Azərbaycan miLLİ elmlər akademiyasi


§ 12.44. Kosmosa qayıdışın “qəhrəman” və



Yüklə 2,14 Mb.
səhifə15/27
tarix27.12.2017
ölçüsü2,14 Mb.
#36091
1   ...   11   12   13   14   15   16   17   18   ...   27
§ 12.44. Kosmosa qayıdışın “qəhrəman” və

şaman” modelləri


Əvvəldə Kərəmin Xaosa keçidindən danışılarkən gös­tə­ril­di ki, bu keçidin iki modeli var: “qəhrəman” və “şaman” mo­del­­ləri. Qeyd olundu ki, xaotik varlıqlar tərəfindən oğur­lan­mış (qaçırılmış) sevgilisini qaytarmaq üçün “yeraltı-ölüm-xaos” dünyasına səfər edən qəhrəmanla xəstənin xaotik var­lıq­lar tərəfindən oğurlanmış (qaçırılmış) ruhunu qaytarmaq üçün “yeraltı-ölüm-xaos” dünyasına səfər edən (qara) şaman kos­moloji arxetip olaraq eyni obraz-funksionerdir. Bu funk­sioner­lərin hər ikisi eyni arxetipdən – Vahid Obraz Arxi­se­min­dən gəlməklə fərqli mətnlərdə şaxələnirlər. Ən başlıcası, bu paradiqmalar bir-birinə bənzəmədən funksionallaşa bil­məz­lər. Başqa sözlə, ruhlar, ölülər dünyasına getmək istəyən qəh­­rəman hökmən şaman olmalı, xəstənin ruhunu gətirmək üçün şər qüvvələrlə mübarizə aparmalı olan şaman da hök­mən qəhrəman olmalıdır. Demək, nə qəhrəman şaman ol­ma­dan öz missiyasını yerinə yetirə bilməz, nə də şaman qəh­rə­­man olmadan öz missiyasını uğurla başa vura bilməz. Bu hal­da qəhrəman və şamanın malik olduqları ortaq struktur, or­taq psixologiya, ortaq sxem var. Bu ortaq struktur sxemi on­ları həm birləşdirir, həm də gerçəkliyin müxtəlif məkan-za­man səviyyələrində ola bilmələrini təmin edir.

Beləliklə, xaosa keçidin iki modeli var:



Biri – qəhrəmanın xaotik qüvvələr tərəfindən oğur­lan­mış sevgilisinin ardınca o biri dünyaya səfəri;

O biri – şamanın xaotik qüvvələr tərəfindən oğurlanmış xəstə ruhunun ardınca o biri dünyaya səfəri.

Bu iki model uyğun olaraq iki missiya deməkdir:



Şaman xəstənin oğurlanmış ruhunu yenidən onun bə­də­ni­nə qaytarmaqla öz missiyasını başa vurur.

Qəhrəman öz sevgilisini kosmosa qaytarıb onunla ev­lən­məklə öz missiyasını başa vurur.

Lakin qəhrəmanın missiyasının şamanın missi­ya­sın­dan əsas fərqi ondan ibarətdir ki, qəhrəman yeraltına en­mək­lə inisiasiya – yenidənqurulma prosesindən keçir. O, bir sta­tus­da yeraltına enir, burada sınaqlardan keçməklə yeni statusa adlayır və həmin yeni statusuna aid olan sevgilisi ilə kosmosa qayıdır.

Məhəbbət dastanı qəhrəmanı olan Kərəm obrazı, təbii ola­raq, hər iki missiyanı (şaman və qəhrəman funksiyalarını) özün­də qovuşdurur. Bu cəhətdən o, Əslini Xaosda tapmaqla öz missiyasının mühüm hissəsini yerinə yetirir. İndi onun qar­şı­­sında duran yeganə məqsəd oğurlanmış xəstə ruhunun tə­cəs­sü­mü olan Əslini Kosmosa (Kosmosdakı xəstənin bədəninə) qaytarmaqdır. Bu cəhətdən onun Karvanqıran ulduzdan yol is­təməsi, bacadan keçərək yatmış Əslini ölüm yuxusundan oya­dıb vətənə (Kosmosa) aparmaq istəməsi Kərəmin şaman missi­yasına aid funksiyadır. Bunu həyata keçirməklə Şaman Kərəmin Xaosdakı işi tamamlanır.

Lakin Qəhrəman Kərəm hələ Kosmosa dönə bilməz. O:

– Xaosda sınaqlardan keçməli;

– özünün həqiqi nişanlı olduğunu təsdiqləməli;

– Yer Ananın yanında ölüb-dirilmə (ölərək yenidən do­ğul­ma) prosedurundan keçməlidir.

Adəm Balkaya yeraltı dünyaya keçidin əsas me­xa­nizm­lə­rindən olan quyu haqqında yazır ki, quyu başqa bir baxışla Yer Ananın bətni kimi təsəvvür olunur. Yer – canlı və cansız bütün varlığın yeganə anasıdır. Təkcə doğum/yaradılışı deyil, ey­ni zamanda bəsləməni və ya bəslənməyi mümkün edəcək ye­ni yaradılışları da təmin edir. Bu səbəbdən quyuya enmək, yaxud quyudan başlamaq, bir növ, Yer Anaya dönmək və ya­xud ondan gəlməkdir. Məsələn, Koroğlunun bir mə­zar/quyuda do­ğulması ona hələ ilk doğuluşundan status və güc vermişdir231.

Göründüyü kimi, ərgənlik/inisiasiya ritualının əsas ezo­te­rik obrazlarından biri Yer Anadır. Qəhrəmanın yeraltı dün­ya­ya enməsində əsas məqsəd Yer Ananın yanında təkrar do­ğulma/yenidənqurulma prosedurundan keçməkdir. Bu halda qəh­rəman öz köhnə varlığında ölür və Yer Ana onu yeni sta­tus­da doğur. Bu sxemə uyğun olaraq Kərəm bir Qəhrəman ki­mi mütləq Yer Anaya qovuşmalı (qayıtmalı, dönməli), Yer Ana onu yeni statusda yaratmalı/doğmalıdır. Dastanın bərpa ilə üzə çıxan kosmoloji struktur elementləri onun Xaosa eni­şin­də “son dayanacağın” Yer Ananın yanında olacağını gös­tə­rir. Mətndə bunun simvolları kifayət qədər qorunub qalmışdır.

K.Q.Yunq göstərir ki, Ana arxetipinin saysız-hesabsız təzahürləri vardır:

Şəxsi təzahürlər;

Əlaqəli olaraq: qadın, qız;

Qurtuluş arzusunun hədəfi olaraq geniş anlamda: kil­sə, universitet, şəhər, ölkə, göy, torpaq, meşə, dəniz, axar su;

maddə, yeraltı dünyası, ay;



Doğum və dölləmə yeri olaraq dar anlamda: tarla, bağça, qaya, mağara, ağac, bulaq, dərin quyu, gül;

Daha dar anlamda: bətn, oyulmuş forma232.

Bu cəhətdən Kərəmin yol boyunca qarşılaşdığı keçid/ad­la­ma mexanizmləri olan Əsliyə bənzər qız(lar), şəhər(lər), öl­kə (lər), su(lar), yeraltı dünyası, bağça(lar), qaya(lar), ağac(lar), bu­laq(lar) və s., göründüyü kimi, onun Yer Anaya doğru hə­rə­kə­tini və eyni zamanda elə yerin/yeraltının obrazı olan Yer Ana­dakı hərəkətini simvollaşdırır.

Beləliklə, kosmoloji məntiqə görə, Kərəm Qəh­rə­man/Şaman kompleksinin daşıyıcısı kimi, süjetin sonrakı in­ki­şa­fında sınaq/keçid mexanizmləri, etnokosmik iden­tifi­ka­si­ya prosedurları üzləşəcəkdir. Biz, yenə də eyni məntiqə görə, Kə­rəmin Yer Ana arxetipini təmsil edən obrazla qarşı­laş­ma­sı­na da şahid olmalıyıq.
§ 12.45. Paşanın yanında sınaq/identifikasiya
Fərraşlar Kərəmi tutub Süleyman paşanın yanına apa­rırlar. Bu epizodla dastandakı bütün sınaq/keçid mexanizmləri və identifikasiya prosedurlarının sonuncu mərhələsi başlanır. Çünki paşanın sarayı dastanda Keşişin (o cümlədən Kərəmin) gə­lib çıxdığı son duracaq olaraq təsvir olunur. Bura kos­mo­lo­ji xronotop baxımdan Xaosun mərkəzidir. Demək, Qəh­rə­ma­nın yeraltı dünyanın hökmdarının səltənətində Yer Ananın ya­nında keçəcəyi inisiasiya (ölərək yenidən doğulma) aktı bu­rada baş verməlidir. Süjetüstündən məlum olur ki, o, ilk ola­raq paşa tərəfindən qəhrəmanlıq sınağına çəkilir.

Paşa Kərəmdən onun Əslinin bacasına nə məqsədlə çıx­dı­ğını soruşur. Kərəm ona beş bəndlik şeirlə cavab verir:


Ay camaat, mənim dərdim

Bir qəm, bir firqət, bir hicran.

Gözümü açandan gördüm,

Bir qəm, bir firqət, bir hicran...233


Şeirin digər bəndlərinin hər sonuncu misrasında “Bir qəm, bir firqət, bir hicran” deyən Kərəm paşanın sualına bir­ba­şa ca­vab vermir. Bu isə ziddiyyət yaradır. Düzdür, Kərəm “Bir qəm, bir firqət, bir hicran” deməklə onu bacaya çıxardan sə­bəbin Əs­li­yə olan sevgisi olduğunu göstərir. Bu mənada “qəm”, “firqət”, “hic­ran” təsəvvüfi düşüncə kodunda İnsanın (Aşi­qin) Allaha (Mə­şuqəyə) olan əzəli, əbədi və dəyişməz bağ­lılığının işarə-sim­volla­rıdır. Lakin bu, dastanın son trans­for­mativ səviyyəsi, başqa sözlə, süjetüstü mənzərəsidir. Süjet­al­tında isə təsəvvüf yox, kos­mo­loji (ritual-mifoloji) işarə sə­viyyəsi var. Və bu səviyyə baxı­mından Kərəmin sadaladığı 3 təsəvvüfi işarə (qəm-firqət-hicran) kosmoloji süjetdə uyğun olaraq 3 qəhrəmanlıq işarəsi, başqa cür desək, qəhrəmanlığın 3 identifikativ əlamətidir.

Süjetüstündəki 3 işarənin kosmoloji məntiqlə bağlılığını (mətn­də təkrarlanaraq mifik strukturu ortaya qoyması) Kə­rə­min ardınca Sofinin vəzir tərəfindən eyni numeroloji kodla (3-lük nişanı ilə) sınağa çəkilməsi təsdiqləyir: “Paşanın vəziri So­fini çağırıb, Kərəmin əhvalatını ondan soruşdu. Sofi aldı, görək vəzirə (6 bəndlik şeirlə – S.R.) nə cavab verdi:


Hey ağalar, üç dərd məni qocaldır:

Zülf dərdi, xal dərdi, bir də tel dərdi.

Mən yazığın min gününü bir elər,



Nadan dərdi, xoryat dərdi, fel dərdi...”
Sonrakı bəndlərdəki 3-lüklər:
...Bağça dərdi, vətən dərdi, el dərdi...

...Süsən dərdi, sünbül dərdi, gül dərdi...

...Paltar dərdi, əba dərdi, şal dərdi...

...Gələn dərdi, keçən dərdi, yol dərdi...

...Əsli dərdi, Kərəm dərdi, dil dərdi...234
Bütün bu üçlük sıraları təsəvvüf dilinin leksikasını təşkil edən söz/nişan/işarələrdir. Bu işarələrin sintaqmatik düzümü tə­səvvüfi düşüncə kodunu yaradır. Bu kodun altında (ar­xe­ti­pin­də) kosmoloji kod durur. Bu halda həmin təsəvvüfi işa­rə­lə­ri kosmoloji koda (arxetipə) retransformasiya etdikdə qəh­rə­man­lıq kodunun işarələri bərpa olunur.

Beləliklə, Kərəm paşanın yanında sonuncu haqq aşıq­lı­ğı im­tahanının birinci mərhələsindən keçir. O, Əslinin Sü­ley­man paşaya yazdığı məktubu vəzirə verir: “Vəzir baxdı ki, Əs­li ya­zıb: “Kərəmə rəhmin gəlsin. O mənə aşiqdi, mən də ona. Atam bizə zülm eləyir”. Vəzir işi belə görəndə paşaya de­di:

– Paşam, Kərəm haqq aşığıdı. Biz gərək Əslini ke­şiş­dən alıb, ona verək.

Keşiş dad-fəryad elədi ki:

– Kərəm haqq aşığı-zad deyil.

Paşa dedi:

Biz onun haqq aşığı olub-olmadığını yoxlarıq”235.

Bununla sınaq/identifikasiya başa çatır. İndi bunu kos­mo­loji strukturu baxımından modelləşdirək:

– Kərəmin paşanın yanındakı sorğu-sualı təsəvvüfi sə­viyyədə onun haqq aşiqliyinin sınaq/imtahanıdır. O, bu sı­naqla özünü Haqq aşiqi kimi təsdiqləməlidir.

– Bu, kosmoloji səviyyədə Kərəmin qəhrəman olub-ol­ma­­masının sınaq/imtahanıdır. O, bu sınaqla özünü qəhrəman kimi təsdiqləməlidir.

– İlk sınaq sözlü sınaqdır. Başqa sözlə, Paşa Kərəmin haqq aşığı olub-olmadığını sözlü işarələrlə yoxlayır. Haqq aşıq­lığı – Haqdan/Allahdan alınmış bilikdir. Bu biliyi ağıl/idrak vasitəsilə, başqa sözlə, elm oxumaqla öyrənmək müm­kün deyildir. Bu, bu­tavermə yolu ilə alınmış ilahi-ezoterik bilgi/elmdir. Onu ancaq haqq aşiqləri bilirlər. Bu cəhətdən paşa Kərəmi ilk növbədə nə­zə­ri biliklər, haqq aşiqliyinin sözlü ezoterik simvolları ba­xı­mın­dan sınağa çəkir.

– Paşanın Kərəmi sınağa çəkməsi süjetaltında (kos­mo­lo­ji sxem-süjet səviyyəsində) onun Qəhrəman olub-ol­ma­ma­sı­nın sözlü sınağıdır. Sınağın qəhrəmanlıq kodunu işa­rələn­di­rən hansı söz/nişanlar əsasında aparılmasını indiki halda bər­pa etmək mümkün deyildir. Lakin nağıllardakı eyni motivlərə əsa­sən demək olar ki, qəhrəman ya 3 tapmacaya cavab ver­məli, ya üç dəfə əqli sınaqdan keçməlidir.

– Paşanın Kərəmi sınaq/imtahana çəkməsi hər iki kod (tə­səvvüfi və kosmoloji kodlar) baxımından identifikasiya pro­­se­durudur. Kərəmin kodlar üzrə Haqq aşığı və Qəh­rə­man/Ni­şan­lı olub-olmamasının imtahanı onun uyğun olaraq Haqq aşığı və Qəhrəman/Nişanlı modelləri üzrə identifi­ka­si­ya­dan – ey­niləşdirmə prosedurundan keçirilməsidir. Bu, ta­nın­­ma ak­tıdır. Sınağa çəkən öncədən məlum olan model/işarələr əsa­sın­da yoxlama keçirir. Bu model/işarələr identifikasiya əla­mət­ləri, yaxud nişanlarıdır.

– Dastanda sınağın öncədən məlum olan mo­del/işa­rə­lə­ri­nin obrazı Əslinin məktubudur. Paşa və vəzir Əs­li­nin məktu­bu­nu əsas götürərək, Kərəmin Haqq aşığı (kos­mo­lo­ji kodla: Qəh­rəman/Nişanlı) olduğunu qəbul edirlər. Kə­rə­min bütün fəa­liyyətinin əsasında Əsliyə qovuşmaq durur. Kə­rəm – kişi baş­lanğıcını, Əsli – qadın başlanğıcını təmsil edir. On­ların qo­vuşması identikliyin ortaya çıxması ilə müm­kün­dür. Bir tərə­fin identikliyini (tanınma əlamətlərini) o biri tərəf təs­diq et­mə­lidir. Əslinin məktubu ilə Kərəmin təsəvvüfi kodla Haqq aşiq­liyi, kosmoloji kodla Qəhrəman/Nişanlı olması təs­diq olu­nur. Bununla da paşanın keçirdiyi sınaq/identifikasiya başa çatır.


§ 12.46. Bağda eyni paltarlı qızlarla birinci identifikasiya
Keşişin etirazından sonra Süleyman paşa Kərəmin haqq aşığı olub-olmamasını təkrar yoxlamaq qərarına gəlir. Lakin o bu dəfə öz bacısını çağırır: “Paşanın Hüsniyə adlı çox ağıllı bir bacısı var idi. Çağırıb əhvalatı ona söylədi. Hüsniyə dedi:

– Mən bu saat onu yoxlaram.

Hüsniyə xanım bir dəstə qızın hamısına bir cürə paltar geyindirb, yaz bağçasına gətirdi. Əslini də bu qızların içə­ri­si­nə salıb, Kərəmdən soruşdu:

– De görüm, Əsli bu saat hardadı?

Kərəmə məlum (əyan – S.R.) oldu ki, Əsli bağdadı, özü də qızlardan xeyli aralı, məlul-məhzun dayanıb. Aldı, görək Hüs­niyə xanıma (4 bəndlik şeirlə – S.R.) nə cavab verdi:
Xan Əslim bağça içində

Gəzər zavallı-zavallı,

Qarşımızda ala gözün

Süzər zavallı-zavallı”236


Beləliklə:

– Kərəm bu epizodda növbəti dəfə qızlarla identifikasiya sı­nağına çəkilir. Lakin bu sınaq əvvəlkilərdən iki əsas cə­hə­tinə görə fərqlənir. Birincisi, bütün əvvəlki sınaqlarda Keşiş baş­qa qızları tilsimləyərək, ya onlardan birini, ya da hamısını Əsliyə bənzədirdi. Kərəm identifikasiya məqsədli xəbərləşmə ritualı keçirərək Əslinin onların içərisində olmadığını tapırdı. Bu dəfə isə qızlarla sınağı Keşiş deyil, paşanın bacısı Hüsniyə xanım ke­çirir. İkincisi, bütün əvvəlki sınaqlardan fərqli ola­raq, Əsli bu dəfə qızların içərisindədir. Bu, sı­naq/identi­fika­si­ya­nın son instan­siyada – mərkəzi məkanda aparıldığını gös­tə­rir.

– Sınaq/identifikasiya əvvəlki hallarda olduğu kimi, bağ­(ça)da keçirilir. Bağ(ça) keçid məkanıdır. Bu halda iden­ti­fi­kasiyanın bağda keçirilməsi Kərəmin hələ də mərkəzi nöq­tə­yə doğru pillə-pillə irəlilədiyini göstərir. Mərkəzdə (fi­niş­də) Əsli durur. Kərəm hər pilləni keçdikcə Əsliyə yaxınlaşır. Xaosda irə­liləmə Əsliyə çatdıqda yol tamamlanacaq.

– Kərəmin eyni paltar geymiş qızlarla sınağa çəkilməsi də onun sınağının keçid mexanizmi olduğunu təsdiqləyir. Qeyd olunduğu kimi, Paltar/Don/Köynək keçid mexaniz­mi­dir.

– Özü siyasi hakimiyyətin zirvəsində duran Süleyman pa­şanın sınağı keçirməyi daha mötəbər instansiya kimi öz ba­cı­sı Hüsniyə xanıma tapşırması bu obrazın Qəhrəmanı kos­mo­loji sxem-süjetdə ölüb-dirilmə prosedurundan keçirən Yer Ana obrazının paradiqması olduğunu göstərir. Əvvəldə qeyd olun­duğu kimi, Qəhrəmanın inisiasiyası ölərək-doğulma for­mu­lunu nəzərdə tutur. Bu formul Yer Ana olmadan həyata keçirilə bil­məz: Qəhrəman köhnə bədənində ölür, yeni bədəndə doğulur. Onu doğan Yer anadır. Bu cəhətdən sınağın ən mühüm və həll­edi­ci mərhələsinin qadın obrazı (Yer Ana arxetipi) ilə bağlı ol­ma­sı kosmoloji sxemdən gəlir.

Beləliklə, Hüsniyyə xanımın keçirdiyi birinci sı­naq/iden­ti­fi­kasiya Kərəmin Əslini tapması ilə başa çatır. Kə­rəm bu­nun­la növbəti pilləyə qədəm qoyur.


§ 12.47. Bağda altı üzü bükülü qızla ikinci identifikasiya
İkinci sınaq/identifikasiya yenə bağda, yenə qızlarla və ye­nə Hüsniyə xanım tərəfindən keçirilir:

“Hüsniyə xanım dedi:

– Əslinin harada olduğunu bildin. İndi sənin gözlərini bağ­­layacağam, altı qız gətirib qabağından keçirəcəyəm. Ha­mı­sı bir boyda, bir libasda, üzləri də örtülü. Əgər onları ta­nı­san, doğrudan da haqq aşığısan”237.

Kərəm qızların hamısını adları ilə tanıyır və bununla da sı­naq/identifikasiyadan uğurla keçir. Beləliklə:

– Kərəmin eyni məkanda yenə də qızlarla sınağa çəkil­mə­si Əsliyə qovuşmanın növbəti keçid mexanizmlərindən biri­dir. Çünki dastandakı bütün epik-mənəvi məkanın bir qüt­bü­nü Kə­rəm (kişi başlanğıcı), o biri qütbünü Əsli (qadın baş­lan­ğıcı) təş­kil edir. Kərəmin Əsli ilə nişanlanması onların (qütb­lərin) tale sxemində birləşməsidir. Keşiş Əslini qaçır­maq­la bu qütb­lə­ri maksimuma qədər ayırır. Xaosun mərkəzi Ke­­şişin qaça bi­lə­cə­yi məkanın son duracağıdır. Kərəmin yo­lu­nu yada salsaq, gö­rə­rik ki, bu yol mərhələlərin ritmik tək­ra­rın­dan təşkil olunur. Hər mər­­­hələ Kərəmin qızlarla qarşı­laş­ma­sı ilə tamamlanır. Bu, artıq sonuncu mərhələ/ritmdir. Kərəm xaos/qürbətdədir. İndi kişi qüt­bü (Kərəm) ilə qadın qütbü (Əsli) artıq üz-üzə, təmas ha­lın­dadır. Bu halda Kərəmin qızlarla identifikasiyası onun qa­dın qüt­bündə hərəkətidir. O, artıq qadın qütb/məkanındadır. Kə­­rə­min bu qütb/məkandakı hərəkəti iki paradiqmada mü­şa­hi­də olunur:

a) Yer Ananın məkan/qütb/bədənində hərəkət;

b) Əslinin məkan/qütb/bədənində hərəkət.

– Qızların sayının altı olması Azərbaycan dastançılıq ənə­nəsi üçün arxaik struktur hadisəsidir. 6 rəqəminə “Dədə Qor­qud”da rast gəlirik: Dastanın birinci boyunda Salur Qazan əsir­likdə olarkən özü haqqında 6 nəğmə – soylama söyləyir. «6» burada ritual davranışın ritm vahididir. 3-cü nəğmədəki «6» semantemi bunu təsdiq edir:


Altun aşıq oynar Sancıdanın bəgləri.

Altı qatla Oğuz vardı, alımadı.

Ol qələyi altı baş ərlə mən Qazan vardım238.


Əvvəlki tədqiqatımızda göstərdiyimiz kimi, burada «6-lıq»­lar bütün hallarda ritualla bağlıdır:

6 soylama – əsirlikdə olan Qazanın kafirlərlə sözlə dö­yü­şünün (onlara magik sözlə ritual hücumunun) ritmik struk­tur vahidi;

6 qat//dəfə – Oğuzun (Oğuz xan//Oğuz eli) qalaya hü­cum ritminin hərbi struktur vahidi;

6 baş ər – Qazanın hücum edən dəstəsinin daxili struk­tu­runun ölçü-tamlıq vahidi239.

İndi Kərəm/Qazan paralelindəki uyğunluqlara diqqət edək:

a) Qazan əsirlikdə 6 soylama/nəğmə söylədiyi kimi, Kə­rəm də 6 qızın hər birinin adına bir bənd nəğmə deyir.

b) Qazanın əsirliyi kosmoloji kodla onun Xaosda olması demək olduğu kimi, Kərəm də eyni kod üzrə Xaosdadır.

c) Qazan obrazının invariantı olan Oğuz almaq istədiyi qa­laya 6 dəfə hücum edir. Bu, 6 ritmli/pilləli hərəkətdir. Kə­rəm də fəth etmək istədiyi Qız (Əsli) qalasına 6 ritmli/pilləli magik söz hücumu edir. Göründüyü kimi, qızların sayının 6 olması arxaik ritual işarəsidir.

– Kərəmin qızların adlarını tapması Şaman/Qəhrəmanın bi­liyinin nominativ səviyyədə imtahanıdır: o, bu imtahanla xaos materiyasını struktur elementləri səviyyəsində tanıdığını sü­but edir.

– Paltar/Donun adlama/keçid mexanizmi olduğunu yada sal­dıqda 6 qızın eyni paltarda olması Kərəmin bu sınağının 6 ritmli (6 pilləli) keçid mexanizmi olduğunu göstərir.

– Qızların üzünün örtülü, eyni zamanda Kərəmin göz­lə­ri­nin bağlı olması yenə də keçid mexanizmindən soraq verir. Üzün örtülməsi ölüb-dirilmə ilə statusdəyişmə, gözlərin bağ­lan­ması yenə də ölüb-dirilmə ilə statusdəyişmədir.

Beləliklə, Hüsniyyə xanımın keçirdiyi ikinci sı­naq/iden­tifi­kasiya da Kərəmin Əslini tapması ilə başa çatır. Kə­rəm bu­nunla üçüncü pilləyə qədəm qoyur. “3” ritm vahididir. “Atalar üç­dən deyib”: Hüsniyə xanım da Kərəmi üçüncü dəfə sınağa çəkir.

§ 12.48. Qız modeli əsasında üçüncü identifikasiya
Hüsniyə xanım Kərəmi üçüncü dəfə də qız vasitəsilə sı­nağa çəkir. Ancaq bu qız Əslinin özüdür:

“Hüsniyə xanım dedi:

– Afərin! Sən doğrudan da haqq aşığı imişsən. İndi qızın üzündə olan nişanları de, səndən əl çəkim.

Aldı Kərəm, görək Əslinin üzündə olan xallara (5 bənd­lik şeirlə – S.R.) necə qiymət verdi:


Ay həzərat, bilin, Əsli xanımın

Üzündə xalları nazınan gəlir.

Bir xalı əlifdi, bir xalı beydi,

Bir xalı dəftərə yazınan gəlir...”240


Beləliklə:

– Bu sınaq etnokosmik identifikasiyadır: Kərəm Əslinin üzündəki xalların sirlərini tapmalıdır.



  • Xalların tanınması hər iki davranış kodu (təsəvvüfi və kosmoloji) üzrə öz mənasına malikdir.

  • Xal” təsəvvüfdə “sirr” mənasını bildirən işa­rə/yazıdır. Şeyx Mahmud Şəbüstəri təsəvvüfi işarələri şərh edən əsərində xal haqqında yazır:

O üzdəki nöqtəyə bənzəyən tək xal

Bütün varlığı əhatə edən dairənin mərkəzi,

düz ortasıdır.


İki dünya dairəsinin xətti ondan meydana gəldi,

Adəmin mənlik və könül dairəsi də

ondan meydana gəldi...241

Göründüyü kimi, üzdəki xal yaradılışı simvollaşdıran nöq­­tədir; varlığın mərkəzidir; bütün varlığın mənası on(d)a kon­­sentrasiya olunur; iki dünya (mülk və mələkut // maddi və mə­nəvi) ondan yaranır; öz varlığında yaradılışı modelləşdirən Adəm/İnsan/Mikrokosm özü bu xal/nöqtədən yaranır. Be­lə­liklə, xal yaradıcı başlanğıcı simvollaşdıran işarə, ilahi sirr rəm­zidir.



  • “Xal” sözü çox zaman “xətti-xal” ifadəsinin tərki­bin­də olur. Xətt (tük) – yazı deməkdir. Bu da öz növbəsində hə­min ifadəni “xal ilə yazılmış ilahi sirr” anlamına gətirir. Bunu şeir­də işlənmiş “Bir xalı əlifdi, bir xalı beydi”misrası birbaşa təs­diq edir. “Əlif” və “bey” birlikdə “əlifba” (yazı) anlamına gə­lir. De­mək, Kərəm Əslinin üzündəki xallarla yazılmış ya­zı­nı oxu­malı və bununla da Haqq aşığı olduğunu sübut et­mə­li­dir.

– Əslinin üzündəki xallar kosmoloji kodla da ni­şan/işarədir. Bunlar Əslinin etnokosmik identifikasiya ni­şan­la­rıdır. İslamda qadın üzü naməhrəmə haramdır. Kərəm Əs­li­nin ilahi nişanlısıdır. Bu halda həmin intim tanınma ni­şan­ları Kərəmə qabaqcadan məlum olmalıdır. Demək, Kərəm hə­qiqi nişanlıdırsa, bu halda Yer Ana/Hüsniyə xanımın ke­çir­diyi üçüncü sınaqda xalları tanımalı və özünün Həqiqi Nişanlı ol­duğunu təsdiq etməlidir.

– Süjetüstündə Əslinin üzündə 15 xal var. Xalların sa­yı­nın 15 olmasını dastanın İstanbul variantının birinci bəndi ay­dın şəkildə təsdiq edir:


Əslimin yüzündə on beş xalı var:

Bir xalı dünya malına yetişir,

Bir xalı məğribə pəncə salmışdır,

Bir xalı cahanda lala yetişir.242


– Xallar təsəvvüfi kodla – Əslinin üzündə, kosmoloji kod­la – bədənindədir. Bu halda Kərəm Haqq aşığı olduğunu sü­­but etmək üçün Əslinin üzündə xallarla yazılmış yazını oxu­malı (sirri açmalı), Qəhrəman/Nişanlı olduğunu sübut et­mək üçün­sə həmin xalların Əslinin bədəninin harasında (hansı üzv­lə­rində) olduğunu deməlidir.

15 xal təsəvvüfi kodla (təsəvvüfçü alim Fəxrəddin Sa­limin dediyi kimi) on dörd məsumə və bir Allah deməkdir: 12 imam + Məhəmməd peyğəmbər (s.a.a.s.) + Həzrəti Fatimə + Allah (c.c.) = 15 xal/sirr/işarə. Təsəvvüfi dü­şün­cə­yə görə, in­sanın üzü bütün yaradılışın mənasını və ma­hiyyə­ti­ni ifadə edir. Hürufilərə görə, insanın üzündə “Allah” sözü ya­zılmışdır. Başqa sözlə, varlığın bütün mahiyyəti insanın üzün­də pro­yek­si­ya­lanır. Bu baxımdan, Əslinin üzündəki xal/yazı ezoterik bil­gidir. Onu hər kəs oxuya bilməz. Haqq aşiq­ləri ezoterik bilgilər verilmiş varlıqlardır. Kərəm də ona ezo­terik bilgi kərəm olunmuş Haqq aşığıdır. O, bu yazını oxu­ya bilməlidir.

15 xal kosmoloji kodla Əslinin on beş bədən üzvündə olan xal/nişandır. Bu xallar nişanlama proseduruna aid intim identi­fikasiya/tanınma işarələridir. Bəlkə də, Qəhrə­man/Kərəm öz sevgilisini (Beyrək paradiqmasında) intim ni­şan­larla işa­rə­lə­diyi (üç öpüb, bir dişlədiyi) kimi, eləcə də qızın 15 bədən üz­vünə xal/işarə qoymuşdur. Bu – nişan sirri, identifikativ sirdir. Xal­larin yerini (sirrini) yalnız nişanlılar (Oğlan/Kərəm və Qız/Əs­li) bilir. Əgər Kərəm həqiqi Nişanlı/Qəhrəmandırsa, onda bunu Yer Ana/Hüsniyə xanıma sübut etnəlidir.

– Kərəm Hüsniyə xanımın qız modeli üzrə apardığı üçün­cü haqq aşıqlığı sınağını da uğurla başa vurur. O, tə­səv­vü­fi kod­­la – Haqq aşığı, kosmoloji kodla – Ni­şan­lı/Qəhrəman ol­duğunu sübut edir. Bununla da qızlarla üç pil­ləli sı­naq/identifi­kasiya başa çatır. İrəlidə sonuncu – ye­kun sınaq var.


§ 12.49. Son identifikasiya:

Yer Ananın yanında ölüb-dirilmə
Kərəm Hüsniyə xanımın qız modeli əsasında təşkil et­di­yi üç sınaq/identifikasiyanın hər birində Əslini tanıyır. Hüs­ni­yə xanım onun Haqq aşığı olduğuna inanır. Bunu bütün cə­miy­yətin qəbul etməsi üçün o, Kərəmi qəbristanda sonuncu sı­nağa çəkir. Kərəmə deyir ki, “bu gün səhər burada bir qərib ölüb. Yuyublar, kəfənləyiblər, qalıb basdırmağı. Gedək ona bir namaz qıl, torpağa tapşıraq, sonra sənin toyunu eləyək.

Kərəm dedi:

– Baş üstə.

Hüsniyə xanım fərraşlara əmr elədi ki, Kərəmi qəb­ris­ta­na aparsınlar. Elə ki Kərəmi apardılar, Hüsniyə xanın paşaya dedi:

– Ölüb eləyən yoxdu. Bu mənim axırıncı sınağımdı. Bir di­ri adamı kəfənə tutdurub, tabuta qoydurmuşam. Durun, siz də gedək. Əgər bu bilsə ki, kəfəndəki ölü deyil, tay haqq aşığı ol­mağına heç kəsin sözü ola bilməz.

Hamı Hüsniyə xanımın bu tədbirinə afərin deyib ayağa qalxdılar, qəbristana tərəf yola düşdülər. Elə ki gəlib çatdılar, Kərəm cənazəyə baxıb soruşdu:

– Deyirsiz ki, mən namaz qılmalıyam. Ancaq bilmirəm, ölü namazı qılım, ya diri namazı.

Paşa qəsdən özünü qəzəbli göstərib dedi:

– Bu nə sözdü?

Kərəm dedi:

– Bu o deyən sözdü ki, kəfəndəki hələ ölməyib, diridi.

Hüsniyə xanım yerindən dik qalxıb dedi:

– Afərin sənə, aşıq! Daha mənim sənə sözüm yoxdu. Sən, doğrudan da, haqq aşığı imişsən. Qoy hamı bilsin ki, kə­fən­dəki, doğrudan da, ölü deyil, diridi”243.

İndi isə şərti olaraq “Qəbristanda son identifikasiya” ad­landıra biləcəyimiz bu motivi kosmoloji sxem/süjet ba­xı­mın­dan “oxuyaq”. Beləliklə:

– Qəbristanda sınaq Kərəmin Xaosda məruz qaldığı son iden­tifikasiyadır.

– İdentifikasiyanın obyektinə görə süjetüstü və süjetaltı plan­lar fərqlənir: süjetüstünə görə – Kərəm tanımalı, süjet­al­tı­na görə – özü tanınmalıdır.

Süjetüstündə Kərəm tabutdakı adamın ölü, yaxud diri ol­duğunu tanımalı/bilməlidir. Bununla Kərəmin Haqq aşığı sta­tusu qəbul olunacaqdır.

Süjetaltında Qəhrəman heç bir sı­naq/identifikasiyadan keçmir. Bu, Yer Ananın yanında öz köh­nə statusunda ölərək, yeni statusda dirilmə ritualıdır.

– Süjetüstündə Qəhrəmanın köhnə bədənində ölüb, yeni bə­dəndə dirilməsinin sxematik izləri açıq-aşkar şəkildə qalıb. Hüs­niyə xanımın Kərəmə dediyi “Bu gün səhər burada bir qə­rib ölüb. Yuyublar, kəfənləyiblər, qalıb basdırmağı. Gedək ona bir namaz qıl, torpağa tapşıraq, sonra sənin toyunu elə­yək” cümləsi kosmoloji planda qəbristanda icra olunan ri­tu­alın funksional sxem/strukturunu ortaya qoyur:

a) Ölən qəribdir: Bu, yeraltına/xaosa gəlmiş Qəh­rə­man/Nişanlıdır;

b) Əvvəl ölü basdırılmalıdır: Bu, Qəhrəman/Nişanlının öz köhnə bədən/statusunda ölməsi deməkdir;

c) Sonra toy olmalıdır: Bu, Qəhrəman/Nişanlının yeni sta­tusda dirilməsi deməkdir.

– Kosmoloji sxemə görə, öz oğurlanmış/qaçırılmış ni­şan­lısının, yaxud ümumiyyətlə xaoslu nişanlısının ardınca Yer­altı dünyaya gələn qəhrəman burada Yer Ananın yanında öl­məli244 və Yer Ana onu yenidən doğmalıdır. Kərəmin süjet­üs­tündə Haqq aşıqlığı sınağının ən son mərhələsini Hüsniyə xa­nımın rəhbərliyi/patronluğu altında keçməsi paşanın ba­cı­sı­nın Yer Ana arxetipinin dastandakı paradiqması olduğunu bir da­ha təsdiqləyir.

– Kosmoloji süjetdə Qəhrəman/Nişanlının ölərək ye­ni­dən dirilməsi ritualı süjetüstündə Kərəmin diri ölünü tanıması mo­tivinə transformasiya olunmuşdur.

– İdentifikasiyanın qəbristanda icra olunması bu ritualın bütün hallarda ölüb-dirilmə aktı olduğunu ortaya qoyur.

– Tabutdakı adamın “ölüb-dirilməsi” də qəbristanda icra olu­nan bu ritualın ölüb-dirilmə aktı olduğunu ortaya qoyur.

– Tabutdakı subyektin ritual taleyi bütün inisiasiya ri­tual­larının üçmərhələli dəyişməz strukturunu çox sadə şəkildə bir daha ortaya qoyur:



  1. diri adam;

  2. ritualda şərti olaraq ölən adam;

  3. ritualda dirilən adam.

Bu, Qəhrəman/Nişanlının kosmoloji süjetdə Yer Ananın ya­nında keçdiyi ritualın funksional struktur sxemidir: diri-ölü-diri.

– Qəhrəman/Nişanlının “ölüb-dirilməsi” sxeminin “ölüb-doğulma” olduğunu süjetüstündə Kərəmin Haqq aşığı ol­masını son olaraq Hüsniyə xanımın elan etməsi təsdiq edir. Hüs­niyə xanım hamıya elan edir ki, Kərəm Haqq aşığıdır. Bu, Kə­rəmin təsəvvüfi kodla Haqq aşığı adlandırılması, kos­mo­lo­ji kodla Nişanlı/Qəhrəman adlandırılmasıdır.

Adlandırma kosmoloji düşüncədə birbaşa doğu­luş/ya­ra­dılışla bağlıdır. Mifologiyada bir element doğulmasa, ad­­lana bilməz. Bir elementə ad verilirsə, demək, o do­ğul­muş­dur.

– Beləliklə, Kərəmin Hüsniyə xanım tərəfindən Haqq aşı­ğı adlandırılması kosmoloji kodla doğulmadır: inisiasiya ri­tu­alında yeraltına enən Qəhrəman öz köhnə statusunda ölür və Yer Ana onu Nişanlı/Qəhrəman statusunda doğur.

– Toy elan olunması hər iki kod (təsəvvüfi və kosmo­lo­ji) üzrə sınağın başa çatması, tamamlanması deməkdir.

– Göründüyü kimi, Kərəm Xaosun mərkəz-nüvəsində üç mər­hələli sınaq/imtahandan keçir: Paşanın yanında bir­pil­lə­li birinci mərhələ, Hüsniyə xanımın qızlarla icra etdiyi üç­pil­lə­li ikinci mərhələ və qəbristandakı birpilləli üçüncü mər­hə­lə.

– İndi Qəhrəman/Nişanlı öz nişanlısı ilə birlikdə Kos­mo­sa dönməlidir.


Yüklə 2,14 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin