3. bazarda yerləşdirilməsi üçün ümumi müddəalar;
4. təhlükəsizlik tələbləri;
5. sərbəst daşınma (nəqletmə) barədə müddəalar;
6. uyğunluğun təsdiq edilməsi;
7. uyğunluğun qiymətləndirilməsi ;
8. standartlar siyahısının idarə olunması;
9. bazarda nəzarət və yoxlamalar;
10. texniki reqlamentin yerinə yetirilməsinə məsul olan icra hakimiyyəti orqanın təyini;
11. keçid dövr.
Texniki reqlamentin işlənmə qaydası
Texniki reqlament təyin olunmuş qaydada respublika qanunun müddəaları əsasında qəbul olunur. Texniki reqlamentlər üzrə məlumatlar müvafiq çap orqanlarında nəşr olunmalıdır. Nəşr olunma tarixindən texniki reqlamentin layihəsi ilə maraqlı tərəflərin tanış olmaları təmin olunmalıdır. Texniki reqlamentin işlənməsinə əsas kimi bütövlükdə və ya qismən beynəlxalq və milli standartların müddəaları istifadə oluna bilər. Yazılı formada qeyd olunan təklifləri düzəlişləri nəzərə alaraq texniki reqlamentləri işlədən tərəf onun ictimai müzakirələrini təşkil edir. İşlənmiş layihə ekspertlər komissiyasını keçəndən sonra Respublika Milli məclisində təsdiqlənir.
Xüsusi hallarda, yəni əgər insanların sağlamlığına və həyatına və ətraf mühitə təhlükə yaranarsa, Azərbaycan Respublikasının Prezidentit texniki reqla-mentin açıq müzakirəsi olmamış nəşr etmək haqqında qərar qəbul etmək hüququna malikdir.
Texniki reqlament müəyyən edilmiş qaydada olunmamış Beynəlxalq müqa-vilə əsasında qəbul oluna bilər.
Texniki reqlament məhsulun istehsal olunduğu yerdən və dövlətindən aslı olmayaraq eyni formada və eyni dərəcədə istifadə olunur. Alıcını məhsulun TR- in tələblərinə uyğunluğu üzrə məlumatlandırmaq məqsədilə bazarda tədavül nişanından istifadə olunmalıdır. Nişanlama sifarişçi tərəfindən (məcburi təsdiqlənməni həyata keçirən şəxs tərəfindən) müstəqil olaraq ona rahat olan istənilən üsullarla aparıla bilər.
Hər dövlət müvafiq formada və qanunvericiliklə təsdiq olunmuş ,,texniki reqlamentə uyğunluq niıanı,, işləyib qeydiyyatdan keçirilməlidir.
Texniki reqlament Respublika qanunu və ya Nazirlər Kabinetinin qərarı ilə bu nişan qəbul olunur və onun mətbuatda rəsmi olaraq çap olunduğu tarixdən ən azı altı aydan sonra qüvvəyə minir.
Bu nişan texniki nişanlanmanın əsas məqsədlərini (vətəndaşların təhlükəsiz-liyinin təmin olunmasını) göstərməlidir.
Texniki reqlamentin tətbiq olunması üçün tədqiqatların (sınaqların) və ölçmələrin metodları və qaydaları, həmçinin onların aparılması üçün nümunələrin seçilmə qaydaları respublika icra hakimiyyəti orqanları tərəfindən onların səlahiyyətləri haqqında texniki reqlamentlərin rəsmi nəşr olunma tarixindən 6 ay ərzində işlənir.
Texniki reqlamentlərin milli iqtisadiyyatın texniki səviyyəsinə, maddi- texiki bazanın inkişafı səviyyəsinə, elmi- texniki inkişaf səviyyəsinə, həmçinin beynəlxalq norma və qaydalarına uyğunluğunu təmin etmək məqsədələ TR- in proqramı işlənib hazırlanır və hər il dəqiqləşdirilir və nəşr olunur.
Texniki reqlamentin tələlərinə riayət olunmaması nəticəsində vətəndaşların sağlamlığına və həyatına, hüquqi şəxslərin əmlakına, dövlət və bələdiyyə orqanlarının əmlakına, ətraf mühitə, heyvanların həyatına və bitgilərə vurulan zərər halları respublika hökuməti tərəfindən daima təhlil və qeyd olunmalıdır. Toplanan materiallar əsasında alıcılar, isthsalçılar və satıcılar texniki reqlamentlərin tələblərinin gözlənilməsi sahəsində olan vəziyətlə məlumatlandırılmalıdırlar.
Mühazirə 11.
Mövzu : Standartlaşdırma üzrә orqanlar vә xidmәti tәşkilatlar
Ədəbiyyat:
1. N.R.Məmmədov –Standartlaşdırmanın əsasları, Çaşoğlu., Bakı. 2003. -386 s.
2. A.R.Qafarov -Standartlaşdırmanın əsasları , Çaşoğlu., Bakı. 2004. -157s.
3. N.H.Fərzanə,V.Ə.Bayramov və b. –Standartlaşdırmanın əsasları, Təhsil – Bakı, 2007. -218 s.
4. P.A.Cəfərov, Ş.İ.Həsənov - Standartlaşdırma, keyfiyyətin idarə olunması və məhsulların qiymətləndirilməsi. Dərs vəsaiti., Gəncə, 2003. – 219 s.
5. Q.D.Krılova -Osnovı standartizaüii, sertifikaüii i metroloqii. –M: İzd. Standartov, =ÖNİTİ, 1988. -366 s.
Plan:
1. Standartlaşdırma üzrə işlərə məsuliyyətli orqanlar.
2. Standartlaşdırma üzrə işləri koordinasiya edən qrumlar.
3 Standartlaşdırma üzrə işlərə məsul təşkilatlar
4.Standartlaşdırma üzrə işlərdə metroloci təminat
Respublikada standartlaşdırmanı idarə etmәk üçün Azәrbayjan Dövlәt Standartlaşdırma vә Metrologiya mərkəzi (Azәrdövlәtstandart) fәaliyyәt köstәrir. Bu tәşkilat Hәmçinin metrologiya sahәsini dә idarә edir. Azərdövlәtstandart standartlaşdırmanın vә sahәlәrarası unifikasiyanın tәşkili, onların vәziyyәti vә optimal inkişaf etdirilmәsi, elmi- texniki tərәqqinin sürәtlәndirilməsindә standartlaşdırmanın rolunun güjlәndirilmәsi, ijtimai istehsalın sәmәrəliliyinin artırılması vә mәhsulun keyfiyyәtinin yaxşılaşdırılması, tәsdiq edilәn dövlәt standartlarının texnik- iqtisadi әsaslandırılması üzrә işlərә rəhbәrlik edir.
Azərdövlətstandart Respublikada standartlaşdırma və metrologiya sahəsində aparılan işlərə bilavasitə özü və ya onun yaratmış olduğu orqanlar vasitəsilə rəhbərlik edir. Bu təşkilata onun ərazi orqanları – standartlaşdırma,metroloqiya mərkəzləri, standartlaşdırma vә ölçü texnikasına dövlət nəzarəti laboratoriyaları daxildir.
Standartlaşdırma vә metrologiya mәrkәzlәri, standartlara və ölçü texnikasına nәzarәt laboratoriyaları onlara təhkim olmuş әrazidә yerlәşәn müәssisә və tәşkilatlarda öz əsasnamələri çәrçivәsindә Azәrdövlәtstandartın vәzifәləri funksiyalarını vә hüquqlarını hәyata keçirir vә təşkilatlarda standartlaşdırma vә metrologiyanın vәziyyәti və inkişafı üçün mәs'uliyyət daşıyırlar.
Orqanlar vә xidmәti tәşkilatlar arasında nazirliklərin, dövlət şirkətlərininstandartlaşdırma şöbələri vajib yer tutur.Bu şö'bәlәr nazirlik sistemindә olan standartlaşdırma üzrә xidmәti tәşkilatların fәaliyyәtinә tәşkilatı-metodik rəhbərliyi hәyata keçirir vә nazirliyә tәhkim olunmuş məsul qrupları . yaxud fәaliyyәt sahәlәri üzrә standartlaşdırma işlәrini koordinasiya edir. Bu şö'bәlәrin əsas vəzifələri aşağıdakılardan ibarvtdir:
Standartlaşdırma vә unifikasiya üzrә işlәrin sәmәrəliliyinin yüksәlmәsini təmin etmәk; sahə standartlaşdırlmasının inkişafnın əsas istiqamətlərini təyin etmәk; sənaye mәhsullarının kompleks standartlaşdırılması üzrə aparılan işlәrin tәşkili ;standartların tәtbiqinin tәşkili vә onlara riayәt edilməsinə nəzarәt və standartlaşdırma üzrə baş vә baza tәşkilatları yaradılır.
Baş tәşkilatın vәzifәlәri.
Sahәdә standartlaşdırma üzrә aparılan işlәrә elmi-texniki və təşkilatı-metodik rәhbәrlik edir,hәmçinin özünün ixtisaslaşmasına görә standartlaşdırma üzrә ayrı-ayrı ən vajib işləri yerinә yetirir; - sahədә standartlaşdırma vә unifikasiya üzrә işlәrin səviyyəsinin və sәmәrәliliyinin yüksәlməsini təmin edir;
- sahə standartlaşdırması unifikasiyasının əsas inkişaf istiqamәtlәrini işlәyir;
- standartları vә standartlaşdırma üzrә digәr sәnәdləri işlәyib hazırlayır;
-
standartlarda vә standartlaşdırma üzrә digәr sәnədlərdә verilmş göstәrijilәrin vә normaların elmi-texni tәrəqqinin tәlәblәrinә, qüvvәdә olan qanunverijiliyә uyğun olmasını təmin edir;
-
standartların layihәlәrinin ekspertizasını aparır;
-
sәnaye mәhsullarının yeni nümunәlәrinin layihәlərindә standartlaşdırma vә unifikasiya sәviyyәsinin optimal qiymətlәrinin təmin edilmәsi üçün tәdbirlәr görür;
-
sahәdә standartların vә standartlaşdırma üzrә digər sәnvdlərin tәtbiqinә vә onlara riayәt edilmәsinә nəzarәti təşkil edir.
Standartlaşdırma üzrə baza tәşkilatı funksiyaları elmi-tədqiqat institutlarına, layihә-konstruktor tәşkilatlarına və müəssisәlərә həvalә olunur.
Standartlaşdırma üzrә baza tәşkilatlarının vәzi fәlәri
-baza təşkilatına tәhkim olunmuş müәssisәlәrin, elmi-tәdqiqat institutlarının, layihə,konstruktor tәşkilatlarının müәyyәn qrup mәhsul üzrә apardıqları standartlaşdırma vә unifikasiya işlәrinin koordinasiyası;
-
tәhkim olunmuş mәhsul qrupu üzrә standartlaşdımanın әsas inkişaf istiqamәtlәrinin işlәnmәsi;
- sәnaye məhsullarının kompleks standartlaşdırılma vә xammalın, materialın, komplektlәşdiriji məmulatların vә alәtlәrin qabaqlayan standartlaşdırılması üzrә işlərin təşkili; qabaqlayan standartlaşdırma obyektlәrinin keyfiyyti sənaye məmulatlarının texniki-iqtisadi xarakteristikarına, e'tibarlılığına vә uzun ömürlülüyünә hәllediçi təsir göstәrir;
-
tәhkim olunmuş mәhsul qrupu üzrә standartların və digәr sәnәdlәrin işlәnib hazırlanması;
-
tәlәblәrinә vә qüvvәdә olan qanunverijiliyә uyğun olmasının təmin edilmәsi;
-
layihəlәrindә standartlaşdırma unifikasiya sәviyyәsinin optimal qiymәtlәrinin təmin edil mәsi üçün müvafiq işlәrin aparılması;
-təhkim olunmuş mәhsul qrupu üzrә standartların tətbiqi, onlara riayәt edilmәsinә
nәzarәtin təmin edilmәsi.
Dövlәt tikinti komitәsinin nomenklaturasına daxil olan məhsullar üçün tikintidә standartlaşdırma üzrә baza təşkilat1arı bu komitә tәrәfindәn təyin edilir.
Müəssələrdə, birliklәrdә, tәşkilatlarda standart1aşdırma üzrə aparılan elmi-texniki vә tәşkilatı-metodik rəhbərliyi həmçinin bilavasitә
standartlaşdırma üzrә aparılan işləri standartlaşdırma şöbәlәri (laboratoriyaları ) , hәyata keçirir. Onların əsas vәzifәlәri aşağıdakılardır:
-müəssisәdә istehsal olunan mәhsul üçün standartların və standartlaşdırma üzrә digәr sәnәdlәrin işlәnmәsinin təşkili.
— mәhsulun vә texnoloci tәrtibatların unifikasiyası standartlaşdırlması üzrә işlәrin aparılması;
- müəssisә tәrәfindәn işlәnmiş texniki sənәdlörin norma nəzarətinin həyata keçirilmәsi;
- müәssisәdә standartların vә standartlaşdırma üzrə digər sәnədlәrin tәtbiqinin təmin olunması.
Standartlaşdırma üzrә aparılan işlər әsas iş növünə aiddir. Bu işlәrin aparılması üçün müәssisәnin, təşkilatın bilavasitә rәhbәrləri vә standartlaşdırma şöbələri (laboratoriyaları) mәsuliyyәt daşıyırlar. Azərdövlәtstandart özünün әrazi orqanları ilә birlikdә aşağıdakı funksiyaları yerinә yetirir:
1) standartlaşdırmanın elmi-metodik vә texniki-iqtisadi əsaslarının işlәnmәsini təmin etmәk və onun əsas inkişaf istiqamәtlәrini müәyyәnlәşdirmək;
2) standartlaşdırma vә metrologiya sisteminin tәkmilləşdirilməsi, xalq tәsәrrüfatının bütün sahәlәrində mәhsulun texniki sәviyyәsinin vә keyfiyyәtinin yüksәldilmәsindә standartlaşdırma vә metrologiyanın istifadә miqyasının genişlәndirilmәsi;
3) respublikada sәnaye məmulatlarının unifikasiyasının inkişafı. Bu, istehsalın ixtisaslaşdırılması, istehsal proseslərinin kompleks mexaniklәşdirilməsi
vә avtomatlaşdırılması, qarşılıqlı әvәzolunmanın, məmulatların istismarının vә təmirinin effektivlik sәviyyәsinin yüksәldilməsi üçün әsas şәrtdir;
-
respublikada ölçmәlәrin eyniliyinin vә dәqiqliyinin təmin olunması, dövlәt metrologiya xidmәtinin әrazi orqanlarının möhkәmlәnmәsi vә inkişafı,
-
onların etalon baza-larının genişlәndirilmәsi, respublikada istehsal olunan materialların vә maddәlәrin standart nümunәlәrinin attestasiyası üzrә işlәrin tәşkili, müәssisәlәrdә buraxılmış ölçmә vasitәlәrinin dövlәt sınağının aparılması;
-
sәnaye məhsullarının dövlәt sınağı vә sertifikasiyası üzrә işlәrin tәşkili;
-
standartların vә texniki şәrtlәrin tәtbiq olunmasına vә onlara riayәt edilmәsinә, ölçmә texnikasının vәziyyәtinә vә tәtbiq olunmasına dövlәt nәzarәtinin tәşkili;
-
respublikada buraxılan mәhsulun dövlәt vә sahә standartlaşdırma obyektlәrinә aidiyyatı haqda tәkliflәrin hazırlanması;
-
qoyulmuş qaydada normativ-texniki sənәdlәrin uçotunun vә dövlәt qeydiyyatını hәyata keçirir, standartların vә texniki şәrtlәrin yenidәn baxılması işlәrinә metodik rәh-bәrlik edir.
Respublikada standartlaşdırma üzrә işlәrә tәşkilatı-metodik rәhbәrliyi iqtisadiyyat nazirliyinin keyfiyyәt, standartlar vә texniki şәrtlәr şöbәsi hәyata keçirir. Bu şöbәnin əsas vözifәlәri aşağıdakıladardır:
-
respublikada standartlaşdırmanın әsas inkişaf istiqamәtlәrini tә'yin etmәk (kompleks vә qabaqlayan standartlaşdırmanın tәtbiq olunması);
-
qüvvәdә olan standartlarda vә texniki şәrtlәrdә verilmiş göstәrijilәrin elmin vә texnikanın nailiyyәtlәrinә, hәmçinin istehlakçıların tәlәblәrinә uyğunluğunu təmin etmәk;
-
dövlәt vә sahә standartlarının layihәlәrinin hazırlanmasının tәşkili vә onların vaxtında tәsdiq olunmasına nәzarәt;
-
standartların tәtbiq olunmasını təmin etmәk vә onlara riayәt edilmәsinә nәzarәt;
-
respublikada standartlaşdırma üzrә illik vә perspektiv planların işlәnmәsi (tәrtib olunması);
-
nazirliklәrin, şirkətlәrin standartlaşdırma şöbәlәrinә metodik rәhbәrlik vә onların işinin koordinasiyası;
-
standatlaşdırma üzrə baza təşkilatlarının siyahısının hazırlanması və onun Azərdövlətstandartla razılaşdırılması.
-
dövlət və sahə standartlarının işlənməsi üçün texniki tapşırıqların baxılması və razılaşdırılması, layihələrin ekspertizasının, onların qoyulmuş qaydada baxılması və təsdiqi üçün hazırlanmasının təşkili.
-
Standartlaşdırılma məsələləri üzrə respublikada müşavirələrin, seminarların və konfransların təşkili.
-
Standartlaşdırma sahəsində mütəxəssislərin hazırlanması və onların kvalikiasiyalarının artırılmasının jari və perspektiv planlarının tərtib olunması.
-
Standartlarda verilmiş norma və göstərijilərin beynəlxalq standartlara, əhalinin və xalq təsərrüfatının tələblərinə uyğunluğunu təmin etmək üçün hər beşillik ərzində normativ-texniki sənədlərin sistematik qaydaya salınmasının və yenidən baxılmasının təşkili.
Mühazirə 12.
Mövzu : Standartlara dövlət nəzarəti və o nların tələblərinin pozulmasına görə sanksiyalar.
Ədəbiyyat:
1. N.R.Məmmədov –Standartlaşdırmanın əsasları, Çaşoğlu., Bakı. 2003. -386 s.
2. A.R.Qafarov -Standartlaşdırmanın əsasları , Çaşoğlu., Bakı. 2004. -157s.
3. N.H.Fərzanə,V.Ə.Bayramov və b. –Standartlaşdırmanın əsasları, Təhsil – Bakı, 2007. -218 s.
4. P.A.Cəfərov, Ş.İ.Həsənov - Standartlaşdırma, keyfiyyətin idarə olunması və məhsulların qiymətləndirilməsi. Dərs vəsaiti., Gəncə, 2003. – 219 s.
5. Q.D.Krılova -Osnovı standartizaüii, sertifikaüii i metroloqii. –M: İzd. Standartov, =ÖNİTİ, 1988. -366 s.
Plan:
-
Dövlət nəzarətinin başlıja vəzifələri.
-
Dövlət nəzarətinin əsas prinsipləri.
-
Pozuntulara görə dövlət sanksiyaları
Azərbaycan Dövlət Standartlaşdırıma və Metrologiya Mərkəzinin (Azərdövlətstandart) və ələlxüsus onun ərazi orqanlarının əsas fəaloyyət sahələrindən biri standartların, texniki şərtlərin tətbiq edilməsinə, və onların tələblərinə riayət olunmasına, metroloji təmin və sənaye məhsullarının keyfiyyətinə dövlət nəzaərtindən ibarətdir. Dövlət nəzarətinin məqsədi standartlaşdırma sahəsində yol verilmiş bütün pozuntulara görə xəbərdarlıq etmək, tədbirlər görmək, bu pozuntuları aradan qaldırmaq və bununla da həm dövlətin, həm təsərrüfat subyektlərinin, həm də istehlakçının hüquq və mənafelərini qorumaqdır.
Dövlət nəzarətinin başlıca vəzifələri standartların, texniki şərtlərin və ölçmə vasitələrinin elmi səviyyəsini ekspertiza etmək və onların işlənib hazırlanmasında elmin və texnikanın nailiyyətlərinin daha səmərəli istifadəsinə kömək etməkdən ibarətdir. Dövlət nəzaərtinin səmərəliliyi üç prinsipin riayət olunması ilə təmin olunur:
-
Yoxlamaların qeyri - asılılığı (inzibati və bir sıra hallarda texniki);
-
Yoxlamaların kompleksliliyi;
-
Yoxlamaların planlı olması pronsipi.
Dövlət nəzaərtini Azərdövlətstandartın yerlərdə fəaliyyət göstərən standartlaravə ölçmə vasitələrinə nəzaərt üzrə dövlət müfəttişləri həyata keçirirlər.
Yoxlamalara Azərdövlətstandartın dövlət nəzaərtçisi attestasiya olunmuş və bu işə xüsusi tapşırığı olan vəzifəli şəxs rəhbərlik edir. Yoxlamalara nazirliklərin və şirkətlərin nümayəndələri, məhsulu istehsal edən və istehlakçı müəssisələrin mütəxəssisləri, keyfiyyət üzrə inspeksiyaların, elmi – tədqiqat institutlarının kostruktor bürolarının, alı təhsil müəssisələrinin nümayəndələri cəlb edilə bilər.
Aşağıdakı müəssisə və təşkilatlarda dövlət nəzarəti aparılır:
-
məhsul istehsal edən müəssisələr;
-
məhsulu istehlak edən müəssisə və təşkilatlar;
-
təmir müəsissələri;
-
nəqliyyat müəssisə və təşkilatları;
-
ticarət təşkilatları və ixrac təşkilatlarının bazaları;
-
ali və orta ixtisas təhsil müəssisələri və texniki peşə məktəbləri (bu, Azərdövlətstandartın xüsusi tapşırığı əsasında aparılır) .
Yoxlamanın aparılmasını asanlaşdırmaq bütün yoxlamaların eyni olması (yəni yoxlanılan sualların sayı və baxılma dəqiqliyi) üçün ayrıca təlimat və tipli yoxlama formaları tətbiq edilir.
Yoxlamalar ilkin (kompleks) və təkrar yoxlamalara bölünür. Kopleks yoxlama zamanı hər bir yoxlama obyekti üçün yoxlamanın əsas məzmunu müəyyənləşdirilir və eyni zamanda əlavə yoxlama momentləri sadalanır. Aktda bütün yoxlanılan məsələlələr (suallar) üzrə həqiqi vəziyyət əks olunur və aşkar olunan pozuntuların səbəbləri açıqlanır.
Standartlaşdırma sahəsində hər bir pozuntuya görə müqəssir şəxslər üçün cəza tədbirləri (sanksiyalar) nəzərdə tutulur.
Əgər dövlət nəzarəti nəticəsində standartlar (texniki şərtlərin) tələblərinə cavab verməyən aşağı keyfiyyətli məhsul istehsalı aşkar edilmişdirsə, onda bu məhsulun satılması tamam qadağan edilir, yaxud aşağıdakı pozuntular aradan qaldırılana və ikinci yoxlama aparılıb qurtarana qədər məhsul müəssisədə saxlanılır. Əgər həmin müəssisədə istehsalın təşkili və standartın tələblərinə uyğun keyfiyyətdə məhsul istehsal imkan vermirsə, onda müəyyən tarixdən aktda göstərilən bütün məhsulun satışı qadağan olunmalıdır.
Azərdövlətstandart aşağıdakı pozuntulara görə sanksiyalar tətbiq edir:
-
İstehsalçılara (icraçılara, satıcılara) aşağıdakılara görə:
-
Normativ sənədlərin tələblərinə cavab verməyən məhsulların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə - istehsal olunmuş satılmış malların, yerinə yetirilmiş işlərin, göstərilmiş xidmətlərin 25 faizi miqdarında;
-
lazımi xəbərdarlıq nişanı olmayan, həmçinin təhlükəli istifadə qaydaları və şəraiti barədə məlumat vərəqəsi satılan təhlükəli mallarınsatılmasına görə satılmış malların qiymətinin 50 faizi arasında;
-
insanların həyatının, sağlamlığının, əmlakının və mühitin təhlükəsizliyinə dair Azərbaycan Respublikasında qüvvədə olan standartların, digər normativ sənədlərin tələblərinə uyğun olmayan xaricdən gətirilmiş malların respublika ərazisində satılmasına görə - satılmış malların qiymətinin 50 faizi miqdarında;
-
standartların və digər normativ sənədlərin tələblərinin pozulması nəticəsində insanların həyatı, sağlamlığın əmlakı və ətraf mühit üçün təhlükəli məhsul buraxılmasına və satılmasına işlərin görülməsinə, xidmətlərin göstərilməsinə - istehsal olunmuş və satılmış məhsulun, yerinə yetirilmiş işlərin və göstərilmiş xidmətlərin qiymətlərinin 100 faizi miqdarında;
-
buraxılması və satılması qadağan olunmuş malların satılması və işlərin yerinə yetirilməsi və xidmətlərin göstərilməsinə - satılmış malların, yerinə yetirilmiş işlərin, göstərilmiş xidmətlərin qiymətinin 100 faizi miqdarında;
-
məcburi sertifikatlaşdırılmalı, lakin sertifikatlaşdırılmamış məhsullların satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə - satılmış məhsulun, yerinə yetirilmiş işlərin, göstərilmiş xidmətlərin qiymətləinin 25 faizi miqdarında;
-
malların sertifikatlaşdırılması qaydalarının isthsalçı tərəfindən pozulmasına görə - sertifikatlaşdırılma qaydaları satılmış malların qiyməti miqdarında.
-
Sertifikatlaşdırılma qaydalarının sertifikatlardırılma üzrə orqanlar və sınaq laboratoriyaları tərəfindən pozulmasına görə - sertifikatlaşdırılma üzrə işlərin qiymətinin iki misli miqdarında.
Sanksiyanın məbləği 10 milyon manatdan yuxarı olarsa onun tətbiq olunması haqqında sərəncam Azərbaycan Respublikasının standartlara və ölçmə vasitələrinə nəzarəti üzrə baş dövlət müfəttişi tərəfindən verilir.
Standartların və digər normativ sənədlərin tələblərinin pozulmasına görə təsərrüfat subyektlərinin rəhbərləri üçün inzibati məsuliyyət müəyyən edilmişdir.
Üç misli miqdarında cərimə müəıyyənləşdirilmişdir:
-
Normativ sənədlərin tələblərinə cavab verməyən məhsul istehsalı və satışı, işlərin yerinə yetirilməsi və xidmətlərin göstərilməsi;
-
Məcburi sertifikatlaşdırılmalı, lakin sertifikatlaşdırılmamış məhsulun satılması nəticəsində xidmətlərin göstərilməsi;
-
Standartların və digər normativ sənədlərin tələblərinin pozulması insanların həyatı, əmlakı və ətraf mühit üçün təhlükəli məhsulun istehsalı və satışı;
-
İstehlakçıların həyatı, sağlamlığı, əmlakı və bərqərar mühit üçün təhlükəsizlik üzrə Azərbaycan Respublikası qüvvədə olan standartların və digər normativ tələblərinə uyğun olmayan xaricdən gətirilmiş məhsulun satılması;
-
Lazımi xəbərdarlıq nişanı olmayan, həmçinin təhlükəsiz istfadə qaydaları və şəraiti barədə məlum olmayan təhlükəli məhsulun satılması.
-
Məhsulların satılmasının, tədarükünün, göndərilməsinin, işlərinin yerinə yetirilməsinin dayandırılması və ya qadağana edilməsi haqqında sərəncamların pozulmasına görə minimum əmək haqqı məbləğinin iyirmi misli miqdarında cərimə müəyyən edilir.
-
Dövlət standartlarının tələblərinə riayət edilməsinə dövlət nəzarətini həyata keçirən orqanların, vəzifəli şəxslərin müvafiq qaydada onlara həvalə edilmiş vəzifələri yerinə yetirməməyə, səlahiyyətlərini aşmağa, dövlət və ya kommersiya sirrlərini açmağa, əsassız yoxlama və müdaxilələrə yol verməyə, habelə standarlaşdırma haqqında qanunvericiliyi pozmağa görə minimum əmək haqqı məbləğinin 30 misli cərimə olunur.
Azərdövlətstandartın yüksək vəzifəli şəxslərin və yaxud rayon Prokuroruna cərimə barədə sərəncam daxil olduqdan sonra bir ay ərzində şikayət etmək olar. Bu haqda şikayətin sürəti həmin müddətdə cərimə barədə sərəncam vermiş Azərdövlətstandartın ərazi orqanına göndərilir. Onlar da öz növbəsində təsərrüfat
subyektinin iş üzrə bütün materialları tələb olunan yerə təqdim etməlidirlər. Bu şikayətə daxil olduqdan 15 gündən gec olmayaraq baxılır. Şikayət baxıldıqdan sonra aşağıdakı qərarlardan biri qəbul edilir:
-
Cərimə barədə qərar olduğu kimi saxlanılır, şikayət qəbul edilmir;
-
Qərar ləvğ olunur.
Mühazirə 13.
Dostları ilə paylaş: |