Azərbaycan miLLİ elmlər akademiyasi ­­­­­­­­­­­­­­­folklor institutu­­­­­­­­­­­­­­­­­



Yüklə 2,29 Mb.
səhifə251/269
tarix01.01.2022
ölçüsü2,29 Mb.
#104265
1   ...   247   248   249   250   251   252   253   254   ...   269
Ritual rejimindən çıxma: “Dədəm Qorqut gəlübən boy boy­ladı, soy soyladı. Bu oğuznaməyi düzdi-qoşdı”.

“Yağmalanma” ritualını Dədə Qorqud tamamlayır. Bu, hə­min ritual haqqında oğuznamənin yaradılması (doğulması) şəklində baş verir. Bunun iki semantik səviyyəsi var:



Birincisi, “Yağmalama” haqqında oğuznamənin qo­şul­ma­sı magik söz ritualıdır. Dədə Qorqud “yağmalama” hadi­sə­si­ni oğuznamə ilə yaddaşlaşdırmaqla onu Oğuz kosmosunun sak­ral hadisəsi presedentləşdirir: o, ulu əcdad Oğuz kağandan qa­lan “Yağmalanma” adətinin doğru-düzgün həyata keçiril­di­yi­ni təsdiq edir.

İkincisi, statusdəyişmə və statusartırma ritualları bütün hallarda ölüb-dirilmə formulları ilə həyata keçirilir. Kosmos ölür, Xaosa çevrilir, sonra Kosmos kimi yenidən doğulur. Də­də Qorqudun keçirdiyi “boy boylama” ritualı Kosmosun ye­ni­dən doğulma ritualıdır. Bundan əvvəlki tədqiqatlarımızda bər­pa etdiyimiz kimi, “boy” sözü oğuz kosmoloji düşün­cəsin­də do­ğuluşla bağlı məna konseptidir361. Məs., “boylu” qadın. Bu hal­da “doğuluş” konsepti ilə bağlı söz olan “boy boylama” ifa­dəsinin mənası Oğuz kosmosunun və onun magik söz pro­yek­siyası olan “Oğuznamə”nin doğulmasını ifadə edir.


Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   247   248   249   250   251   252   253   254   ...   269




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin