Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu seyfəDDİn rzasoy əBÜlqazi «OĞuznamə»SİNDƏ


§ 6. Əbülqazi «Oğuznamə»sində «Dil-Tarix» modelinin



Yüklə 1,24 Mb.
səhifə21/58
tarix10.01.2022
ölçüsü1,24 Mb.
#106308
1   ...   17   18   19   20   21   22   23   24   ...   58
§ 6. Əbülqazi «Oğuznamə»sində «Dil-Tarix» modelinin

etnokosmik strukturu
«Dil-Tarix» münasibətlər modeli diaxron-arxetipik və eyni zamanda sinxron-arxitektonik strukturuna görə «Dil-Epos»«Dil-Mif» münasibətlirinin paradiqmatik sütununu nəzərdə tutur:
Dil – Mif

Dil – Epos

Dil – Tarix
Göründüyü kimi, Əbülqazinin «Şəcəreyi-tərakimə»də tət­biq etdiyi «tarix metodologiyası» arxitektonik strukturu ba­xım­dan dil-tarix münasibətlərinin etnokosmik harmoniyasını nəzərdə tutmaqla «Dil – Mif – Epos - Tarix» struktur törə­məsinə (zəncirinə) söykənir. Bu halda dilin mifə münasibəti öz struktur əsaslarını dilin eposa88 və tarixə münasibətlərində qoruyur. Dil mifin strukturunu təşkil etməklə onun arxitek­tonik yaddaşına çevrilir. Mif də epos üçün eyni ilə belə bir struktur əsasını və arxitektonik yaddaşı təşkil edir. Əbülqazi çağının «Tarix»i etnokosmik informasiya strukturu baxı­mın­dan məhz «Mif-Epos» informasiyasından təşkil olunur. Bu halda Əbülqazinin türklər haqqında tarixi əsərlərin məhz türk dilində yazılması haqqındakı «tarixi-metodoloji» «tezisi» həm də öz arxitektonik strukturu baxımından oğuz-türkmənlərin etnokosmik yaddaşının «Dil-Mif» arxetipini özündə əks et­dirir.


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin