Azərbaycan miLLİ elmlər akademiyasi naxçivan böLMƏSİ ƏBÜLFƏz quliyev



Yüklə 1,03 Mb.
səhifə25/54
tarix01.01.2022
ölçüsü1,03 Mb.
#104025
1   ...   21   22   23   24   25   26   27   28   ...   54
Yağlakar boyu. Yağlakar etnonimi bəhs etdiyimiz uyğur abidələrində üç dəfə, həm də antroponimlərin tərkibində təsadüf edilir. Yağlakar onomastik vahidi burada antroponimlərin tərkibində işlənsə də Çin mənbələrindən bəllidir ki, bu xaqan boyu on uyğur qəbilə birləşməsinə daxil idi, uyğur xaqanlarının bir çoxu da məhz bu boydan çıxmışdı. Ona görə də tədqiqatçılar müəyyən etmişlər ki, Sevrey abidəsinin türkcə mətnində işlənən İnqi Yağlakar uyğur hökmdarı Bögü kağanın (759-779) adlarından biridir. Mani mətnlərində (Mahrnamaq) Yağlakar ınal antroponimi (M6) işlənmişdir. Süci abidəsində də Yağlakar kan onomastik vahidinə təsadüf edilir. Bu onomastik vahidin tərcüməsi, anlaşılması haqqında müxtəlif fikirlər vardır. Bernştam Yaqlakar xanı qırğız xanı hesab edir. Buna S.Y.Malov vaxtilə ətraflı və tutarlı dəlillərlə cavab vermiş, onun doğru olmadığını göstərmişdir. Abidənin 840-cı ildən sonra qoyulmasını nəzərə alaraq son dövrlərdə Süci abidəsinin birinci sətrindəki "Uyğur yerinte Yağlakar kan ata keltim" cümləsini Uyğur ölkəsindən Yağlakar xanı ataraq gəldim şəklində tərcümə edirlər (142, s. 255).


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin