Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu seyfəDDİn rzasoy əBÜlqazi «OĞuznamə»SİNDƏ



Yüklə 1,24 Mb.
səhifə23/58
tarix10.01.2022
ölçüsü1,24 Mb.
#106308
1   ...   19   20   21   22   23   24   25   26   ...   58
ÜÇÜNCÜ FƏSİL
«OĞUZ XAN» OBRAZININ SEMİOTİK STRUKTURU
§ 1. «Oğuz xan» obrazı dünyanın mifoloji modeli kimi
Miflə bağlı ümumelmi ədəbiyyatlardan «...bəlli olduğu kimi, mif dünyanı qavrayış, dərk, mənimsəmə üsulu, dünyanı kütləvi modelləşdirən işarələr sistemi kimi, təfəkkürün mifoloji tipinin məhsuludur»91. Bu təfəkkür tipini L.Levi-Brül «məntiqəqədərki» adlandırmışdır92. V.N.Toporovda mifoloji təfəkkür «mifopoetik dünyagörüşü», onun mövcud olduğu şüur çağı isə «mifopoetik», «kosmoloji» adları altında hallan­dırılır93. Bu baxımdan, mifoloji təfəkkür tipi altında, A.K. Bayburinin göstərdiyi kimi, insan şüurunun xususi forması olaraq daha çox mifoloji səciyyəli mətnlərdə təqdim olunan elmi abstraksiya başa düşülür94.

Mifoloji «abstraksiya» dünyanın özünəməxsus keyfiyyət və üsullarla qavranması deməkdir. Bu baxımdan, mifoloji şüur dünyanı öz məntiqi ilə mənimsəyir - təsnif edir, eyniləş­dirir, fərqləndirir, obrazlaşdırıb işarəyə çevirir, sistemə sala­raq İ n s a n l a D ü n y a arasındakı əlaqəni təşkil və tənzim edən D ü n y a M o d e l i n ə çevirir95. Bu dünya modeli mi­fik təfəkkürün semiotik təbiətindən gəlməklə bütöv bir işa­rə­lər sistemidir. Elə buna görə də Y.M.Meletinski mifologiyanı çox səciyyəvi olaraq «total modelləşdirici işarələr sistemi»96, A.Acalov isə «dünyanı özünəməxsus qanun və vasitələrlə biçimləyən və izah edən işarələr sistemi» adlandırmışdır97.

«Oğuz xan» mifi «total modelləşdirici işarələr sistemi olan» «Oğuz (türk) mifologiyasının» mətn vahidi kimi, «Oğuz» semantemi ilə işarələnmiş dünya modelini təqdim edir. Oğuz mifinin struktur əsasını, eləcə də paradiqmatik və sintaqmatik funksionallığını təşkil edən Oğuz obrazı total-universal işarə sistemi, semiotik universumdur. Oğuz xan oğuz etnosunu simvollaşdıran, onun etnik vahid olaraq bütün struktur dəyərlərini özündə proyeksiyalandıran model-obraz­dır. Y.M.Meletinski etnosun ilkin əcdadını onu işarələndirən model-obraz kimi belə səciyyələndirir: «İ l k i n ə c d a d l a r, adətən, qəbilə və tayfaların ulu valideynləri kimi düşünülür: onlar icmanı başqa icma və təbiət qüvvələrinə qarşı dayanan sosial qrup kimi modelləşdirir98. Oğuz xan model obrazı da türk mifoloji düşüncəsinin «Oğuz» məna vahidi ilə işarələnən mətn tiplərində eyni funksiyanı yerinə yetirir.

Bu barədə ardıcıl şəkildə apardığımız araşdırmalardan99 bəlli olduğu kimi, oğuz türkünün mənimsədiyi bütün kosmik dəyərlər onun «Oğuz» adlanan kosmoobrazına, «Oğun xan» dünya modelinə konsentrasiya olunur. Bu model tipoloji hal olaraq onun şüurunda iki ayrılmaz funksiyada çıxış edir:



1. Əsasən, öküz, at (konkret olaraq, Əbülqazinin «Şə­cəreyi-tərakiməsi»ndə təqdim olunan informasiyaya görə - qoyun) və s. obrazlarında təsəvvür olunan «oğuz dünya­sının şəkli», «oğuz kosmosunun zoobrazı. Bu şəkil-obrazı kosmoloji çağ oğuz türkü «Oğuz xan» adlandırır.


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin