Azərbaycan miLLİ elmlər akademiyasinin nəSİMİ adına DİLÇİLİK İnstitutu



Yüklə 1,08 Mb.
səhifə40/72
tarix02.01.2022
ölçüsü1,08 Mb.
#31421
1   ...   36   37   38   39   40   41   42   43   ...   72
Ədəbiyyat
1. S.Xəlilova . İnternasional terminlər.Maarif.-1991 s.8

2. Н.А.Шанский. Лексикология современного русского языка. М.1978, с.97-98

3. Б.А.Ларин. О лингивистической характеристике города. История со­ветс­ко­го языкознания. Хрестоматия . М.1988., с.128

4. E.Üşenmez. Karahanlı eserlerindeki söz varlığı hakkında., Akademik İncelemeler Cilt:3 Sayı:1 Yıl:2008, s.247-253.



Q.Ş. KAZIMOV
BİR NEÇƏ ŞƏKİLÇİNİN İŞLƏNMƏSİ HAQQINDA
Açar sözlər: Şəkilçi, –ыш, –дакы, –lı. –сыз

Ключевые слова: Cуффикс, –ыш. –дакы. –лы. –сыз.

Kay words: Suffiks, –ыш. –дакы. –лы. –сыз.
Dilimizdə bir neçə şəkilçi var ki, onlardan ya morfo­lo­gi­ya kitablarında bəhs edil­mir, yaxud da onlar başqa cür izah edi­lir. Bura -ış, dakı, -lı-sız şəkilçiləri da­xildir.

1.-ış şəkilçisi dördvariantlı bir morfemdir. Dilimizin mor­fo­loji quruluşundan bəhs olunan əsərlərdə bu şəkilçi həm fel­dən isim düzəldən şəkilçi, həm də felin qa­yıdış və birgəlik mə­­nalarını ifadə edən şəkilçi kimi izah olunur. Məsələn: Bu ini­lti­li çağırışa cavab verən olmadı.(M.Hüseyn) Öz atanla, ananla qucaq­la­şıb gö­rüş­dün (S.Rüstəm) – cümlələrində -ış,-ş şəkilçisi fel kö­künə və əsasına artı­rıl­mış­dır:

Çağır(maq) – çağırış

Gör(mək) – görüş(mək)

Qucaqla(maq) – qucaqlaş(maq)

Bu sözlərdən birincisi isimdir, feldən düzəlmişdir, felin tə­sirlik, növ, in­kar­lıq xüsusiyyətlərini tamamilə itirmiş və dü­zəlt­mə ismə çevrilmişdir. İkinci misalda da -ış şəkilçisi felin kö­künə artırılmışdır. Üçüncü misalda isə fel əsasına birləş­miş­dir. Bu sonuncu sözlər fe­lin əsas əlamətləri olan təsirlik, növ və in­karlıq xü­susiy­yət­­lə­rini saxlamışdır:



görüşmək – görüşdürmək – görüşdürülmək – gö­rüş­dür­məmək; qucaqlaşmaq – qu­caqlaşdırmaq – qucaq­laş­dı­rıl­maq – qucaqlaşdırılmamaq (görüş sözünün isim forması da var, onu fel forması ilə qarışdırmamalı).

Beləliklə, bu şəkilçi (-ış şəkilçisi) fellərə artırılaraq ya isim, ya da feldən başqa bir növü bildirən fel düzəldir.

Lakin dilimizdə -ış şəkilçisinin başqa bir funksiyası da var və həmin funkisiya ilə bu şəkilçi vasitəsilə çoxlu xüsusi isimlər düzəlir. Şəkilçinin bu funksiyası barədə morfologiya ki­tabla­rınd­a danışılmır. Bu vəzifədə -ış şəkilçisini əvvəlki iki şə­kilçi­dən fərqləndirən cəhət budur ki, bu şəkilçi isimlərdən isim dü­zəldir. Faktlar göstərir ki, xüsusi isimlərdən xüsusi isim dü­zəldən bu şəkilçi başdan-binadan kiçilt­mə, əzizləmə çaları ya­ratmaq üçün yaranmışdır. Lakin bunun – bu şəkilçinin əsasında çox­lu şəxs adları yaranmış, həmin adlar geniş işləklik qazanmış və öz kiçiltmə çalarını, demək olar ki, itirmişdir. Məsələn: İb­rahim – İbiş, Südabə – Su­duş, Gül­səba – Gülüş, Əliverdi (Əli­məm­məd) – Əliş, Nuru­llah – Nu­ruş, Fərman – Fəriş, Fətulla – Fə­tiş, Sərxan – Səriş, A­llah­­ver­di – Alış, Göyalı – Göyüş, Baba – Babaş, Nənə – Nə­nəş, Fə­rəh – Fəriş, Dilarə - Diliş və s. İl­kin müşahidələr gös­tə­rir ki, -ış şəkilçisi sözün (xüsusi adın) ilk qa­palı hecasına art­ı­rılır və –ış,-iş,-uş,-üş variantları ilə yanaşı, -aş,-əş şəklinə də dü­şə bi­lir: Bab-aş, Nən-əş. Xüsusi adların bu cür yaranma tər­zini bil­mədən Nuruş, Alış, İbiş, Səriş və s. kimi sözlərin eti­mo­loji cə­hətini araşdırmaq mümkün deyil. Bir cəhəti də nəzərə almaq lazımdır ki, bu cür adlar ilk hecası eyni olan müxtəlif xü­susi addlardan da yarana bilər. Məsələn, Əliş xü­susi ismi Əliverdi sözündən də, Əliməmməd sözündən də, Əlisahib sözündən də yarana bilər­di. Bunun üçün birinci – qa­palı hecanın uyğunluğu ki­fayətdir.


Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin