Azərbaycan miLLİ elmlər akademiyasi ­­­­­­­­­­­­­­­folklor institutu­­­­­­­­­­­­­­­­­


Kitabda diqqəti cəlb edən ən mühüm məqamlardan biri də onun müəyyən bir ideya əsasında ortaya çıxma­sıdır



Yüklə 2,29 Mb.
səhifə6/269
tarix01.01.2022
ölçüsü2,29 Mb.
#104265
1   2   3   4   5   6   7   8   9   ...   269
Kitabda diqqəti cəlb edən ən mühüm məqamlardan biri də onun müəyyən bir ideya əsasında ortaya çıxma­sıdır: mədəniyyətin çoxsaylı obrazları vahid qəhrəman arxe­tipinin funksioneri kimi oxşar sxemi ortaya qoyurlar və bu sxem şaman səyahətinin də əsasında dayanır. Yəni şamanlıq və qəhrəmanlıq eyni arxetipin təzahürləridir. Müəllifin qənaə­tinə görə, poetikası baxımından bir-birindən fərqli olan qəhrə­man Qazanla aşiq Kərəmin “yolçuluğu”, əslində, vahid kos­mo­loji sxemə əsaslanır.

Tədqiqatda bir sıra yanaşma və fikirlər də vardır ki, onların daha müxtəlif aspektlərdən araşdırılması poten­sia­lı qalmaqdadır. Lakin bütün bu yanaşmaların yeni-yeni araşdırmaların ideya əsasında duracağına şübhə yoxdur. Əsə­rin fikir və ideyası bütün hallarda unikaldır, kreativdir, eyni za­manda aktualdır. Ən əsası isə ideya yönümlüdür.

Beləliklə, Seyfəddin Rzasoyun “Azərbaycan dastan­la­rında şaman-qəhrəman arxetipi” adlı bu tədqiqatı bü­töv­­lükdə Azərbaycan folklorşünaslığında yeni düşüncə pa­­radiqması kimi qiymətləndirilə bilər. “Şaman”, “qəh­rə­man”, o cümlədən son onilliklərdə “arxetip” milli humanitar düşüncə üçün işlək konseptlər olsa da, epik-mifoloji düşün­cənin “şa­man-qəhrəman” arxetipi yeni düşüncə vahididir.


Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   269




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin