Ədəbiyyat
1. Azərbaycan dilinin qrammatikası, 1-ci hissə, Azərbaycan SSR EA-nın Nəşriyyatı, Bakı, 1960, s.63.
2. M.Hüseynzadə. Müasir Azərbaycan dili. Fonetika, Morfologiya, Azərbaycan Dövlət Tədris-Pedaqoji Ədəbiyyatı Nəşriyyatı, Bakı, 1963, s.95.
3. Q.Kazımov. Müasir Azərbaycan dili. Morfologiya, Bakı, «Elm və təhsil», 2010, s.106-107.
İ.B. KAZIMOV
C.İ. KAZIMOV
DİL SİTUASİYASININ TİPOLOGİYASI
Açar sözlər: kommunikativlik, əqli obraz, obyektiv və subyektiv faktorlar, sosium, nitq situasiyası.
Ключевые слова: коммуникативность, ментальный образ, объективный и субъективный факторы, социум, ситуация разговорах.
Key words: communicativeness, mental image, objective and subjective factors, socium, speech situation.
1. Dil çoxfunksiyalı bir mütləq vasitədir. Fəal əqli, zehni prosesdə cəmiyyət aktivliyinin dominant və ayrılmaz amili kimi məhz dil çıxış edir. Dil fikri əsaslandırmaq, yəni digərlərini inandırmaq vasitəsi kimi də fəaliyyət göstəricisidir. Onun əsas funksiyalarından biri də müəyyən məqsədə çatmaq üçün əqlin, fikrin inkişafını müəyyənləşdirməkdir.
2. Dil situasiyası - həyatın, varlığın formasıdır, cəmidir, burada ərazi-sosial münasibətlər və funksional əlaqələr, coğrafi-regional yaxud siyasi-administrativ əlamətlər əsas yer tutur. Bu baxımdan dil situasiyası sosiolinqvistikanın predmetidir. Sosial-kommunikativ sistemin komponetləri arasındakı funksional münasibətlər dil situasiyasını formalaşdırır. Dil situasiyası anlayışı, adətən, böyük dil cəmiyyətlərində- ölkə, region və respublikalarda dəyişkən xarakter daşıyır.
3. Komminikativlik dil situasiyasının əsas xüsusiyyəti kimi çıxış edir. Dil situasiyasının 2 əsas forması kommunikasiya prosesində özünü göstərir: 1) potensial forma, 2) real forma.
4.Dil situasiyasının təsviri nitq situasiyasına doğrudur. Yəni istiqamət dil situasiyasından nitq situasiyasına yönəlir, bu prosesdə sözün fikri əlaqəsi formalaşır. Həmin prosesdə formalaşan əqli, zehni obraz sözlə təmasda olur, obrazdan sözə, sözdən obraza doğru istiqamətlər yaranır. Sözdə oyanan əqli obraz predmetdə əksini tapır.
5.Dil situasiyası bir sıra sosial problemlərlə üzləşir. Məsələn, qlobalaşma kimi bir hadisə dilə öz təsirini göstərir. Bu proses hər hansı bir ölkədə iki aspektdə gedir. Qərbin hegemonluğu nəticəsində ingilis dilindən müasir Azərbaycan dilinə keçən sözlərin şəbəkəsi genişlənir. Azərbaycan dilinin lüğət tərkibində həyat sferasına uyğun dəyişmə baş verir. Və yaxud latınlaşma prosesi, latın əlifbasına keçid bir çox aparıcı türk dilləri ilə müqayisədə müasir tatar dilində ləngiyir.
6.Dil situasiyası çoxaspektli və çoxəhatəli tipoloji əlamətlərə malikdir. Dil situasiyasiyanın tipoloji əlamətləri bunlardır: dil müxtəlifliyi (birkomponetlilik, çoxkomponentlilik), etnik müxtəliflik (eynitipli dillər), demoqrafik tarazlıq, kommunikativ güc (eynitarazlıq), kommunikativ sferanın faizi; genetik müxtəliflik (genetik yaxınlığın dərəcələri), tipoloji müxtəliflik, funksional bölgü və prestij.
7.Dil situasiyası linqvistik və sosiolinqvistik kriteriyalara ayrılır. Linqvistik kriteriyalar aşağıdakılar hesab olunur: dillərin genetik yaxınlığı; ümumdanışıq formaları (koyne və dialektlər); nitqin qarışıq formaları. Sosiolinqvistik kritieriyalar isə bunlardır: ənənəvi status, rəsmi status və s.
8.Dil situasiyası anlayışı sosiolinqvistik xarakter daşıyır. Bununla belə, dil situasiyası tipoloji xarakterlidir, umumi və unikal səciyyəlidir. Bu xüsusiyyətlər daxilində həmin situasiyada əsas və əlavə dillərin bir-birinə təsiri qaçılmazdır.
9.Dil situasiyası- bu linqvocoğrafi vahiddir, sosiumla əlaqəsi olan və sərhəd təşkil edən, dillərin bir-birinə təsiri ilə xarakterizə olunan funksional münasibətlərin toplusudur.
10.Dil situasiyası üçün əsas komponentlərdən biri coğrafi təyinatdır. Dil situasiyası həmişə ərazi faktoru ilə əlaqədardır; ərazi üzrə təyin olunur. Bir sıra dil situasiyaları böyük çoxdilli dövlətlərdə (Hindistanda, Çində, Rusiyada) yarımsituasiyalarla xarakterizə olunur.
11. Dil situasiyaları dillərin kontinuum səviyyələrinə görə də müəyyənləşir. Azərbaycan cəmiyyətinin ictimai-sosial həyatı müstəqillik illərində dəyişmiş, dil situasiyasında da müəyyən yeniliklər yaranmışdır.
12.Dil situasiyası sosiolinqvistik paradiqmalarla da səciyyələnir. Bu, bir paradiqmanın başqa paradiqma ilə əvəzlənməsindən irəli gəlir.
13. Azərbaycanda dil situasiyasının tarixi mərhələləri hələ də öyrənilməmişdir. Müasir Azərbaycanda da dil situasiyası mürəkkəb və eynicislidir. Ölkədə 2 dilin- rus və Azərbaycan dillərinin münasibəti hələ də əvvəlki dövrlərdən fərqlənmir. Bir qədər rus dilinin işləkliyi azalsa da, yenə də dövlət idarələrində rus təhsillilər fəaliyyət göstərir. Hazırda Azərbaycan mühitində dil situasiyası kimi ingiliscə və türkcə iştirak edir. Sanki bəzən dilimiz ingilis dilinin «yedəyində gedir». Fərdi ikidillilik Azərbaycanda əvvəlki dövrlərdə olduğu kimi kütləvi xarakter daşımır. Dil situasiyasının aspektləri də ölkədə dəyişdirilmişdir.
14. Sovet dövründə ana dilini (Azərbaycan dilini) kasıb sayanlar rus dilində öz övladlarını təhsil almağa vadar edir, belə məqamda həmin uşaqlar milli keyfiyyətlərdən uzaq düşür, məhrum olurdular. Bu fakt bir sıra ölkələrdə dövlət səviyyəsində həyata keçirilirdi. Məsələn, SSRİ dağılandan sonra 1994-cü ildə Belorusiya prezidenti A.Q. Lukaşenko tərəfindən belə bir ifadə səslənmişdir: «По-белорусски нельзя выразить ничего великого Белорусский язык-бедный язык. На свете есть только два великих языка-русский и английский».
15.Ölkəmizdə dil situasiyasını obyektiv və subyektiv faktorlar da müəyyənləşdirir. Həmin faktorlar bunlardır: linqvistik faktorlar (genetik yaxınlıq: Azərbaycan-türk dilləri arasında genetik yaxınlıq çox olduğu üçün həmin dilllərin daşıyıcıları bir-birini daha yaxşı başa düşürlər); dialekt kontinuumu (xüsusi linqvistik izoqlosslar); sosiolinqvistik faktorlar (ənənəyə görə tarixən bir dil, məsələn, türk tayfa dili olub, sonradan dillər müstəqilləşərək ayrılmağa başlayıblar. Bu zaman etnik şüur da fərqlənib. Ənənəvi dialektlər əmələ gəlib və s.); ekstralinqvistik faktorlar (mədəniyyət yaxınlığı, milli-mədəni dəyərlər, simvolik mənalar, çoxəsrlik yazılı ənənələr, ədədi dil normaları və s.).
Subyektiv faktorlara daxildir: dövlətin paradoksal dil siyasəti; bir vaxtlar rus dilinin dövlət dili səviyyəsində işləkliyi; Azərbaycanın müstəqilliyi, inkişafın mümkün variantları və s.
16. «Azərbaycan mühitində dil situasiyasının tipologiyası» ayrıca tədqiqatın mövzusudur.
Ədəbiyyat
1. Виноградов В.Я. Языковая ситуация\\Лингвистический энциклопедический словарь. М.: 1990.
2. Беликов В.И., Крысин Л.П. Социолингвистика. М.: 2001.
Dostları ilə paylaş: |