Azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adina əlyazmalar institutu “Azərbaycan əlyazmaları dünya kitabxanalarında”



Yüklə 2,43 Mb.
səhifə25/27
tarix17.06.2018
ölçüsü2,43 Mb.
#53967
1   ...   19   20   21   22   23   24   25   26   27

Ədəbiyyat:
1. Nəsimi İ. Seçilmiş əsərləri. C.1. Bakı : Lider nəşriyyatı”, 2004. - 334 s.

2. Tanrıverdiyev Ə. Azərbaycan dilinin tarixi qrammatikası. – Bakı : Elm və Təhsil, 2014. - 463 s.

3. Mirzəzadə H. Azərbaycan dilinin tarixi qrammatikası. - Bakı, 1990.

4. Seyidov Y. Seçilmiş . C.3. - Bakı, 2007. - S.176 .

5. Müasir Azərbaycan dilinin morfologiyası. – Bakı : APİ nəşri, 1961. - 191 s.
Aytan Ahmadova
ANALYSIS OF İMADADDİN NASİMİ`S GAZAL “DİLBERA , I AM AWAY YOU ".

Summary
In the article, I. Nasimi's gazal "Dilbera, I am wıthout you ..." has been analyzed. Gazal has been studied both from the literary point of view and language. In the poem, pronouns, verbs, attachments, conjuctions and borrowings were described.

YEGANƏ RƏHNULLA

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu,

elmi işçi

yegane.rahnulla@mail.ru


DAĞISTANLI İSLAM ALİMİ MƏHƏMMƏD ƏL-QUDUQİ VƏ ONUN “ŞƏRHU ƏSMA ƏL-HUSNA” ƏSƏRİNİN ƏLYAZMA NÜSXƏSİNƏ ÜMUMİ BAXIŞ

Orta əsr Şərq yazılı abidələrin qorunduğu AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılan əlyazma nüsxələri elmin müxtəlif sahələrini əhatə etməsi ilə, həmçinin Azərbaycanla yanaşı müxtəlif millətlərin alimlərinə məxsus əsərlər ilə zəngindir. Belə əlyazma əsərləri arasında XV əsr böyük özbək şairi Əlişir Nəvainin “Divan”, məşhur türk alimi və biblioqrafı Əli Əfəndinin 1610-cu ildə üzü köçürülmüş “Təvarixi-Səlimnamə”, dahi fars şairləri Firdovsinin “Şahnamə”, Sədi Şirazinin “Gülüstan” və “Bustan” və digər əsərləri xüsusi qeyd etmək olar. Bu məşhur islam alim və şairlərindən savayı əsərləri az tədqiqat olunan dağıstanlı alim Məhəmməd əl-Quduqinin İslam dininin müxtəlif sahələrindən və ərəb dilçiliyindən bəhs edən onlarla əsəri Əlyazmalar İnstitutunun əlyazma fondununun cüzi hissəsini təşkil edir.

Hacı Məhəmməd b. Musa b. Məhəmməd əl-Quduqi ər-Ruquci əl-Avari əd-Dağıstani ərəb dilinin qrammatikasına, məntiqə, islam hüququ və bir çox elmlərə aid əsərləri ilə, həmçinin Dağıstanda bir mədrəsə təsisçisi və müəllimi kimi tanınan Dağıstan alimlərindən biridir. O, 1652-ci ildə Dağıstanda yerləşən Qudut kəndində anadan olmuşdur. Əl-Quduqi nisbəsini götürdüyü bu kəndin adı bəzi ərəb mənbələrində Quduq kimi qeyd olunmuşdur [1]. İbtidai təhsilini Məhəmməd əl-Quduqi öz vətənində, atası Musa əl-Quduqinin mədrəsəsində almış, sonra isə Ruqudca kəndində gələcək qayınatası Əbu Bəkrin yanında təhsilini davam etdirmişdir. Bununla kifayyətlənməyən əl-Quduqi Dağıstanın iki məşhur islam alimi Sokrat kəndindən Əlirza əs-Suquri (v.1676) və Obod kəndindən Şaban əl-Ubudinin (v.1667) yanında təhsilini davam etdirmişdir. Təhsil kursuna Quran, fiqh (islam hüququ), təfsir, hədis, məntiq, ərəb dili və s. elmlər daxil olan əd-Dağıstani elmini daha da mükəmməlləşdirmək üçün Misir, Yəmən, Hicazla yanaşı digər islam ölkələrinə İran, Azərbaycan, Türkiyəyə səyahət etmişdir. Yaxın Şərqə səyahəti zamanı məntiq, ilahiyyat, fəlsəfə, riyaziyyat sahəsində olan biliyini təkmilləşdirmiş, Suriyada Saleh əl-Yəmini ilə tanış olaraq onun yanında da 7 il qalaraq elm öyrənməyə davam etmişdir. Saleh əl-Yəmininin vəfatından (sentyabr 1697) sonra əl-Quduqi müəlliminin əlyazmalarını və kitab kolleksiyasını götürərək vətəninə qayıtmışdır. O, burada müəllim olmaqla yanaşı əlyazma əsərlərin üzünü köçürərək katiblik də etmişdir. Mənbələrin verdiyi məlumata əsasən, əd-Dağistani şəxsən özü ərəb dilinin qrammatikasından və islam dininin müxtəlif mövzularından bəhs edən 300-dən artıq əsərin üzünü köçürmüşdür [1].

1717-ci ilin əvvəlində iki oğlu ilə bərabər Dağıstanı tərk edərək Suriyaya gələn Məhəmməd əl-Quduqi həmən ildə əvvəlcə özü, sonra isə iki oğlu da xəstələnərək Hələbdə vəfat etmişdir [2].

Ensiklopedik biliyə malik olan bu dağıstanlı alim elmin müxtəlif sahələrindən, həmçinin islam dinindən bəhs edən bir çox əsərlərin müəllifidir. Bunlardan bəzilərinin əlyazma nüsxələri Dünya əlyazma xəzinələri ilə yanaşı Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda da saxlanılır.

Türkdilli əlyazmalar içərisində Məhəmməd əl-Quduqinun ən çox “Qabuq qaidası” əsərinin 50 əlyazma nüsxəsi aşkarlanmışdır. Bundan əlavə “Əvamil Curcaninin tərtibi” və “Muştəqat ” əsərlərindən 1 nüsxə də qorunmaqdadır.

Ərəbdilli əlyazmalar içərisində alimin ən məşhur əsərlərindən olan “Əl-Haşiyə alə əl-Çarpərdi” - 3 nüsxə, “Tərkib əl-avamil əl-miə” - 107 nüsxə, “Məarib əl-avamil əl-miə lil-Curcani” - 2 nüsxə, “Qavuq qaidası” - 35 nüsxə, “Tərcumə qavuq qaidası” - 1 nüsxə, “Tərkib şərh əl-ənmuzəc əl-Ərdəbili” – 29 nüsxə, “Tərkib əl-ənmuzəc” – 21 nüsxə, “Tərkib deybacə şərh əl-ənmuzəc” - 14 nüsxə, “Tərkib əl-ənmuzəc li-Carallah Zəməhşəri”- 1 nüsxə, “Məarib deybacə li-şərh əl-ənmuzəc li-Curcani” – 8 nüsxə, “Risalə əl-Quduqiyyə (fi əl-turkiyyə ilə əl-ərəbiyyə)” – 3 nüsxə, “Risalə əl-istiarə” – 1 nüsxə, “Tərkib bismillah” – 2 nüsxə, “Tərkib əuzubillah” – 1 nüsxə, “Tərcumə ər-risalə əl-Quduqiyyyə” – 1 nüsxə, “Şərh əd-dua” – 1 nüsxə, “Tərkib əl-əmsilə” – 1 nüsxə, “Risalə fi ət-təərifət” – 1 nüsxə, “Tərkib əş-şərh əl-İzzi” – 1 nüsxə, “Şərh ət-təşbihat və əl-əşharat əl-varidə fi deybacə ət-təsrif əl-İzzi” – 1 nüsxə, “əl-Həvaşi əl-mutəfərriqə əl-ənşizah əl-həvaşi alə şərh əl-kafiyyə” – 1 nüsxə, “əl-Həvaşi alə əl-həvaşi əl-asamiyyə (cəmuha əl-həvaşi Əbu Bəkr əl-Amikiyyə)” – 1 nüsxə mühafizə olunmaqdadır.

Azərbaycanda saxlanılan Dağıstanlı alimin bu əlyazma nüsxələrindən əlavə onun məşhur əsərlərindən biri, Allahın doxsan doqquz gözəl adından bəhs edən “Şərhu əsma əl-husna” əsərini xüsusi qeyd etmək olar.

“Əsmaul-husna” Qurani-kərimin müxtəlif ayələrindən və hədislərdən götürülmüş Allaha məxsus 99 ən gözəl adı ifadə edən dini termindir. Allahın adları sonsuzdur, onları doxsan doqquz adla məhdudlaşdırmaq olmaz və bu adlar haqqında ən mükəmməl və dolğun məlumata malik olan insanlar peyğəmbərlər olmuşdur. İslam aləmində məşhur olan hədisdə Məhəmməd peyğəmbər (s) buyurur: “Allaha məxsus doxsan doqquz ad var, bu adları hər kim sayarsa cənnətə daxil olar [3,s.191].” Hədisdə 99 rəqəminin göstərilməsi məhdudlaşdırılma mənasında qeyd olunmamışdır. Sadəcə bu, Allahın seçılmiş ən gözəl və ən yaxşı adlarıdır, yəni bu adlar gözəllikdə olduqca yüksək dərəcəyə çatmış adlardır. Çünki bu adlar elə kamil sifətləri izah edir ki, onlarda hər hansı bir nöqsanın və eybin olduğunu zənn və güman etmək olmaz.

Bu adların şərhi, təhlili, izahı və dualarda yeri haqqında məşhur islam alimləri dəyərli əsərlər yazmışlar. Məhəmməd əl-Quduqi də bu mövzuya müraciət edərək yazdığı “Şərhu əsma əl-husna” əsəri özünəməxsusluğu ilə seçilir.

Əlyazmalar İnstitutunda saxlanılan bu əsərin yeganə nüsxəsi Rusiya istehsalı olan sarımtıl vərəqə qara mürəkkəblə nəsx xətti ilə köçürülüb. Vərəqlərin küncünə vərəqləri istehsal edən fabrikin möhürü vurulub. Dördbucaq möhürün içində “фабрики №6 сергеева” sözləri yazılıb. Əsər 70 vərəqlik məcmuənin 8a-9b vərəqlərini əhatə edir. Mətnin haşiyəsində və sətirlərin arasında müxtəlif istiqamətlərə yazılmış qeyd və izahlar var. Şərq üsulu ilə səhifələnib. Əlyazma cildsizdir, ölçüsü 18x22 sm-dir.

Dini ədəbiyyatda “Əsmaul-husna”ya daxil olan Allahın doxsan doqquz adı ilə bağlı fərqli qeydlər var. Hicri təqviminin II əsrindən etibarən islam alimləri bu adları Qurani-kərimdən əldə etməklə siyahı hazırlamağa səy göstərmişdilər. Əl-Hafiz Əbu Məhəmməd ibn Yəzid ibn Macə əl Qəzvini (v.h.273/m.887), İbn Həcər əl-Əskalani (v.h.852/m.1449), Əbu İsa Məhəmməd ibn İsa ət-Tirmizinin (v.h.279/m.892) və başqa alimlər məşhur hədis əsasında “Əsmaul-husna” siyahısı tərtib etmişlər. Bu siyahılar arasında Allahın adları ilə bağlı fərqli fikirlər var. Məs: Tirmizinin siyahısında olan iyirmi beş ad İbn Macənin siyahısında qeyd olunmayıb. İbn Macədə olan iyirmi altı ad isə Timizinin siyahısında yer almayıb [4,s.406; 5,s.56]. İslam aləmində geniş yayılmış siyahılardan biri Əbu İsa Məhəmməd ibn İsa ət-Tirmizinin tərtib etdiyi Allahın doxsan doqquz gözəl adının siyahısıdır. Qeyd edək ki, nə qədər siyahılar təbtiblənsə də, ilk müraciət, mənbə Tirmizinin hazırladığı siyahıya əsaslandırılır. Məhz bu səbəbdən əl-Quduqinin “Şərhu əsma əl-husna” əsəri də Məhəmməd ibn İsa ət-Tirmizinin tərtib etdiyi “Əsmaul-husna” siyahısı əsasında yazılmışdır. Burada ər-Rəhman, ər-Rəhim, əl-Məlik, əl-Quddus, əs-Salam, əl-Mumin, əl-Muheymin, əl-Əziz, əl-Cabbar, əl-Mutəkəbbir, əl-Xaliq, əl-Bari, əl-Musavvir, əl- Ğaffar, əl-Qahhar, əl-Vəhhab, ər-Rəzzaq, əl- Fəttah, əl-Alim, əl-Qabid, əl-Basit, əl-Xafiz, ər-Rafi, əl-Muiz, əl-Muzil, əs-Səmi, əl-Bəsir, əl-Hakəm, əl-Ədl, əl-Latif, əl-Xabir, əl-Həlim, əl-Əzim, əl-Ğafur, əş-Şəkur, əl-Əliyy (Əli), əl-Kəbir, əl-Hafiz, əl-Muqit, əl-Hasib, əl-Cəlil, əl-Kərim, ər-Raqib, əl-Mucib, əl-Vasi, əl-Hakim, əl-Vədud, əl-Məcid, əl-Bais, əş-Şəhid, əl-Haqq, əl-Vəkil, əl-Qaviyy, əl-Mətin, əl-Vəliyy (Vəli), əl-Həmid, əl-Muhsi, əl-Mubdi, əl-Muid, əl-Muhyi, əl-Mumit, əl-Hayy, əl-Qəyyum, əl-Vacid, əl-Məcid, əl-Vahid, əl-Əhəd, əs-Saməd, əl-Qadir, əl-Muqtədir, əl-Muqəddim, əl-Muəxxir, əl-Əvvəl, əl-Axir, əz-Zahir, əl-Batin, əl-Vali, əl-Mutəal, əl-Bərr, ət-Təvvab, əl-Muntəqim, əl-Afuvv, ər-Rauf, Məlikul-mulk, Zul Cəlali vəl ikram, əl-Muqsit, əl-Cami, əl-Ğəniyy, əl-Muğni, əl-Mani, əd-Darr, ən-Nəfi, ən-Nur, əl-Hadi, əl-Bədii, əl-Baqi, əl-Varis, ər-Rəşid, əs-Sabur adlarının izahı verilmişdir. Əsər bitdikdən sonra katib şərhin müəllifinin adını qeyd edərək “Quduqiyə Allahın rəhməti olsun” sözlərini yazmışdır [6,v.9b].

“Əsmaul-husna”dan bəhs edən Məhəmməd əl-Quduqinin “Şərhu əsma əl-husna” əsərinin həcmi az olsa da burada Allahın gözəl adlarının şərhi dolğun şəkildə açıqlanmışdır. Onu da qeyd etmək lazımdır ki, bu əsərin əlyazma nüsxəsinə Azərbaycanla yanaşı Gürcüstan da [7,s.94] rast gəlinmişdir.

Azərbaycanın elmi irsinin bir hissəsini təşkil edən əlyazma əsərlər arasında tədqiq olmayan obyektlər arasında Məhəmməd əl-Quduqinin elmi mirasının ətraflı tədqiqi bu istiqamətdə bir çox yenililklərin yaranmasına imkan yarada bilər.



Ədəbiyyat:


  1. www.kavkaz-uzel.eu/articles/20517/ ал-Кудуки

  2. http://bigenc.ru/ Большая российская энциклопедия / А. Р. Шихсаидов.

  3. Zeynud-din Ahmed b. Ahmed b. Abdul-Latifiz-Zebidi. Mütercimi ve şerhi Kamil Miras. Sahih-i Buhari muntasari Tecrid-i Sarih tercemesi ve şerhi. - Ankara : Başbakanlık basımevi, 1980. -C.8. – 508 s.

  4. Bekir Topaloğlu. Esma-i hüsna. Türkiye Diyanet Vakfı, İslam Ansiklopedisi. - İstanbul, 1995. – C.11. – 552 s.

  5. Ali Bilgiç. Hadislerde uluhiyyet. Çukurova Ünibersitesi Sosyal Bilimler Enstitüsü Temel İslam Bilimleri Anabilim dalı. - Ankara, 2007 - 122s.

  6. Məhəmməd əl-Quduqi. Şərhu əsma əl-husna. AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu : B-5656.

  7. Каталог арабских рукописей Института рукописей им. К.С.Кекелидзе (Коллекция L – Выпуск II). – Тбилиси : Кавказский дом, 2002. – 586 л.



Yegana Rahnulla
İSLAMİC SCHOLAR MAHAMMAD AL-GUDUQİ FROM DAGHESTAN

AND THE GENERAL VİEW TO THE MANUSCRİPT COPY

OF HİS WORK “SHARHU ASMA AL-HUSNA

Summary
The written monuments of the medieval centuries by the well-known scholars and scribes preserved in the Institute of Manuscripts named after Mahammad Fuzuli of ANAS are very varied and different. Among these written monuments there are more than thirty works included “Asma ul-husna” that deal with the ninety nine beautiful names of Allah. “Asma ul-husna” is a religious term expressed 99 of the most beautiful names belonged to Allah taken from different ayahs and hadiths of Quran.

ƏLİMUXTAR MUXTAROV

AMEA-nın Gəncə Bölməsi,

filologiya üzrə fəlsəfə doktoru

alimuxtar@gmail.com
TARİXİ ROMAN JANRI NİZAMİ GƏNCƏVİ OBRAZI KONTEKSTİNDƏ

(M.S.ORDUBADİNİN “QILINC VƏ QƏLƏM” ROMANI ƏSASINDA)
Azərbaycan ədəbiyyatında Nizami Gəncəvi obrazını dövrünün tarixi hadisələri kontekstində ən mükəmməl şəkildə ilk dəfə işıqlandıran bədii ədəbiyyat nümunəsi Məhəmməd Səid Ordubadinin “Qılınc və qələm” əsəridir. “Qılınc və qələm”, sözün yüksək mənasında, obrazlı təfəkkürün gözəl nümunəsidir. Bu əsərdəki təsvirlər yüzillik bir tarixin canlı təsviridir. Əsərdə bəzi təsvirlərdə macəra romanı ünsürləri, “Min bir gecə” nağıllarının təsiri də görünür. Romanda bu təsirləri Dilşad, Səba xanım Darrətülbağdad surətləri ilə əlaqədar olan təsvirlərdə görə bilirik.

“Qılnc və qələm” romanında yazıçı ideyanı müasirləşdirmək xatirinə tarixi modernizə edir. Nizaminin, onun yaxın dostu Fəxrəddin və Qızıl Arslanın parçalanmış Azərbaycanı (Şimali və Cənubu Azərbaycanı) millətə istiqlaliyyət qazandırmaq məqsədilə birləşdirmək cəhdləri buna misal ola bilər. Romanın yazıldığı illər Cənubi Azərbaycanda milli dövlət uğrunda gedən mübarizə illərinə təsadüf edildiyindən M.S.Ordubadi bu ideyanı tarixdə də axtarmağa səy göstərmişdir.

“Qılınc və qələm” romanında Nizami ilə yanaşı, Xaqani, Məhsəti xanım, Əbülüla, Cahan Pəhləvan, Məhəmməd, Qızıl Arslan, Əbülmüzəffər, Şirvanşah III Toğrul kimi onlarla başqa tarixi simalar iştirak edir. Lakin Nizami dühasının surəti öz dolğunluğu, canlılığı, hərtərəfliliyi ilə bu şəxsiyyətlərin hamısından yüksəkdə durur. Yazıçı Nizaminin şəxsi həyatını, məhəbbətini, ailə mühitini, onun siyasi, ictimai, fəlsəfi və ədəbi görüşlərini kolliziyalarla sıx əlaqədə açıb göstərir.

Bu tarixin romanın elmi tədqiqatlarda təhlili məsələlərinin kulminasiya nöqtəsində isə Yavuz Axundlunun adı durur. Buna görə də təhlillərimiz zamanı Y.Axundlunun fikirlərinə müraciətimiz təbiidir. Y.Axundlu M.S.Ordubadini ədəbiyyat tariximizdə tarixi roman janrının banisi kimi dəyərləndirərək yazır: “Məmməd Səid Ordubadi Azərbaycan tarixi roman məktəbinin banisi kimi şöhrət qazanmışdır. Ədibin tarixi romanları ilə Azərbaycanda milli tarixi romançılıq ənənəsinin əsas prinsipləri də formalaşmışdır. Böyük tarixi romançı Məmməd Səid Ordubadinin romanlarından hər biri əhatə etdiyi epoxanın kamil sənət güzgüsüdür. “Qılınc və qələm” tarixi romanı Azərbaycan tarixinin Nizami dövrünün ədəbi salnaməsidir. Yüksək sənətkarlıq nümunəsi olan bu möhtəşəm bədii əsər Azərbaycan ədəbiyyatında tarixi roman janrının zirvəsində dayanır. Əsərdəki obrazlar tarixiliklə bədii təfəkkürün vəhdətindən yoğrulmuş parlaq, bənzərsiz surətlər kimi Azərbaycan ədəbiyyatını zənginləşdirir. “Qılınc və qələm” tarixi romanı XII əsr tarixinin də misilsiz zəngin mənbəyi sayılmağa layiqdir. “Qılınc və qələm” tarixi romanı ədəbiyyatşünaslar üçün olduğu qədər tarixçilərdən ötrü də əhəmiyyətli qaynaqdır. “Qılınc və qələm” Nizami Gəncəvinin və müasirlərinin romanı, Nizami epoxasının ədəbiyyat üslubunda yazılmış tarixidir (1, 51-52).

“Qılınc və qələm” tarixi romanı Azərbaycan Atabəyləri dövlətinin möhtəşəm ədəbi abidəsidir. Məmməd Səid Ordubadi “Qılınc və qələm” tarixi romanında qılıncın məsuliyyətini və şərəfini qələmin qüdrəti ilə təsbit etmişdir. Eyni zamanda, qələmin də qüdrət və məsuliyyəti böyük sənətkarlıqla mənalandırılmışdır. Nəticə etibarilə bu əsər ölkə maraqları miqyasında qılıncla qələmin birliyi zərurətinin ədəbi həllidir. Uzaqgörən müdrik yazıçı qılıncın və qələmin ittifaqına böyük gələcəyə “bütün Azərbaycanı hazırlamaq” işinin əsas qayəsi kimi baxmışdır. Romanda Nizami Gəncəvinin sərkərdə Fəxrəddinə dediyi aşağıdakı sözlər ölkənin taleyində qılıncın və qələmin vəhdətinin diqqət mərkəzinə çəkilməsinin zəruriliyi barədə yazıçının görüşlərini daha aydın şəkildə başa düşməyə şərait yaradır: “Sənə bir məsləhət verəcəyəm. İndi ki qılınc və mizraq işlətməyə, ox və kaman işləri ilə məşğul olmağa həvəsin vardır, onları yaxşı öyrən. Mən də qələm işlərində yüksək mərtəbə əldə etməyə çalışacağam. Bunların ikisi də bizə lazımdır” (1, 53).

“Qılınc və qələm” tarixi romanındakı “qəhrəmanlıq yalnız silah deyil, bilik də tələb edir” kimi fikirlər qılıncla qələmin birliyinə çağırışın ifadəsi kimi səslənir.

Yavuz Axundlu “Qılınc və qələm” əsərini Azərbaycan ədəbiyatını və tarixini saxtalaşdırmağa cəhd edən sovet ideologiyasına qarşı da tutarlı cavab kimi dəyərləndirirdi: “Məmməd Səid Ordubadinin qılıncla qələmin birliyi ideyasını tarixi romanda keçmiş epoxanın fonunda ifadə etməsi həm də əsas mətləbin sovet ideologiyasının diqqətindən yayındırılması üçün düşünülmüş bədii forma kimi görünür. Bəlkə də “Qılınc və qələm” tarixi romanını özünü zor gücünə fəhlə-kəndli hökuməti kimi elan etmiş və ziyalını, yəni qələmi arxa plana keçirmiş sovet dövlətinə bu işin sonrakı aqibəti barədə xəbərdarlığı idi (1, 53).

Bu mənada “Qılınc və qələm” müstəqil Azərbaycanın romanıdır. Məmməd Səid Ordubadinin “Qılınc və qələm” romanında ümid etdiyi qılıncın və qələmin birliyi əsasında yaranan milli dövlətçilik ideyası Azərbaycanda dövlət müstəqilliyinin qurulması ilə həyata keçirilmişdir” (1, 54).

Elmi tədqiqatlarının nəticəsi olaraq da, M.S. Ordubadinin son tarixi romanı “Qılınc və qələm”dir. Müəllif özünün yazdığına görə, bu əsər üzərində 1939-cu ildən işləməyə başlamışdır. Müəllif uzaq keçmişdən bəhs edən bu möhtəşəm romanı yazmaq üçün ciddi hazırlıq işləri görmüşdür. Əsər külli miqdarda (300-dən artıq) tarixi, elmi, ədəbi məxəzə istinadən yazılmışdır (1, 332). Belə möhtəşəm roman üçün bu mənbələr azlıq təşkil etdiyindən müəllifini çox zaman öz yazıçı təxəyyülünə qanad verməyə vadar etmişdir.

M.S.Ordubadinin “Qılınc və qələm” tarixi romanı əsasında rejissor T.Kazımov tərəfindən pyes yazılaraq 1976-cı ildə M.Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Dram Teatrında səhnəyə qoyulmuşdur. Pyes mətbuatda böyük əks-səda doğuraraq müəyyən resenziyaların yazılmasına səbəb olmuşdur. Ziya Bünyadovun “Tarixi dəqiqlik mühüm şərtdir”, Camal Yusifzadənin “Qılıncla qələmin ittifaqı” adlı məqalələri əsərin səhnə təcəssümünü əks etdirməklə yanaşı, “Qılınc və qələm” romanının süjetinin təhlilinə də yönəldilmişdir.

M.S.Ordubadi irsinin öyrənilməsi ədəbiyyatşünaslığımızın bu gün də aktual məsələlərindən biri kimi diqqətimizi çəkir: “Son yüz ildə Azərbaycan ordubadişünaslığı, əsasən, tanınmış ədəbiyyatşünaslardan Yavuz Axundlu, Fəridə Vəzirova, Tofiq Rüstəmov, Əkbər Məftun, Bəxtiyar Əsgərov, Nuridə Bağırovanın və başqalarının tədqiqatlarından ibarətdir” (4, 2).

Tarixi dövrün yazıçı və tarixçi nəzər nöqtəsindən qiymətləndirilməsindəki fərq də Y.Axundlunun görüşlərində öz əksini tapmışdır: “Eyni bir tarixi dövrü yazıçı da, tarixçi də qələmə ala bilər, lakin bir birinə bənzəməyən üsullarla... Böyük rus yazıçısı L.N.Tolstoyun fikrincə, tarixçi ideyanı əsas götürdüyü halda, yazıçı üçün bu əsas deyil. O, məşhur bir xadimi yox, bir insanı başa düşmək və göstərməyə çalışır (1, 209).

Alimə görə, tarixi roman yazıçıdan ilk növbədə, təsvir etdiyi dövrü mükəmməl öyrənməyi, xalqın adət-ənənələrini, məişətini, əxlaqını dərindən bilməyi tələb edir” (1, 211). Alimin tarixi roman haqqındakı nəzəri fikirləri Azərbaycan ədəbiyyatında Nizami Gəncəvi obrazının öyrənilməsi istiqamətində bələdçi rolunu oynamaq üçün əsas mənbəyə çevrilmişdir.

Akademik İsa Həbibbəylinin Yavuz Axundlunun “Məmməd Səid Ordubadi” monoqrafiyasına və Nəriman Həsənzadənin “Atabəylər” dramına yazdığı “Müasirlik işığında bədii yanaşma” adlı ön sözü də Nizami Gəncəvi obrazının yaradılması məsələlərinə müasir elmi münasibət baxımından diqqətəlayiqdir.

N.Bağırovanın “M.S.Ordubadi və tarixi roman janrı”, F.Vəzirovanın “M.S.Ordubadi” , M.Əkbərin “M.S.Ordubadi” monoqrafiyaları da ədəbiyyatımızda Nizami obrazının öyrənilməsi istiqamətində görülmüş mühüm işlərdəndir.
Ədəbiyyat:


  1. Axundov Y. Roman və tarix. Bakı : Yazıçı, 1988. - 184 s.

  2. Axundlu Y. Məmməd Səid Ordubadi. – Bakı : Elm və təhsil, 2012.

  3. Bünyadov Z. Tarixi dəqiqlik mühüm şərtdir // ”Ədəbiyyat və incəsənət” qəzeti. - 1976. - 10 iyul.

  4. Həbibbəyli İ. Böyük ədəbiyyat nəhəngi. – Bakı : Elm və təhsil, 2012. -, 92 s.

  5. Yusifzadə C. Qılıncla Qələmin ittifaqı // “Ədəbiyyat və incəsənət” qəzeti. – 1976. - 10 iyul.


Alimukhtar Mukhtarov
HİSTORİCAL NOVEL GENRE İN THE CONTEXT OF THE İMAGE

OF NİZAMİ GANJAVİ (ACCORDİNG TO THE NOVEL

"SWORD AND PEN" BY MAMMAD SAİD ORDUBADİ )

Summary

In Azerbaijan poetry Nizami Ganjavi’s character firstly was animated wonderfully by Muhammad Said Ordubadi, in his art work called “Sword and Pen” in historical context. “Sword and Pen” is a beautiful example of figurative thinking. In this art work, descriptions are living pictures of a century.



ŞƏHLA MƏCİDOVA

Şirvan şəhər 16 nömrəli tam orta məktəb,

filologiya üzrə fəlsəfə doktoru

shahla.majidova@mail.ru

MİÇİQAN UNİVERSİTETİNİN İSLAM ƏLYAZMALARI

KİTABXANASINDA (ABŞ) QORUNAN AZƏRBAYCAN ƏLYAZMALARI
Artıq bir neçə ildir ki, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu dünyanın müxtəlif ölkələrinin kitabxanalarında və şəxsi kolleksiyalarında qorunan maddi və mənəvi irsimiz olan əlyazmalarımıızın araşdırılması və toplanması sahəsində çox uğurlu addım ataraq beynəlxalq konfranslar keçirir. Özlüyündə bu konfranslar təkcə əlyazmalarımızın harada saxlanması barədə deyil, həm də onların tədqiqatlara cəlb edilərək müxtəlif elm sahələrinə aid olan mənbələrin və məlumatların da mədəniyyət və ədəbiyyat tariximizə çox böyük töhfələr verməsi üçün də böyük yollar açır.

Qeyd etdiyimiz kimi, əlyazma nüsxələrimiz müxtəlif ölkələrin əlyazma fondlarında, kitabxanalarında və şəxsi kolleksiyalarında qorunub saxlanır. Əlyazmalarımızın qorunduğu məkanlardan biri də ABŞ-ın Miçiqan Universitetinin İslam Əlyazmaları Kitabxanasıdır.

Miçiqan Universitetində 23 əlyazmamız qorunur. Hər şeydən əvvəl qeyd edilməlidir ki, bu əlyazmalardan 2-3-ü istisna olmaqla, hamısı Osmanlı İmperiyasının sultanı Sultan II Əbdülhəmidin (1842-1918) kitabxanasında olub, yəni əlyazmanın sahibi Sultan II Əbdülhəmid göstərilir. Görünür, Osmanlı İmperiyasının süqutundan sonra bu əlyazmalar müxtəlif yollarla ABŞ-a aparılmış və universitetin kitabxanasına daxil edilmişdir. Maraqlıdır ki, burada qorunan əlyazmaların cildi, kağızı, səhifələri, səhifələrin təsviri, kolofonları, əlyazmanın kimə məxsus olması, kimlərin redəktəsindən keçməsi haqqında geniş məlumat verildiyi halda, əlyazmaların əksəriyyətinin katibi haqqında məlumat yoxdur. Apardığımız araşdırma nəticəsində məlum oldu ki, Miçiqan Universitetində saxlanan əlyazmalarımız bunlardır:

823 şifrli əlyazma nüsxəsinə Nəsirəddin Məhəmməd ibn Məhəmməd ət-Tusinin “Risaleyi Muiniyah ya al-Mufid dər hayat” əsəri köçürülüb, m. XIV və ya XV əsrə aiddir, fars dilindədir, əsər Quhistanın valisi, müəllifin ağası Nəsiəddin Möhtəşəmin oğlu Abu-ş-Şəms Muiniddinə ithaf edilmiş astronomiyaya dair işdir. 2-ci məqalənin bir hissəsi və 3-cü məqalənin əvvəli var. Aydın nəsxlə yazılıb. 5 vərəqdən ibarətdir (1).

Məhəmməd Füzulinin “Leyli və Məcnun” poeması yazılmış 417 şifrli nüsxə m. 16 əsrə aiddir (dəqiq köçürülmə tarixi məlum deyil). Nəstəliqlə yazılıb, Türk dilindədir, 62 vərəqdir (2).

Məhəmməd Füzulinin Hüseyn Vaiz Kaşifinin “Rövzətüş-şühəda” əsərinə nəzirə yazdığı “Hədiqətüs-süəda” əsəri 387 şifrli nüsxəyə köçürülüb, nəstəliqlə yazılıb, m. XVI əsrə aiddir, 277 vərəqdir (3).

Əssar Təbrizinin “Mehr və Müştəri” poeması h.933/m.1526 və ya 1527-ci ildə Şirazda yazıya alınıb. Fars dilindədir, nəstəliqlə yazılıb, 322 şifri altında qorunur, 214 vərəqdən ibarətdir (4).

Məhəmməd Qivaminin “Xülaseyi-Xəmsə” əsəri yazılmış əlyazma nüsxəsi h.954-cü/ m. 1547 və ya 1548-ci ilə aiddir. Fars dilindədir, Şirazda köçürülüb, gözəl nəstəliqlə yazılıb. 288 şifri altında saxlanılır, 53 vərəqdən ibarətdir (5).

Bu əsərin daha bir nüsxəsi də h. 955-ci ilin şəvval ayında (m. 1548-ci il noyabr-dekabr) köçürülüb, katibin adı məlum deyil, nəstəliqlə yazılıb. 289 şifri altında qorunur, 46 vərəqdən ibarətdir (6).

404 şifrli nüsxəyə Füzulinin türkcə “Divan”ı yazılıb, nüsxə h.986/ m.1578/1579-cu ildə yazıya alınıb, 119 vərəqdən ibarətdir (7).

Məhəmməd Füzulinin “Hədiqətüs-süəda” əsəri 386 şifri altında saxlanılır, h.1006/m. 1598-ci ilə aid nüsxədir, gözəl nəstəliqlə yazılıb. 297 vərəqdir (8).

286 şifli əlyazma nüsxəsi “Divani-həkimi-Xaqani Şirvani”ni ehtiva edir. Divan h. 1066/ m. 1656-ci ildə yazıya alınıb. Farscadır, nəfis nəstəliqlə yazılıb. 526 vərəqdir (9).

886 şifrli əlyazma nüsxəsinə “Məqaləti-Şeyxi Nizami” əsəri adı ilə Nizami Gəncəvinin “Xəmsə”si gözəl tərtibatla və nəfis xətlə köçürülüb, yazılma tarixi h.1106/m. 1694-cü ilə təsadüf edir. Fars dilindədir, gözəl nəstəliqlə yazılıb, 293 vərəqdir (10).

Məhəmməd Əli Saib Təbrizinin “Divan”ı 342 şifri altında qorunur. Əlyazma nüsxəsi h. 1106/ m.1695-ci ildə yazıya alınıb. Farscadır, 212 vərəqdir (11).

Nəsir ibn Abdus-Sayyid Mütərrizinin (1144-1213) “əl-Muğrib fī tərtīb əl-Muğrib” əsəri 616 şifrli əlyazma nüsxəsinə köçürülüb. ərəbcə yazılmış gözəl bir nüsxədir. H. 25 rəcəb 1110/ m. 27 ynvar 1699-cu ildə Məşhəddə zərif nəsxlə katib Həsən ibn Qulam Əli ən-Nəcəfi üzünü köçürüb, 218 vərəqdir (12).

341 şifrli əlyazma nüsxəsinə Saib Təbrizinin “Divan”ı gözəl nəstəliqlə köçürülüb. Farscadır, 1700-ci ilə aid olduğu qeyd edilir, 508 vərəqdən ibarətdir (13).

Saib Təbrizinin “Divan”ının başqa bir nüsxəsi 364 şifri altında qorunur. Ancaq bu “Divan”ın tam mətni olmayıb, Saib Təbrizinin şeirlərindən seçilmiş və tərtib edilmiş bir topludur, şikəstə elementləri olan gözəl nəstəliqlə yazılmış nüsxəsir, Yazılma tarixi dəqiq deyil, təxminən miladi XVIII əsrə aid olduğu güman edilir. 234 vərəqdən ibarətdir (14) .

Yusif Qarabağinin “Haşiyat Yusif əl-Qarabaği alə şarhi aqaid Molla Cəlal” əsəri 1027 şifrli nüsxədə saxlanılır. Ərəb dilində yazılıb. Köçürülmə tarixi məlum deyil, m. XVIII əsrə aid edilir. Yusif Qarabağinin Cəlaləddin Məhəmməd ibn Əsəd əd-Davaninin (ö.miladi 1512/3) “Aqaid of Adudəddin Abdurrahman ibn Əhməd əl-İci” əsərinin şərhidir. Nəstəliqlə yazılıb, 144 vərəqdən ibarətdir (15).

Əfzələddin Xaqani Şirvaninin həcc ziyarəti zamanı Şirvandan Məkkəyə qədər səyahətini əks etdirən “Töhfətül-İraqeyn” poeması 899 şirfli əlyazma nüsxəsinə köçürülüb. Fars dilindədir, nəfis nəstəliqlə yazılıb, 108 vərəqdir (16).

Məhəmməd ibn Abdullah Xətib ət-Təbrizi “Mişkətul-masabih” əsəri 483 şirfli əlyazmada qorunur. Ərəb dilindədir, yazılma tarixi m. 1704-ci ilə aid edilir. İki xətt növü ilə - türk və suriya nəsx xətti iilə köçürülüb, 197 vərəqdən ibarətdir (17).

Mahmud ibn Abdul-Kərim ibn Yəhya Şəbüstərinin “Kitabi-Gülşəni-raz” əsəri 311 şirfi altında qorunub saxlanır. Fars dilindədir, m.1780-ci ilə aiddir. Şikəsteyi-nəstəliqlə yazılıb, 50 vərəqdən ibarətdir (18).

Əli ibn Əhməd Möhtəşəmi Kaşaninin “Divan”ı h.1203/m. 1789-cu ildə yazıya alınıb. 337 şifri altında qorunur. Fars dilindədir, şikəsteyi-nəstəliqlə yazılıb. 340 vərəqdir (19).

287 şifrli əlyazma nüsxəsinə köçürülmüş Nizami Gəncəvinin “Xəmsə”si h. 1240/m. 1824-ci ildə yazıya alınıb. Fars dilindədir, 347 vərəqdən ibarətdir (20).

Nizami Gəncəvinin “İskəndərnamə” poeması h. 1256/m. 1840-cı ildə üzü köçürülüb. Fars dilindədir, nəstəliqlə yazılıb. 854 şifri altında qorunur, 198 vərəqdən ibarətdir (21).

881 şifrli əlyazma nüsxəsi Zeynal-abidin Şirvaninin “Hədaiqus-siyaha” əsərini ehtiva edir, əsər h.1274/m.1857-ci ildə yazıya alınıb, ərəb dilindədir, gözəl nəstəliqlə yazılıb, 287 vərəqdən ibarətdir (22).

912 şirfli əlyazma nüsxəsinə Nəsirəddin Məhəmməd ibn Məhəmməd ət-Tusinin “Kitab əl-işarat” əsəri yazılıb. Ərəb dilindədir, ruqi xətt nümunəsidir. Nəsirəddin ət-Tusinin İbn Sinanın “Əl-işarat vət-tənbihat” əsərinə yazdığı şərhdir. H. 1354/m.1935-ci ilə aiddir. 24 vərəqdən ibarətdir (23).

Beləliklə, Miçiqan Universitetində qorunan Azərbaycan əlyazmaları elmin müxtəlif sahələrinə aid olan nümunələrdir. Ümid edirik ki, bu nümunələr də gələcəkdə tədqiqatlara cəlb ediləcək və elmimizə, ədəbiyyatımıza daha uğurlu səhifələr yazmağa ən gözəl mənbə olacaq.

Ədəbiyyat:


  1. https://mirlyn.lib.umich.edu/Record/006814104/Description#tabs

  2. https://mirlyn.lib.umich.edu/Record/006822748/Description#tabs

  3. https://mirlyn.lib.umich.edu/Record/006822128/Description#tabs

  4. https://mirlyn.lib.umich.edu/Record/006814130/Description#tabs

  5. https://mirlyn.lib.umich.edu/Record/006806316/Description#tabs

  6. https://mirlyn.lib.umich.edu/Record/006806324/Description#tabs

  7. https://mirlyn.lib.umich.edu/Record/006822383/Description#tabs

  8. https://mirlyn.lib.umich.edu/Record/006822121/Description#tabs

  9. https://mirlyn.lib.umich.edu/Record/006805803/Description#tabs

  10. https://mirlyn.lib.umich.edu/Record/006837623/Description#tabs

  11. https://mirlyn.lib.umich.edu/Record/006816067/Description#tabs

  12. https://mirlyn.lib.umich.edu/Record/006813435/Description#tabs

  13. https://mirlyn.lib.umich.edu/Record/006816055/Description#tabs

  14. https://mirlyn.lib.umich.edu/Record/006818786/Description#tabs

  15. https://mirlyn.lib.umich.edu/Record/006834427/Description#tabs

  16. https://mirlyn.lib.umich.edu/Record/006836173/Description#tabs

  17. https://mirlyn.lib.umich.edu/Record/006806696/Description#tabs

  18. https://mirlyn.lib.umich.edu/Record/006813674/Description#tabs

  19. https://mirlyn.lib.umich.edu/Record/006816030/Description#tabs

  20. https://mirlyn.lib.umich.edu/Record/006806306/Description#tabs

  21. https://mirlyn.lib.umich.edu/Record/006819524/Description#tabs

  22. https://mirlyn.lib.umich.edu/Record/006837416/Description#tabs

  23. https://mirlyn.lib.umich.edu/Record/006819137/Description#tabs

Şhehla Macidova
AZERBAİJANİ MANUSCRİPTS WHİCH ARE KEPT İN THE İSLAMİC LİBRARY

OF (THE UNİTED STATES) THEMİCHİGAN UNİVERSİTY

Summary

The manuscripts are unique examples, consist of not only the contents of any scientific or feature works, but also the sosial-political, economical, cultural situations of the epoch of these manuscripts. The investigation is devoted to the Azerbaican manuscripts, kept in Michigan University, USA.


HÜMBƏTOVA ALMARA

AR Təhsil İnstitutu, dissertant

humbatova. almara @ gmail.com
DÜNYA KİTABXANALARINI ZƏNGİNLƏŞDİRƏN

AZƏRBAYCAN ƏLYAZMALARI


IX əsrin sonu, X əsrin əvvəllərində Xunəc şəhərində yalnız indi məlum olan ilk kağız fabrikinin işə salınması; X əsrin ortalarında təhsilə, elmə və kitab mədəniyyətinin inkişafına kömək məqsədilə Bəsrə şəhərində təşkil edilmiş 52 kitabdan ibarət ensiklopediyanın əsas müəlliflərindən və təşkilatçılarından birinin Azərbaycanlı (Əbülhəsən Zəncani) olmas; X əsrin ortalarında paytaxtın Bərdədən Gəncəyə köçürülməsi ilə əlaqədar olaraq, həmin əsrdə əzəmətli saray ( dövlət) kitabxanasının istifadəyə verilməsi, 330 kvadrat metr sahəsi və 100 nəfərdən çox elmi əməkdaşı olan Marağa rəsədxanası nəzdindəki kitabxanaya N. Tusinin (1201 – 1274) 400 min cild kitab toplaması orta əsrlərin möcüzələrindəndir. Dünya şöhrətli alim, dövlət xadimi F. Rəşidəddinin ( 1247 – 1318) Təbriz, Sultaniyyə, Rəşidiyyə, Qazaniyyə və. s. şəhərlərdə açdırdığı kitabxanaların hər birinə 60 – 70 min kitab toplaması, ondan sonra vəzir olmuş oğlu Qiyasəddin Rəşidinin ( ? – 1336) xeyli kitabxana, kitab hazırlayan emalatxana, kitab dükanı və. s. istiqamətlərdə gördüyü şərəfli işlər də Azərbaycan kitab mədəniyyətinin indiyə qədər öyrənilməmiş vacib sahələrindəndir. Səfəvilər dövründə Azərbaycanın kitab ambarlarında saxlanılan kitabların ölkənin bütün kitabxanalarında və kitab emalatxanalarında toplanmış kitablardan dəfələrlə çox olması və. s. tarixi faktlar orta əsrlərin mənəvi mənzərəsini aydın göstərir. İlk Azərbaycan kitabı Avestadan, ilk anadilli Azərbaycan kitabı ”Kitabi – Dədə Qorqud”dan, “Xəmsə” kimi dünya şöhrətli yazılı abidələrdən üzü bəri mütaliənin faydalarına verilən qiymət bu gün də öz aktuallığını saxlamaqdadır. ( 3. s 179)

XI əsrin görkəmli mütəfəkkiri və şairi Əbu Reyhan Biruni ( 973 – 1048), Əhməd Bəlazuri ( 820 – 892), Yaqut Həməvi ( 1179 – 1229) Zərdüştün Azərbaycanlı olduğunu qeyd etmişlər. Bu peyğəmbər qədim yunan və orta fars dilli mənbələrdə, eləcə də ərəb dilli müəlliflərdən olan Qütbəddin Şirazinin ( 1236 – 1321) məlumatında “görkəmli filosof, kamil umam, Zərdüşt Azərbaycani” deyə yad edilmişdir. ( 3. s 358)

Aərbaycanda VII – VIII əsrlərdə əlyazma nəşrlərinin geniş yayılmasına səbəb kağız istehsalının inkişafı səbəb oldu. Məsələn, “Kitabi – Dədə Qorqud”un əlyazmaları elə həmin vaxtlardan yazılı şəkildə tanınmağa başladı. Drezden və Vatikan kitabxanalarında onun sonrakı əlyazmaları (XV əsr) bu günə qədər qorunub saxlanılır. Azərbaycanın, dünyanın əlyazmaları xəzinələri içərisində “Darül – hikmə” adlanan Ərdəbil kitabxanası ölçüyəgəlməz dərəcədə zənginliyi ilə fərqlənir. Həmin əlyazmaların çox hissəsi ərəbcə, az bir hissəsi isə fars və türk dillərindədir. Nəhəng “Ərdəbil” kitabxanasında Nizaminin “Xəmsəsi”nin 45 miniatürlü nüsxəsi, 1481 – ildə Dərviş Məhəmməd Tağı tərəfindən köçürülmüşdür. Ərdəbil əlyazmaları kolleksiyasından Nizaminin gətirilmiş əlyazmalarından biri də 1507 – ildə köçürülmüş, nəfis, qovluqlu və ornamentli meşin cildə tutulmuş “Xəmsə” nüsxəsidir. ( 1. s, 59)

Dünyanın bir sıra məşhur kitabxanalarında Azərbaycana aid olan əlyazmalar qorunub saxlanılır. X. Təbrizinin, Həbibullah Gəncəvinin, Marağayinin, Naxçivaninin, Xaqaninin, Beyləqaninin, M. Gəncəvinin, Nizaminin və başqalarının müəlliflik hüququnun qorunması ilə müşayiət edilən əlyazmaları bizim günə qədər gəlib çatmışdır. Dünyanın ən zəngin kitabxanalarında o, cümlədən Parisin Milli Kitabxanasında “Təbərinin “Qurani – Kərimin şərhi” ( 1220 – 1225 – illər), Londonda Nizaminin “Sirlər Xəzinəsi”nin ( 1239 – il) əlyazmaları bu günə qədər qorunub saxlanmışdır. Füzuli əsərlərinin 800 əlyazma nüsxəsi, Nizami “Xəmsə”sinin 792 əlyazma nüsxəsi dünyanın ən məşhur muzey və kitabxanalarında yaraşığı ilə seçilir və qiymətləndirilir. ( 1. s, 60)

Vatikan arxivlərində Azərbaycanın tarixi ilə bağlı qiymətli mənbələr mühafizə olunur. Aparılan araşdırmalar zamanı məlum olmuşdur ki, Vatikan Məxfi Arxivlərində 700 – dən çox sənəd araşdırılarkən, Azərbaycan tarixinə aid 85 sənəd aşkar olunmuşdur. Vatikan Apostol Kitabxanasında da Azərbaycan tarixinə aid əlyazmaların tapılması sahəsində araşdırmalar aparılmış, həmin Kitabxanalarda orta əsr Azərbaycan müəlliflərinə məxsus 80 qədim əlyazma əsəri aşkar edilmişdir. Orta əsr şairlərindən Məhəmməd Füzulinin 10 əlyazması, Nizami Gəncəvinin qiymətli nüsxələrindən, tam “Xəmsə”si, İmadəddin Nəsimiyə məzsus 10 əlyazma əsərində, Şah İsmayıl Xətainin 33 şeir toplusu, 166 qəzəl olan seir məcmuəsi saxlanılır. Nəsrəddin Tusinin əsərləri, Övhədi Marağayinin əsərləri, Mahmud Şəbüstərinin ( 1287 – 1320 ) və. s. tarixi şəxsiyyətlərin əsərləri qorunub saxlanılır. Məşhur Azərbaycan filosofu Şihabəddin Sührəvərdinin ( 1154 – 1191) XVIII - əsrdə köçürülmüş, kəlamlarından ibarət əlyazma 101 vərəqdən ibarətdir. Filosof Əbu Həfs Ömər Sührəvərdinin ( 1144 – 1234 ) 34 əsərləri Apostol Kitabxanasında qorunur.

İbn Sinanın tələbəsi, filosof Əbülhəsən Bəhmənyarın ( 993 – 1066) zəngin kitabxanası olmuşdur. Belə ki, XI əsrdə ən gözəl kitabxanalardan biri Bəhmənyarın şəxsi kitabxanası olmuşdur. Çox nadir və qiymətli kitablarla zəngin olan bu Kitabxananı Bəhmənyar alimlərin fikir mübadiləsi mərkəzinə çevirmişdir. Bəhmənyarın məşhur “Təhsil kitabı” müəllifə təkcə Azərbaycanda deyil, bütün dünyada böyük şöhrət qazandırmışdır. Əsərin fars nüsxələrindən biri Özbəkistanda Biruni adına Şərqşünaslıq İnstitututunda, bir nüsxəsi İranda Milli Şura Məclisinin kitabxanasında saxlanılır. Əsərin ərəbcə əlyazma nüsxələri dünyanın məşhur kitabxanalarında ( Beyrut, İstanbul, Qahirə, London, Vatikan və. s. kitabxanalarda ) mühafizə olunur.

Azərbaycanın qədim diyarı olan Qarabağda dünyaya gəlmiş, ( 942 – 1535) gözəl əxlaqlı, təmiz əqidəli, təvazökar, yüksək təhsilli Mühyiddin ( İzzəddin ) Məhəmməd Əli bin Qarabağinin “Haşiyətu – Sədrəş – şəriə”, “Şərhu – abadi – Əzudiyyə”, “Şərhu – risaləti – İsbatil – vacib lid – Dəvvani”, “Haşiyə aləl – Bəyzavi lil – cüzil – axır”, “Haşiyəalə şərhi – viqayə ər – rivayə fi məsailil – Hidayə” , “Calibs – sürur və Səblül – qürur” adlı məşhur əsərləri dünyanın müxtəlif kitabxanalarında qorunub saxlanılır. Sarayevo şəhərində yerləşən məşhur Qazı Xosrov bəy kitabxanasında alimin “Şərh risaləti İsbatil – vacib” əsəri qorunub saxlanılır. Öz dövrünün məşhur mütəfəkkürlərindən olan, Yəhya bin Həbəş Şührəvərdi ( 550 – 1155) 102 əsərin müəllifi olmaqla bərabər, həm də şair idi. Məşhur “Əlvahül – İmadi”, “Risalətüt – teyr”, “Yəzdan Şənaxt”, “Töhfətül - əhbüb”, “Hikmətül – İşraq”, “Həyakilün – Nur”, “Pərtəvnamə” əsərləri dünyanın bir çox kitabxanalarında və muzeylərində saxlanılır. ( 2. s, 20 ) Əsirəddin Müfəzzəl ibn Ömər ibn Müfəzzəl Əbhəri filosof, riyaziyyatçı, astronom kimi tanınmış, ancaq daha çox fəlsəfə, məntiq sahələrində əsərlər yazmışdır. Məşhur əsərləri “İsaguci” həm də “Risalətül – Əsiriyyə fil – məntiq” adı ilə tanınan, “Tənzilül – Əfkar fi tədilil – Əsrar”, “Kəşfül – həqayiq fit – təhririd – dəqaiq”, “Risalətül – bahirə fi məqalətüz – zahirə”, “Kitab Bəyanül - əsrar”, onlarla digər əsərləri dünya kitabxanalarında mühafizə olunur.

Məhəmməd ibn Həsən ət – Tusi ( 1201 – il) zəmanəsinin ən məşhur alimi idi. Onun yüzdən çox əsərləri; riyaziyyat, fizika, astronomiya, tibb, fəlsəfə, etika, məntiq və digər sahələrdə qələmə aldığı əsərləri ona dünya şöhrəti gətirmişdir. Riyaziyyatçı alimin məşhur əsərlərindən olan “Şəklül – qita”, “Cameül – hesab”, “Dairənin ölçüsü”, “Təhrir Öqlidis” və. s. əsərləri dünyanın bir çox kitabxanalarında qorunub saxlanılır. Nəsrəddin Tusinin dörd hissədən ibarət “Zici – İlxani” əsəri alimin adını dünya astronomiya tarixinə salmışdır. (2. s 21)

Rusiyanın Sankt – Peterburq şəhərində Ermitaj muzeyində dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Xəmsə”sinin 1430 – ildə üzü köçürülmüş nadir nüsxəsi mühafizə olunur.

Ankara Milli Kitabxanasında Ağqoyunlular və Səfəvilər dövründə yaşamış ( XV – XVI əsr) Azərbaycan şairi Əhməd Şövqi Təbrizinin lirik şeirləri toplusu divanı saxlanılır. XVII əsr şairimiz Mürtəzaqulu xan Zəfərin Kembric Universiteti Kitabxanasından əldə edilmiş türkcə əsərləri məcmuəsi böyük əhəmiyyətə malikdir. ( 1. s, 61)

Dünyada ən məşhur kitabxanaların bir neçəsinin adını qeyd etmək məqsədəuyğun hesab edirəm:

Di Bella Arti Kitabxanası, Milan, İtaliya; Oxford Universiteti, Duke of Humphrey Kitabxanası, İngiltere; Casanatense Kitabxanası, Roma, İtaliya; Angelica Kitabxanası Roma, İtaliya; Cathedral Kitabxanası, Macarıstan; Handelingenkamer Tneede Kamer Der Staten – Generaal Den Haad, Hollandiya; Boston Copley Xalq Kitabxanası Boston, ABSH; Do Pala cio Nacional da Ajuda Lisboa lll Kitabxanası, Portuqaliya; El Escorial Kitabxanası, San Lorenzo, İspanya; George Peabody Kitabxanası, Maryland, ABSH; Castilla La Mancha Kitabxanası İspaniya; Admont Benedictine Monastri Kitabxanası, Avstriya; Melk Monastri Kitabxanası, Avstriya; St. Florian Monastri Kitabxanası, Avstriya; Mafra Beynalxalq Kitabxanası, Portuqaliya; Shimal Oxuma Otağı, UC Berkeley Kaliforniya; Kollec kitabxanası, Oxford İngiltere; İsvechre Parlament Kitabxanası, Stokholm; Avstriya Beynalxalq Kitabxanası, Vyana; Trinity Kollec Kitabxanası, Dublin; Suzzallo Kitabxanası, Vashington; Strahov Texnoloji Kitabxanası, “John the Evangelist Holding a Book” heykeli; Strahov Felsefe Kitabxanası, Original Baroque Cabinet; Old British Reading Room, Britaniya Muzeyi London, İngiltere; Bibliotherque Nationale de Fransa Paris, Fransa; Gera University of coimbra Kitabxanası, Portuqaliya; Palafoxiana Kitabxanası, Meksika; De La Real Akademia De La Lengua Kitabxanası, Madrid, İspanya; Do Palacio e Convento de Mafra l Kitabxanası, Portuqaliya; Kremsmuenster Abbey Kitabxanası, Avstriya. və. s. Qurani Kərimin bilinən ən köhnə kopiyalarında biri İngiltərənin məşhur muzeyi British Museumda sərgilənir.

Bir çox ölkələrdən fərqli olaraq, Böyük Britaniyada kitabxana işinin inkişafında ən mühüm hadisə Milli Kitabxananın yaradılmasıdır. 1753 – ildə İngiltərə Parlamenti Britaniya muzeyinin və onun kitabxanasının yaradılması haqqında qanun qəbul etdi. 1757 – ildə İngiltərə hökmdarı ll Georq Kral Kitabxanasını muzey kitabxanasına birləşdirdi. 1831 – ildən başlayaraq, bazar və bayram günləri istisna olmaqla, hər gün işləməyə başladı. Görkəmli İngilis kitabxanaçısı Antonio Cenezio Panizzinin misilsiz xidmətləri sayəsində Britaniya Muzey Kitabxanası dünyanın ən yaxşı kitabxanalarından birinə çevrilmişdir. Bu gün Böyük Britaniyada kitabxanalar çoxsahəli mədəniyyət komplekslərinin bir hissəsi deyil, başlıca tərtib hissəsi kimi böyük nüfuza malikdir.

İtaliyada 6 kitabxana milli kitabxana statusuna malikdir. Romadakı ll Viktor – Emmanuil adına Mərkəzi Milli Kitabxananın əsası 1876 – ildə qoyulmuşdur. Roma Mərkəzi Kitabxanası İtaliya Krallığının milli kitab arxivi kimi formalaşmışdır. 2008 – ilin məlumatına görə, kitabxananın fondunda 6 milyon ədəbiyyat saxlanılır.

ABŞ Konqres Kitabxanası: ABŞ – in tarixi və elmi mərkəzi hesab edilən Konqres

Kitabxanası dünyanın ən nəhəng kitabxanası kimi “Ginnesin rekordlar kitabı”na düşmüş ilk kitabxanadır. ABŞ – ın milli kitabxanası, milli biblioqrafiyanın qeydiyyatı mərkəzi, kitabxanaşünaslıq və biblioqrafiyaşünaslıq sahələrində elmi tədqiqat mərkəzidir. Konqres Kitabxanasının əsası ABŞ – ın ll Prezidenti Con Adamsın 1800 – ildə imzaladığı Konqres üzvləri üçün kitabxananın təsis edilməsi haqqında qanunla qoyulmuşdur. Vaşinqton şəhərində təşkil olunan bu kitabxana konqresmenlərin sorğularını yerinə yetirən müəssisə kimi nəzərdə tutulmuşdur. Fəaliyyətə başlayarkən burada cəmi 3 min nüsxə kitab vardı. 1814 – ildə paytaxt Vaşinqtonda ağalıq edən ingilis işğalçıları Konqres Kitabxanasını yandıraraq, burada saxlanılan kitab sərvətini külə döndərdilər. X1X – cu əsrin sonlarında Konqres Kitabxanasının fondunda müxtəlif elm sahələrinə dair 800 min cild kitab saxlanılırdı. 1965 – ildə Konqres Kitabxanasının mütəxəssisləri informasiyanın “maşınla oxunan katoloqlaşdırma” – MARC proqramını işləyib hazırladı. 1971 – ildə Konqres Kitabxanasında MARC sisteminin inkişafı üzrə Büro yaradıldı və MARC formatının strukturu rəsmi dövlət standartı kimi qəbul edildi. Konqres Kitabxanasının “Amerikanın yaddaşı” lahiyyəsi müasir dövrün ən yaxşı kitabxanaçılıq proqramlarından biridir. Konqres Kitabxanasının fondunda dünyanın 470 xalqının dilində , o, cümlədən artıq “ölü dillər” sırasına daxil olan və çoxdan istifadə olunmayan dillərdə xeyli ədəbiyyat və digər materiallar toplanmışdır. Bu kitabxanada 500 min nəfərdən çox işçi çalışır. Konqres Kitabxanasını dünya milli kitabxanalarından fərqləndirən əsas cəhətlərdən biri də qanunverici orqanla sıx əlaqə saxlamasıdır. 2000 – ildə ABŞ Konqres Kitabxanası özünün 200 illiyini qeyd etmişdir.

Moskva şəhərində yerləşən Vladimir İliç Lenin adına Rusiya Dövlət Kitabxanası saxlanılan kitab fondlarının, sənədlərin həcminə görə Avropada birinci, dünyada ikinci kitabxana hesab olunur. Kitabxanada 367 dildə yerli və xarici sənədlər, nadir kitablar, musiqi notları, səs yazıları, müxtəlif dissertasiyalar, qəzet və jurnallar qorunub saxlanılır. Ümumi kitab fondu 43 milyon nüsxəyə yaxındır. 1992 – ildə bu kitabxana “Ginnesin rekordlar kitabı”na düşüb.
Ədəbiyyat :


  1. Cəfərova S. Dünya kitabxanalarında saxlanılan Azərbaycan Əlyazmaları haqqında // «Azərbaycan Əlyazmaları Dünya Kitabxanalarında” I Beynəlxalq elmi – nəzəri konfransın materialları. Bakı, 18 noyabr 2016. / AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu. - Bakı, 2016. - 145 s..

  2. Muradova. M. Azərbaycanlı müəlliflər və onların Sarayevo şəhərində yerləşən Qazi Xosrov Bəy Kitabxanasında mühafizə olunan əsərləri // İslam ölkələrinin mədəniyyəti, ədəbiyyatı və tarixinə dair əlyazma abidələrinin tədqiqinə həsr olunmuş “Azərbaycan Əlyazmaları Dünya Kitabxanalarında” II Beynəlxalq elmi – nəzəri konfransın materialları. Bakı, 29 noyabr 2017 / AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu. – Bakı, 2017. - 139 s.

  3. Zəriyev. İ. Azərbaycan kitab mədəniyyətinin inkişaf yoluna dair // Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Mədəni Müxtəliflik Sosial – Siyasi dəyər kimi, Kulturoloqların II Milli Forumu Beynəlxalq elmi – praktik konfrans. Bakı, 3 iyul 2010. - Bakı, 2010. - 503 s.


Almara Humbatova
THE WORLD, ENRİCHİNG THEİR LİBRARIES OF

MANUSCRPTS OF AZERBAİJAN

Summary
The article Azerbaijans famous personalities of the world of manuscripts in the library describes special plase. Azerbaijanis a small country, despite many world famous individuals grow.

This is a very ancient historical roots and rich culture of the Azerbaijani people, who, along with the presence of talented people is not repeated. The manuscript of Azerbaijan are found from Vatikan Apoctocil library, Hermitage in Sank – Peterburq, Ankara National library, Paris National library, London National library.

FƏXRƏDDİN EYLAZOV

AMEA-nın Naxçıvan Bölməsi

eylazov.f@gmail.com


MƏHƏMMƏD İBN HİNDUŞAH NAXÇİVANİNİN HƏYATI VƏ YARADICILIĞI

Azərbaycanın elm tarixində silinməz izləri olan məşhur mütəfəkkirlərdən biri də Məhəmməd ibn Hinduşah Naxçıvanidir. XIII əsrin sonu XIV əsrin əvvəllərində yaşamış məşhur tarixçi, dilçi alim, filosof Məhəmməd Naxçıvani öz dövrünə görə gözəl təhsil almış şəxslərdən sayılırdı. O, Azərbaycan, fars və ərəb dillərini mükəmməl səviyyədə bilirdi.

Yazdığı bir neçə əsər onu xalq arasında məşhurlaşdırdıqdan sonra alimi Təbrizə, Elxanilərin sarayına dəvət edirlər. O, 14-cü əsrin 20-ci illərində burada Hülakilər sarayında uzun müddət katib(münşi) vəzifəsində maliyyə məsələlərinə baxır. Naxçıvaninin (təqribən 1293-1376) alim kimi nüfuzunu və böyük xidmətlərini nəzərə alaraq, ona “Şəms-i Münşi ən-Naxçıvani” (Naxçıvandan olan münşilərin günəşi) ləqəbi verilmişdir (1, s.571).

O, sarayda tarixçi alim Fəzlullah Rəşid əd-Dinin oğlu Qiyas əd-Din Rəşidi ilə dost olur. 1327-1328-ci ildə yazdığı “Sihahül-fürs” lüğətini də ona ithaf edir.

Alim bu fars dilinin izahlı lüğətini tərtib etdikdən sonra Qiyas əd-Dinin tövsiyəsi ilə Əbu Səid xüsusi fərmanla Məhəmməd Naxçıvaniyə Elxanilər dövlətinin quruluşunu və idarəçilik sistemini təsvir edən əsər yazmasını tapşırır. Bu sifariş çox ciddi iş idi və xeyli zaman aldığına görə, nə Əbu Səid, nə də Qiyas əd-Din Rəşidi bu əsərin bitməsini görə bilmir. Naxçıvani bu əsəri 1360-cı ildə bitirir. Amma alınan nəticələr onu qane etmədiyindən və müəyyən qədər də ölkədəki siyasi vəziyyət dəyişdiyindən, daha 6 il əsəri redaktə edir və üzərində işləyir.

O, ən nəhayət, 1366-cı il aprelin 6-da həmin iri həcmli əsərini tamamlayaraq, onu “Dəstur əl-katib fi təyin əl məratib” (“Dərəcələrin müəyyənləşdirilməsində katiblər üçün vəsait”) adlandırır. Əsəri Elxanilərdən sonra Azərbaycanda hakimiyyətə gəlmiş və Təbrizi bu yeni dövlətin paytaxtı kimi saxlamış Cəlairilər sülaləsindən olan Şeyx Üveysə həsr edir (2, .s.516).

Iki hissədən ibarət bu əsərdə rəsmi dövlət sənədlərinin nümunələri verilmişdir. Amma bu sənədlər, sadəcə, nümunə xarakteri daşımayıb, dövrün ictimai-iqtisadi, siyasi, mədəni və dini həyatı barədə çoxlu real faktlarını əks etdirir. Müəllif dövrün idarə sistemində mövcud olmuş vəzifələrə təyinatları şərh edərkən nümunə kimi faktiki sənədləri misal göstərmişdir. Burada real tarixi şəxsiyyətlər və yer adları xatırlanır. Əsərdə 100-dən artıq tarixi termin, istilah verilir və onların bir çoxu müəllif tərəfindən açıqlanır.

Bu əsər orta əsrlərin elm və dövlət xadimləri tərəfindən yüksək qiymətləndirmiş və bu da Məhəmməd Naxçıvaniyə böyük şöhrət gətirmişdir. Zaman keçdikcə belə əsərlər yaranmadığı və müharibələrdə bir çox dövlət arxivləri məhv olduğu üçün, əsərin dəyəri də artmışdır. Bütün dünyada məşhur olan siyasətçi və islahatçı alimlər bu əsəri Nizam əl-Mülkün “Siyasətnamə”sinə və Rəşid əd-Dinin “Came ət-Təvarix”nə bərabər tuturlar.

Nüfuzlu alim və dövrünün tanınmış şəxsiyyətlərindən olan Məhəmməd Naxçıvaninin həmin vəsaiti Elxanilər dövründə Azərbaycan dövlət quruluşu və ictimai-siyasi həyatının müxtəlif sahələrini əks etdirən nadir ensiklopedik əsərdir. “Burada vergi qoyulmasının iqtisadi-hüquqi normaları, torpaq üzərində və digər mülkiyyət məsələləri, məhkəmə və pul dövriyyəsinin müxtəlif problemləri öz əksini tapıb. Bundan başqa, əsərdə din, dinlə dövlətin qarşılıqlı münasibətləri, fəlsəfə və cərəyanlar, mədəniyyət, ticarət, sənətkarlıq və incəsənət, hətta xəttatlıq alətlərindən istifadə məsələlərinə dair suallara da cavab tapmaq mümkündür”.

Məhəmməd Naxçıvaninin tam ədəbi irsi haqqında məlumat yoxdur. Amma alimin elmi irsindən günümüzədək çatan ikinci əsəri - fars dilinin izahlı lüğəti olan “Sihahül-fürs” də əvvəl bəhs etdiyimiz əsərindən az əhəmiyyət kəsb etmir. Naxçıvaninin 1328-ci ildə başa çatdırdığı bu əsəri fars dilində işlədilən 2300 sözün, ibarənin izahına həsr olunmuş lüğətdir. Əsər müəllifin müqəddiməsindən (dibaçə), 25 bab və 431 fəsildən ibarətdir. Bu lüğətin tərtibində sələflərinin təcrübəsindən istifadə edən müəllif fars sözlərinin izahı zamanı bir çox dillərdən, o cümlədən Azərbaycan və türk dili materiallarından faydalanmışdır. Tarix üçün maraqlı materiallar verən lüğətdə Azərbaycan əhalisinin həyat tərzini əks etdirən etnoqrafik materiallar var. Eyni zamanda, burada bir çox söz ustalarının, eləcə də alimin atası Hinduşah Naxçıvaninin şerlərindən parçalar verilir. Tədqiqatçı alim yeri gəldikcə fars dilinin leksikologiyası və fonetikasından bəhs edir. Qədim tarixi olan əsər sonrakı dövrlərdə lüğət tərtibçiləri üçün dəyərli mənbə rolunu oynamışdır. Lüğətin 4 əlyazma nüsxəsi məlumdur. O, 1962-ci ildə Tehranda Ə.Taəti tərəfindən nəşr olunmuşdur (1, s.511 ).

Təəssüf ki, həmin lüğət son vaxtlara qədər tədqiqatçıların diqqətindən kənarda qalmışdır. Artıq indi lüğətin müəllifliyi ilə əlaqədar mübahisələr həll olunmuş və onun fars leksikoqrafiyası tarixindəki əhəmiyyətini yüksək qiymətləndirirlər. Bu lüğət də bir çox araşdırıcıların o nəticəsini əsaslandırmışdır ki, XI-XIII əsrlər ərzində fars dilçiliyi sahəsində aparıcı rol Azərbaycan türklərinə məxsus olmuşdur.

Belə ki, müasir tədqiqatçılar həm orijinallığına, həm həcminə, həm də materialın əhatə dairəsinə görə Naxçıvaninin bu əsərini Qətran Təbrizinin izahlı lüğəti ilə müqayisə edirlər.

Alimin hazırladığı lüğətdə fars dilinin fonetika, qrammatika və toponimikasına dair geniş məlumat əldə etmək mümkündür. Burada həmçinin elə şairlərdən nümunələr gətirilir ki, onların adlarına orta əsrlərin salnamə və müntəxabatlarında çətin rast gəlinə bilər.

Məhəmməd Naxçıvaninin “Dəstür əl-Katib fi təyini-e məratib” əsərinin əlyazmaları dünyanın bir çox kitabxanalarında saxlanılır. Onların tədqiq olunmasına Avropa və şərqin tanınmış alimləri çox sayda əsərlər həsr etmişlər. Bu dəyərli kitab bir çox dillərə tərcümə edilmiş və nəşr olunmuşdur. Akademik Ə.Ə.Əlizadə tərəfindən dünya kitabxanalarında mövcud olan 6 muxtəlif əlyazma nüsxəsi (İstanbul Körpülü kitabxanası - 1 nüsxə, Leyden kitabxanası - 1 nüsxə, Britaniya muzeyi - 1 nüsxə, Vyana Milli kitabxanası - 1 nüsxə, Paris Milli kitabxanası - 2 nüsxə) əsasında "Dəstur əl katib fi təyin əl-məratib" əsərinin elmi- tənqidi mətni hazırlanmış və 1964-1976-cı illərdə Moskvada 2 cilddə (3 kitabda) çap edilmişdir. Çox təəssüf ki, belə mötəbər bir mənbə bu günə qədər azərbaycan dilinə tərcümə olunmamışdır.

Məhəmməd Naxçıvaninin “Dəstür əl-Katib fi təyini-e məratib” əsər Elxanilər dövrünün dövlət quruluşunu və onun idarəçiliyini yerinə yetirən məmurların vəzifə hüquqlarını müəyyən edərək aşağıdakı fəsil və bölmələri əhatə edir.

I hissədə 3 bölmə: 1 bölmə 12 fəsil, 2 bölmə 25 fəsil, 3 bölmə 20, cəmi 57 fəsil.

II hissədə 2 bölmə: 1 bölmə 16 fəsil, 2 bölmə 6 fəsil, cəmi 22 fəsil olmaqla ümumi fəsillərin sayı 79-dur.

Birinci bölmə 12 fəsildən ibarət olub dövləti idarə etmək üçün onun uluslara bölmək və onlara əmirlər təyin etmək, Dövlət ali divanının təşkili (bu bölmə ölkənin bütün idarəçiliyini) təmin edir. Məhkəmə və hökmün ədalətli icrası, vəzir və onların nayiblərinin təyini, iqtisadiyyat, vergi, qənimət və digər gəlirlərin dövlət xəzinəsinə yönəldilməsi və xəzinəni düzgün xərclənməsi, xalq arasında sosial və ictimai ədalətin bərpa olunması, xalqın güzaranının yaxşılaşdırılması üçün bir sıra imtiyazların verilməsi, dövlətin ticarət əlaqələrini genişləndirmək, sülh və əminamanlığı qoruyub saxlamaq, nizamlı ordu yaratmaq, silah və müharibə işlərinə nəzarət edən divanın yaradılması, dövlətə aid torpaqların (əqta) səmərəli istifadəsidir. Təlim-tədris, xitabət, xəstəxana, karvansara, mərkəzi yol və körpülərin salınması, yol və karvan vergiləri. Şərii vergilərin yığılması, vaxt və zaman təyini “Cəziyə” vergisi və digər əhatə edir.

Məhəmməd Naxçıvani Elxanilər dövrü tarixçilərdən fərqli olaraq dövlətin təşkilində çox qiymətli bir nəzəriyyə ilə çıxış etmişdir. Məhəmməd Naxçıvani divanın təşkilini aşağıdakı kimi şərh edir. Divan, yüksək divan, böyük divan səlahiyyət divanı, məhkəmə divanı, qanunverici divan, yarğı divanı, vəzifələr divanı, zülmə məruz qalanlar divanı, inşa divanı, ümumxalqmalı divanı, yetişmə divanı, xarici əlaqələr divanı, çarıq, yaraq divanı, ölkələr divanı, Naxçıvani öz əsərində divanların fəaliyyətindən 146 səhifədə və yüksək divanın fəaliyyətindən 96 səhifədə və böyük divanın fəaliyyətindən 86 səhifədə geniş bəhs etmişdir. Qeyd edilməlidir ki, Rəşidəddin və Mahmud ibn Məhəmməd Ağ Sarayı öz əsərlərində “Divan”dan və “Böyük divanı”ndan geniş mənada söhbət etsələrdə onlar M.Naxçıvani qədər geniş və əhatəli şərh verməmişdilər.(2, s.109)

Məhəmməd Naxçıvaninin “Dəstür əl-Katib fi təyini-e məratib” əsərində Naxçıvanla bağlı 3yerdə məlumat verilmişdir.Onlar aşağdakılardan ibarətdir.

Naxçıvan böyüklərindən, kəndxuda və əhalisindən bir qrup nümayəndə həmin ildə əkin sahələrinə çəyirtgə və zərərvericilərin vurduğu böyük zərər nəticəsində əhalidən verginin alınmasının mümkünsüz olduğunu və gələcək il üçün toxumluq heç bir şey olmadığını bildirmişlər. məsələ təsərrüfat divanına bildirilmiş, kömək məqsədilə 5000 dinar məbləğində əvəzsiz yardım edilməsinə qərar verilmişdir. Gələn il hasilatından da verginin yarı hissəsi güzəşt edilmişdir (2, s. 297).

Naxçıvanda və digər yerlərdə Divanın müxtəlif bölmələrini təmsil edən nümayəndəliyin açılması və onların kargüzarlıq işlərinin formalaşması və təmin edilməsi məsələlərinə baxılmışdır (2, s. 130).

Zeynəddin Naxçıvaninin (alim) həyat şəraitini yaxşılaşdırmaq və başçılıq etdiyi tədris müəssisəsinin imkanlarını yaxşılaşdırmaq üçün illik 1800 dinar qızıl pul ayrılmasına göstəriş verilmişdir (2, s. 261).

Məhəmməd Naxçıvaninin “Dəstür əl-Katib fi təyini-e məratib” əsərində (Əqta) dövlətə məxsus torpaq sahələrindən istifadə ilə bağlı bəhs edrkən dövrünün ən mükəmməl fikirlərini ortaya qoyur. Məhəmməd Naxçıvanı bu silsilədən olan torpaqlardan səmərəli istifadə edilməsi üçün digərlərindən fərqli olaraq daha münasib təkliflərlə çıxış etmişdir.Məhəmməd Naxçıvani dövrünün islahatçısı kimi bu torpaqları yerinə və şəraitinə uyğun olaraq dəyərləndirilir və daha çox qaçqınlara, köçəri tayfalara və yerli feodallara icarəyə verilməsini və gələn gəliri ölkənin xəzinəsinə verilməsini münasib görür və ya köçəri tayfa başçılarını həmin yerlərin əmirliyinə təyin etmək yeni tümənlərın formalaşmasını, müharib zamanı dövlətə yardım etmlərini qarşıya qoyurdu (2, s.156).

M.Naxçıvani şəhərsalma və şəhər əhalisinin məşğuliyyətindən danışarkən oradakı kiçik və orta müəssisələrin inkişafını təşkil etmək və onlara bəzi güzəştlər vermək, maaşlarını təmin etməyi vacib hesab edərək ölkənin hərbi gücünün artırılması və silah istehsalı üçün gərəkli şəraitin yaradılmasını zəruri hesab edirdi (2, s.192).

Ədəbiyyat :
1. محمد علی تربیت.دانشمندان آذربایجان. تهران. سازمان چاپ و انتشارات وزارت فرهنگ و ارشاد اسلامی 1377.ه.ش. 655 ص.

2. محمد بن هندشاه نخجوانی. دستور الکاتب فی تعین المراتب متن علمی و انتقادی با مقدمه و فهرستها بسعی و اهتمام عبد الکریم علی او علی علیزاده. مسکو- 1972

Fakhraddin Eylazov

MAHAMMAD İBN HİNDUSHAH NAKHCHİVANİ’S LİFE AND CREATİVİTY

Summary

Mahammad Nakhchivani, the well-known historian, linguist, philosopher, outstanding scientist and prominent personality of his time, who lived in the end of XIII – beginning of XIV centuries, had always been appreciated very high by the scholars and statesmen of the Middle Ages. The article deals with his life and the documents, which made him famous, about the state structure of Elkhanids period determining the duties of the officials managing the government. The work of “Dastur al-Katib fi tayini-e maratib” consisting of two parts, is not only the sample of the governmental documents, but also the reflection of the socio-economic, political, cultural and religious life of that time. This work of Mahammad Nakhchivani reveals new facts about Nakhchivan and has an important role in the development of Nakhchivan study.





Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin