Ulu (böyük); – ulu-ulu tağları keyiklər bilür (37). 2. Qoca, müdrik mənasında: Ulular sözin tutmayan ylayu qalar (59).
Fellərin çoxmənalılığı abidənin dilində çox geniş şəkildə nəzərə çarpır. Çünki obrazlılıq gücü yüksək olan paremilərdə müxtəlif məfhumlara aid hərəkətlərin oxşadılması və köçürülməsi nəticəsində fellərin polisemantik əlaməti ortaya çıxır. Məsələn, düşmək, almaq, kəsmək, aşmaq, qoparmaq, çəkmək, çıxmaq və s. bu kimi fellər, «Oğuznamə»nin dilində də, bu gün müasir dilimizdə olduğu kimi işlənməkdə və çoxmənalılıq ifadə etməkdədir.
Dostları ilə paylaş: |