Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət Aqrar Universiteti



Yüklə 1.1 Mb.
səhifə9/11
tarix13.01.2017
ölçüsü1.1 Mb.
1   2   3   4   5   6   7   8   9   10   11

Ədəbiyyat:
1. N.R.Məmmədov –Standartlaşdırmanın əsasları, Çaşoğlu., Bakı. 2003. -386 s.

2. A.R.Qafarov -Standartlaşdırmanın əsasları , Çaşoğlu., Bakı. 2004. -157s.

3. N.H.Fərzanə,V.Ə.Bayramov və b. –Standartlaşdırmanın əsasları, Təhsil – Bakı, 2007. -218 s.

4. P.A.Cəfərov, Ş.İ.Həsənov - Standartlaşdırma, keyfiyyətin idarə olunması və məhsulların qiymətləndirilməsi. Dərs vəsaiti., Gəncə, 2003. – 219 s.

5. Q.D.Krılova -Osnovı standartizaüii, sertifikaüii i metroloqii. –M: İzd. Standartov, =ÖNİTİ, 1988. -366 s.


Plan :


  1. Standartlaşdırma üzrə beynəlxalq təşkilatlar.

  2. Standartlaşdırma üzrə regional təşkilatlar.

  3. Standartlaşdırma üzrə skandinaviyaarası təşşşkilatlar (İNSTA)

  4. Standartlaşdırma üzrə Panamerika komitəsi (KORANT)

Beynəlxalq standartlaşdırma – standartlaşdırma üzrə təşkilatlar və onların fəaliyyət məhsullarının məcmuudur: yəni, standartlar, tövsiyyələr, texniki hesabatlar və digər elmi- texniki məhsullar.

Standartlaşdırma üzrə beynəlxalq təşkilat İSO 1947-ci ildən fəaliyyət göstərir. Onun fəaliyyət dairəsi BEK- in kompetensiyasına aid olan elektronika və elektrotexnikanı istisna etməklə bütün sahələr üzrə standartlaşdırmanı əhatə edir. 2003-cü ilin məlumatına görə İSO təşkilatında 146 dövlət iştirak edir. İSO-nun maliyyə fondu dövlətlər tərəfindən ödəmələrdən, standartların və digər nəşrlərin satışından formalaşır. İSO-nun orqanları Baş assambleya, İSO şurası, şura komitələri, texniki komitələr və mərkəzi katibliklərdir. İSO-nun ali orqanı – Baş assambleyadır (şəkil 1).

Baş assambleyanın sesiyalararası mərhələlərində təşkilatın işinə standartlaşdırma üzrə milli təşkilatın nümayəndələri daxil olunan şura rəhbərlik edir. Şura nəzdində İSO-nun texniki komitələrinə rəhbərlik edən icra bürosu yaranmışdır.

Beynəlxalq standartların layihələrini texniki komitələr çərçivəsində fəaliyyət göstərən işçi qruplar işləyirlər. Texniki komitələr (TK) ümumitexniki komitələrə və texnikanın konkrekt sahəsində işləyən komitələrə bölünürlər. Ümumitexniki komitələr (İSO təşkilatında onların sayı 26- dır) ümumitexniki və sahələrarası məsələləri həll edirlər. Məsələn, onlara aşağıdakıları aid etmək olar:

TK 12 ,,Ölçü vahidləri,, TK 19 ,,Üstün tutulan ədədlər,, TK 37 ,,Terminologiya,, Digər texniki komitələr (onların sayı 140-dır) texnikanın konkrekt sahələrində fəaliyyət göstərirlər. Məsələn: TK 22 ,,Avtomobillər,, TK 39 ,,Dəzgahlar,,

Əgər texniki komitənin fəaliyyəti tam bir sahəni əhatə edirsə, onun tərkibində əlavə olaraq yarımkomitələr və işçi qrupları fəaliyyət göstərir.

