Font (Шрифт - Yaz ı tipi) dialoq pəncərəsi, Advanced (Дополнительно - Əlavə ) səhifəsi Abzasın formatlanması dedikdə müəyyən parametrlərin mətndəki bütün abzaslara tətbiqi başa düşülür. Abzasın formatlanması özündə müəyyən parametrləri cəmləşdirir. Bunlara mətnin tənləşdirmə üslubunu, sətirlərin çıxıntılarını, öndəki abzas ilə növbəti abzas arasındakı intervalı, abzasa daxil olan sətirlərarası intervalı və s. aid etmək olar. İstənilən abzası formatlamaq üçün əvvəlcə həmin abzasa daxil olan bütün mətn seçilməlidir. Seçim aparmaq üçün müxtəlif üsullardan: 1.Mausun oxunu abzas mətninin istənilən yerinə gətirib sol düyməni iki dəfə sıxmadan; 2.Mausun oxunu abzas mətninin sol tərəfinə gətirib sol düymənin sıxılmış vəziyyətində oxu sürümədən. Abzasa tətbiq edilən bütün formatlama parametrləri bütün abzasda öz əksini tapacaq.
MƏTNİN TƏNLƏŞDİRMƏ TİPLƏRİ
İstifadəçi mətn hazırlayarkən hazırladığı mətnə qoyulmuş tələbatdan asılı olaraq dörd tip tənləşdirmə tətbiq edə bilər .
Tənləşdirmə düymələri Susma prinsipinə görə hazırlanmış sənədin sol tərəfinə görə tənləşdirmə yerinə yetirilir. Sənədi mərkəzə doğru tənləşdirəndə sətirlərin sol və sağ tərəflərinə eyni məsafəyə malik yelənlər verilir. Belə hiss olunur ki, nəzəri olaraq sətirin ortasından keçən şaquli xətt hazırlanmış mətni iki bərabər hissəyə bölür. Sətirin bu də bölünməsi adətən başlıqlar və ya titul vərələri hazırlananda həyata keçirilir. Sətirin sağa doqru tənlənməsi təsadüfi hallarda istifadə edilir. Bu tipdə sətirlər sağa doğru düzlənir, sol tərəf isə ixtiyarı də düzülmüş olur.
İstinadlar 1. Kərimov S. Q., Həbibullayev S. B., İbrahimzadə T. İ. "İnformatika". Dərslik. Bakı, 2019. 1. gadirov.com 3.adau.edu.az