Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft Energetika Kolleci


Plan 1: Faydalı qazıntı yataqlarının əmələ gəlmə şəraiti



Yüklə 73,29 Kb.
səhifə2/3
tarix19.04.2023
ölçüsü73,29 Kb.
#125612
1   2   3
Geoloji axtaris usullari

Plan 1: Faydalı qazıntı yataqlarının əmələ gəlmə şəraiti
Faydalı qazıntı yataqları əmələgəlmə şəraitlərinə görə üç iri seriyaya ayrılır: endogen, ekzogen və metamorfogen. Endogen yataqlar yer qabığının dərin hissələrində, ekzogen yataqlar isə yer səthində və səthə yaxın horizontlarda baş verən geoloji proseslərlə əlaqədardır. Metamorfogen yataqlar yerin dərin zonalarında süxurların və müxtəlif mənşəli yataqların intensiv dəyişməsi nəticəsində əmələ gəlmişdir.
Endogen yataqlar yerin dərin qatlarında yüksək hərarət və təzyiq rejimində baş verən geokimyəvi proseslərlə əlaqədardır. Bu yataqlar maqmatik proseslərin fəaliyyəti nəticəsində formalaşdığından onlara maqmatogen yataqlar deyirlər. Maqmatogen yataqlar müxtəlif tərkibli intruziv süxurlarla bağlıdır. Onlar odlu-maye silikat ərintisinin (maqma) bu və ya digər səbəbdən yerin dərin qatlarından yuxarı horizontallarına qalxaraq soyuması və kristallaşması nəticəsində əmələ gəlmişdir. Bu zaman silikat ərintisinin tərkibində az miqdarda iştirak edən metallar özlərini müxtəlif şəkildə aparır.
Fiziki aşınma nəticəsində faydalı qazıntıların mexaniki pozulması baş verir. Mexaniki aşınma materialı davamlı və kimyəvi cəhətdən dəyanətli minerallardan təşkil olunmuşdur. Onlar müxtəlif səpinti yataqlarını, yaxud səpintiləri əmələ gətirir.
Çökmə lay dəstələrinin formalaşması zamanı mineral maddələrinin kimyəvi, biokimyəvi, mexaniki və vulkanogen diferensiasiyası nəticəsində müxtəlif növ faydalı qazıntıların çökmə yataqları yaranır.Beləliklə, ekzogen seriyanı üç qrup yataqlar təşkil edir: aşınma qabıqları, səpintilər və çökmə.
Metamorfogen yataqlar yerin çox dərin qatlarında süxurların və müxtəlif mənşəli yataqların intensiv dəyişməsi nəticəsində əmələ gəlmişdir. Bu cür şəraitdə yeni metamorfik yataqlar və güclü dəyişməyə məruz qalmış metamorfizləşmiş yataqlar yarana bilər.Müvafıq olaraq, metamorfogen seriyanı iki qrup yataqlar təşkil edir: metamorfik və metamorfizləşmiş

Plan 2: Geoloji xəritəalma üsulu
Geoloji xəritəalma ən əhəmiyyətli axtarış üsullarından biridir- Müxtəlif üsullarla. o cümlədən də geoloji xəritəalma üsulu ilə aparılan axtarış işləri geoloji xəritəyə əsaslanır. Yalnız rayonun geoloji xəritəsini analiz etməklə faydalı qazıntıların yerləşməsini nəzarət edən faktorları (axtarış amillərini) aşkar etmək olar. Tədqiq edilən ərazinin geoloji quruluşunu bilməklə axtarış üsullarını düzgün seçmək, onların miqyasını, axtarış profillərinin istiqamətini, müşahidə nöqtələrinin sıxlığını təyin etmək və ən əsası, axtarış işləri nəticəsində əldə edilmiş faktiki məlumatların düzgün interpretasiyasına nail olunur.Geoloji xəritəalmanın miqyasını seçərkən geoloji quruluşun mürəkkəbliyi və qarşıya qoyulmuş vəzifələr nəzərə alınmalıdır.
İri regionlar üçün 1:1000000, 1:200000 və 1:100000 miqyaslı, sənaye baxımından perspektivli olan sahələr üçün isə 1:50 000 və hətta 1:25 000 miqyaslı geoloji xəritələr tərtib edilir. Məzmununa görə bu xəritələr kompleks xəritələrdir. Axtarışın geoloji amillərinə və axtarış əlamətlərinə aid olan bütün vacib məlumatlar bu xəritələrdə əks etdirilməlidir.
Xəritənin miqyası nə qədər böyükdürsə, onun legendası (şərti işarələri) bir o qədər ətraflı olmalı, süxur kompleksləri və struktur elementlər daha xırda tərtiblərə bölünməlidir. Axtarış amili və axtarış əlaməti əhəmiyyəti daşıyan bütün geoloji elementlər geoloji xəritədə əks etdirilməlidir. Belə elementlərə dayaq stratiqrafık horizontlar və süxurların fasial növləri, maqmatik süxurların əlverişli tipləri, onların təmasları, filiz təzahürlərinin lokallaşmasını nəzarət edən struktur elementlər, faydalı qazıntı və dəyişilmiş süxur çıxışları, ilkin və törəmə səpinti oreolları və s. aiddir.
Axtarış işləri ilə müşayiət olunan irimiqyaslı geoloji xəritəalmanın əsas vəzifələri aşağıdakılardır:

  1. faydalı qazıntı yataqlarının və ayrı-ayrı filiz kütlələrinin aşkar edilməsi, həmçinin öyrənilən ərazinin geoloji quruluşundan asılı olaraq onlann məkan daxilində yerləşmə qanunauyğunluqlarını müəyyən etmək;

  2. tədqiq olan ərazinin geoloji qurluşunun və formalaşmasının geoloji tarixinin öyrənilməsi;

  3. fıliz sahələrinin, yataqların və ayrı-ayrı filiz kütlələrinin təxmini sərhədlərini müəyyən etmək;

  4. axtarış-kəşfiyyat qazmalarının və qazma quyularının istiqamətləndirilməsi üçün mühüm geoloji göstəriciləri müəyyən etmək;

  5. aşkar edilmiş faydalı qazıntı yataqlarının perspektiv qiymətləndirilməsi üçün vacib olan geoloji materialların toplanması.

İrimiqyaslı geoloji xəritəalma adətən tədqiqat rayonuna aid olan fond və dərc olunmuş materialların öyrənilməsindən başlanır. Bu materiallar ümumiləşdirilməli və işin layihəsində əks etdirilməlidir. Bundan başqa, layihədə axtarış işlərinin metodikası verilir. Xəritəalmanın özünün yerinə yetirilməsi, relyefın xarakterini, köklü süxurların təbii açılma dərəcəsini və planaalma işləri aparılacaq ərazinin ümumi geoloji şəraitini müəyyənləşdirməyə imkan verən yoxlama marşrutlarının keçilməsi ilə başlanır. Bu müddət ərzində geoloji sənədləşdirmənin fonnalan və şərti işarələr işlənib hazırlanmalı, süxurların, mineralların və s. etalon kolleksiyaları seçilməlidir. Sonra isə alət vasitəsilə axtarış şəbəkəsi nişanlanır. Burada axtarış xətləri güman edilən fıliz sahələrinin, filiz zonalarının uzanmasına perpendikulyar istiqamətdə yerləşdirilə bilər. Axtarış xətləri arasındakı məsafə axtarış obyektlərinin davamlılığı ilə müəyyənləşdirilir. Adətən tələb olunur ki, axtarış obyekti (filiz sahəsi, fılizdaşıyıcı zona, yataq, filiz kütləsi) ən azı 1-2 axtarış xətti ilə kəsilsin.


Yüklə 73,29 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin