VIII mətn
Bax hal tutma söypəti bizim kətdə də oluf. Güllər addı bir qarı vardı bizim kətdə, mənim qoja nənəmin – atamın anasının əmisi qızıydı. Onnar o vaxları İraxdan gəlifdilər. Dayan görüm onnara nə deyirmişdər, ay Allah? İndi ağlıma düşəjəhdi, dayan. Hə, o vaxdan gəlmişimişdər. Cini tutmaxdan ötürü tas quranda o arvadı oturdurmuşdar. O arvat mənim yadıma gəlir. Cannı-cantarax bir arvadıdı, nur tökülürdü üzünnən. Onnara Zilan deyirdilər. İndi Zilan hardan gəlmədi, nətəərdi, nejədi, daa orasın bilmirəm. Bu kadınnarın (ta məni bağışda da, siz də mənim balam, nəvəm) hamilə olan vaxdı ürəyi gedir. Deyillər ki, bını hal apardı. Mis qazan döyərmişdər gejə vaxdı. Tas qurullar, bı Güllər qarı dediyim həmən tasda oturur, bayax sana dedim ki, axunt belə bir iş görür, onun atası – Molla Mirzə kişi rəhmətdih, cini qamışa tutuf yığırmış. Quran möcüzəsiynən ha. Əliynən yox. Tas qurur, arvat da tası döyür: “Gəlin, gəlin!” Cinnəri və yaxut da o halı zornan gətirtdirirmiş. Həə, hal gəldi, hal gəldi. Ta məni bağışda, deyir, döş sallanır bırıya, arvat danışırmış. Mana yox ha, mənim nənəmgilə, babamgilə danışırmış ki, halın döşdəri o qədər yekəydi ki, dizinə tökülürdü. Döşün birin bu çiyninə, birin o çiyninə atırmış. Orda ona tovalatma vermişdər ki, sənin bınnan işin olmasın. Ba belə də eşitmişəm.
IX mətn
Bunnan əvvəl çuxa toxuyardılar. Çox nazih sap əyirərmiş cəhrədə Saray nənəm, əyiriv onu hanada toxuyurmuş. Anamın babası kətdə seçilən, sayılan bəylərdən biriymiş. Bu çəkilir meşiyə. Tatar kəndində bir alaçıx qurur, sora ev tikir, burda məskən salır. Bu, bir gün harasa gedir. Arvadının da adı Nənəxanımmış, həmiləymiş. Elə olur ku, bunun əri gedən gejəsi zahı yatır təh. Özü təhcə zahı yatır. Nəysə, bı uşağı rahlıyır, göbəyin kəsir, qoyur. Bı eşidifdi ki, zahı yatan adamın üsdünü hal alır. Ojağı qalıyır, maşanı möhkəm qızdırır, qoyur böyrünə. Dünya görmüş arvadımış. Bu bilif ki, hal gələjəh. Maşanı möhkəm qızdırır, görür kü, çağrıllar orta bajadan. Ev damının üsdən bajası olurdu. O vaxtdarı baja deerdilər. Görür kü, çağrıllar: “Nənəpəri xala, susamışam, maa bir su ver”. Deer ki, yaxşı, əyil aşağı, verim. Birəz da əyil, birəz də əyil, birəz də əyil. Bı əyiləndə bının boynunda boyunbağı olur. Deer qarannıxdı, ojağın isdisi vırıfdı, muncuxlar par-par yanır. Hərəsi bir irəh çalır. Birəz də əyil, birəz də əyil, ojaxda qızmış maşanı ilişdirir, bının muncuxları qırılır, dağılır, tökülür ev damıynan bir olur. Deer, səhər işıxlaşana qədər evin üsdündə təpih döydü kü, ver muncuğumu, yandım, öldüm. Nəysə, bu axdarır, durur evi-eşiyi tökür. Bunun muncuxların bir-bir tapır tofluyur, bağlıyır bir şeyə, verir. Baxır ordan deer, biri qalıfdı, taf ver. Evi ələy-vələy eliyir, tapa bilmir. Deer, sabax işıxlaşana qədər deef: “Öldüm, ver muncuğumu, tap ver muncuğu”. Nəysə, ona tobalatma verir. Axır görür kü, işıxlaşır. İt hürür, irağ üzünnən, pişih çıxdı, mal-heyvan... Bu aralaşır, çıxır gedir.
X mətn
Bir dəfə də genə anamın babası gedir suyun üsdünə. Görür kü, bir hal var, ciyarı suya çəkir. Halı tutur. Deer, bu ciyar kimin ciyarıdı? Deer ki, Səmərqət şəərində filan evdə bir zahı yatmışdı, onun ciyarıdı, uje day gejdi. Bunu suya çəhmişəm, day gejdi, mümkün deel. Axırı anamın babası bını tutur aparır özünə ayilə kimi. Üsdünə iynə-sancax taxanda tilsimi sınır, olur adi bizim kimi adam. Əlini iyniyə vuruf götürə bilməz, gərəh onu kimsə çəhsin. Onun canı, tilsimi o iynədədi elə bil. Aparır bını bir ayilə kimi saxlıyır. Bınnan bir oğlu olur. Oğlu yekəlir, altı-yeddi yaşına çatır. Bir gün bu sənəyi götürür. Kişi evdə yoxumuş, uşağı da alır yanına deer, gə gedəh suya. Gedir, suyun üsdündə oğluna deer ki, oğlum, bı iynəni cəh, oğlum, o iynəni cəh. Uşax nə qanır ki... Bir-bir iynələri çəkir. Ama tobalatma verdirir babam onu tutanda. Deef ki, filankəs (adıynan deef ey, yadımnan çıxıf), yeddi arxa dönəninə toxummuyajam. Yani ki, sənin yeddi arxa dönənin zahı yatar, toxunulmazdı. Yanı bizim nəsil-nacabatımız tööbəlidi. Uşağa deer, bu iynəni cəh. Uşağ o iynəni çəkənnən soora o uşağ olur onun gözündə heş nə. Bir əyağın qoyur əyağının altına, bir əyağın alır əlinə. Uşağı iki şakqa eliyir, atır suyun üsdünə, çıxır gedir. O gedən gedir. Anamın babası gözdüyür, görür gəlif çıxmadı. Gedir suyun üsdə. Görür sənəyi orda, uşağı da öldürüf çıxıf gedif.
XI mətn
Bizim atamızın xalası nağıl eliyirdi. Mən də balaca uşağıydım onda. Hardasa bu sözü atmışıncı illərdə eşitmişəm. Deyirdi ki, gəlin təzə qutarmışdı (sən Allah, bağışdıyın məni), getmişdim yeməy hazırramağa da, quymax. O arvad and içirdi, gözümnən görmüşəm. Gülşən addı qoca arvadıydı. Deyir, gördüm kü, bax özün pəncərədən salıb, ayıb olmasın, bax belə salıp pəncərədən ağappax paltarda. Döşdər sallanıp yerə. Əl atdım deyir, dəhrəni götüdüm, dedim, “sənin xalaan qulağın”, deyir, götürüldü. Onnan sora deyir, gəlinin başına qəzil, çatı doladım, vsyo. Onu mən belə eşitmişəm.
Dostları ilə paylaş: |