Azərbaycan miLLİ elmlər akademiyasi ­­­­­­­­­­­­­­­folklor institutu­­­­­­­­­­­­­­­­­


§ 22. Statusartırma statusdəyişmə ritualının



Yüklə 2,29 Mb.
səhifə252/269
tarix01.01.2022
ölçüsü2,29 Mb.
#104265
1   ...   248   249   250   251   252   253   254   255   ...   269
§ 22. Statusartırma statusdəyişmə ritualının

tərkib hissəsi kimi
Bir qədər əvvəl qeyd etmişdik ki, Uruzun statusdəyişmə, ya­xud statusartırma ritualından keçdiyini söyləmək çətindir. Çün­ki “Yağmalanma” ümumən statusdəyişmə ritualıdır. Bu hal­da onun tərkibinə aid olan rituallardan hansınınsa sta­tus­ar­tır­ma formulu olacağı bizdə şübhə doğururdu. Ancaq ritual­dan əvvəl Qazanın Dərbənddə qoyunlarını otaran Qaraca Ço­ba­nın oğuzların kafirlər üzərində qələbəsindən sonra Kos­mo­sun bərpa ritualında əmiraxur təyin edilməsi “Yağmalanma” ritualı­nın həm statusdəyişmə, həm də statusartırma ritual­la­rın­dan ibarət ritual kompleksi olduğunu təsdiqlədi. Bu da öz növ­bəsində Uruzun inisiasiyasının statusartırma ritualı olduğu qənaətini indiki halda bir az da möhkəmləndirir. Belə ki, Uruz­la bağlı ritualda “aprobasiya olunan” (sınaqdan keçirilən) kos­moloji dəyərlərin hamısı qəhrəman/alp/igid statusunun etik kodeksinə aid konseptlərdir. Oğuzda bir igidin Bəy/Qəh­rəman adı alması üçün onun mütləq “hünərli” və “ər­dəm­li” atributlarını qazanması lazımdır. Uruzun keçdiyi ritual da onu məhz “hünərli” və “ərdəmli” igid kimi təsdiq edir.

Ağaverdi Xəlil yazır ki, əski türk cəmiyyətinin əsas intel­lekt vahidi kimi “ərdəm” semantemi xüsusi seçilir. Bu se­man­tem özündə ədəb, ərkan, əxlaq, bilik, mənəvi gözəllik, fə­zi­lət, şərəf və ləyaqət kimi kateqoriyaları ehtiva edir... “Ər­dəm” əski türk cəmiyyətində etik minimumu ifadə edir. “Kitabi-Dədə Qorqud”da Oğuz igidlərinə ad verilməsi zamanı iki əsas zəruri qabiliyyətdən (ərdəm və hünər) birinin “ərdəm” ol­duğu aydın şəkildə görünür. Məs., eposun birinci boyunda ri­tualın başçısı Dədə Qorqud oğuz igidinin mənəvi və fiziki yet­kinliyini təsdiq edəndən sonra boy başçısı Dirsə xan ona bəy­lik, başqa sözlə, sosial status verir, toplumda yerini müəyyən­ləşdirir. Beləliklə, “ərdəm”in bütövlükdə türk mə­də­ni fenomenini ifadə etdiyi aydınlaşır362.



Göründüyü kimi:

– Qazanın statusdəyişmə ritualında oğlu Uruzu öz əvə­zin­də evin müvəqqəti başçısı qoyması statusdəyişmə ritualı çər­çivəsində həyata keçirilən statusartırma formuludur.



– Qazanın bütöv eposda öz oğlunu Bəy/Alp/İgid kimi gör­­­mək istəməsi xüsusi kosmoloji konseptdir. Bu konsept epos­da Uruzla bağlı bütün ritual süjetlərinin mətnaltı mən­ti­qi­ni təşkil edir.

– Uruz Qazanın oğlu kimi onun varisidir. O, inisiasiya ri­tualından keçərək Varis/Bəy statusuna qalxmalıdır.

– İnisiasiya ritualından keçən Uruz özünün hünərli və ər­­dəmli olduğunu təsdiq edir və öz köhnə statusundan yeni Va­­ris/Qəhrəman/Bəy statusuna qalxır. Dədə Qorqud onu bu sta­tusda təsdiq edir. Bu da öz növbəsində bizə Uruzun keçdiyi inisi­asiya sınağını statusartırma ritualı kimi qəbul etməyə im­kan verir.




Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   248   249   250   251   252   253   254   255   ...   269




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin