Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu qarabağ: folklor da bir tariXDİr VI kitab



Yüklə 3,1 Mb.
səhifə99/230
tarix04.01.2022
ölçüsü3,1 Mb.
#53646
1   ...   95   96   97   98   99   100   101   102   ...   230
TÖRKДЗARДLДR


  1. Bağayarpağı, deyillər, mədə xorasına, mədə yarasına xeyirdi. Dəmliyif içəndə mədə yarasına, mədə xorasına xeyri var. Bağayarpağını barmaxda çivan olanda, yara olanda suynan isdadıf qoyursan üsdünə, sorur, içindəki çirki-zadı çıxardır.




  1. Qırxbığım böyrəyin daşını, duzunu əridir tökür. Dəmliyirsən, içirsən. Çay dəmliyən kimi dəmliyirsən, qaynatmırsan də, dəmə qoyursan. Qalır, bir sahatdan sora, para saatdan sora içirsən. O, təyziqə də xeyirdi.




  1. Qantəpər ciyər xəsdəliyinin dərmanıdı. Ağciyərin dərmanıdı, soyuxlamasın çəkir.




  1. Baldırğan da deyillər, yelə dərmandı. İsdadıp, qoyullar ağrıyan yerə. Bax heylə ağrısın alır.




  1. Yemişan qanın tənzimlənməsinə xeyirdi, ürəyə xeyirdi. Çiçəyini dəmlə, iç, özünü ye. Mən həmişə onnan mürəbbə bişirirəm.




  1. Tutun, deer, xeyri çoxdu. Onun bəhməzi qaraciyara dərmandı. Onnan soora, mürəbbəsin də bişiririh. Tutun şirəsin çəkirih, qaynıyan vaxdı tutu yuyuf, təmizdiyif tökürdüh içinə. Bir az qaynadırdıx, ta mürəbbə kimi olana qədər.




  1. Çovanyasdığı dərmandı soyuxdəymiyə. Dəliboy dediyimiz ot var ha, o, mədə-bağırsağa xeyirdi.




  1. Qaraqınıx deyirih, o dərmandı, xeyirdi. O, elə bütün iç üzvülərin hamsına xeyirdi.




  1. Baldırğan çiçəyi öksürəyə dərmandı.




  1. İtburnu deyirih, həmərsin deyirih, o, böyrəyə xeyirdi.




  1. Böyürkgənin kökü böyrəyə xeyirdi.




  1. Üzərriyin dənəsin qəbul eləsə, o, adicə başağrı dərmanıdı.




  1. Yaraotu – tühlü ot derdih, ovxalıyıf qoyurdux yaranın üsdünə, onnan bağlanırdı. Onu qırardıx. Barmaxda yara olurdu, deerdilər, dolama çıxıf. Dolamanın da dərmanı deerdilər, o tühlü otdu. O tühlü otu götürüf bir balaca yumşaldıf, portdədən fason eliyif yarıya bağlıyırdılar.




  1. Yamanotu deyilən bir ot var. Kəlvəjərdə, əsasən, bı yaman atdarnan adamnara düşür. Yaman ən qüvvəli şiş deməhdi. Şiş xəsdəliyi. Bizdə türkəçarə həkimlər varıdı – Ağalar kişi. O mənim atamın əmsi oğluydu. Qoja kişiydi. Yüz om beş il yaş yaşadı. Mən də covanıdım. Atdar yamannadı. Atdara yaman xəsdəliyi düşdü. Dedi, get, Qumludan, dağdan, fılan yerdə yamanotu var, onu kökünnən qaz, gətir. Getdim elə dedığı kimi də tafdım, qazdım, gətdim. O, yamanotunu gətdi, o vaxdı güzdüh deyirdilər, güzdüh xamırı deyirdilər. Bı payız əkilirdi, draqan, biri var, buğdalar sort-sortdu da. İndi qara çörəhdi o. Onun ununa qatdı, yoğurdu, onu yamanına çəhdi – şişə. İki günə o atdar sağaldı, getdi işə. İndi o yamanotunu heş bir kitafda oxumamışam. Nə şəkili görühmür, nə özü görühmür. Yamanotu karandaş yoğunnuxda baldırı var. Bircə zoğ qalxır. Başında da göy çiçəy olur. Göy çiçəh. İndi onu taniyən yoxdu. Ləmbəraninin bir kitavı çıxıf, ona baxmışam. Pereparat kitaflarına çox baxmışam. O bitgi yoxdu.



  1. Uşaxlarda kəpənəh qurdu olur. O qurdu tulğa yarpağı tökür. Tulğa ağajı belə kol qalxır, onnan süpürgə-zad da düzəldillər. Ağaşdı, çoxillih bitgidi də, deməh. Otuz il, qırx il yaşıyır. Onun yarpağı həmən qurdu tökür. Daa üzür isdiyirəm, şəxsən məndə də oluf. O yarpağı ovurdular, səər ertə ajqarına verirdilər uşağa. O, bədənnən onu silif tökürdü.

  2. Pendir mayası deyillər e. Ovurdux, iki damcı suyu üsdünə tökəndə bəs elyirdi. Maya, otu deerdi. Hə, bir də biz çobannar qoyun camı götürurdux. Çöldə qoyun sağıv içırdıx. Südün içirdıx. Həmən o otu belə ovurdux, bir damcı salırdıx südə, qarışdırırdıx. Orda tökürdü torbuya. Daşdıyırdığ, olurdu pendir. Hə.




  1. Bir ot var, əl yaralananda onu belə ovursan. O, yoddu. Tam yoddu a. Tökürsən o yaranın üsdünə. O sahatı qanı kəsir, onu qovuşdurur. O otu da buralarda görməmişəm. Qan kəsiji otu.




  1. Rəhmətdiy Əliş əmi varıydı e. Deyirdi, mən bu yaşa gəlmişəm. Töyuxda azar görməmişəm. Töyuğ ağaşda yatardı. Bu töyuğ azarı təzə çıxıf, bilmirəm nədi. Qalan hər şeyi bilərdi. Hə. Qalan hamsını bilirdi. Hələ mənim ağlıma gəlməz, tetrasqilin verəm, dava-dərman verəm. Heş zad. Unnan umac eliyif tökürdüh. Buğda ununnan umac eliyif tökürdüh. Birinin də burnu da qanamazdı. Üş günnən sora da buraxırdıx çölə.




  1. Dəmrovu sağaltmaxçün qaratikanı qoydum ojağa. Suyu çəkilmiş qaratikanı. Onu yandırıf belə tutursan. Onun özünün yağı süzülür qava. Götürüv onuca vurursan dəmrovun qıraxlarına. Ötür gedir. Soora dəmrova sarımsax da sürtüllər.




  1. Gözə itdirsəyi çıxanda onu da, bir loxma çörəy götür, sürt gözünə. Apar, tulla itə, qoy cəhənnəm olsun getsin. “Gözümə çıxan saa çıxsın, yeri”, – deyir, tulluyursan.




  1. Gözün pıçalaxlanması düyünü və yaxut da düyü olmasa, naələcdən24 yeddi buğdanı oxuyuf salırsan. Gözə, deyillər, qonax düşüf. Batırdı gözə. Duası vardı. Onu düyüynən verirdi molla. Mollası vardı, duası vardı, oxuyurdu, tökülüf gedirdi. Molla baxanda bilirdi ki, gözə qonax gəlif. Dəyirmi, ağappağ uçuxluyurdu göz. Yeddi dənə düyü oxuyuf burdan (həmən gözün qaşının üsdünnən) salırdı balaca ləyənə – suya, o duanı oxuduxca. Soora onun suyunu pambıxnan silirdin, gözə üfürürdün, olurdu anadangəlmə sağ. Həmən dua oxunmuş düyünün suyuynan (Duanı soruşduqda bilmədi, mollalar oxuyardı dedi – top.) gözünü silirdin, çıxıf gedirdi.




  1. Ürəh xəsdəliynin dərmanı qara incildi. Bayağı mer-meyvə çox olardı. Elə həyət tapbazdın ki, orda incil olmasın. Başda təzyiq olanda incilin yarpağnı əyağın altına qoyuf, bağlıyıf əyakqavı da geyinsən, o təzyiqə köməhliy eliyir.




  1. Soora adicə bu ziyillərin duası var. Əldə ziyil olur, uşaxda ziyil olur, heyvanda ziyil olur. Bunnarın özünün də duaları var. O dua Ay təzələnəndə oxunur.

Duanı oxumasını xahiş etdiyimizdə “Qurannan oxunan duadı, amma yaxşı bilmirəm, gərəh onu yaxşı öyrənif deyən ola. Hansı surə olduğunu da bilmirəm”, – dedi – top.


  1. Ziyilə əl də çəkilir. Nar ağacının şüylərinnən eşir, qartdıyıf qoyursan. Ya o narın çubuğu qurumalıdı, ya da ziyil qurumalıdı.




  1. Mənim nənəm, yadıma gəlir, ziyil olmuşdu, götürdü çihli süpürgəni, çəhdi, dedi: “Ayım, səni xoş gördüh, ziyilin yerini boş gördüh”. Ay təzələnəndə bu oxummalıdı. Da başqa vaxd oxusan, o alımmır.




  1. Ziyil düşəndə qəşəh dərmanı var. Əl vurma, tərpətmə, day ayıv olmasın, dəvə işiyəndə əlini altına tut, belə yu, tökülüp gedəjəh.




  1. Toyuğu kəsəndə bının pötənəsini yuyursan. Onun içində birinci dərisi yoxdu, qavığı? Onu quruduf, döyüf saxlıyıllar, böyrəh daşınnan əziyyət çəkən adama bını yedirdillər. O salır böyrəh daşını.




  1. May, iyun ayında yonca, göy otdar heyvanı köpürdür. Lap elə ölüm əyağına düşsə, şöyüd çubuğunu kəsif, qoyursan heyvanın ağzına. Heyvan isdiyir ki, onu qıra, dişdəriynən çeyniyir. Şöyüd çubuğu qoymur onu ölməyə, onu qutarır.




  1. Bir də heyvanın dərialtı qurtdarı olur ey. Vaksin-zad vurulur heyvana onnan ötəri. İndi onnar olmuyan yerdə, şöyüdün nəzih çubuxlarını, şivyələrini doğruyuf tökürsən heyvannara, onnar ajqarına yeyir. Onnan soora, heyvannarda bir dənə də olsun dərialtı qurtdar olmur, ciyərrəri tərtəmiz olur. İndi o dərialtı qurtdarın əsas dərmanı odu.




  1. Cöhər nanəsi təyziqi salır. Dəmniyiv içirsən, təyziqi salır.




  1. Qarellədi, meşədə bitir, ağaşdı. O da təyziqə xeyirdi, ürəyə xeyirdi.




  1. Bir də lumudu. Lumunun bir dilimini kəsif, əgər xəsdənin alnına, gijgahınnan tutmuş, qulağının divinə qədər sürtsən, o da təyziqi salar.




  1. Çiban çıxdı, məsələn, baxırsan qızarıf, tam yetişmiyif. Soğan pörtdədif qoyurux qətnən. Tüpürcəh xamırı deerih. Qəndi alırsan ağzına, bir qabda unu götürürsən. Tüpürürsən onun içinə, irağ üzünüzdən. O xamırı düzəldirsən, o tüpürcəh xamırı elə bil çibanın içində nə var, çəkif çıxardır. Yağ-qatıxnan quymağ eliyif qoyullar. O, onun qızartısın alır.




  1. Sora dalağ çapbalar olufdu. Məsələn, bizdə bir Məhəmmət kişi varıdı. O, dalax çapırdı. Baltanı alırdı əlinə. Otururmuş, qəfil baltanı götürüf belə çaxırmış. Guya vurajax da, bu mamentdə saxlıyırmış. Onun qorxusunnan, nədənsə, o dalax sağalırdı. Ağrısı kəsirdi. Deyəh ki, bax onda heylə şeylər varıdı. Heş həkimə-zada getmirdi. Onnan da sağalırdı.


Yüklə 3,1 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin