19. AXIR ÇƏRŞƏNBƏ
I mətn
Axır çərşənbədə ağacın dibinə yumurta qoyullar, qara karandaş qoyullar, ya kömür qoyullar, bir də qırmızı qoyullar. Əsas da gül ağacının dibində qoyurdular. Səhər-səhər gedif baxırdın ki, görəh yumurtanın üsdünə qırmızı çəkilif, ya qara. Əgər qırmızı çəkilifsə, bu yaxşıdı.
Səmənini də bayramdan on üş gün sora aparıf niyət edib axar suya atmalısan. İndi deyirsən qardaşım əsgərlikdədi, salamat gəlsin, ya filan işim filan olsun, – hərənin bir niyəti var da, – deyib suya atırsan. Bizdə su yoxuydu, gülün dibinə, təmiz ağacın dibinə qoyurdux. Mundar yerə atmazdar, təmiz yerə qoymalısan.
II mətn
İlin axır çərşəmbəsi bir-birinin üsdünə su tökərdilər. Su aydınnıxdı, gələn ili aydınnığa çıxsın deyə. Ev sahibləri, bütün qonşu bir-birini isdadırdı. Gələnə qapını açırdılar, suyu tökürdülər başına. Su aydınnıxdı, təmizdihdi. Həm bütün nə xəsdəliyin varsa, dərdin-qəmin varsa bu ildə qalsın, gələn ilə su kimi şəffaf, təmiz çıxasan. Bu mənada qapını açırdılar, torbasına ayın-oyun qoymamış birinci suyu tökürdülər təpəsinə.
III mətn
Təhdə* yumurtanı qoyurdular böyürtkənin altına, boyatı çağırırdılar:
Boz at gəlir yenişdən,
Tərki dolu yemişdən.
Allah saa qismət eləsin,
O gələn yemişdən.
Həmən təh gejəsində arvatdar boyatı çağırırdı, üzüh salırdılar suya, deyirdilər:
Otumuşam Bakıda,
Ürəyim səksəkidə.
Maa bir gül dərdi,
Qızılgül nəlbəkidə.
IV mətn
Çərşənbə qourğasınnan, sajda birinci qourulan qourqadan götürüf bir balda bağlıyıf saxleyırsan. Yağış yağanda, dolu gələndə o buğdadan götürüf bir çimdik atırdın qabağına. O, deməli ilin ruzusudu, bərəkətidi. Onu atırdıx qavağna ki, yağış onnan souşajax, bəla souşajax.
V mətn
Bərdə rayonunun Seyid Yusifli kəndində axır çərşənbədə vaxtilə belə bir adət olub. Axır çərşənbəyə üç gün qalmış hər evdən bir nəfər seçilər və hər gün on evi gəzərdilər. Bununla əlaqədar gedəcəkləri evlərə bir gün qabaqcadan xəbər verər, ev sahibləri də hazırlıqlarını görərdilər. Hər evdə təxminən on beş-iyirmi kiloqram düyü dəmlənirdi. Üç gün bu şəkildə evləri gəzir, hər evdə bişirilən bayram aşından dadardılar. Həmin məclislərdə hamı bir-biriynən hal-əhval tutar, bir-birinin süfrəsində oturub çörəyini kəsərdi. Sonralar nəsə xoşagəlməz bir hadisə olub, ondan sonra o adət də yığışdırılıb.
Dostları ilə paylaş: |