Azərbaycan multikulturaliZMİ VƏ DÜnya multikulturalizm modelləRİ



Yüklə 102,09 Kb.
səhifə14/19
tarix01.01.2022
ölçüsü102,09 Kb.
#107294
1   ...   11   12   13   14   15   16   17   18   19
Mövzu-7

7.11. İtaliya multikulturalizmi


58 milyon əhalisi olan İtaliya Cənubi Avfropanın ən böyük dövlətlərindən biridir. Digər Avropa dövlətlərindən fərqli olaraq İtaliya daha yüksək doğum göstəricilərinə və əhalinin təbii artımına malik ölkədir. Qədim dövrdən başlayaraq İtaliya sonradan ölkənin qədim xalqlarına aid edilən müxtəlif xalqların məskunlaşdığı məkan olmuşdur. Onların arasında üstünlük təşkil edənlər italiklər idi. Bu müxtəlif xalqların heç də hamısı bir- birinə linqvistik və etnik baxımdan bağlı deyildi. Onlardan bəziləri italyan dilində danışır, digərləri yunan müstəmləkəçilərinin gəlməsi nəticəsində yunan dilində danışırdı. Digər xalqlar isə başqa hind-avropa qrupuna aid olan (liqur, venet, lepont, messap) və ya Hind-Avropa dillərinə aid olmayan xalqlar idi (etrussklar, retsklar). İşğallar, fəal müstəmləkələşmə və yerli əhalinin assimilyasiya siyasəti nəticəsində romalılar Roma imperiyasının Avropa hissəsinin əsas əhalisinə çevrildilər. İtaliya əyalətinin romalı əhalisi müasir italyan millətinin formalaşmasında əsas təməl oldu.

Bu gün İtaliyada etnik qrup – köklü italyanlardır. İtaliyadakı milli azlıqlar uzun əsrlərdən bəri müəyyən ərazidə yaşayan kompakt qruplardır. Məsələn, Friuli-Venesiya-Culiya bölgəsində friullar, Trentino-Alto-Adice bölgəsində onlara dil baxımından qohum olan, elə həmin ərazidə yuxarı alman dialektlərindən birində danışan iki yüz mindən çox ladin yaşayır. Ölkənin şimal-qərbində, Pyemontda frankoprovonsalların (4,5 min) məskunlaşdığı qruplar, keçmiş Yuqoslaviya ölkələri ilə sərhəddə sloveniyalılar və xorvatların yaşadığı kiçik rayonlar var. İtaliyanın cənub-şərqində, Moliza bölgəsində başqa bir kiçik xorvat qrupu (4, 5 min) da mövcuddur. Cənubi İtaliya və Sicilya adasında albanların koloniyaları yerləşir (təxminən 80 min), Cənubi İtaliyada həmçinin yunanlar (30 min), Sardiniyanın şimal-qərbində

(Alqyero şəhərində) katalonlar (15 min) yaşayırlar. San –Marinonun da əhalisini italyanlar təşkil edir (15 min).

İtaliya Respublikası – dil azlıqlarının mühafizəsini və qorunmasını Konstitusiya ilə təmin etdiyi Avropa dövlətlərindən biridir. Konstitusiyanın 6- cı maddəsi ("Müvafiq normalar vasitəsilə Respublika dil azlıqlarını qoruyur” ) xüsusi statuslu italyan bölgələrində tətbiq edilir. Qanun həmçinin digər dil azlıqlarının da mövcudiyyətini qəbul edir: albanlar, katalonlar, yunanlar, almanlar, slovenlər, xorvatlar, fransız dilindən istifadə edən franko-provonsallar, friullar, ladinlər, oksitanlar, sardlar.

Konstitusiyada həmçinin etnokonfessial xarakterli məsələlər də öz əksini tapmışdır. “Dövlət və Katolik kilsəsi özlərinə aid olan sahələrdə müstəqil və suverendirlər. Onların münasibətləri Lateran müqaviləsinə əsasən tənzimlənir. Bütün dini icmalar qanun qarşısında bərabərdir. Katolisizmdən fərqlənən bütün dinlər İtaliya hüququna zidd olmadığı təqdirdə öz nizamnamələri əsasında təşkilat qurmaq hüququna malikdir. Onların dövlətlə münasibətləri müvafiq təşkilatlarla olan qanunla müəyyən edilmiş müqavilələr əsasında tənzimlənir”.

Onu da qeyd etmək lazımdır ki, İtaliyanın Romanın strategiyaları sayəsində modernləşməyə olan reaksiyası “xristianlığın təmizlənməsinin” daha həssas variantı idi, bu da öz növbəsidə italyan katolisizminə antiklerikal təzahürlərdən və modernizmin nəticələrindən mudafiə olunmasına imkan verdi. Bütün Avropa dövlətləri sekulyarlaşmağa məruz qalmalarına baxmayaraq, bu təsirin dərəcəsi özünü müxtəlif ölkələrdə müxtəlif səviyyədə göstərirdi. İtaliya bu mənada istisna təşkil edirdi, belə ki, modernizmlə silahsız qarşılaşan digər dövlətlərdən fərqli olaraq, onun modernləşmə sahəsində kilsə modernləşməsi strategiyası var idi.

İtaliyanın cənubunda da dini identikliyi qoruyan bəzi etnik icmalar qalmışdır. Yunan və rus immiqrantları ilə yanaşı, İtaliyada son iki əsr boyunca pravoslavlıq qorunub saxlanır.

İmmiqrantlar arasında müsəlman ölkələrindən olan insanların mövcudluğu bu ölkədə müsəlman icmasının formalaşmasında böyük rol oynamışdır. İtaliyada olan müsəlmanların əsas hissəsi Asiya və

Afrika ölkələrindən olan immiqrantlardır. Müxtəlif mənbələrə görə İtaliyda hal-hazırda 1,2 milyondan 1,6 milyona qədər müsəlman yaşayır ki, bu da öz növbəsində əhalinin təxminən 2,5 faizini təşkil edir. Rəqəmlərdə olan bu müxtəliflik onunla izah olunur ki, mühacirlərin bir hissəsi yaşadıqları ərazilərdə qeyri – leqal olaraq yaşayırlar. Onların təxminən üçdə ikisi mərakeşlilər, təqribən 100 minini tunis icması təşkil edir. Müsəlmanların digər hissəsini isə misirlilər, banqladeşlilər, seneqallılar, pakistanlılar, nigeriyalılar təşkil edirlər. Bu icmaların bir hissəsi (67 min) italyan vətəndaşlığını alıb, təxminən 10 mini isə islamı qəbul etmiş italyanlardır. İtaliyada yaşayan müsəlmanların əksəriyyəti sünni məzhəbinə aiddirlər, şiə məzhəbinə mənsub olanlar isə 15 min nəfər təşkil edir.

Katolik dünyasının ürəyində müsəlman icmalarının formalaşması prosesi birmənalı qaydada baş verməmişdi. İslam tərəfdarları və əleyhdarları arasında daima polemika getmiş və hal-hazırda İtaliya müsəlmanlarının ikinci nəsli artıq italyan dilində sərbəst danışan, hətta orta və ali təhsil alan insanlardır. Buna baxmayaraq onların böyük əksəriyyəti valideynlərinin milli, ənənəvi dəyərlərinə sadiq qalırlar ki, bu da onların italyan cəmiyyətinə inteqrasiyasına mane olur. Baxmayaraq ki, uzun bir zaman kəsiyində İtaliya emiqrantların ən böyük “təchizatçısı “ olmuş bir ölkədir.

Azərbaycan multikulturalizmi “Multikulturalizm ili”ndə İtaliyanı da “fəth etməyi” bacarıb. 15 mart 2016-cı ildə İtaliyanın Roma şəhərində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin filialı açılıb. Filiala italiyalı naşir və politoloq Sandro Teti rəhbərlik edir.


Yüklə 102,09 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin