Azərbaycan Respublikası Mədəniyyət və Turizim Nazirliyi
Gəncə Şəhər Mədəniyyət və Turizm İdarəsi
Mərkəzləşdirilmiş Kitabxana Sistemi
Xocalı faciəsinin 18-ci ildönümü
“Xocalı faciəsi xalqımıza qarşı
analoqu olmayan soyqrımdır”
(metodik vəsait)
Gəncə - 2010
Tərtib edən: Əhmədova Şahnaz
Redaktor: Qədimova Fəridə
Kompyüter dizaynı: Abbasova Leyla
Ərazisi – 0, 936 kv2
Əhalisinin sayı – 25 000
İşğal tarixi – 26 fevral 1992
“Bu hadisələri, onların dərslərini
unutmağa bizim haqqımız yoxdur.”
Heydər Əliyev, ümummilli lider
25 000 əhalisi olan Xocalı Xankəndindən 10 km cənub şərqdə,Qarabağ silsiləsində və Ağdam Şuşa, Əsgəran-Xankəndi yollarının üstündə yerləşir.
Qarabağdakı yeganə aeroport da Xocalıda yerləşirdi. Ermənilərin Xocalıya əsas maraqları da Xocalının bu cür strateji mövqeyində olması ilə əlaqədardır.
Şəhərdə toxuculuq fabriki, 2 orta məktəb və 2 natamam orta məktəb var idi. Son illərdə baş vermiş hadisələrlə bağlı Fərqanədən(özbəkistan) qaçqın düşmüş 54 məhsəti türkü ailəsi, həmçinin Ermənistandan və Xankəndindən qovulmuş azərbaycanlıların bəziləri şəhərdə məskunlaşmışdır. Xocalı şəhəri 1991 ci ilin oktyabrından blokadada idi. Sonuncu vertolyot 1992 ci ilin yanvar ayının 28-də enmişdirş. Fevralın ikinci yarısından başlayaraq Xocalı erməni silahlı dəstələrinin mühasirəsinə alınmışdı və hər gün toplardan, atəşlərə, erməni dəs-
tələrinin həmlələrinə məruz qalırdı.
Xocalıya hücuma hazırlıq fevralın 25-də axşam366 cı alayın hərbi texnikasının döyüş mövqeylərinə çıxması ilə başlamışdır. Şəhərə hücum toplardan, tanklardan, “Alazan” tipli zenit toplarından iki saatlıq atəşdən sonra başlamışdır.
1992 ci il fevralın 25 dən 26-na keçən gecə ermənistan silahlı qüvvələri, Rusiyanın 366 cı motatıcı alayın iştirakı ilə Xocalı şəhərini işğal etmişdir. Etnik azərbaycanlılara qarşı törədilmiş bu faciə Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş ən dəhşətli hadisələrdən biridir. Fevralın 26-ı səhər saat 5 radələrində Xocalı tam alova bürünmüşdü. Bu dəhşətli gecədə yer üzündən silinən bu şəhəri tərk edən Xocalı sakinlərindən 613-ü düşmən gülləsinə tuş gəlib qətliamın qurbanı oldu. Bu soyqırım nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla
613 nəfər Xocalı sakini qanına qəltan edildi. Bu faciə zamanı 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi.
Dövlətin və əhalinin əmlakına 1 aprel 1992 ci il tarixinə olan qiymətlərlə 5 mlrd rubl dəyərində ziyan vurulmuşdur.
Azərbaycan Respublikasının ulu öndəri Heydər Əliyev 1 mart 1994 cü ildə bu haqda xüsusi Fərman vermişdir. Azərbaycan Respublikasının Milli Məclisinin Qərarı ilə 26 fevral “Xocalı soyqırımı və milli matəm günü” elan olunmuş, bu barədə bütün beynəlxalq təşkilatlara məlumat verilmişdir.
1988 ci ildən başlanan Ermənistan- Azərbaycan,Dağlıq qarabağ münaqişəsi dövründə ən müdhiş, faciəli, tarixdə anoloqu çox az olan
hadisələrdən biri Xocalıda baş vermiş olan bu qanlı soyqrımdır.
Xocalı faciəsi XX ci isrin ən dəhşətli və ən qəddarcasına törədilmiş
Xatın, Xirosima faciələri ilə bir səviyyədə durur. Bir gecənin içərisində
Qədim Xocalı şəhəri yerlə-yeksan edilmişdir. Şəhəri tərk etməyə məcbur olan əhali dağlara, meşələrə qaçmışdır. Hər tərəfdə silahlı erməni quldurları dinc əhalini güllələmiş, onlara amansız divan tutmuşdur.
Beləliklə soyuq, qarlı fevral gecəsində nə qədər qız-gəlin əsir düşdü,
girov götürüldü, nə qədər insan düşmən silahından yayınıb meşələrə, dağlara qaçsalarda soyuqdan donaraq məhv oldular.
Bu cinayətdə 56 nəfər xüsusi amansızlıqla qətlə yetirilmişdir.
Onlar diri-diri yandırılmış, başları kəsilmiş, üzlərinin dəriləri soyulmuş,
körpə uşaqların gözləri çıxarılmış, hamilə qadınların qarınları yarılaraq öldürülmüşdür. Ermənilər nəinki sağ insanlara, eləcə də öldürdükləri
azərbaycanlılara qarşı ağılasığmaz təhqirlərə yol vermişlər. Bu azğın
düşmənlər Xocalıda qadağan olunmuş silahlardan istifadə edərək öz çirkin planlarını həyata keçirmişlər.
Ölkənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda minlərlə övladını itirmiş Azərbaycan xalqı gec-tez Xocalı qətliyamını törədənlərin
layiqli cəzalarını alacaqlarına ümid bəsləyir. Azərbaycan xalqı, onun dövləti Xocalı faciəsini heç vaxt unutmur və əsrlər keçsə belə bu qanlı faciəni unutmaq mümkün deyil.
25 fevral 1997 ci ildə “Xocalı soyqrımı qurbanlarının xatirəsinə
sükut dəqiqəsi elan edilməsi haqqında” Azərbaycan xalqının milli lideri
Heydər Əliyev tərəfindən Fərman verilmişdir. Hər il 26 fevralda ölkə başçısı “xocalı soyqrımı” ilə bağlı xalqa müraciət edir.
Dostları ilə paylaş: |