İSO təşkilatının hər bir üzvü maraq dərəcəsindən aslı olaraq texniki komitələrin (TK) işində iştirak etməsinin statusunu təyin edir. İSO təşkilatına üzvlük aktiv və müşahidəçi kimi ola bilər. Bxeynəlalq standart layihəsi o zaman qəbul olunmuş sayılır ki, TK-nin aktiv üzzvlərinin 75%-i lehinə səs vermiş olsun

2000-ci məlumatına görə hal – hazırda İSO-nun 14 mindən artıq beynəlxalq standartı fəliyyətdədir. Onların 75%-i əsas və sınaq metodlarına aid olan standartlardır. Beynəlxalq standartlaşdırma praktikasında məhsula dair standartların iılənməsində məhsulun vahid sınaq metodlarının təyin olunmasına, markalandırma tələblərinə, terminologiyaya xüsusi nəzər yetirilir. Onlarsız istehsalçı və istehlakçı arasında qarşılıqlı anlaşma mümkün deyil. Əlavə olaraq Beynəlxalq standartlar insanların həyatı və sağlamlığı, ətraf mühitin təhlükəsizliyi qarşılıqlı əvəzolunmasını və texniki uyğunluğa olan tələbləri təyin edir.

İSO şurası

Ümumtexniki və sahələrarası TK –in fəaliyyəti nəticələrinə nəzər yetirərkən burada ölçü vahidlərinin beynəlxalq sisteminin işlənməsi, yivlərin met-rik sisteminin, bütün növ nəqliyyatla yüklərin daşınması üçün konveyerlərin stan-dart ölçü və konstruksiyaların qəbul olunmasını qeyd etmək olar. Hal- hazırda 1979-cu ildə yaradılmış Tk 176 ,,Keyfiyyət sistemlərinin təmin olunması,, xüsusi olaraq nəzəri cəlb edir.

Standartlaşdır-

manın elmi prinsiplərinin öyrənilməsi üzrə komitə (STAKO)



Texniki

Büro


(PLAKO)

Uyğunluğun

Qiymətləndi-

rilməsi üzrə

komitə


(KASKO)

Elmi- texniki

Informasiya

Üzrə komitə

(İNFKO)


İnkişaf edən

dövlətlərə

kömək üzrə

komitə


(DEVKO)

İstehlakçıların

maraaqlarının

müdafiəsi

üzrə komitə

(korobko)


Standart

Nümunələr

Üzrə komitə

(REMKO)
































İşçi bürosu








































Mərkəzi katiblik








































Texniki komitələr








































Yarım komitələr








































İşçi qruplar









Şəkil 1. İSO-nun strukturu


Şəkildən göründüyü kimi İSO şurasının digər orqanlarına texniki büro və altı komitə daxildir. Məhsulun standartlara uyğunluğunun qiymətləndirilməsi üzrə komitə (KASKO) 1970-ci ildə bütün dövlətlərdə sertifikasiyanın dinamik inkişafı ilə bağlı yaradılmışdır. Bu orqana bütün dövlətlər üçün sertifikasiyanın bütün aspektləri üzrə beynəlxalq tövsiyələrin işlənməsi həvalə olunmuşdur.

KOROLKO –nun fəaliyyətinə aşağıdakı məsələlər daxildir:



  • Məhsulun standartlaşdırılmasından istehlakçıların max. effekt əldə etmək üçün kömək yollarının öyrənilməsi;

  • Istehlakçıları informasiya ilə təmin etmək, maraqları qorumaq, standartlaş-dırma məsələləri üzrə təhsil proqramları ilə təmin etmək üçün standart tövsiyələri işləmək;

İNFKO –nun məsələlərinə aşağıdakıları aid etmək olar:

  1. İSO-nun informasiya şəbəkəsinin fəaliyyətinə rəhbərlik (İSO NET) ;

  2. İnformasiya xidmətləri sahəsində təşkilat üzvlərinin fəaliyyətinin koordinasiyası;

Hal- hazırda İSO təşkilatında işlər 200 texniki komitələr çərçivəsində aparılır

İSO-nun beynəlxalq standartları məcburi sayılmır və hər bir dövlət onu bütövlükdə hətta ayrı- ayrı bölmələrini istifadə edə bilər və ya standartı istifadə etməyə də bilər.

Xarici mütəxəssislərinin qiymətləndirilməsinə görə sənaye cəhətdən inkiıaf etmiış dövlətlər İSO standartlar fondunun 80%-dən istifadə edirlər.

Beynəlxalq elektrotexnika komissiyası BEK, elektrotexnika, radiotexnika və rabitə sahəsində standartları işləyir. Bu təşkilat 1906-cı ildə yaranmışdır. İstənilən məsələlərin ümumiliyini və ayrı- ayrı texniki orqanlarının fəaliyyətinin təkrarlanma ehtimallını nəzərə alaraq bu təşkilatlar arasında müqavilə bağlanmış-dır. Müqavilənin şərtləri bir tərəfdən fəaliyyət dairəsini fərqləndirir və digər tərəf-dən texniki fəaliyyəti koordinasiya edir. BEK təşşkilatının tərkibində 56 üzv işti-rak edir. BEK –in ali rəhbəredici orqanının tərkibində bütün milli komitələr təmsil olunan şura fəaliyyət göstərir. BEK-in büdcəsi bu təşkilatın üzvü olan dövlətlərin vergilərindən və beynəlxalq standartların satışından gələn gəlirlərin hesabına əsasən formalaşır. BEK-in texniki orqanları İSO təşkkilatında olduğu kimi texniki komitələr, yarımkomitələr və işçi qruplarından ibarətdir. BEK-in daxilində 80 texniki komitə fəaliyyət göstərir. Hal- hazırda BEK tərəfindən 45 min standart, texniki hesabat və tövsiyələr işlənib.

Mütəxəssislərin fikrincə gələcəkdə İSO və BEK təşkilatlarının fəaliyyəti daima yaxınlaşacaq: birinci mərhələdə beynəlxalq standartların vahid hazırlanma qaydalarının işlənməsi, birgə texniki komitələrin yaradılması, ikinci mərhələdə iki təşkilatın birləşdirilməsi (hər bir dövlət İSO və BEK təşkilatlarında eyni milli beynəlxalq standartlaşdırma orqanları ilə təmsil olunacaqdır).

İSO və BEK təşkilatlarının beynəlxalq standartların işlənmə müddətlərinin qısaldılması aktual məsələyə çevriləcəkdir (hal- hazıda onların işlənməsinə orta hesabla 4- 5 il sərf olunur).

Beynəlxalq bazarın qlabolaşdırılması insanların, əmtəələrin, kapitalın və informasiyanın səəərbəst hərəkəti yolunda sərhədlərin silinməsi ilə xarakterizə olunur və dövlətlərin vahid standartlara keçməsini tələb edir.

Hələ ki, İSO üzvü dövlətlərinin milli standartlar daxilində beynəlxalq standartların istifadə olunmasının orta göstəricisi 22%-dir. Daha inkişaf etmiş dölətlərdə bu göstərici 40%-ə çatır.

Elektrorabitə üzrə beynəlxalq şura (İTU) – (İnternational Telekommunikation Union) dövlət təşkilatlarının və kommerssiya kompaniyalarının elektrorabitə xidmətlərinin və şəbəkələrinin inkişafı üzrə fəaliyyətləri koordinasiya edən beynəlxalq təşkilatdır. İTU –nun yaranmasının kökü X1X əsrin 60-cı illərinə təsadüf edir. İTU- nun ən böyük nəaliyyətlərindən biri 1999-cu ildə qəbul olunmuş ,,Yüksək dəqiqliyə malik olan televiziya sistemi üzrə tövsiyələr,, adlı sənədin qəbul olunmasıdır. Bu sənəddə XX1 əsrin televiziyasının əsas baza parametrləri qeyd olunmuşdur (sətrlərin sayı, kadr formatı, açılma sistemi).

BMT- nin Avropa iqtisadi komissiyası (AİKBMT) – mexaniki nəqliyyat vasitələrinin təhlükəsizliyi üzrə tələblərin standartlaşdırılmaısı, məlumatların elektron mübadiləsi üzrə universal qaydalarının hazırlanmasında iştirakı (İSO ilə birlikdə) ilə tanınmışdır.

Əlavə olaraq bu təşkilat mal və donuz ətinə standartların işlənməsini həyata keçirib.

AİK BMT –nin prioritet istiqamətlərindən biri- avtomobillərin ətraf mühitin zərərli tullantılarla çirkləndirilməsinə tələblərin mərhələlər üzrə yüksəəldilmə-sinin işlənməsi olmuşdur.

Texniki ictimaiyyətə Avro- 1, Avro -2, Avro- 3, Avro-4, Avro- 5 ,,ekoloji pilləkəni təşkil edən normalar məlumdur.

Beynəlxalq ticarət palatası (BTP) ticarət sənədlərinin unufikasiyası üzrə işləri ilə tanınmışdır. Xarici ticarət üzrə mütəxəssislərin ,,İNKOTERMS,, məcmuu ,,stolüstü kitaba,, çevrilmişdir.

Standartlaşdırma üzrə Avropa komitəsi 1961-ci ildə yaradılmışdır (SEM) 17 Avropa dövlətlərinin standartlaşdırma üzrə milli təşkilatları SEN-in üzvləridir: Avstriya, Belçika, Böyük Britaniya, Yunanıstan, Danimarka, Almaniya, İslandiya,

İtaliya, Lüksemburq, Norveç, Niderland, Portuqaliya, Finlandiya, Fransa, İsveç, İsveçrə.

SEN üçün Avropa cəmiyyətində standartlaşdırma prosesi maraqlı tərəflərin konsensusu əsasında standartın planlaşdırılmasını, işlənməsini və qəbul olunmasını daxil edir.

SEN –in əsas məqsədi – avropa standartlarının avronormaların (AN) işlənməsi yolu ilə regionda standartlaşdırma sahəsində fəaliyyət göstərən bütün təşkilatlarla əməkdaşlıq etmık yolu ilə onlara avropa standartlarına uyğunluğun sertifikatlaşdırılması xidmətinin göstərilməsi yolu ilə əmtəə və xidmətlər ticarətinin inkişafına kömək etməkdir.

Məhsula, xidmətlərə və proseslərə standartların işlənməsindən başqa SEN təşkilatı məhsulun keyfiyyət sisteminin sınaq metodunun və sınaq laboratoriyalarının akkreditasiya standartlarının işlənməsini təşkil edir.

Bu normativ sənədlər kompleksinə beş Avropa standartı daxildir.

EN 29000 ,,Keyfiyyətə ümumi rəhbərlik və keyfiyyətin təmn olunması standartları seçilmə və istifadə olunma üzrə rəbəredici göstəricilər,,

EN 29001 ,,Keyfiyyət sistemləri. Layihələndirmə və (ya) işlənmə, istehsal etmə, quraıdırma və xidmət etmədə keyfiyyətin təmin olunması modeli,,

EN 29002 ,,Keyfiyyət sistemləri . İstehsalda və quraşdırmada keyfiyyətin təmin olunması modeli,,

EN 29003 ,,Keyfiyyət sistemləri. Yekun nəzarət və sınaqlarda keyfiyyətin təmin olunması modeli,,

EN 29004 ,,Keyfiyyətə ümumi rəhbərlik və keyfiyyət sisteminin elementləri. Rəhbəredici göstəricilər,,

Sınaqlar, sertifikasiya və akkkreditasiya sahəsində yeddi əsas avropa standatlarından ibarət normativ sənədlər kompleksi qəbul edilmişdir. 45000 (EN 45000) seriyalı avronormalar: EN 45001 –EN 45083, EN 450011- 450014

Standartlaşdırma üzrə skandivaniya arası təşkilat 1952- ci ildə yaranmışdır. Bu təşkilatın (İNSTA) üzvləri öz dövlətlərinin standartlaşdırma üzrə milli təşkilatları ilə təmsil olunan – Danimarka, Norveç, Finlandiya, İsveç; həmçinin bu ölkələrdə standartlaşdırma məsələləri ilə məşğul olan 10 təşkilatdır. Bu təşkilat regional skandinaviya standartları işləəuib hazırlayır və istehsal olunan məhsulla-rın əsas həcmi beynəlxalq standartlara uyğun olaraq buraxılır. Məsələn, Danimarka hələ 70-ci illərin əvvəlləriində milli standartların işlənməsindən tam imtina edərək istehsal olunan məhsulları beynəlxalq və regional standartlara uyğun istehsal etməyə başlamışdır. İNSTA öz əsas məqsədini skandinaviya döv-lətlərinin uzlaşdırılmış milli standartlarının yaradılmasında, milli normativ sənədlərin texniki tələblərinin unifikasiyasında , standartlaşdırma işlərində təkrarlanmanın qarşısını almaq üçün standartlaşdırma sahəsində informasiya mübadiləsinin təşkilində , İSO1BEK, SEN və digər təsərrüfatlarda üzv olan dövlətləri standartların yaradılması təcrübəsinin yayılması və uzlaıdırılmış mövqelərinin təyin olunmasında görür.

Panamerika standartlaşdırma komitəsi 1961-ci ildə yaranmışdır və Argentina, Boliviya, Baziliya, Çili, Kolumbiya, Kosto- Rika, Ekvador, Dominikan Res-publikası, Meksika, Panama, Paraqvay, Peru və s. milli təşkilatlarını və Kosta- Rika, Salvador, Qvatemala, Honduras, Nikaraquanın regional təşkilatlarını birləşdirir. Təşkilatın əsas məqsədi -regional ticarətdə texniki məsələləri aradan qaldırmaqdır. Bu məqsədə nail olmaq yolunu KORANT təşkilata üzv olan ölkələr arasında regional təşkilatların işlənib hazırlanması və tətbiq edilməsi, elmi- texniki tərəqqinin nəaliyyətlərinin hyata keçirilməsi vasitəsi kimi standartlaşdırmanın tətbiq edilməsi, latınamerika ölkələrinin İSO və BEK təşkilatlarının işində fəallaşdırılması, regional normativ sənədlərin beynəlxalq təşkilatların tələbləri ilə mümkün qədər max.

harmonizasiyası üzrə əməkdaşlığın inkişafında KORANT təşkilatı strukturu digər beynəlalq və regional təşkilatların stukturuna oxşardır. KORANT-ın ali orqanı Baş assambleyadır. İşçi orqanları texniki komitələrdir. Onların fəaliyyətini xüsusi komissiya koordinasiya edir.

Mühazirə 17.
Mövzu: Xidmətlərin standartlaşdırması

Ədəbiyyat:
1. N.R.Məmmədov –Standartlaşdırmanın əsasları, Çaşoğlu., Bakı. 2003. -386 s.

2. A.R.Qafarov -Standartlaşdırmanın əsasları , Çaşoğlu., Bakı. 2004. -157s.

3. N.H.Fərzanə,V.Ə.Bayramov və b. –Standartlaşdırmanın əsasları, Təhsil – Bakı, 2007. -218 s.

4. P.A.Cəfərov, Ş.İ.Həsənov - Standartlaşdırma, keyfiyyətin idarə olunması və məhsulların qiymətləndirilməsi. Dərs vəsaiti., Gəncə, 2003. – 219 s.

5. Q.D.Krılova -Osnovı standartizaüii, sertifikaüii i metroloqii. –M: İzd. Standartov, =ÖNİTİ, 1988. -366 s.
Plan:


  1. Xidmət anlayışı.

  2. Xidmət istehlakçısı.

  3. Xidmət icraççısı.

  4. Xidmətlər sahəsində standartlaşdırma.

Böyük Sovet ensiklopediyasında xidmətin tərifi belədir: ,,Xidmət –faydalı effektiv əmək formasında mövcud olan müəyyən məqsədəuyğun fəaliyyətdir,,

BEK 501191- 90 ,,Xidmətlərin etibarlığı və keyfiyyəti. Terminlər və təriflər,, standartında xidməti ,,təşkilat istehlakçıya təklif etdiyi funksiyalar top-lusu,, kimi ifadə olunur.

Xidmət adətən müsbət nəticə ilə bağlıdır. O mənfi də ola bilər. Xidmətin nəticəsi istehlakçı tərəfindən qiymətləndirilir. İcraçı öz işini tam yerinə yetirə və müəyyən nəticə ala bilər, lakin istehlakçı onu mənfi qiymətləndirərək işi qəbul etməyə bilər. Məsələn, atelyedə istehlakçının materialından kostyum tikilərsə və xoşa gəlməzsə, müqavilə pozula bilər və kostyumdan istifadə dndurular. Beləliklə, xidmət baş tutmamış hesab edilməlidir.

Ona görə İSO 9004. 2: 1991 ,,Keyfiyyətə ümumi rəhbərlik və keyfiyyət sistemlərinin elementləri. Xidmətlər üzrə rəhbəredici göstəricilər,, beynəlxalq standartında xidmətin tərifində nəticə birinci yerdədir.

Xidmət- icraçının və istehlakçının bilavasitə qarşılıqlı təsirinin nəticəsidir, həmçinin istehlakçının tələbatlarının ödənilməsi üzrə icraçının öz fəaliyyətidir. Anlayışların qarşılıqlı əlaqəsi şəkil 1-də veerilmişdir.

Xidmət istehlakçısı aşğıdakılar ola bilər:


  • Cəmiyyət (ictimai qaydanın mühafizəsi, radio və teiekommunikikasiya) xidmətləri;

  • əhali (yaşayış – kommunal, yol –tikinti işləri və s.);

  • müəssisə (, idman və mühafizə zallarının və s. icazəsi);

  • fərdi sifarişlə xidmət sifariş edən vətəndaş (evin tikilməsi, mənzilin interyeri-nin tərtibattı və s.).

İstehlakçının statusu xidməətin xarakterində özünü əks etdirir: ,,kollektiv, ailə, şəxs,, Tələbatlar istehlakçının şəxsiyyəti və onun mülkiyyəti ilə bağlıdır. Tələbatlar iki yerə bölünə bilər: - qeyri- maddi, insanın sağlamlığı, onun təhsili, informasiya, mədəniyyət, mənəvi dəyərlər və b. Bu halda xidmətin nəticəsi –insanın özünün vəziyyətinin dəyişməsidir. Bu xidmətlərin istehlakçısı –insandır: klinikanın pnaasiyenti; restorana, hovuza, hamama, bərbərxanaya gələn,oxuyan tələbə və s. Xidmətləri tələbatların xarakterinə uyğun olaraq avadanlıqlar, qeyri-maddi xidmətləri bəzən məhsul adjandırırlar, estetik (muzey xidmətləri), intellek-tual (elm və təhsil xidmətləri, sağlamlıq (səhiyyə və bədən tərbiyəsi xidmətləri), maliyyə (bankların, auditor şirkətlərinin xidmətləri) və s. maddi –pulu və qiymətli kağızları daxil etməklə əşya şəklində əmlak; tiililər, torpaq, daşınmaz əmlak, ev heyvanları və başqa mülkiyyət.

Xidmət icraçısı –təşkilati hüquq formasından asılı olmayaraq təşkilat.

Həyatda biz biri- birimizə xidmət göstərməkdə daimi qarşılıqlı təsirə məruz qalaraq və xidmət icaçısı oluruq.

Icraçının öz fəaliyyətini –xidmətin göstərilməsi zamanı müxtəlif proseslər toplusudur. Ən xarakterik xidmət- qulluq prosesidir. Məhsulun yaradılması və marketinq, maddi təminat, istehsalata sərmayə qoymaq, işçilərin hazırlanması, keyfiyyət menecmenti xidmətlərinin göstərilməsi üçün başqa proseslər ümumidir.

Qarşılıqlı təsir (yaxud qulluq etmə) –aşağıdakılar baş verərkən xidmətin göstərilmə prosesidir:


  • istehlakşının (sifarişçinin) xidmət icraşısı ilə bilavasitə təmasda olur (sifarişin qəbulu və verilməsi, restoranda, hamamda, mağazada, nəqliyyatda və s.)

  • texniki ünsiyyət vasitəsilə istehlakşının (sifarişçinin) icrası ilə (telefon danışıqları, yaxud internetdə informasiya mübadiləsi, biletlərin satışı, ekspeditor xidmətləri və s.).

Xidmətin nəticəsi –xidmət obyektinin dəyişdirilmiş vəziyyəti, yaxud ehtiyacların ödənilməsidir. Məsələn, texniki xidmətin nəticəsi tikilmiş evdir, təmir xidmətinin –təmir olunmuş əşya, reklam xidməti –reklam, sığorta xidməti – sığortalanmış həyat, səhiyyə xidməti –yaxşılaşdırılmış səhhət və s.

Beynəəlxalq ticarətdə xidmətlərin payı 29%-dən çoxdur və ekspertlərin proqnozlarına görə 2005-ci ilə qədər xidmətlələ ticarətin həcmi əmtəə ticarəti-nin həcmindən çox olmalı idi. Bunu aşağıdakılardan görmək olar:



  • səaye cəhətdən inkişaf etmiş ölələrdə daxili istehsal həcminin və əhalnin məşğulluğunun 65%-i xidmətlərin payına düşür:

  • mütəxəssislərin proqnozuna görə ölkələrin daxili bazarında, həmçinin beynəəlxalq bazarda xidmətlər ticarətinin hcmi müvafiq əmtəə ticarətinin həcmi üstələyəcək;

  • xidmətlər sahəsində məığul olan ölkənin işləyən əhalisinin payı 30%-dən çox olacaq və bu göstəricinin srtma ehtimalı çoxdur.

Xidmətlər sahəsində standartlaşdırma – insanların həyatı, sağlamlığı və ekologiya üçün təhlükəsizlik aspektlərində istehlakçıların maraqlarının müdafi-əsinin təmin edilmə üsuludur.

Standartlaşdırma obyekti kimi xidməətlər müəyyən çətinliklər törədir, çünki onun bütün xassələri miqdarca ifadə oluna bilmir.

Bu standartlaşdırma sahəsində əldə olunmuş dünya təcrübısi onun beynəlxalq standartlaşdırma bazası olması üçün kifayət edir.

Bir sıra beynəlxalq təşkilatlar xifmətlərin standartlaşdırma sahəsində yeni standartların işlənməsi və beynəlxalq standart kimi qəbul olunması üçün geniş tədqiqatlar aplır. Bununla bağlı olaraq İSO-nun Avropa avtoturizm təşkilatının, Beynəl-xalq dəmir yolları ittifaqının, beynəlxalq turizm təşkilatının, Beynəəlxalq elektrorabitə ittiaqının və digər təşkilatlarının fəaliyyətini qeyd etmək olar.

Yaponiya mütəxəssisləri xidmətləri üç səviyyəyə bölürlər:


  • xidmətin özü (bu xidmətin göstərilməsi üçün yaradılmış şirkət);

  • əlavə xidmətlər (müştəriyə əlavə rahatlıq və komfort yaradan xidmətlər. Məsələn, xidmətlərin evdə göstərilməsi və s.);

  • spesifik xidmətlər (yəni xidmətin keyfiyyətini və qiymətini dəyişmədən istehlakçıların mal almaları zamnı uşaqlar üçün əyləncə meydançalarını təklif etmək və s.).

Keyfiyyətin qiymətləndirilməsi üzrə Yaponiya mütəxəssisləri istehlakçılar üçün məna daşıyan beş kateqoriyaya bölüürlər:

  1. ,,daxili,, keyfiyyət, istehlakçı üçün görünməz olan (texniki xidmət);

  2. ,,maddi,, keyfiyyət, istehlakçı üçün görünən olan (restoran xörəklərinin

keyfiyyyəti, mehmanxanada otaqların dizaynı və s.);

  1. ,,qeyri- maddi,, keyfiyyət, istehlakçı üçün görünən olan (reklamın doğru- luğu, sənədlərdə səhvlərin olmaması və s.);

  2. xidmətin göstərilmə müddəti;

  3. ,,psixoloji keyfiyyət (qonaqpərvərlik, nəzakətlilik və s.)

Xidmətlərin bu formada kateqoriyalara bölünməsi xidmətlər sahəsində standartlaşdırma prosesində məsələlərin daha operativ həll olunmasına imkan yaradır.

Beləliklə, xidmətlərin keyfiyyətini qiymətləndirmək üçün vahid meyar-ların işlənməsi zərurəti yaranmışdır.Ona görə də İSO 9004- 2, 1991 ,,Xidmətlər üzrə rəhbəredici göstəricilər,, beynəlxalq standartın işlənməsi, hazırlanması aktual olmuşdur. Digər tərəfdən müxtəlif növ xidmətlərə milli standartların işlənib hazırlanması və qəbul olunması günün vacib və aktual məsələləridir. Xidmətlərin standartlaşdırmasının əsas aspektləri bunlardır : - təsnifatlaşdırma, terminologiya, şərti işarələr, ümumtexniki norma və tələblər.

Standartların xidmətlər üzrə beynəlxalq norma və qaydaları ilə harmoni-zasiyası, zəruriyyəti ilə əlaqədar olaraq, yeni standartların yaradılması, yaxud əvvəllər qəbul olunmuşların yeniləşdirilməsi ən əvvəl İSO 9004. 2. ,,Keyfiyyət üzrə ümumi rəhbərlik və keyfiyyət sisteminin elementləri. Hissə 2: Xidmətlər üzrə rəhbəredici göstəricilər,, beynəlxalq standartına əsaslanmalıdır. Standart xidmətlərin keyfiyyət xarakteristikalarının iki qrupunu müəyyən edir: kəmiyyət və keyfiyyət.

Xidmətlərin keyfiyyətində qulluq göstərmə keyfiyyəti xüsusi yer tutur, çünki hər bir xidmət kimi icraçının istehlakçı ilə ünsiyyət mərhələlərini daxil edir. Bu göstəriciləri ümumi şəkildə aşağıdakılardan ibarət xidmət mədəniyyəti adlandırmaq olar:



  • Xidmət göstərilməsi zamanı ekolojilik və təhlükəsizlik;

  • Xidmətin göstərilən yerinin interyerinin estetikası;

  • Gözləmə və xidmət göstərmə yerlərinin erqonomikası;

  • Otlaqların, avadanlığın və mebelin rahatlığı;

  • Sifarişlərin qəbul olunması yerlərinin sanitar- gigienik vəziyyəti;

  • Ünsiyyət etikası.

Xidmətlər sahəsində beynəlxalq standartlarla harmonizasiya olunan milli terminologiya işlənib hazırlanmalıdır.

Standartlaşdırma üzrə beynəlxalq təşkilat xidmətlərin standartlaşdırılmasına xüsusi diqqət yetirərək 1998-ci ildən başlayaraq beynəlxalq seminarlar təşkil edir.




Mühazirə 18.
Mövzu : Standartlaşdırma və marketinq tədqiqatları.


Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə