Azərbaycan Respublikası Mədəniyyət və Turizim Nazzirliyi



Yüklə 49,84 Kb.
tarix31.05.2018
ölçüsü49,84 Kb.
#52263

Azərbaycan Respublikası Mədəniyyət və Turizim Nazirliyi

Gəncə Şəhər Mədəniyyət və Turizm İdarəsi

Mərkəzləşdirilmiş Kitabxana Sistemi


Xocalı faciəsinin 18-ci ildönümü

Xocalı faciəsi xalqımıza qarşı



analoqu olmayan soyqrımdır”

(metodik vəsait)



Gəncə - 2010

Tərtib edən: Əhmədova Şahnaz

Redaktor: Qədimova Fəridə

Kompyüter dizaynı: Abbasova Leyla



Ərazisi – 0, 936 kv2

Əhalisinin sayı – 25 000

İşğal tarixi – 26 fevral 1992
Bu hadisələri, onların dərslərini

unutmağa bizim haqqımız yoxdur.”
Heydər Əliyev, ümummilli lider

25 000 əhalisi olan Xocalı Xankəndindən 10 km cənub şərqdə,Qarabağ silsiləsində və Ağdam Şuşa, Əsgəran-Xankəndi yollarının üstündə yerləşir.

Qarabağdakı yeganə aeroport da Xocalıda yerləşirdi. Ermənilərin Xocalıya əsas maraqları da Xocalının bu cür strateji mövqeyində olması ilə əlaqədardır.

Şəhərdə toxuculuq fabriki, 2 orta məktəb və 2 natamam orta məktəb var idi. Son illərdə baş vermiş hadisələrlə bağlı Fərqanədən(özbəkistan) qaçqın düşmüş 54 məhsəti türkü ailəsi, həmçinin Ermənistandan və Xankəndindən qovulmuş azərbaycanlıların bəziləri şəhərdə məskunlaşmışdır. Xocalı şəhəri 1991 ci ilin oktyabrından blokadada idi. Sonuncu vertolyot 1992 ci ilin yanvar ayının 28-də enmişdirş. Fevralın ikinci yarısından başlayaraq Xocalı erməni silahlı dəstələrinin mühasirəsinə alınmışdı və hər gün toplardan, atəşlərə, erməni dəs-

tələrinin həmlələrinə məruz qalırdı.

Xocalıya hücuma hazırlıq fevralın 25-də axşam366 cı alayın hərbi texnikasının döyüş mövqeylərinə çıxması ilə başlamışdır. Şəhərə hücum toplardan, tanklardan, “Alazan” tipli zenit toplarından iki saatlıq atəşdən sonra başlamışdır.

1992 ci il fevralın 25 dən 26-na keçən gecə ermənistan silahlı qüvvələri, Rusiyanın 366 cı motatıcı alayın iştirakı ilə Xocalı şəhərini işğal etmişdir. Etnik azərbaycanlılara qarşı törədilmiş bu faciə Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş ən dəhşətli hadisələrdən biridir. Fevralın 26-ı səhər saat 5 radələrində Xocalı tam alova bürünmüşdü. Bu dəhşətli gecədə yer üzündən silinən bu şəhəri tərk edən Xocalı sakinlərindən 613-ü düşmən gülləsinə tuş gəlib qətliamın qurbanı oldu. Bu soyqırım nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla

613 nəfər Xocalı sakini qanına qəltan edildi. Bu faciə zamanı 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi.

Dövlətin və əhalinin əmlakına 1 aprel 1992 ci il tarixinə olan qiymətlərlə 5 mlrd rubl dəyərində ziyan vurulmuşdur.

Azərbaycan Respublikasının ulu öndəri Heydər Əliyev 1 mart 1994 cü ildə bu haqda xüsusi Fərman vermişdir. Azərbaycan Respublikasının Milli Məclisinin Qərarı ilə 26 fevral “Xocalı soyqırımı və milli matəm günü” elan olunmuş, bu barədə bütün beynəlxalq təşkilatlara məlumat verilmişdir.

1988 ci ildən başlanan Ermənistan- Azərbaycan,Dağlıq qarabağ münaqişəsi dövründə ən müdhiş, faciəli, tarixdə anoloqu çox az olan

hadisələrdən biri Xocalıda baş vermiş olan bu qanlı soyqrımdır.

Xocalı faciəsi XX ci isrin ən dəhşətli və ən qəddarcasına törədilmiş

Xatın, Xirosima faciələri ilə bir səviyyədə durur. Bir gecənin içərisində

Qədim Xocalı şəhəri yerlə-yeksan edilmişdir. Şəhəri tərk etməyə məcbur olan əhali dağlara, meşələrə qaçmışdır. Hər tərəfdə silahlı erməni quldurları dinc əhalini güllələmiş, onlara amansız divan tutmuşdur.

Beləliklə soyuq, qarlı fevral gecəsində nə qədər qız-gəlin əsir düşdü,

girov götürüldü, nə qədər insan düşmən silahından yayınıb meşələrə, dağlara qaçsalarda soyuqdan donaraq məhv oldular.

Bu cinayətdə 56 nəfər xüsusi amansızlıqla qətlə yetirilmişdir.

Onlar diri-diri yandırılmış, başları kəsilmiş, üzlərinin dəriləri soyulmuş,

körpə uşaqların gözləri çıxarılmış, hamilə qadınların qarınları yarılaraq öldürülmüşdür. Ermənilər nəinki sağ insanlara, eləcə də öldürdükləri

azərbaycanlılara qarşı ağılasığmaz təhqirlərə yol vermişlər. Bu azğın

düşmənlər Xocalıda qadağan olunmuş silahlardan istifadə edərək öz çirkin planlarını həyata keçirmişlər.

Ölkənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda minlərlə övladını itirmiş Azərbaycan xalqı gec-tez Xocalı qətliyamını törədənlərin

layiqli cəzalarını alacaqlarına ümid bəsləyir. Azərbaycan xalqı, onun dövləti Xocalı faciəsini heç vaxt unutmur və əsrlər keçsə belə bu qanlı faciəni unutmaq mümkün deyil.

25 fevral 1997 ci ildə “Xocalı soyqrımı qurbanlarının xatirəsinə

sükut dəqiqəsi elan edilməsi haqqında” Azərbaycan xalqının milli lideri

Heydər Əliyev tərəfindən Fərman verilmişdir. Hər il 26 fevralda ölkə başçısı “xocalı soyqrımı” ilə bağlı xalqa müraciət edir.

Qan yaddaşımız !

Bunları yadda saxla:
1991 ci il 26 dekabr. Xankəndinin işğalı (sahəsi 926 kv.km,

əhalisi ---57 000)

1992 ci il 26 fevral. Xocalının işğalı (sahəsi 970 kv.km,

əhalisi --- 1300)

1992 ci il 8 may Şuşanın işğalı(sahəsi 289 kv.km,

əhalisi --- 28 000)


1992 ci il 18 may Laçının işğalı (sahəsi1875kv.km

əhalisi --- 28 000)


1992 ci il 2 oktyabr Xocavəndin işğalı (sahəsi 1458 kv.km

əhalisi --- 11 000)


1993 cü il 3-4 aprel Kəlbəcərin işğalı (sahəsi1936 kv.km

sahəsi --- 62 000)


1993 cü il 7 ilul Ağdərənin işğalı (sahəsi1700kv.km

əhalisi --- 47 000)


1993 cü il 23 iyul Ağdamın işğalı (sahəsi1094 kv.km,

əhalisi --- 161 000)


1993 23 avqust Cəbrayılın işğalı (sahəsi 1050 kv.km,

əhalisi 57 000)


1993 23 avqust Füzulinin işğalı (sahəsi 1112 kv.km,

əhalisi --- 110 000)

1993 31 avqust Qubadlının (sahəsi 826 kv.km,

əhalisi --- 38 000)


1993 cü il 29 oktyabr Zəngilanın işğalı (sahəsi707 kv.km,

əhalisi 42 000)

Bu tarixlər bizdə intiqam almaq, vətən torpaqlarını murdar erməni işğalçılarının tapdağından xilas etmək üçün tarixi yaddaş olmalıdır Çünki bu tarixləri unutsaq özümüz də millət olaraq unudularıq.

Xocalı faciəsi ilə bağlı kitabxanalarda

keçirilən tədbirlər
Bu il fevralın 26 - da Xocalı faciısinin 18 ili tamam olur. Bununla əlaqədar olaraq bütün müəssisələrdə, ali məktəblərdə orta ümumtəhsil məktəblərində, mədəniyyət ocaqlarında o cümlədən kitabxanalarda müxtəlif səpgidə tədbirlər keçirilir. Bu tədbirlərə aiddir --- samballi dövrü mətbuat, internet materialları və Xocalıya həsr olunmuş ədəbiyyatlarla zənzinləşdirilmiş sərgilər, biblioqrafik xülasələr, sual-cavab gecələri oxucu konfransı, ədəbi-bədii kompazisiya söhbətlər, tarixçilər tərəfindən hazırlanmış məruzə və mühazirələr.

Kitabxanalarda vətənpərvərlik mövzusunda keçirilən tədbirlər

gənclərin, məktəblilərin tərbiyəsində, milli ruhda böyüməsində mühüm rol oynayır. Eyni zamanda bu tədbirlər gənclərdə düşmənə qarşı nifrət

intiqam hissini gücləndirir.


Hazırladığımız bu vəsaitdə MKS – nin oxu zalında Xocalı faciəsinə həsr olunmuş ədəbi-bədii kompazisiyanın ssenarisini nümunə üçün sizə təqdim edirik:
“Tarixin qan yaddaşı”
başlığı alında keçirilən tədbiri giriş sözü ilə Gəncə şəhər mədəniyyət idarəsinin insbektoru Bəxtiyar Muradov açdı.

Xocalı faciəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.


Aparıcı
XX əsr Azərbaycan xalqının həyatına, tarixinə ən qanlı fəlakət və faciələrlə, əzab və işgəncələrlə, həm də hünər və rəşadətlə dolu əsr

kimi daxil olmuşdur.

Xocalı faciəsi bu qanlı dəryanən ən dərin, sarsıdıcı,işgəncəli, yırtıcılıq və işgəncələrlə dolu sirvəsi sayıla bilər
Bu dağların qoynunda yaşıl bir kənd varıydı

Əlvan saray, güllü bağ, gen aynabənd varıydı.

Neçə dodağı şəkər, söhbəti qənd varıydı,

Neçə incəbül gözəl, zülfi kəmənd varıydı.

Yoxdu daha, nağıldı,

İtdi,batdı,dağıldı

Mənim şirin qafiyəm, mənim üçcə hecalım

Xocalım ay Xocalım.


Bu faciə ilə bağlı ürək sözlərini demək,fikirlərini bölüşmək üçün

söz Qarabağ müharibəsi əlilləri və şəhid ailələri ictimai birliyinin

sədri Almaz Aşurova verilir. Almaz müəllim Qarabağ hadisələri və Xocalı faciəsi ilə bağlı fikirlərini tədbir iştirakçıları ilə bölüşdü.
Aparıcı
Biz kitabxana işçiləri həmişə çalışırıq ki, tələbələri,

məktəbliləri öz tədbirlərimizə cəlb edək. Bu günkü tədbirimizdə

Gəncə şəhər 13 saylı məktəbin müəllim və şagirləri iştirak edir, onlar tədbirdə Xocalıya, doğma vətənə aid şerlər söyləyəcək, erməni cəlladlarının vəhşiliklərini əks etdirən kompazisiya göstərəcək və bayatılar söyləyəcəklər.

Sözü verək 8 - cu sinif şagirdi Fərəcullayev Əliyə...


Vətən kimlərindir soruşdu Xəndan,

Söylədim: müqəddəs nə var ki ondan?

Duy onu könüldən, sev onu candan,

O, candan, könüldən heyranlarındır!


Vətən döyüşlərə girib nər kimi,

Mehdilər,Gəraylar, Həzilər kimi,

Odlardan adlayıb, səməndər kimi,

Özünü odlara vuranlarındır!


Tədbirdə iştirak edən Nəriman Fərmanoğlu söz alaraq Xocalı faciəsi ilə bağlı yazdığı “Nur babanın hekayəti, boz köpəyin etibarı” adlı poeması haqqında tədbir iştirakçılarına ətraflı məlumar verdi. Adi köpəyin belə ermənilərdən etibarlı, sadiq olduğunu anlartdı. Ermənilər uzun illər çörəyini yeyib, suyunu içdiyi torpağa, onlara hər cür qayğını, yardımı

göstərən insanlara qarşı ağılasığmaz vəhşiliklərə yol verdilər.


Sözü 9 - cu sinif şagirdi Babayeva Günaya verək, o, bizə bir şer söyləyəcək.
Vətən qeyrət, vətən ana,

Baş əyək biz hər an ona.

Hər ürəkdə bir od yana,

Qoymayaq vətən tapdana

Tapdanan hər qarışımız,

Tapdanan ocaq başımız.

Od tutan məzar daşımız,

Enməyək ayaq altına

Qoymayaq vətən tapdana.
Biz əsgərik vətən qala!

Qorumasaq çətin qala!

Biz ölsək də vətən qala!

Qoymayaq vətən tapdana!

Aparıcı
Bu qədər faciəli günlər keçirmiş, o dəhşətli, müdhiş gecəni yaşaməş,

ən əziz aamlarını itirmiş insanlar məğrurdurlar, mərddirlər.

Hər biri vətən qayğısı, vətən, torpaq eşqi ilə yaşayır. Bu bir daha xalqımızın nə qədər yüksək mənəviyyata malik olduğunu göstərir.
İndi məktəblilərin ifasında hazırlanmış, erməni vəhşiliyini əks etdirən kompazisiyaya tamaşa edək.
Aparıcı
Xocalı faciəsi xalqımıza qarşı analoqu olmayan soyqırımdır.

Bu faciə xalqımızın tarixində qara bir ləkədir, bugün xocalı

faciəsini tanımıram deyən, ona biganə qalan Azərbaycanlı yoxdur.

Artıq bir çox dünya dövlətləri xocalı faciəsindən xəbərdardır.

Xocalı soyqırimı özünün dəhşətləri ilə yaddaşlardan silinməyəcək.

Çünki bu elə bir dəhşətdir ki, yaddaşdan silinə bilməz.

Dərdli Qarabağn nakam gözəli,

Açılmayan xoş baharım Xocalım.

Sinəmdə sən adlı yaram göyərir,

Göyləri yandırır ahım Xocalı.


Tədbirdə iştirak edən, müxtəlif təşkilatların nümayəndələri bu faciə ilə bağlı öz ürək sözlərini dedilər

Hörmətli tədbir iştirakçıları bu il faşizim üzəində qələbənin 65 ci ildönümünü qeyd edəcəyik. O zaman sovetlər birliyinin tərkibində olan Azərbaycan oğulları cəbhədə qəhrəmanlıqlar göstərmiş, Sovet İttifaqı

Qəhrəmanı kimi fəxri ada layiq görülmüşlər.

Azərbaycan həmişə öz qəhrəman oğulları ilə fəxr etmişdir.

Arzu edək ki, tezliklə müstəqil, azad Azərbaycanın üç rəngli bayrağı Şuşanın, Xankəndinin, Ağdamın, şəhid olmuş Xocalının başı

üzərində dalğalansın. Yalnız o zaman Azərbaycannın mili qəhrəmanlarının, bu yolda şəhid olmuş oğullarımızın, şəhidlərimizin ruhları hüzura qovuşar.

Birləşib qələbə çalmasaq əgər,

Sənin qisasını almasaq əgər,

Demək nə dövlətik, nə xalqıq onda;

Batarıq zamanın burulğanında...



Bir də söyləyirəm, bir də Xocalı;
Bu qan qalmayacaq yerdə Xocalı!

Son
Yüklə 49,84 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin