Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Dövlət Aqrar Universiteti adau-nun 80 illik yubileyinə həsr edilir adau-nun elmi ƏSƏRLƏRİ g əNCƏ 2009, №3


Cədvəl 1 Müxtəlif suvarma rejiminin pambığın məhsuldarlığına təsiri (lif çıxımı)



Yüklə 2,11 Mb.
səhifə4/22
tarix13.01.2017
ölçüsü2,11 Mb.
#6
1   2   3   4   5   6   7   8   9   ...   22

Cədvəl 1

Müxtəlif suvarma rejiminin pambığın məhsuldarlığına təsiri (lif çıxımı)


Sıra №-si

Suvarma

sxemi

Bitki boyu,

sm

Meyvə budaqlarının

sayı

Qozanın

sayı

Bir qozadan çıxan xam

pambığın

kütləsi,

qramla

1000 ədəd toxumun

kütləsi,

qramla

Lif

çiximi

%-lə

1

1-2-0

68.5

8.3

8.2

4.5

116

35.7

2

1-3-0

75.5

8.8

10.3

5.3

122

36.4

3

1-4-0

78.0

9.5

10.4

5.2

120

36.2

4

1-2-1

68.0

8.4

8.4

4.7

118

36.0

5

1-3-1

77.0

9.0

10.3

5.1

121

36.1




Əldə etdiyimiz bir saylı cədvəldəki, rəqəmlərin təhlili, göstərir ki, pambıq bitkisinin əsas göstəricilərinə suvarmaların sayı ilə yanaşı həmçinin onların sxemlərlə verilmə vaxtları da təsir göstərmişdir. Belə ki, 1-3-0 sxemi ilə 4 dəfə suvarılan variantlarda qozaların sayı 10.3 ədəd olduğu halda 1-2-1 sxemi ilə 4 dəfə suvarılan və axırıncı su yetişmə fazasında verilən variantlda qozanın sayı 8.4 ədəd olmuşdur. Əlbəttə bunun səbəbi axırıncı su yetişmə fazasında verilməsi bitkinin vegetasiya dövrünün uzanmasına təsir edərək qozaların yetişməsinin ləngiməsinə səbəb olmuşdur. Bu isə hər hektardan alınan xam pambığın miqdarına və texnoloji göstəricilərinə mənfi təsir edir.

Həmçinin öyrəndiyimiz variantlarda ən aşağı göstərici 1-2-0 sxemi ilə 3 dəfə suvarılan variantda təsadüf edilmişdir.

Əlbəttə öyrəndiyimiz bu mühüm aqrotexniki tədbirin (suvarma rejiminin) hər hektardan alınan xam pambığın miqdarına və keyfiyyətinə təsirini də öyrənmişik.

Variantlarda müxtəlif suvarma rejiminin hər bir hektardan alınan xam pambığın məhsuldarlığına təsirini də öyrənmişik. Həmin göstəricilər 2 saylı cədvəldə göstərmişdir.




Cədvəl 2

Müxtəlif suvarma rejiminin pambığın məhsuldarlığına təsir (sen\ha-la)


Sıra №

Suvarma

Sxemi

Məhsuldarlıq,

hektardan sen-lə

Məhsul artımı

Sen-lə

%-lə

1

1-2-0

19.0

-

100.0

2

1-3-0

24.0

5.0

126.3

3

1-4-0

22.7

3.7

119.4

4

1-2-1

19.7

0.8

103.6

5

1-3-1

23.4

4.4

123.2


2 saylı cədvəldə ki, aldığımız rəqəmlərdən göründüyü kimi sınaqda olan variantlarda müxtəlif sxemlərlə aparılan vegetasiya suvarmaları hər hektardan alınan xam pambığın miqdarına müxtəlif tərzdə təsir göstərmişdir. Belə ki, hər hektardan alınan xam pambığın məhsulu digər variantlarla müqayisədə ən çox 1-3-0 sxemi ilə 4 dəfə su verilən variantdan əldə edilmişdir.

Bu variantda hər hektardan alınan xam pambığın məhsulu, digər variantlarla müqayisədə 0.8 sentnerdən 5.0 sentnerə qədər artıq olmuşdur.

Vegetasiya dövründə 4-5 dəfə suvarılan və axırıncı suyu yetişmə fazasında verilən bölmələrdə hər hektardan alınan xam pambığın miqdarı həmin (4-5dəfə) suvarma sayında axırıncı suyu çiçəkləmə fazasında verilən variantla müqayisədə hər hektardan alınan xam pambığın miqdarından aşağı olmuşdur.

Əlbəttə eyni suvarma saylarında axırıncı suyun yetişmə fazasında verilməsi nəticəsində bitkinin müəyyən qədər vegetasiya dövrü uzanır, nəticədə qozanın açması ləngiyir hər hektardan alınan xam pambığın miqdarı və texnoloji göstəricisi aşağı düşür. Həmçinin sinaqda olan variantlarda ən az məhsul 1-2-0 sxemi ilə 3 dəfə suvarılan variantdan alınmışdır (19.2 sen).



Əldə etdiyimiz göstəricilərə əsasən söyləmək olar ki, bizim təcrübə apardığımız zonada hər hektardan yüksək keyfiyyətli xam pambıq məhsulu almaq üçün həmin zonaya uyğun digər aqrotexniki tədbirləri yerinə yetirməklə, 1-3-0 sxemi ilə 4 dəfə suvarılması daha məqsədə uyğundur. Bu şərtlə ki, axırıncı vegetasiya suyu çiçəkləmə fazasının sonuna qədər verilsin.



NƏTİCƏ


  1. Pambığın boy inkişafına müxtəlif suvarma rejimləri müxtəlif tərzdə təsir göstərir.

  2. Suvarma rejimi müxtəlif torpaq-iqlim şəraitinə uyğun olaraq düzgün apardıqda daha yaxşı nəticə verir.

  3. 1-3-0 sxemi ilə 4 dəfə suvarılan variantlarda pambığın intensiv inkişafı üçün torpaqda daha əlverişli mühit yarandıqda bitki daha intensiv inkişaf etdiyindən məhsuldar olur. Hər hektardan alınan xam pambığın iqtisadi göstəriciləri də yüksək olmuşdur.

  4. Vegetasiya suvarmasında axırıncı suyun yetişmə fazasında verilməsi məqsədə uyğun deyil. Axırıncı su çiçəkləmə fazasında verilib qurtarmalıdır.



ƏDƏBİYYAT


  1. Güləhmədov X.O. Pambıqçılıq. “Maarif” nəşriyyatı. Bakı. 1976 səh.184.

  2. Məmmədov Y.M., Baxşəlizadə E.Z.Suvarma sxeminin pambığın məhsuldarlığına və lif keyfiyyətinə təsiri //. Azərbaycan Aqrar Elmi, № 1-2, 1994, səh. 42.

  3. Səfərov N. Pambıqçılıq. Maarif nəşriyyatı. Bakı 1971 səh. 214.

  4. Məmmədov Y.M., İbrahimov A.C., Məmmədova S.Z., Pambıq əkinlərində vegetasiya suvarmalarının və mineral gübrə normalarının birgə öyrənilməsi //. Azərbaycan Elmlər Akademiyası Gəncə Regional Elmi Mərkəzi. Xəbərlər məcmuəsi, №3, Gəncə 2000 səh. 64.

  5. Məmmədov Y.M., Bəxşəlizadə E.Z. Düzgün suvarma rejimi pambıq bitkisinin ümumi inkişafına və alınan xam pambığın texnoloji göstəricilərinə təsiri. /. Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının 75 illiyinə həsr olunmuş Elmi əsərlər toplusunun xüsusi buraxılışı. Bakı. 2004 səh.140.

  6. Məmmədov Y.M., İbrahimov A.C. Pambıq əkinlərində mühüm aqrotexniki amillərin birgə öyrənilməsi daha yüksək səmərə verir. Aqronomluq və Zoobaytarlıq fakültəsi Elmi əsərlər toplusu. Bakı, 2003 səh.22.

  7. Güləhmədov X.O. Pambıqçılıq. Aqah 2000 səh. 175.


УДК 631.6: 633.511
Влияние показателей различных режимов поливание на

производительность перспективных сортов хлопка
Кандидат сельскохозяйственных наук

Мамедов Ю.М.
РЕЗЮМЕ
Согласно результатам работ исследования мы можем сказать, что результат проведенных опытов дал самый лучший вариант по схеме поливание 1-3-0 которая получено поливанием четыре раза в год при условием что последняя поливания должно проводиться до фазы процветания

SUMMARY
Candidate of agricultural sciences

Mammedov Y.M.
According to the results of research works we can say the best consequence was taken from the 4 time irrigated variants which the scheme on this variant was 1-3-0. On this case the irrigation must be finished until the end of blossoming phase.

UOT 633.2:631.438
KƏND TƏSƏRRÜFATI MƏHSULLARINDA TƏBİİ RADİOAKTİV FONUN ARTMASINA QARŞI RADİOEKOLOJİ TƏDBİRLƏRİN APARILMASI
Biologiya elmləri namizədi X.X.Cəfərov

Azərbaycan Dövlət Aqrar Universiteti

MÜQƏDDIMƏ


Radioaktiv izotopların ixtirası ilə ondan nüvə silahlarının hazırlanmasında, nüvə reaktorlarından enerji alınmasında, xalq təsərrüfatında, tibb, biologiya sahələrində istifadə olunmasına başlandı. Bu sahələrdə izotoplardan düzgün istifadə olunmaması, yaranan tullantıların düzgün saxlanılmaması nəticəsində baş verən nöqsanlar ətraf mühitin təbii radioekologiyasına təsir göstərərək fonun artmasına səbəb olur və canlıların sağlamlığına təsir göstərir. Bunlara yol verilməməsi üçün ətraf mühitin təbii radioaktiv fonuna daim nəzarət etmək, yaranan problemləri vaxtında aradan qaldırmaqdan ötrü tədbirlər görülməlidir. Onu da qeyd etmək lazımdır ki, ümumdünya konvensiyasının qəbul etdiyi qanunda izotoplardan alınan tullantıların necə saxlanılması və bunlardan qorunmaq qaydaları aydın verilmişdir. Elə bu baxımdan biz Gəncə ətrafında bitən yabanı və təbii bitkilərin təbii radioaktiv fonuna nəzarət məqsədilə bir sıra müşahidələr apardıq [1].

Torpağın və bitkinin süni radioaktiv çirklənməsi və onların istifadəsiz hala düşərək təbii fonun artması XIX əsrin ortalarında və XX əsrin əvvəllərində nüvə silahlarının sınaqdan keçirilməsi nəticəsində baş vermişdir. XX əsrin ortalarında üç mühitdə nüvə silahının sınaqdan keçirilməsi və onun tətbiqinə dair qəti sərhəd qoyulması ətraf mühitdə və eləcə də torpaq və bitki örtüyündə, həmçinin atmosferdə onun sıxlığının azalmasına səbəb olmuşdur.




Xüsusi müayinə


Nüvə reaktorlarının işə düşməsi və bu reaktorlarda külli miqdarda radionuklidlərin yaranmasından elektrik enerjisinin alınmasına başlanaraq, bəzi hallarda ümumdünya konvensiyasının və 1976-cı ildə qəbul olunan əsas sanitar qaydalarının qərarlarına riayət olunmaması, radioaktiv tullantılarının ətraf mühitə düşməsi ətraf mühitin təbii fonunun artmasına səbəb olmuşdur. Məlum olduğu kimi, ətraf mühitdə yaranan radionuklidlər öz analoqları ilə birləşmə əmələ gətirərək müxtəlif yollarla dövriyyədə iştirak edib canlıların orqanizminə daxil olur və problemlər yaradır.

Alimlərin apardığı tədqiqatlar nəticəsində məlum olmuşdur ki, 1967-ci ildə təbii fonun miqdarı 37,0 EKB-lı olmuşdursa, 2000-ci ildə bunun səviyyəsi 150 EKB-liyə çatmışdır. [1]

Ən təhlükəlisi nüvə qurğularının istifadəsi nəticəsində əmələ gələn sezium -137 radioizotoplarının ətrafa düşməsidir. Bununla əlaqədar olaraq 1970-ci ildə yer üzərində sezium dozasının səviyyəsi 42,0 EKB təşkil etmişdir. Aparılan elmi tədqiqatlar və elmi araşdırmaların nəticələri göstərmişdir ki, 2000-ci ildə bunun səviyyəsi 222,0 EKB təşkil etmişdir. Odur ki, radioaktiv fonun artmasına ən çox təsir göstərən stronsium -90 və sezium -137 izotoplarının Azərbaycanın torpaq və bitki örtüyündə miqdarı respublikanın alimlərini narahat etmişdir. Akademik Q.Ə.Əliyev və A.Abdullayev elmi-tədqiqat işləri apararaq bu barədə öz elmi monoqrafiyalarını yazmışlar. Bununla bərabər respublika ərazisinin relyefindən, torpaq örtüyündən və torpaqda olan mineral maddələrə görə radioaktiv izotopların nə kimi təsir xüsusiyyətinə malik olması və yarana biləcək problemlərin qarşısının alınmasına dair tədbirlər görülür və bu işlər daha da genişləndirilməlidir [3].

Radioaktiv parçalanma məhsulları su, qida, bitki və heyvan mənşəli məhsullarla insan orqanizminə daxil olub, öz analoqları ilə birləşmə əmələ gətirərək ionlaşmanın sıxlığını artırır. Nəticədə təbii radioaktiv fonun artmasına səbəb olur. İonlaşmanın sıxlığının artması insan orqanizmində yaratdığı fəsadlar, onun irsiyyətə təsir etməsi, əmələ gələn anormal inkişafın qarşısını almaq üçün ətraf mühitdə olan təbii radioaktiv fonun səviyyəsinin artmasına təsir göstərən təhlükələr aradan qaldırılmalıdır. Əlbəttə, bu barədə respublikada bir sıra elmi işlər görülür, lakin bu, radioekoloji problemlərin qarşısını almaqda azlıq təşkil edir. Bu baxımdan Gəncə ərazisində bitən mədəni və yabanı bitkilərdə və bunlardan alınan qida məhsullarından nümunələr götürərək ADAU-nun radioekologiya laboratoriyasında, bəzi məhsullar isə birbaşa bitkilərin yetişdiyi sahədə müayinədən keçirildi [2].

Götürülən məhsulların bəzilərində radiometrig müşahidələr ümumi çəkidə, bəzi məhsullar isə xüsusi çəkiyə gətirilərək müayinə edildi. Alınan qiymətləri BK/KQ və KÜ/KQ-ma çevrildi, bunun üçün qəbul olunmuş əmsaldan istifadə olundu [2].

Ayrı-ayrı bitkilərdən alınan qida məhsullarının çəkisi 1 qramdan yüksək olmayan beş ədəd nümunə hazırlandı və hər bir nümunə ayrı-ayrılıqda yoxlanıldı, alınan qiymətlər toplanılaraq orta qiymət çıxarıldı.



Paxlalı bitkilər fəsiləsinə daxil olan bitkilərdən götürülən nümunələr ayrı-ayrılıqda radiometrik müaynədən keçirildikdən sonra qeyd olunan formuladan istifadə olunaraq alınan qiymətləri Bekkerli və Küriyə çevrildi:



Alınan qiymətlər təcrübədən keçirilən bitkilərdən alınan təbii fonun qiymətini göstərir.



Bəzi radioaktiv təhlükəliliyin qarşısını almaq, sağlamlığın qorunması məqsədilə cədvəldə qeyd olunan bitki məhsulları radiokimyəvi və radiometrik yoxlamadan keçirildi [4].


Cədvəl 1

Bitki və bitki məhsullarında təbii-radioaktiv fon


S/s

Bitkilər və onlardan alınan

məhsulların adı

Nümunənin miqdarı

Dozalar

Kür/kq

Bek/kq

1

Buğda unu

32

3,2 10-8

4,5 103

2

Buğda unundan alınan çörək

12

2,8 10-8

2,6 103

3

Arpa unundan alınan çörək

18

2,6 10-8

2,2 103

4

Qarğıdalı unu

34

2,0 10-8

2,1 103

5

Yerkökü

16

2,8 10-8

5,1 103

6

Kələm

30

2,3 10-8

4,4 103

7

Kartof

30

2,3 10-8

4,6 103

8

Çuğundur

18

3,1 10-8

3,6 103

9

Keşniş

22

1,9 10-8

4,1 103

10

Şüyüd

22

2,1 10-8

5,2 103

11

Üzüm

18

3,1 10-8

2,8 103

12

Cəfəri

22

2,2 10-8

4,8 103




Cədvəldən göründüyü kimi, adları qeyd olunan bitkilər və bitkilərdən alınan qida məhsullarında təbii fonun səviyyəsi biri - digərindən nəzərə çarpacaq dərəcədə fərqlənir. Buğda ününda təbii fonun səviyyəsi 3,0.10-8 Küri/kq təşkil edirsə, buğdadan alınan çörəkdə bu göstərici 2,8.10-8 Küri/kq olmuşdur. Cədvəldə aydın verildiyinə görə bunlar haqqında ayrı-ayrılıqda izahat vermyəi zəruri bilmədik.


NƏTİCƏ VƏ TƏKLİFLƏR


Aparılan tədqiqatlardan məlum oldu ki, Gəncə ətrafında bitən yabanı və mədəni bitkilər və bunlardan alınan qida məhsullarında təbii radioaktiv fonun səviyyəsi qəbul olunmuş normativdən kənara çıxmır, bu da ki, bu məhsullardan istifadə oluna bilər. Ayrı-ayrı məhsullardan alınan təbii fonun səviyyəsi cədvəldə aydın və geniş verilmişdir. Onu da qeyd etməliyəm ki, qeyd olunan ərazidə və digər sahələrdə yetişdirilən bitkilərin və onlardan alınan ərzaq məhsullarının təbii radioaktiv fonu ilin fəsillərindən asılı olaraq radiometrik və radiokimyəvi müainədən keçirilməlidir, bu da insanların sağlamlığının müdafiəsi və təhlükəsizliyinin qayğısına qalmaq kimi günün ən aktual məsələlərindən biridir.


ƏDƏBİYYAT


  1. Гулякин И.В., Юденцева Е.В. Сельхозяйственная радиобиология. М.: Колос, 1993, cт.196.

  2. Даниленко А.И., Шевенко И.Н. Природная β- радиоактивност растении животных и человека. Киев: Наукова гимка, 1981, ст.63.

  3. Алиев Д.А., Абдуллаев М.А. Стронций-90 и Цезий-137 в почвенно- растительном покрове Азербайджана. Наука, М.: 1983, ст.121.

  4. Cəfərov X.X. Radiobiologiya (mühazirə mətni). Gəncə, 1987, c.15.


УДК 633.2:631.438
Проведение радиоэкологических мероприятий против повышение естественного радиоактивного фона сельскохозяйственных продуктов
Х.Х.Джафаров

РЕЗЮМЕ
В результате проведенных наследований было выявлено, что в произрастающих в окрестностях города Гянджи диких и культурных растениях и в получаемых из них пищевых продуктах уровень радиоактивного фона находится в норме и не выходит за рамки принятого норматива, это дает возможность использовать эти пищевые продукты в пищу.

Получаемые из разных продуктов уровни естественного фона широко представлены в таблице. Хочу отметить, что растения и получаемые из них продукты в зависимости от времeн года должен проходить радиометрические и радиохимические исследования. И это является одной из самых актуальных задач обеспечения защиты здоровая населения.



Radioactive implication of artisifisial izotops on Enviro moment

and measures undertaken to prevent pollution
X.X.Djafarov

SUMMARY
Widespread radioactive pollution of environment by artificial izotops was a result of test of weapons which had been carried out system atically in the midst of XIX and in catty XX centuries test of nuclear weapsans in three spheres which arc at.
Results and proposals
Results of observation carried in Gendje, show that naturally grown plants and artificially cultivated plants contain mild level of radiation and not exceed limits. This means that it is totally safe to use and consume such products.

УДК 667-663А
ЭКОЛОГИЧЕСКОЕ СОСТОЯНИЕ ЗАПАДНОГО

РЕГИОНА АЗЕРБАЙДЖАНА
К.x.н. Р.И.Гусейнов(АТУ), науч. cотр.Н.Г.Нагиев,

k.х.н. М.И.Бабаев (ГРНЦ), к.х.н. В.Н.Мамедов (АГАУ)


Проводимые научные исследования доказывают, что в Мингечаурском водохранилище по сравнению с 1985 годом количество фенолов и карбонилсодержащих соединений увеличилось в два раза. А окисляемость воды водохранилища повысилась до 80%, прозрачность снизилось на 40%. Одновременно вода в реке Куре и прибрежных районов не соответствует санитарным нормам [1-3].

Экологическое состояние озёр находящихся у подножья горы Кяпаз также вызывает беспокойство. В последние годы в результате антропогенного загрязнения воды Гёк-гёля, Марал-гёля и др., происходит перемещение загрязнителей в низкие слои воды, обогащенных сероводородом.

Необходимо отметить, что высокогорные озёра имеют большую биологическую продук­тивность [2-5].

Изменение баланса из-за каких либо причин в естественных озёрах приводит опасным, нежелательным последствиям для нормальной функции фауны и флоры.

На территории Азербайджана насчитывается около 3500 естественных родников и ручей, где общие запасы воды 2,25 км3. Родники расположены в основном на горных и предгорных зонах. На сегодня контроль и защита этих ценных источников воды проводится очень слабо. Большая часть этих естественных ручей минеральные. В результате нерационального использования теряется большая часть минерала, геотер­маль­ные запасы этих вод, что приводит также к огромным экономическим ущербам.

Большое значение для хозяйств Азербайджана имеют подземные воды. На территории республики на долю подземных пресных вод приходится около 42%. Ещё в середине прошлого века в Азербайджане в предгорных зонах с сухим климатом, для обеспечения городов и сёл питьевой водой, а также для полива строили кягризы (подземные каналы). Количество этих кягризов в Гянджа-Казахской равнинной зоне играла большую роль.

В Гянджа-Казахской равнине пресные воды карбонатным составом имеют большую жесткость – около 13 мг-екв/л.

Многолетние наблюдения показывают, что в равнинной зоне Гянджы 58% воды для полива исчисляются за счет подземных водоисточников.

С 1990 года в Гяндже и из её окрестностей каждый год выбрасываются в окружающую среду более 10 тыс. тоны вредных газовых выбросов. Что безусловно, в свою очередь несёт большой вред растительному покрову. В городе основными источниками загрязнения атмосферы являются промыш­ленные предприятия, коммунальные учреждения и сфера обслуживания, а также энерготепловые и строительные хозяйства. Загрязнение атмосферы в городе и его окрестностях нарушает экологическое равновесие водоёмов, почвы и т.д.

Особый вред экологическому состоянию Гянджи и приближённых районов приносит объединение «Глинозём». На расстоянии около 700 метров от объединения накопилось более 16 тысяч тон выбросов алунита и боксита, которые занимают около 300 га. площади. В этих отбросах сернистые соединения (в основном СО3) накопились в глубине до 0,5 метра. В составе этих выбросов высокое процентное содержание соединений свинца, кадмия, меди, цинка, кобальта и хрома. В целом, почва в этом районе загрязнена вредными веществами в 2-3 раза больше допустимой нормы.

Легкой, цветной, машиностроительной, пищевой и транспортной предприятиями в атмосферу города выбрасывается в сутки в среднем 12-19 тонны пыли, 29-30 тонны сернистого газа. Только обьединение «Глинозём» завод в сутки выбрасывает в атмосферу 195-252 тонны пыли – с сернистыми и углекислыми газами.

К сожалению и сегодня многие предприятия продолжают загрязнять атмосферный воздух города. При сильном ветре токсичные пыли разносятся на расстояние 50-60 км, загрязняя площадь около 37 тыс. га. загрязнённая территория покрывается пылью красного цвета (соединение боксита).

В артезианских водах Геранбойского района в последнее время увеличилось количество серы из-за того, что этот район находится близко к загрязнённой зоне.

Вышеуказанные подтверждают, что в районе необходимо проводить последовательные наблюдения и предотвращать экологический кризис. Необходимо привлечь внимание к этой важной проблеме соответствующие Государственные структуры.





Yüklə 2,11 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin