Dastanda onun süjetini təşkil edən bir neçə əsas motiv var:
– Ev/Yurdun yağmalanması;
– Ev xanımlarının xəyanəti;
– Ölüb-dirilmə, yaxud yenidən doğulma yolu ilə qəhrəmana çevrilmə.
– Evlənərək ailə qurma.
Əlbəttə, burada süjeti digər motivlərə də parçalamaq mümkündür. Lakin hər bir qəhrəmanlıq dastanı “seçilmiş fərdin ölüb-dirilmə mexanizmi vasitəsi ilə qəhrəmana çevrilmə” sxemini təcəssüm etdirir. Bu cəhətdən “Altay Buuçay” dastanının nəzərdən keçirdiyimiz “Altay Buçıy” variantının süjeti də ritual-mitolojik səciyyəlidir.