Azərbaycan multikulturaliZMİ VƏ DÜnya multikulturalizm modelləRİ



Yüklə 102,09 Kb.
səhifə11/19
tarix01.01.2022
ölçüsü102,09 Kb.
#107294
1   ...   7   8   9   10   11   12   13   14   ...   19
Mövzu-7

7.8. İsveçrədə multikulturalizm


D ünyanın ən inkişaf etmiş ölkələrindən sayılan, siyasi quruluşuna görə federal respublika olan İsveçrə Konfederasiyası 26 kantondan (inzibati-ərazi vahidi) ibarətdir. Şimaldan Almaniya, qərbdən Fransa, cənubdan İtaliya və şərqdən Avstriya ilə həmsərhəddir. Ərazisi:

41,277 kv.km olan bu dövlətin əhalisi say baxımından Azərbaycan Respublikasının əhalisinə yaxındır (2016-cı ilin ortaları üçün 8,5 milyon nəfərdir).

İsveçrə bir çox xüsusiyyətləri baxımından dünyanın fərqli və nadir ölkələri sırasına daxildir. Bu kiçik Avropa ölkəsi onun vizit kartı hesab edilən bir çox xüsusiyyətlərə malikdir.

Bu yalnız ölkənin iqtisadi – maşınqayırma, kimya və əczaçılıq sahəsindəki əsas ixrac məhsulları: şokolad, pendir və ən dəqiq saatlarla bağlı deyil. İsveçrə dünyanın ən mühüm maliyyə-bank mərkəzidir.

İsveçrə siyasi sahədə də başqa dövlətlər üçü xarakterik olmayan unikallığa malikdir. İlk növbədə bu Avropada və dünyada ərazi -dil birliyi kimi tarixi ənənə əsasında formalaşan ən qədim federal dövlətdir.1848-ci ildən etibarən konstitusiyada hər bir kantona istənilən vaxt Konfederasiyadan çıxmaq hüququ verilsə də, hələlik heç bir kanton bu hüquqdan istifadə etməmişdir. Digər xüsusiyyət birbaşa demokratiya prinsipidir. Ölkənin istənilən vətəndaşı 100.000 min səs toplamaqla istənilən məsələni ümumxalq səsverməsinə-referenduma çıxara bilər.

İsveçrənin özünəməxsusluğu eyni zamanda bitərəflik-neytrallıq siyasəti ilə bağlıdır. Bitərəfliyə zəmanət hələ 1815-ci ildə Vyana konqresi tərəfindən verilib. O zamandan etibarən İsveçrə heç bir müharibədə, o cümlədən, XX əsrdə baş verən iki dünya müharibəsinin heç birində iştirak etməmişdir. Bununla belə, ölkədə orduya hər il kifayət qədər vəsaitin-hərbi büdcəyə 3 milyard dolların ayrılması da maraq doğuran məsələdir. Ölkə həmçinin, 1862-ci ildə yaradılan “Qırmızı Xaç” ın vətənidir. Təsadüfi deyil ki, İsveçrənin bayrağı həm də “Qırmızı Xaç” ın rəmzi ilə eynilik təşkil edir.

İsveçrə dedikdə, ilk olaraq dil və mədəniyyət müxtəlifliyi göz önünə gəlir. Bəzi tədqiqatçiların fikrinə görə "multikulturalizm" termin olaraq ilk dəfə məhz İsveçrədə 1957-ci ildə istifadə edilmişdir. Ölkə özünün dörd milli dövlət dilinə malik olmasını ifadə etmək üçün bu terminə müraciət etmişdir.1971-ci ildən başlayaraq terminin mənası genişlənmiş, dil və dindən əlavə mədəni müxtəliflik də bu terminə aid edilmişdir.

Dil amilinin İsveçrədə rolu o dərəcədə böyükdür ki, ölkənin yaranması coğrafi amil deyil, ərazi-dil birliyi amili üzərində qurulmuşdur. Bəzi tədqiqatçılar qeyd edir ki, İsveçrə multikulturalizminin əsrlərlə davam edən uğuru məhz-multilinqvizmlə bağlıdır və bu uğur dil və mədəni sərhədlərin ərazi sərhədlərlə üst-üstə düşməsindən yararlanmışdır. Ölkə konstitusiyasının 4-cü maddəsində 4 dil alman, fransız, italyan və retroman dilləri rəsmi olaraq milli və dövlət dilləri kimi təsbit edilmişdir. Hər kantonda dörd dildən biri üstünlük təşkil edir. Kantonların mədəni və dil müxtəlifliyi baxımından tərkibinə baxdıqda isə alman dili İsveçrədə ən geniş yayılmış dildir. Bu dil – 17 kantonda, fransız dili – 6 kantonda, italyan dili – 2 kantonda, retroman dili – 1 kantonda dövlət dilidir.

İsveçrədə multikulturalizm modelinin xüsusiyyətlərindən biri də odur ki, İsveçrə Avropanın üç böyük mədəniyyətinin alman, fransız və italyan mədəniyyətlərinin qovuşmasından yaranmışdır. Hər bir kanton öz mədəniyyəti, tarixi, dili və dini ilə yaşayır, fəaliyyət göstərir. Eyni zamanda, hər bir isveçrəli üç qat-bələdiyyə, kanton və federalvətəndaşlığa malikdir. Multikulturalizm İsveçrə Konfederasiyasının digər dövlət atributları kimi onun milli rəmzlərindən biri sayılır.

İsveçrədə birgəyaşayış tərzi ABŞ, Kanada və Avstraliyada olduğu kimi əcnəbi gəlmələrin- immiqrantların çoxluğu ilə əlaqədar formalaşmamışdır. İsveçrə immiqrantlar ölkəsi deyil. Burada polietnik, çoxkonfessiyalı cəmiyyətin tarixi kökləri uzaq keçmişə gedir. Müxtəlif xalqlar əsrlər boyu bir yerdə yaşamışlar. Federalizm yüz illərlə çoxçalarlı İsveçrə cəmiyyətini birləşdirən amil olmuşdur. Məhz ərazi-dil prinsipli federalizmin tarixən mühüm siyasi irs və dəyər hesab edilməsi, İsveçrə cəmiyyətini din və dil icmalarına parçalanmadan xilas etmişdir.

İsveçrə Konstitusiyasının Preambulasında göstərilən “müxtəlifliyin vəhdəti” formulu bu ölkədə multikulturalizmin anlamını aydın ifadə edir. Multikulturalizm İsveçrə Federalizminin dayaq nöqtəsini təşkil etməklə yanaşı, həm də Konstitusiyanın fövqündə duran gerçəkliyini təsbit edir. Onun paradoksallığı ondan ibarətdir ki, əsrlər boyu mövcud olan “müxtəlifliyin vəhdəti” kimi fəlsəfi ideyanı, ölkənin real mədəni çoxçalarlığının hüquqi ifadəsi olmaqla yanaşı, konstitutsionalizmin prinsipi və federalizmin təməli səviyyəsində yaşadır.

Konfederasiyanın bütün üzvləri üçün vahid olan dövlətçilik və siyasi institutlar mədəniyyət, dil və dini münasibətlər baxımından müxtəlifliyi ilə seçilən əhalinin həmrəyliyinin, milli birliyin əsasını təşkil edir. Multikulturalizmin İsveçrə modelinin özəlliyi bir tərəfdən cəmiyyətin bu ənənəsini ictimai-siyasi, hüquqi və mədəni institutlar və mexanizmlər vasitəsi ilə daha da möhkəmləndirmək, digər tərəfdən isə özünəməxsus identikliyin qorunmasına yönəldilmiş ortaq fəaliyyəti qorumaq deməkdir.

XX əsrdə İsveçrə cəmiyyəti 1968-ci ildə Avropanı bürüyən tələbə etiraz hərəkatı dalğası nəticəsində köklü surətdə dəyişmişdir. Xüsusən də son onilliklərdə özünü heç bir dinə aid etməyən insanların sayı da artmaqdadır. Bu gün onları ümumi sayı əhalinin tərkibində 11%-dən çox təşkil edir. Bir tərəfdən dini və mənəvi dəyərlər insanlar üçün daha az əhəmiyyətli məsələlərə çevrilmiş, digər tərəfdən isə, mövcud problemlərin daha açıq və geniş müzakirəsi üçün imkan yaranmışdır. Hazırkı zamanımızda dinlə müqayisədə dil məsələsi, cəmiyyətdə sabitlik üçün daha çox önəm daşıyan amildir.

2012-ci ilin Federal Siyahıyaalınmasına görə əhalinin dini mənsubiyyəti aşağıdakı kimidir:



Roman Katolik kilsəsi

38.2%

Protestant Reformator kilsəsi

26.9%

Digər xristian kilsələri

5.7%

Yəhudi dininə mənsub olanlar

0.3%

Digər kilsə və dini




icmalar

1.3%

İslam dini icmaları

4.9%

Heç bir dinə mənsub olmadığını qeyd edənlər

21.4%

Yüklə 102,09 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin