Dəvənin bu keyfiyyəti haqqında yaranmış xalq məsəlində bu, çox dəqiqliklə ifadə olunmuşdur: “Dəvə asta gedər, çox gedər”.

“Dəvə – heykəl, at – murad, camış – mərcan, qoyun – qurban, keçi – şeytan” zərb-məsəlində də dəvəyə məhəbbət və ehtiram aşkar duyulur.

Görmə qabiliyyəti güclü olan dəvə örüşdə ona lazım olan otu seçib, ancaq öz payını götürür. Hətta ac olanda belə bitkini bütöv yemir, ondan müəyyən hissəni qoparmaqla kifayətlənir.

Susuz dəvələr 60-70 kilometrlik məsafədə suyun olduğu səmti asanlıqla duyub tapırlar.

Dəvə həmçinin yüksək keyfiyyətli süd məhsulları verir. Onun südü yüksək bakterisidlik xassəsinə malik olduğundan onu 2-3 gün adi hava şəraitində saxladıqda belə çürümür.

Dəvə ildə bir dəfə – mart-aprel aylarında qırxılır. Maksimum yun göstəricisi 21 kq-dır. Onun yunu qoyunun zərif yunundan da qiymətlidir. Qaramal gönü ilə müqayisədə dəvə gönü dabbaqçılıqda daha yüksək qiymətləndirilir. Azərbaycan zər­gərlik sənətində dəvə sümüyü tarixən qiymətli material olmuşdur. Dəvə sümüyündən hazırlanmış təsbeh, qadın boyunbağısı və muncuqları əhali tərəfindən həmişə bə­yənilib.

XIII əsrdə Azərbaycanda olmuş Venesiya səyyahı Marko Polo burada dəvənin qotur xəstəliyinin müalicəsində naftalandan istifadə olunduğunu yazırdı. Bir əfsanəyə görə naftalan neftinin müalicə təsirinin insanlara məlum olmasına səbəb də elə dəvə olmuşdur. Əfsanədə deyilir ki, bir karvan indiki Naftalan ərazisindən keçərkən arıq və qotur bir dəvə sürüşüb naftalan olan çalalardan birinə düşür. Dəvəçilər onu qaldıra bilmədklərinə görə, heyvanı tərk edib gedirlər. Bir neçə aydan sonra karvan geri qayıdıb oradan keçərkən xəstə, ölümcül vəziyyətdə qoyub getdikləri dəvəni sağlam və gümrah görürlər. Bununla da adamlar gölməçədəki yağın dəvəni sağaltdığını başa düşürlər. O vaxtdan insanlar naftalan yağından qotur və digər xəstəliklərin, yaraların müalicəsində istifadə etməyə başlayırlar. Neftə bənzəyən bu yağa və göllər yerləşən bu əraziyə də elə o vaxtdan “Naftalan”, yəni “neft olan sahə, yer” adı verirlər.

Dəvə ev heyvanları içərisində öz böyüklüyünə görə bir çox deyim və mə­səllərdə ölçü vahidi kimi də istifadə olunur. Məsələn: «Dəvəcən boyun var, köşəkcə ağlın yox», «Dəvənin də dərdi dəvə boydadır», «Dəvə-dəvə danışmaq», «Dəvədən böyük fil var», «Allah dəvəyə qanad versəydi, uçulmamış dam qalmazdı» və s. (4, 274).

Azərbaycanın Respublikası və Qərbi Azərbaycan (indiki Ermənistan) ərazi­sində Dəvəçi rayonu, Lökbatan, Qaranər batan, Lök qalası, Sarvanlar, Dəvə damı, Dəvəçi məhləsi, Dəvəli kəndi, Dəvəli şəhəri kimi onlarla toponim Qafqazda dəvə­çiliyin nə qədər geniş yayıldığını göstərir. Qərbi Azərbaycanın Zəngibasar mahalının Çobankərə kəndindəki Dəvəçilər nəsli Qafqazda ən böyük türk tayfalarından biridir və bu nəsildən Azərbaycan tarixində böyük xidmətləri olan akademiklər, generallar və başqa tanınmış şəxsiyyətlər çıxmışdır (5, 145-166).

Hətta Azərbaycan musiqisinin şah əsərlərindən olan C.Hacıbəyovun “Karvan” simfoniyasında da dəvəyə olan inam musiqi dili ilə qələmə alınıb. Bir əfsanəyə görə, Azərbaycan musiqisinin şah muğamlarından olan çahargah karvanda zınqırov səsinin ahəngindən yaranıb. Görkəmli fransız yazıçısı A.Dümanın ilk dəfə karvanda zınqrov səsini eşidərkən, onu ecazkar musiqiyə bənzətməsi də bu fikri təsdiq edir.
ƏDƏBİYYAT


  1. http://kayzen.az/blog/heyvan/9192/d%C9%99v%C9%99l%C9%99r.html

  2. Əbubəkr Tehrani. Kitabi-Diyarbəkriyyə, Bakı, Elm, 1998.

  3. B.Budaqov. Çobankərə eli, Bakı, 2007, səh.108-127.

  4. İrəvan Çuxuru folkloru. Bakı, «Səda», 2004.

  5. Ə.Ələkbərli. Qərbi Azərbaycan, Zəngibasar, Gərnibasar və Qırxbulaq mahalları. Bakı, «Ağrıdağ», 2002.



Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   188




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin