Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət İqtisad Universiteti
Fakültə:
|
Magistr Hazırlıq Mərkəzi
|
Kafedra:
|
Beynəlxalq İqtisadi Münasibətlər
|
İxtisas:
|
Beynəlxalq İqtisadi Münasibətlər
|
Referat
“Beynəlxalq lisenziya müqavilələrinin məzmunu və əsas şərtlərinin xarakteristikası”
Qrup:
|
822
|
Tələbə:
|
Samir Rəhimov
|
Rəhbər:
|
Sabir Əmirov
|
Kafedra müdiri:
|
Şəmsəddin Hacıyev
|
Bakı 2005
Plan
Giriş
I Fəsil: Beynəlxalq lisenziya ticarətinin məzmunu, əsas cəhətləri və prinsipləri.
-
Beynəlxalq lisenziya ticarətinin mahiyyəti və təşkilinin prinsipləri.
-
Beynəlxalq lisenziya ticarətinin obyektləri.
II Fəsil: Beynəlxalq lisenziya ticarətinin müasir vəziyyəti və Azərbaycanın yeri.
-
Beynəlxalq lisenziya ticarətinin müasir vəziyyəti və inkişaf istiqamətləri.
-
Azərbaucanda patent – lisenziya sisteminin müasir vəziyyəti və lisenziya ticarətinin inkişaf etdirilməsi məsələləri.
Nəticə və təkliflər
Ədəbiyyat siyahısı
Giriş
XX əsrin ikinci yarısında dünya iqtisadiyyatında gedən obyektiv iqtisadi proseslərin nəticəsi olaraq beynəlxalq iqtisadi münasibətlərin məzmununda və strukturunda əhəmiyyətli dəyişikliklər baş vermişdir. Belə ki, dünya ölkələri arasında iqtisadi əməkdaşlığın keyfiyyətcə yeni formaları yaranmışdır. Bu baxımdan beynəlxalq iqtisadi münasibətlərin və ayrılıqda beynəlxalq ticarətin ən mühüm formalarından birinə çevrilmiş lisenziya ticarəti xüsusi əhəmiyyət kəsb edir.
Beynəlxalq iqtisadi münasibətlərin mühüm elementinə çevrilmiş beynəlxalq lisenziya ticarəti beynəlxalq ticarətin ən səmərəli formalarından biri hesab olunur. Hazırda beynəlxalq lisenziya mübadiləsi dünya ölkələrinin iqtisadi inkişafının xarakterini müəyyən edən əsas cəhətlərdən biri kimi çıxış edir. Belə ki, beynəlxalq lisenziya ticarətində tutduğu mövqeyə görə hər bir ölkənin iqtisadi inkişaf səviyyəsi haqqında fikir söyləmək olar. Digər tərəfdən isə, dünyanın əksər ölkələri iqtisadi inkişafın sürətləndirilməsinin ən aparıcı yollarından biri kimi beynəlxalq lisenziya mübadiləsində iştirak etməyə üstünlük verirlər. Çünki, beynəlxalq lisenziya ticarətinə qoşulan hər bir ölkə həm ucuz qiymətə xarici texnologiya əldə etmək, həm də istifadə etmədiyi elmi-texniki nailiyyətləri lisenziya əsasında satmaqla əlavə gəlir götürmək imkanı əldə edir. Bu səbəbdən də, daimi lisenziya satıcısı kimi 37, alıcısı kimi isə 70 ölkə çıxış edir.
Bu rəqəmlər, eləcə də, beynəlxalq lisenziya ticarəti dövriyyəsinin 125 mlrd. dollar (1998-ci ildə) olması, xarici lisenziyalar əsasında 1 trln. dollar dəyərində (qeri-rəsmi məlumatlara əsasən) məhsul istehsal edilməsi beynəlxalq lisenziya ticarətinin ayrı-ayrı ölkələr və bütövlükdə dünya iqtisadiyyatı üçün nə dərəcədə yüksək əhəmiyyət kəsb etdiyini göstərir.
Hal-hazırda beynəlxalq lisenziya ticarətinin beynəlxalq iqtisadi münasibətlərdəki əhəmiyyətinin sürətlə artması, eləcə də, beynəlxalq lisenziya ticarətinin təşkilinin çox mürəkkəb mexanizmə malik olması və lisenziya mübadiləsi üzrə ölkələrarası münasibətələrdə çox ciddi problemlərin mövcudluğu beynəlxalq lisenziya ticarətinin təşkili və təkmilləşdirilməsi istiqamətində tədqiqatların aparılmasının aktuallığını nümayiş etdirir. Qeyd edək ki, beynəlxalq lisenziya ticarəti beynəlxalq iqtisadi münasibətlərin ən az tədqiq olunmuş sahələrindəndir.
I Fəsil: Beynəlxalq lisenziya ticarətinin məzmunu, əsas cəhətləri və prinsipləri.
1.1 Beynəlxalq lisenziya ticarətinin mahiyyəti və təşkilinin prinsipləri.
“Lisenziya” termini latın sözü olub, tərcümədə “hər hansı bir hərəkəti etmək üçün icazə” mənasını verir. Bilavasitə texnologiya mübadiləsinə gəldikdə isə “lisenziya” termini “müəyyən şərtlər daxilində lisenziya predmetindən istifadə üçün icazə” mənasını verir. Lisenziyanın predmeti kimi aşağıdakılar çıxış edir: ixtiralar; sənaye nümunələri; əmtəə nişanları; nou-hau və s.
Beynəlxalq və ənənəvi patent-hüquq təcrübəsində lisenziya dedikdə bir şəxsin - lisenziarın (ixtira, sənaye nümunəsi, mal nişanları və digər elmi-texniki nailiyyətlər üzərində müstəsna hüququ olan şəxs, eləcə də hüquqi müdafiəsi olmayan bu və ya digər itellektual mülkiyyətin sahibi, başqa sözlə lisenziya satanın) digər şəxsə - lisenziata (lisenziya alan) müəyyən mükafat müqabilində adı çəkilən lisenziya predmetlərindən istifadə etmək üçün razılıq verməsi başa düşülür.
Lisenziyalarla ticarət təcrübəsində lisenziyalar iki növə ayrılır: 1) Sərbəst lisenziyalar; 2) Müşayətedici lisenziyalar.
Sərbəst lisenziyalar texnologiya və texniki işləmələrin digər maddi daşıyıcılardan asılı olmayaraq sərbəst surətdə ötürülməsini nəzərdə tutur. Müşayətedici lisenziyalar isə asılılıq xarakteri daşıyır. Belə ki,on!ar malların, o cümlədən maşın və avadanlıqların göndərilməsi, müəssisələrin tikilməsi, texniki avadanlıqların daşınması, konsaltinq xidmətlərinin göstərilməsi və s. üzrə bağlanan müqavilələrin tərkibində daxil edilməklə satılıriar.
Beləliklə, lisenziyaların ticarət predmeti kimi çıxış etmələri beynəlxalq ticarətin spesivik bir formasının - beynəlxalq lisenziya ticarətinin meydana gəlməsini şərtləndirmişdir. Başqa sözlə, beynəlxalq lisenziya ticarəti hər hansı bir ölkə subyektinin mülkiyyətində olan elmi-texniki nailiyyətiərin müəyyən haqq müqabilində müəyyən müddətə digər ölkə subyektinin istifadəsinə verilməsini xarakterizə edir.
Lisenziyalarla ticarət tarixi baxımından adi əmtəələrlə ticarətdən xeyli sonra meydana gəlmişdir. Belə ki, lisenziya əsasında elmi-texniki nailiyyətlərlə ticarət üz başlanğıcını ilk lisenziya müqavilələrinin bağlandığı XVIII əsrdən götürür. XIX əsrin 2-ci yarısına qədər nisbətən inkişaf etmiş ölkəiərdə daxili lisenziya ticarəti kifayət qədər artmışdır. XIX əsrin sonu və XX əsrin əvvəllərindən başlayaraq ölkələrarası lisenziyə ticarəti sürətlə inkişaf etməyə başladı.
BMT-nin Avropa üzrə iqtisadi komissiyasının ekspertləri ETTKİ sferasında BƏB-in dərinləşməsi səbəblərini təhlil edərək belə nəticəyə gəlmişlər: “... Ayrılıqda götürülmüş hər hansı bir ölkənin təkcə öz elmi-texniki inkişaf səviyyəsi hesabına sənayenin bütün sahələrinin inkişafında lider mövqe tutması mümkün deyildir. Bunu bir sıra amillər şərtləndirir: ixtira alınması və onların tətbiqi tempinin sürətlənməsi, beynəlxalq rəqabət amili kimi texniki inkişafın artan rolu, ETTKİ xərclərinin artması və s.”.
Beynəlxalq lisenziya ticarətinin artması eyni zamanda müasir dövrdə elmin güclü inkişafı, bazarlara yeni məhsul daxil edilməsi cəhdlərinin sürətlənməsi, dünya bazarında rəqabət mübarizəsinin kəskinləşməsi ilə əlaqədar formaların daha qabaqcıl məhsul istehsal etmək səylərinin gücləndirilməsi, məhsulların daşınması üzrə yüksək fraxt xərcləri və s. bu kimi amillərlə əlaqədardır.
Məlum olduğu kimi hazırda bir çox ölkələr milli iqtisadiyyatlarını inkişaf etdirmək və daxili bazarlannı xarici firmaların təsirindən qorumaq məqsədilə bir tərəfdən əmtəə və xidmətlər idxalına yüksək tariflər və məhdudiyyətiər, digər tərəfdən isə xarici kapitalın ölkəyə gəlməsinə və ya milli kapitalın ixracına məhdudiyyətlər qoyurlar. Bu cəhət ölkələrarası əmtəə mübadiləsini, beynəlxalq kapital axınlarını çətinləşdirir. Bu cür problemiərin aradan qaldırılmasının ən yaxşı yolu beynəlxalq lisenziya mübadiləsinin həyata
Beləliklə lisenziya ticarəti obyektiv iqtisadi amillərin təsiri nəticəsində meydana gəlmiş və tədricən inkişaf etmişdir.
Ticarət obyektlərinin spesifikliyi lisenziya mübadiləsinin xarici ticarətin digər növlərindən əsaslı surətdə fərqlənməsini şərtləndirir. Beynəlxalq lisenziya əməliyyatlannın əmtəələrlə alqı-satqı əməliyyatlarından əsas fərqləri kimi aşağıdakılan göstərmək olar:
-
əgər əmtəələrlə alqı-satqı əməliyyatları zamanı mülkiyyət hüququ birdəfəlik satıcıdan alıcıya keçirsə, lisenziya satışı zamanı mülkiyyət hüququnun ötürülməsi baş vermir. Bu zaman mübadilə obyektindən istifadə hüququ müvəqqəti olaraq tam və ya qismən şəkildə satıcıdan alıcıya keçir;
-
lisenziya əməliyyatlarının obyektləri - ixtiralar, öncül texnologiyalar, elmi-texniki təcrübə əksər hallarda birbaşa bazar oriyentasiyası xarakteri daşımır. Onlar adətən kompaniyadaxili istehsalın təkmilləşdirilməsi prosesində meydana gəlirlər;
-
lisenziya obyektlərinin bir çox hallarda qeyri-maddi formada olmaları və bu səbəbdən lisenziya üçün qiymətəmələgəlmənin spesifik xarakterli olması;
-
adi əmtəələrlə alqı-satqı əməliyyatları adətən əmtəənin satıcıdan ahcıya keçməsi ilə bitmiş hesab olunursa, lisenziya satışı isə lisenziar və lisenziat arasında uzunmüddətli əlaqələr yaradılmasına xidmət edir və s.
Bu tip xüsusiyyətlərinin olması ilə əlaqədar lisenziya əməliyyatlannın məzmunu və təbiəti haqqında müxtəlif fikirlər yaranmışdır. Bəzi tədqiqatçılar lisenziya əməliyyatlanna elmi-texniki nailiyyətlərin icarəyə verilməsinin xüsüsı forması kimi baxır, lisenziyanın qiymətini isə bu tip icarə formasından irəli gələn özünəməxsus renta kimi izah edirlər. Bu cür fikirlərin tərəfdarları aşağıdakıları əsas tuturlar:
-
elmi-texniki nailiyyətlərin xüsusi olaraq bazarda satılmaq üçün yaradılmamaları;
-
bir çox texniki həllərin unikallığı onların istehsalı üçün zəruri olan xərclərin formalaşmasını təmin etmir;
-
lisenziya predmetlərinin lisenziatların tam mülkiyyətinə keçməməsi və s.
Lakin bu fikirlərlə, yəni lisenziya əməliyyatlannın icarənin bir növü olması ilə razılışmamaq üçün kifayət qədər əsaslar vardır. Birincisi, ETTKİ-i ilə məşğul olan mütəxəssislər elmi-texniki nailiyyətləri şəxsi istehlak məqsədılə yaratmırlar. Bir çox misallar (xüsusilə Qərbin əksər orta firmalarının praktikasında) var ki, iri miqyaslı və bahalı ETTKİ-nin həyata keçirilməsində əsas məqsəd bir çox hallarda elmi-texniki nailiyyətlərin lisenziya ilə satılması olur. Bundan başqa elmi-tədqiqat təşkilatları texnologiyalan birbaşa olaraq mübadilə üçün yaradırlar. İkincisi, elmi-texniki nailiyyətlərin həqiqətən də alıcının tam mülkiyyətə keçməməsi bu mübadilənin əmtəə xarakterli olmasını inkar etməyə imkan vermir. Elə əmtəələrlə müasir beynəlxalq ticarətdə də onlardan istifadə üzrə bir sıra məhdudiyyətlər (məsələn: reeksportun qadağan edilməsi və s.) tətbiq edilir ki, bunlar da əmtəə alıcılarının mülkiyyət hüquqlarının tam olmamasını göstərir. Üçüncüsü, lisenziya əməliyyatlarının icarə əməliyyatlarına aid edilməsi ona görə qanunauyğun hesab edilə bilməz ki, əgər icarə zamanı müqavilənin müddəti bitdikdən sonra arendatör müqavilə predmetindən istifadə hüququnu itirirsə, lisenziya ticarətində bu cür şərtin qoyulması ümumiyyətlə mümkün deyildir.
Beynəlxalq lisenziya ticarətində istər lisenziar, istərsə də lisenziat qismində iştirak edən hər bir forma bu yolla bir sıra məqsədlərin yerinə yetirilməsinə çalışır. Belə ki, lisenziarın lisenziya satmaqda maraqlı olması aşağıdakı məqsədlərə nail olmaq istəyi ilə əlaqədardır: elmi-texniki nailiyyətlərin istifadəsindən əlavə gəlir götürmək; bir çox ölkələr tərəfindən idxai üçün qoyulan gömrük və tarif məhdudiyyətlərini dəf etmək; xarici bazarlarda mövqeyini möhkəmləndirmək; yeni texnologiyaların mənəvi köhnəlməsindən qorxaraq, onların sürətlə istehsalda tətbiq edilməsini təin etmək; xarici kontragentlərin onlardan texnologiya asılılığında olmasını təmin etmək və s.
Lisenziatların lisenziya almaqda maraqlı olmalarını şərtləndirən amillər isə aşağıdakılardır: az bir vaxtda yeni texnika və texnologiyaya olan tələbatın ödənilməsi; şəxsi ETTKİ-nin həyata keçirilməsi üzrə vəsaitlərə və vaxta qənaət edilməsi; bazarda mövqeyini möhkəmləndirmək; istehsal olunan məhsulun keyfiyyətini yüksəltmək; lisenziya üzrə əldə olunan elmi-texnrki nailiyyətlərin təsiri hesabına şəxsi ETTKİ-nin gücləndirilməsi və s.
Bütün bu müsbət cəhətləri ilə bərabər beynəlxalq lisenziya ticarətinin bir sıra çatışmazlıqlan da vardır. Lisenziar üçün olan çatışmazlıqlar aşağıdakılardır: lisenziatın yeni rəqib kimi meydana çıxması; lisenziya üzrə istehsal olunan məhsulların keyfiyyəti üzərində nəzarətin çətinliyi və lisenziarın ticarət markasının dəyərdən düşməsi təhlükəsi; bəzi dövlətlərin lisenziya ticarətinə məhdudlaşdırıcı təsiri və s.
Liseziat üçün çatışmayan cəhətlər aşağıdakılardır: alınan xarici elmi-texniki nailiyyətlərin kifayət qədər baha olması; şəxsi ETTKİ-nin zəifləməsi; lisenziya üzrə istehsal olunan məhsullann satış ərazilərinin lisenziarlar tərəfindən məhdudlaşdırılması və s.
Beynəlxalq lisenziya ticarətinin spesifik cəhətləri və xüsusiyyətləri haqlı olaraq beynəlxalq lisenziya bazarının yaranması və inkişafı haqqında fikirlərin meydana çıxmasına səbəb olmuşdur. Lakin vahid beynəlxalq lisenziya bazarının mövcudluğu haqqında olan fikirlər birmənalı deyiidir. Rus iqtisadçısı V. İ. Muxopad bu barədə belə yazır: “Birtərəfdən lisenziya ticarətinin BİM-də rolunun durmadan artması, digər tərəfdən isə ənənəvi mal mübadiləsi forma, metod və adətləri çərçivəsinə daxil olmayan elmi-texniki biliklərlə kommersiya əməliyyatlannın həcminin artması sərbəst patent və lisenziya bazarının olub-olmaması barədə qəti fikir söyləməyi çətinləşdirir”.
O, lisenziya müqaviləsi predmeti olan elmi-texniki nailiyyətlərin istehlak dəyərini analiz etməkiə sərbəst beynəlxalq lisenziya bazarının mövcud olması nəticəsinə gəlmişdir. Bununla belə, bəzi müəlliflər vahid beynəlxalq lisenziya bazarının mövcudluğunu inkar edirlər. Məsələn, rus iqtisadçısı İ. D. İvanov bu fikri belə izah edir: “İxtira, olduqca rəngarəng cəhətlərə malik istehlak dəyərinin məcmusudur. İxtiralarla ticartdə vahid qiymətlər, mərkəzlər yoxdur. Bu səbəbdən də vahid lisenziya bazarı və onun konyunkturası haqqında heç bir söhbət gedə bilməz”.
Bütün bunlara baxmayaraq, lisenziya münasibətlərinin inkişafı son nəticədə ETT şəraitində həm keyfiyyət, həm də kəmiyyət cəhətdən beynəlxalq lisenziya bazarının formalaşması və inkişaf etməsi nəticəsinə gəlməyə imkan verir.
Müasir lisenziya münasibətlərində təkcə elmi-texniki nailiyyətlərin ötürülməsi üzrə məsələlər deyil, eləcə də onların tətbiqi, personalın öyrədilməsi, informasiyaların mübadiləsi və s. geniş həcmli məsələlər tənzimlənir.
Beləliklə, hazırda beynəlxalq lisenziya ticarəti qabaqcıl texnologiyaların ötürülməsi çərçivəsindən kənara çıxan kompleks iqtisadi münasibətləri ifadə edir.
Belə nəticəyə gəlirik ki, beynəlxalq texnologiya mübadiiəsinin ən mühüm formalarından biri olan lisenziya ticarəti BİM-in mühüm tərkib hissələrindən birinə çevrilmiş və ölkələrarası iqtisadi əlaqələrdə onun rolu və əhəmiyyəti durmadan artmaqdadır.
1.2 Beynəlxalq lisenziya ticarətinin obyektləri.
Beynəlxalq lisenziya ticarətinin spesifik xüsusiyyətlərə malik olması hər şeydən əvvəl lisenziya bazarında ticarət predmetləri kimi çıxış edən lisenziya obyektlərinin özünə məxsus keyfiyyətləri ilə şərtlənir.
Artıq əvvəldə qeyd etdiyimiz kimi, beynəlxalq lisenziya ticarəti təcrübəsində lisenziya obyektləri kimi əsasən aşağıdakılar çıxış edirlər: 1) ixtiralar; 2) sənaye nümunələri; 3) əmtəə nişanları; 4) nou-hau və s,
İxtira - yeniliyə və konkret üstünlüklərə malik texniki həlldir. Texniki həll dedikdə geniş mənada müəyyən tələbatların ödənilməsi üçün praktiki üsul və vəsaitlər başa düşülür. Texniki həli bütün hallarda nəzəri cəhətdən əsaslandınlmaiıdır. Texniki həll o vaxt hesab edilir ki, o tamamilə yeni olsun.
Başqa sözlə onun mahiyyəti bu vaxta qədər nə həmin ölkədə, nə də xaricdə tətbiq edilmək üçün mümkün olan səviyyədə aşkar edilməmiş olsun.
İxtira sahibinin ixtiraya olan mülkiyyət hüquqlarının qorunması patenti həyata keçirilir. Patent- texniki həllin ixtira kimi tanınmasını və verildiyi şəxsə (ixtira sahibinə) ixtira üzərində müstəsna mülkiyyət hüququnun verilməsini təsdiq edən sənəddir. Patent, dövlət patent orqanı tərəfindən ixtira sahibinə və ya onun ərazisi ilə onun hüquqlarını qəbul edən şəxsə həmin dövlətin qanunvericiliyi ilə müəyyən olunmuş proseduraya müvafiq verilir. Patentin fəaliyyət müddəti də hər bir dövlətin milli qanunvericiliyi ilə müəyyən olunur (adətən 15-20 il). Patent sahibinin müstəsna mülkiyyət hüququ dedikdə, onun razılığı olmadan heç kimin həmin ixtiradan istifadə edə bilməməsi başa düşülür. Patent sahibi öz ixtira hüquqlannı satmaq və ya ondan istifadə üçün lisenziya üzrə icazə vermək hüququna maükdir.
Patentin alınması üçün adətən ixtira sahibi tərəfindən dövlətə patent rüsumu ödənilir. Əksər inkişaf etmiş ölkələrdə patent haqqı birdəfəlik ödənilir, bəzi ölkələrdə isə patentin fəaliyyət göstərdiyi möüdətdə illik rüsumlar ödənilir.
Adətən, firmalar bir ixtira üçün bir patentlə kifayətlənmirlər. İxtiranı bir neçə ölkədə patentiəşdirməklə patentlər bloku – “çətir” formalaşdırırlar. Bu cəhət rəqiblərin həmin firmanın pioner olduğu texnika sahəsinə girməsinin qarşısını alır.
Müasir kəskin rəqabət şəraitində yeni məhsulun ugurlu satışı üçün bir sıra təbii bazar üstünlükləri ilə yanaşı onların əsasında duran yeniliklərin patent müdafiəsi çox vacibdir.
Patentlər ixtiraların qorunması funksiyasını yerinə yetirməklə bərabər, həm də ən yeni elmi-texniki nailiyyətlər haqqında fasiləsiz informasiya mənbəyi kimi çıxış edirlər. Patent fondlarının köməyi ilə lisenziyaların obyektləri haqqında konkret materiallar toplamaq, yeni ixtiraları sistemli izləməklə aparılan elmi-texniki tədqiqatlan analiz etmək mümükündür.
Sənaye nümunəsi (industrial design) - məmulatın xarici görünüşünü müəyyən edən yeni bədii - konstruktor həllidir. Sənaye nümunəsinin köməyi ilə məhsul formalan (ornamentlər) üzrə inhisarlar müəyyənləşdirilir. İxtıralara olduğu kimi, sənaye nümunələrinə də patent verilir.
Əmtəə nişanı (trademark) - bir müəssisənin məhsullarının digər müəssisənin eyni cinsli məhsullarından fərqləndirməyə xidmət edən təsvirdir. əmtəə nişanları adətən hərfi və ya qrafiki təsvirə malik olurlar. Xidmətlərin identifikasiyası üçün xüsusi xidmət nişanları tətbiq edilir.
İxtira və ya sənaye nümunələri üzrə patentlər, əmtəə və xidmət nişanlarının qeydiyyatını təsdiqləyən sertifikatla birlikdə sənaye mülkiyyəti adlandırırlar ki, o da 1883-cü il Paris konvensiyası ilə qorunur.
Sənaye mülkiyyəti müəllif hüquqları ilə birlikdə intellektual mülkiyyəti formalaşdırır.
Nou-hau - patentləşdirilməyən, gizli xarakterli, sənaye və ya kommersiya dəyərinə malik istehsal bilik və təcrübəsidir. «Nou-hau» termini iik dəfə ABŞ və İngiltərədə işlədilmişdir. İngiliscədən tərcüməsi “necə etməyi bilmək” mənasını verir.
Bir qayda olaraq nou-hau patentləşdirilmir. Burada iki hal mümükündür: bir halda nou-hau faktiki ixtira kimi çıxış edir, lakin bilərəkdən sirr kimi saxlanılır və patentləşdiriimir. Digər halda isə nou-hau ixtira ilə bilavasitə əlaqəli olsa da, öz-özlüyündə qanunvericiliklə müəyyən olunmuş şərtlərə uyğun gəlidiyi üçün patent qabiliyyətli olmur.
Patentləşdirilən ixtiranın sahibindən fərqli oiaraq, nou-hau üzrə lisenziyanın sahibi təbii inhisara malikdir. Nou-hau - yeni texnika və texnologiyaların lahiyələşdirilməsi, işlənməsi, sənaye mənimsənilməsi, eləcə də istehsal, satış, istismar, xidmət, cari və əsaslı təmir və s. bu kimi sahələrlə bağlı olan bilik və təcrübədir. Nou-hau idarəedici - təşkilati, iqtisadi kommersiya, ticarət, maliyyə və s. xarakterli ola bilər. Məsələn: “Nissen elektroniks” və “Merlen end Ceren” firmalan istehsalın idarə edilməsi, məhsulun keyfiyyətinin və satışınm yüksəldilməsi sahəsində nou-hau mübadiləsi üzrə kontrakt imzalamışlar. “Mitsubisi Elektrik Korp” firması “Vestinqaus Elektrik Korp” firmasına istehsalın idarə olunmasının təkmilləşdirilməsi sahəsində nou-hau üzrə lisenziya satmışdır.
İdarəetmə üzrə nou-hau adətən idarəetmənin daha effektiv strukturu və metodları, daha sadə və davamlı üfüqi və şaqüli struktur əlaqələri, öhdəliklərin dəqiq bölüşdürülməsi, bölmədaxili strukturlarda funksional qarşılıqlı təsir və s. bu kimi məsələlərilə bağiı olur.
Kommersiya üzrə nou-hau öz əksini məhsulların reallaşdırıiması sahəsinə aid olan bilik və təcrübədə tapır. Buraya bazarın konyunkturası, daha təcrübəli və presticii vasitəçi firmalar, satış firmalan, məhsulun satılması və reklamının təşkilinin daha səmərəli formaları və s. haqqında məlumatlar daxil olur.
Maliyyə üzrə nou-hau pul vəsaitlərinin, qiymətli kağızların, səhmlərin daha səmərəli istifadə edilməsi formaları, kapital qoyuluşu, vergi sisteminin xüsusiyyətləri, gömrük məhdudiyyətləri, bank birlikləri, kredit firmaları və s. haqqında informasiyaları əks etdirir.
Beynəlxalq lisenziya ticarəti təcrübəsində bağlanan lisenziya müqavilələrinin 50%-indən çoxu ixtira və nou-hau-nun eyni vaxtda ötürülməsini nəzərdə tutur. Yerdə qalan 30-35% yalnız nou-hau, 15-20% isə xalis patent üsenziyalarıdır. Beləüklə, bütün lisenziyaların təxminən 80%-i bu və ya digərformada nou-hau ötürülməsini nəzərdə tutur.
II Fəsil: Beynəlxalq lisenziya ticarətinin müasir vəziyyəti və Azərbaycanın yeri.
-
Beynəlxalq lisenziya ticarətinin müasir vəziyyəti və inkişaf istiqamətləri.
Artıq qeyd etdiyimiz kimi beynəlxalq lisenziya ticarətinin meydana gəlməsi və inkişafı obyektiv iqtisadi amillərlə şərtlənir. Bunlardan ən mühümləri kimi elmi-tədqiqat və təcrübi -konstruktor sferasında BəB-in dərinləşməsi, texnika və texnalogiya sahəsində təsərrüfat həyatının beynəlmiləlləşməsinin güclənməsi, dünya bazarında rəqabət mübarizəsinin kəskinləşməsi ilə əlaqədar daha yaxşı məhsul istehsal etmək məqsədilə firmaların qabaqcıl xarici texnalogiya əldə etmək səylərinin gücləndirilməsi və s. amilləri göstərmək olar. XX əsrin 50-ci illərinə qədər patent və lisenziyalarla daxili ticarətin həcmi onlarla beynəlxalq ticarətin həcmindən çox idi. 50-ci illərdən sonra hər şeydən əvvəl texnika və texnologiya sferasında BəB-in və beynəlmiləlləşmənin dərinləşməsi ilə əlaqədar 1-ci yerə lisenziyalarla beynəlxalq ticarəti keçdi.
Beynəixalq lisenziya ticarəti 60-70-ci illərdə daha geniş sürətlə inkişaf etməyə başladı. Bəzi məlumatlara əsasən bu dövrdə 40 mindən çöx beynəlxalq lisenziya müqaviləsi fəaliyyətdə olmuşdur ki, onların da əsasında 40 mlrd. dollar dəyərində məhsul istehsal edilmişdir. Bu lisenziya müqavilələri üzrə ödənişlər isə 1 ildə 2 mlrd dollardan çox olmuşdur.
C. Vilçinskinin hesablamalarına görə 70-ci illərin ortalarında qüvvədə olan beynəlxalq lisenziya müqavilələrinin sayı təxminən 50 minə qədər olmuşdur ki, bunlar üzrə illik ödənişlərin miqdarı 3 mlrd. doliar təşkii etmişdir.
Sonrakı dövrlərdə də lisenziya ticarətinin artım tempi yüksək olmuşdur. Belə ki, əgər dünya üzrə lisenziya ixracı 1960-cı ildə 1,2 mlrd. dollar idisə, bu göstərici 1970-ci ildə 3 dəfə artaraq 3,5 mlrd. dollar, 1980-ci ildə 10 dəfə artaraq 12,5 mlrd. dollar, 1985-ci ildə 13 dəfə artaraq 15,2 mlrd dollar, 1998-ci ildə isə 53 dəfə artaraq 64 mlrd. dollar təşkil etmişdir. Müvafiq olaraq beynəlxalq lisenziya ticarətinin ümumi dövriyyəsi 1960-cı ildə 2,4 mlrd. dollar, 1970-ci ildə 7 mlrd. dollar, 1980-ci ildə 25 mlrd. dollar, 1998-ci itdə isə 125 mlrd. dollar olmuşdur
Bildiyimiz kimi, lisenziya əsasında istehsal oiunan məhsullann ayrılıqda stastiskası aparılmır. Bununla belə, bəzi qeyri-rəsmi hesablamalara görə lisenziya əsasında istehsal edilən məhsulun həcmi 1970-ci ildə 40 mlrd. dollar, 1980-ci ildə 160-180 mlrd. dollar, 1985-ci ildə 300 mlrd dollar, 1998-ci ildə isə 1 trln. dollarolmuşdur.
Beynəlxalq lisenziya ticarətində iştirak baxımından dünya ölkələri müxtəlif imkanlara malikdirlər. Aydın məsələdir ki, əsas lisenziya satıcılan qismində elm-və texnikanın yüksək inkişaf səviyyəsinə nail olmuş inkişaf etmiş ölkələr çıxış edirlər. əksinə, inkişaf etməkdə olan ölkələr isə bir qayda olaraq lisenziya alıcılan kimi çıxış edirlər. Beynəlxalq lisenziya ticarətinin geniş vüsət aldığı 1960-70-ci illərdən başlayaraq inkişaf etmiş ölkələr beynəlxalq lisenziya bazarında hökmran mövqe tutmuşlar.
1960-cı ildə beynəlxalq lisenziya ticarətinin ümumi həcmində inkişaf etmiş ölkələrin (İEÖ-lər) xüsusi çəkisi 77,2% olmuşdur. Halbuki, bu dövrdə dünya üzrə lisenziya ixracının hamısı (100%-i) onların payına düşmüşdür. Lisenziya ixracındakı hegemon mövqelərinə baxmayaraq sözügedən dövrdə dünya lisenziya idxalının 5,3%-i məhz İEÖ-lərin payına düşmüşdür. Bir sözlə, bu dövrdə öz aralarındakı lisenziya ticarətini də nəzərə almaqla lEÖ-lərin lisenziya gəlirləri onların lisenziya ödənişlərindən 2 dəfə çox olmuşdur. 1970-ci ildə İEÖ-lərin lisenziya ticarətinin ümumi dövriyyəsində xüsusi çəkisi 88,3%-ə qalxmışdır. Bu hər şeydən əvvəl onların ümumi lisenziya idxalında paylarının artması ilə əlaqədar olmuşdur. əksinə, inkişaf etməkdə olan ölkələrin (İEOÖ-lər) lisenziya ticarətində payı 11,3%-ə enmişdir. Onların lisenziya ixracında xüsusi çəkisi isə 0,4% təşkil etmişdir. 1970-ci ildə İEOÖ-lərin lisenziya ödənişləri (808 mln. dollar) onların lisenziya gəlirlərindən (16 mln. dollar), 50 dəfə çox olmuşdur.
1970-1985-ci illər arasında lisenziya ticarətinin həcmi çox böyük sürətlə artmışdır. Belə ki, əgər 1970-ci ildə beynəlxalq lisenziya ticarətinin ümumi həcmi 7 mlrd. dollar təşkil edirdisə, 1985-ci ildə bu göstərici 30 mlrd. dolları ötüb keçdi (başqa sözlə 4 dəfədən çox artdı). Lakin bu dövrdə də İEÖ-lər və İEÖO-lər arasında ziddiyyətli praporsiya davam etmişdir. Lisenziya ixracının 99,3%-i İEÖ-lərin payına düşmüşdür.
İEOÖ-in isə üsenziya idxalında xüsusi çəkiləri 28,9%-ə qalxmışdır. Buna müvafiq olaraq onların illik liseziya ödənişlərinin miqdarı 4,3 mlrd. dollardan artıq olmuşdur.
1985-2000-ci illəri əhatə edən dövrdə dünya ölkələrində elm və texnikanın görünməmiş sürətlə inkişafı, elmi-tədqiqat və təcrübi-konstruktor işləri sferasında ixtisaslaşmanın güclənməsi, elmi-texniki nailiyyətlərin mənəvi köhnəlmə müddətinin hədsiz dərəcədə azalması və digər bu kimi obyektiv amillərin təsiri nəticəsində beynəlxalq lisenziya ticarəti olduqca böyük sürətlə artmışdır. Təkcə onu demək kifayətdir ki, 1985 -1998-ci illər arasında beynəlxalq lisenziya ticarətinin ümumi dövriyəsi 4 dəfədən çox artaraq 30 mlrd. doll.-dan 125 mlrd. dollara çatmışdır.
Çox maraqlıdır ki, bu dövr ərzində İEOÖ -lərin lisenziya ixracında xüsusi çəkisi 0,7%-dən 3%-ə qədər artmışdır. Digər tərəfdən isə onların dünya lisenziya idxalında payları 28,9%-dən 16%-ə enmişdir. Bu hər şeydən əvvəi İEÖ-lərin öz aralannda lisenziya mübadiləsinin artması ilə əlaqədar olmuşdur.
Beləliklə, hazırda dünya lisenziya ixracının 97%-i , idxalının 84%-i və bununla da, beynəlxalq lisenziya ticarətinin ümumi həcminin 91%-i İEÖ -lərin payına düşür.
Hər bir ölkənin beynəlxalq lisenziya ticarətindəki mövqeyi öikənin iqtisadi gücü, elmi-texniki potensialının inkişafı səviyyəsi və strukturu ilə müəyyən olunur.
Hal-hazırda dünya ölkələrinin böyük əksəriyyəti eyni zamanda həm üsenziya alıcısı, həm də satıcısı kimi çıxış edirlər.
Müasir dövrdə ABŞ yeganə ölkədir ki, onun lisenziya ixracı həmişə lisenziya idxalından çox olmuşdur. Digər sənayecə yüksək inkişaf etmiş ölkələrdə isə bəzi illərdə lisenziya idxalı lisenziya ixracını üstələmişdir. (Cədvəl 1)
Tam qətiyyətlə deyə bilərik ki, bütün dövrlərdə əhəmiyyətinə görə beynəlxalq lisenziya tiçarətinin ən mühüm mərkəzi ABŞ olmuşdur. Hal-hazırda ABŞ heç bir qeyri-şərtsiz dünya lisenziya tiçarətində də lider ölkə hesab olunur. ümumiyyətlə, ABŞ-ın lisenziya tiçarətinin ixraç yönümlü oiması tarixi xarakter daşıyır və ölkənin elmi-texniki potensialının yüksək səviyyəsini əks etdirir. Təkçə onu demək kifayətdir ki, ABŞ-ın elmi-tədqiqat və təçrubi-konstruktor işləri üzrə xərcləri İngiltərə, Almaniya, Yaponiya, Fransa və İtaliyanın müvafiq xərclərinin cəmindən çoxdur.ABŞ-ın beynəlxalq lisenziya tiçarətinin həcmi olduqca dinamnik sürətlə artmışdır.
Cədvəl 1
Aparıcı İEÖ-lərin üsenziya ticarətinin dinamikası (mln. dollar)
Ölkələr
|
1992
|
1995
|
2000
|
İxrac
|
İdxal
|
İxrac
|
İdxal
|
İxrac
|
İdxal
|
ABŞ
|
20840
|
5161
|
30294
|
6922
|
36808
|
11292
|
Yaponiya
|
3062
|
7200
|
6013
|
9422
|
7388
|
8947
|
İngiltərə
|
4191
|
3963
|
5624
|
4923
|
6720
|
6123
|
Almaniya
|
2073
|
4500
|
3132
|
5920
|
3254
|
4890
|
Fransa
|
1582
|
2073
|
1856
|
2324
|
2341
|
2724
|
İtaliya
|
241
|
1442
|
462
|
1166
|
477
|
1155
|
Kanada
|
|
|
374
|
1885
|
574
|
2073
|
Avstriya
|
122
|
421
|
133
|
533
|
99
|
811
|
İrlandiya
|
39
|
1154
|
132
|
2724
|
177
|
6236
|
Belçika
|
867
|
1276
|
582
|
1158
|
668
|
1097
|
Niderland
|
1613
|
2308
|
2370
|
3006
|
2432
|
2964
|
İspaniya
|
101
|
1070
|
196
|
1267
|
243
|
1866
|
İsveç
|
641
|
717
|
889
|
1004
|
1114
|
939
|
Portuqaliya
|
13
|
75
|
19
|
237
|
41
|
290
|
Çexiya
|
1,3
|
5,3
|
14
|
55
|
57
|
113
|
Slovakiya
|
|
|
11
|
79
|
14
|
55
|
Norveç
|
122
|
184
|
111
|
375
|
90
|
341
|
Finlandiya
|
63
|
271
|
58
|
389
|
106
|
411
|
Yeni Zelandiya
|
|
...
|
|
...
|
230
|
432
|
Sloveniya
|
...
|
...
|
11
|
79
|
14
|
55
|
Cənubi Afrika
|
53
|
139
|
45
|
293
|
72
|
165
|
İsrail
|
96
|
103
|
135
|
156
|
218
|
210
|
Mənbə: “Balance of Payments Statistics. Yearbook”.2001.
Belə ki, 1960-1985-ci illər arasında ABŞ lisenziya ticarəti dövriyyəsi 10 dəfə artaraq 912 mln. doll.-dan 9 mlrd. doll.-a çatmışdır. Lakin bu artıma baxmayaraq həmin dövr ərzində dünya lisenziya ticarəti dövriyyəsində ABŞ-ın xüsusi çəkisi 38,6%-dən 29,7%-ə enmişdir. Bunun da əsas səbəbi, həmin mərhələdə Yaponiya və Qerbi Avropa ölkələrinin dünya lisenziya ixracında xüsusi çəkilərin artması ilə əlaqədar olaraq, ABŞ-ın dünya lisenziya ixracında xüsusi çəkisi 70,8%- dən 56,3%-ə enməsi olmuşdur.
1998-ci ilin nəticələrinə görə dünya lisenziya ticarətinin 38%-i (48 mlrd. doll.), ixracının 57,2%-i (36 mlrd. doll.), idxalının isə 18%-i (11 mlrd. doll.) ABŞ-ın payına düşmüşdür.
ABŞ-ın lisenziya ticarətinin əsas hissəsi Yaponiya və Qərbi Avropa ölkələrinin payına düşür. Belə ki, ABŞ-ın lisenziya ixracının 85-90 %-i, lisenziya idxalının isə 90%- i bu ölkələrin payına düşür. Qeyri-rəsmi hesablamalara görə dünya ölkələrində ABŞ lisenziyarı əsasında istehsal olunmuş məhsulun həcmi 1985- ci ildə 180-200 mlrd. doll. Olmuşdursa, bu göstərici 2000- ci ildə təxminən 500-550 mlrd. doll. təşkil etmişdir.
Beynəlxalq lisenziya ticarətində əhəmiyyətinə görə 2-ci ölkə Yaponiyadır. Heç şübhəsizdir kiT “Yapon möcüzəsi”-nin əldə edilməsinin ən mühüm amili xaricdən lisenziya əsasında elmi-texiki naliyyətlərin alınması və onlardan effektiv istifadə olunması olmuşdur. Belə ki, XX əsrin 50-ci illərindən etiarən Yaponiya lisenziya idxalı üzrə geniş miqyaslı əməliyyatlar həyata keçirməyə başladı Nəticədə, qısa dövr ərzində Yaponiya bilavasitə xarici elmi-texniki naliyyətlərdən istifadə etməklə güclü elmi-texniki potensial əldə etdi. ən əsası isə xarici texnalogiya və təcrübə əsasında ölkənin milli elmi-tədqiqat bazası formalaşdırıldı.
Mütəxəssislərin fikirincə Yaponiya lisenziya almağı gücləndirməklə təkcə 10 il ərzində (1950-1960-cı illər) ABŞ-dan iqtisadi geriliyini 2 dəfə azaltmağa nail olmuşdur. Maraqlıdır ki, həmin dövrdə elmi-tətqiqat və təcrübi-konstruktor işləri üzrə xərclər Yaponiyada ABŞ-dan 100 dəfə az olmuşdur.1 -
60-70-ci illərdə artıq güclü iqtisadi inkişaf səviyyəsinə nail olmuş Yaponiya tədiricən lisenziya ixracına başladı. 1960- 1985-ci illər arasında Yaponiyanın lisenziya ixracı 125 dəfə, lisenziya idxalı isə 25 dəfə artmışdır. Sonrakı dövlətlərdə də lisenziya ixracının mütləq həcminin artım sürəti lisenziya idxalının mütləq həcminin artım sürətindən böyük olmaqda davam etmişdir. Lakin, buna baxmayaraq bütün dövlətlərdə olduğu kimi indi də Yaponiya xarici lisenziya ticarətində mənfi saldoya malikdir.
1998-ci ilin göstəricilərinə görə dünya liseziya ticarəti dövriyyəsinin 13%-i (16,3 mlrd.doll.), lisenziya ixracmın 11,6%-i (7,4 mlrd. doll.), lisenziya ixracının isə 15%-i (8,9 mlrd. doil.) Yaponiyanın payına düşür. Bu göstəricilərə görə Yaponiya dünya ölkələri içərisində yalnız ABŞ-dan geri qalır. Yaponiyanın lisenziya idxalının 80%-dən çoxu ABŞ-ın və Qərbi Avropa ölkələrinin payına düşür. Yaponiya firmaları ABŞ-dan aldıqları lisenziyalar əsasında istehsal etdikləri məhsullarla müvafiq əmtəə bazarlarında ABŞ-a qarşı güclü rəqabət mübarizəsi apanrlar. Bu amil ABŞ firmalarını çox narahat edir. Bu barədə “Teksas insturments” (ABŞ) kompaniyasının prezdenti belə qeyd edir: ABŞ-dan lisenziya almış firmalar bizə qarşı daha) skin rəqabət mübarizəsi aparırlar.Bizim malik olduğumuz daha qiymətli yeni jliyyətlərin xaricə satışını dayandırmağın vaxtı çatmışdır”.
Beynəlxalq lisenziya tiçarətinin 3-cü ən mühüm mərkəzi Qərbi Avropa; sab olunur. Ingiltərə, Almanya, Fransa, Italiya, İsveçrə, Niderland, jynəxalq lisenziya ticarətində daha fəal iştirak edirlər.
İngiltərə və İsveçrə xariçi lisenziya ticarətində müsbət saldoya malik maları ilə seçilirlər. Hər 2 ölkə lisenziya ixracını stimullaşdıran siyasət həyata jçirir. Bunun nəticəsi olaraq 1991-1998-ci illər arasındakı Ingiltərənin enziya ixracı 2 dəfə artmışdır. Hal-hazırda İngiltərənin dünya lisenziya •acında xüsusi çəkisi 10,4% (6,7 mlrd. doll.), lisenziya idxalında xüsusi çəkisi isə 10% (6,1 mlrd. doll.) təşkil edir. Bu göstəricilərə görə İngiltərə yalnız 3Ş və Yaponiyadan geri qalır.
Almaniya və Fransa xarici lisenziya ticarətində mənfi saldoya malikdirlər. jnun səbəbi ondadır ki, bu ölkələr bütün aparıcı sahələri üzrə texnalogiyanın jviyyəsinin qaldırılması və özlərinin elmi-texniki tədqiqat işlərini icləndirmək üçün xarici təcrübə və biliklərdən geniş sürətdə istifadə edirlər. jnunla əlaqədar olaraq onlar lisenziya müqavilələri üzrə gəiirlərin və jrclərin balanslaşdınlmasına cəhd göstərmirlər. Bununla belə, son dövrlərdə maniya və Fransanın lisenziya ixracı əhəmiyyətli dərəcədə artmışdır.
Qərbi Avropanın, İtaliya, Beliçka, İsveç, Danimarka, İspaniya kimi ölkələri ) lisenziya ixracına malik olsalar da, onlar əsasən lisenziya idxal edən kələr qrupuna aid edilirlər.
Ümumiyyətlə inkişaf səviyyəsinə görə ABŞ və Yaponiyadan geri qalsalar da son dövrlər bir sıra sahələr üzrə əhəmiyyətli uğurlar qazanmışlar.
Vahid iqtisadi ittifaqa daxil olduqdan sonra bu ölkələrdə elmi-texniki kişaf daha da sürətlənmişdir. Bütün bunların nəticələri olaraq Almaniya, giltərə, Fransa, İsveçrə, İtaliya dünya elmi-texniki yenilikiər bazarında ABŞ »Yaponiyaya qarşı güclü rəqabət mübarizəsi aparırlar.
Elmi-texniki inkişaf səviyyəsinə görə İEÖ-lərdən əhəmiyyətli dərəcədə geri qalan İEOÖ-lər beynəlxalq lisenziya ticarətində bir qayda olaraq lisenziya xalçısı kimi iştirak edirlər (cədvəl 2).
Cədvəl 2
Bir sıra lEOÖ-iərin və keçmiş SSRİ respublikalarının lisenziya ticarətinin dinamikası (min. dollar)
Ölkələr
|
1992
|
1995
|
2000
|
İxrac
|
İdxal
|
İxrac
|
İdxal
|
İxrac
|
İdxal
|
Çin
|
|
|
|
|
63
|
420
|
Argentina
|
6
|
289
|
7
|
337
|
8
|
422
|
Braziliya
|
12
|
55
|
32
|
529
|
142
|
1075
|
Meksika
|
85
|
472
|
114
|
484
|
139
|
454
|
Çili
|
1
|
39
|
2
|
50
|
91
|
56
|
Paraqvay
|
81,6
|
0,1
|
139,8
|
..
|
185,2
|
0,5
|
Koreya
|
105
|
1629
|
299
|
2385
|
260
|
2369
|
Tailand
|
9
|
281
|
1
|
630
|
, 7
|
514
|
Filippin
|
..
|
55
|
|
99
|
|
70
|
Hindistan
|
1
|
69
|
1
|
90
|
19
|
201
|
Misir
|
. .
|
|
47
|
97
|
56
|
392
|
Mərakeş
|
1
|
67
|
3
|
125
|
7
|
171
|
Macarıstan
|
38
|
30
|
32
|
70
|
46
|
215
|
Polşa
|
|
|
4
|
44
|
22
|
195
|
Rusiya
|
..
|
..
|
4
|
4
|
28
|
2
|
Litva
|
..
|
|
0,3
|
1,4
|
7,2
|
6
|
Estoniya
|
..
|
..
|
0,9
|
1,1
|
1,2
|
7
|
Beiarusiya
|
|
|
..
|
|
0,9
|
1,1
|
Mənbə: “Balance of Payments Statistics. Yearbook” - 1999.
Beynəlxalq lisenziya ticarətində iştirak səviyyəsinə görə İEOÖ-Iəri 3 qrupa bölmək olar.
-
Lisenziya ticarətinin idxal-ixrac istiqamətli olduğu ölkələr. Bu qrupa Braziliya, Argentina, Mekiska, Koreya, Paraqvay, Çili, Hindistan və s. Onlar əsasən qonşu ölkələrə lisenziya ixrac edirlər.
-
Lisenziya ticarətinin idxali yönümlü olduğu ölkələr. Bu qrupa Panama, əlcəzair, Tailand, Filippin, Mərakeş və s. ölkələr daxildirlər. Bu ölkələr idxal etdikləri lisenziya əsasında əldə etdikləri yeni texnalogiyaları əsasən sənaye obyeklərinin tikilməsi məqsədi ilə istifadə edirlər.
-
Lisenziya ticarətində iştirak etməyən və ya iştirakları epizodik xarakter daşıyan ölkələr. Bu qrupa Efioniya, Konqo, Burundi, Trinidad, Uqanda və s. bu kimi geridə qalmış ölkələr aid edilirlər.
Bütövlikdə dünya lisenziya ticarəti dövriyyəsinin 9%-i (10,8 mlrd. doli), lisenziya idxalının 16%-i (9,3mlrd. doll), lisenziya ixracının isə 0,7%-i (1,5 mlrd. doll.) İEOÖ-lərin payına düşür. Bu ölkələrin lisenziya idxalının dinamikasına fikir verdikdə, aydın olur ki, 1960-1998-ci illərdə onların dünya lisenziya ixracında xüsusi çəkiləri 45,7%-dən 0,7%-ə düşmüşdür. Halbuki bu dövrdə lisenziya idxalının mütləq həcmi 17 dəfə artmışdır.
Bununla belə, İEOÖ-lərin içərisində elələri var ki, idxal olunan lisenziyalardan effektiv istifadə nəticəsində iqtisadi inkişaf səviyyələrini xeyli yüksəltmişlər. Buna ən yaxşı misal kimi Koreya Respubilkasını göstəmək olar. Belə ki, 80-ci illərdən etibarən Koreya İEÖ-lərdən, xüsusilə də Yaponiyadan lisenziya idxalını sürətlə artırmağa başladı. Məhz lisenziyalardan istifadə etməklə Koreya tez bir zamanda özünün iqtisadi inkişaf səviyyəsini və elmi-texniki potensialını yüksəltməyə nail oldu.
XX əsrin sonunda dünya sosialist sisteminin dağılması ilə əlaqədar yaranan yeni müstəqil dövlətlər dünya iqtisadiyyatına inteqrasiya etməklə beynəlxalq lisenziya ticarətinə də qoşulmuş oldular. Hazırda bu ölkələrin əksəriyyəti əsasən lisenziya idxalçısı kimi çıxış edirlər.
Bir neçə post-sosialist ölkəsi isə artıq lisenziya ixracatçısı kimi çıxış edir. Bunlardan Çin, Çexiya, Slovakiya, Rusiya daha əhəmiyyətli lisenziya ixracatçılan hesab oluna bilərlər. Çin elm və texnikanın müxtəlif sahəiəri üzrə dünya liderləri səviyyəsinə nail olmuşdur.
Bunlardan fərqli olaraq keçmiş sovet respublikaları beynəlxalq lisenziya ticarətində çox zəif iştirak edirlər. Bu respublikalar xarici ölkələrdə çox az miqdarda lisenziya almışlar. Onların xarici lisenziya ticarəti əsasən öz aralarında apanlır. Bununla belə, Rusiya, Ukrayna, Belarus, Özbəkistan bu sahədə bəzi ilkin nailiyyətlər əldə etmişlər.
Beynəlxalq lisenziya tiçarətinin çoğrafi strukturunu öyrəndikdən sonra onun sahəvi strukturunun da öyrənilməsi vacibdir. Beynəlxalq lisenziya ticarətinin sahəvi strukturunun əsas tərkib hissələri kimi elektrotexnika yə elektronika, ümumi maşınqayırma, kimya və neft-kimya, nəqiiyyat maşınqayırması, teksil və ərzaq, metallurgiya, tikinti, kənd təsərrüfatı sahələri çıxış edirlər. Hazırda aparıcı İEÖ-lərin (demək olar ki.dünyanın) lisenziya gəlirlərinin 15%-i kimyanın, 20%-i ümumi maşınqayırmanın, 22%-i
Cədvəl 4
Aparıcı İEÖ-lərin əsas sahələr üzrə lisenziya ticarətinin ixrac struKturu
(%-lə,mötərizədə mln.dollarla)
Lisenziya ticarə-ti sahələri
|
Cəmi İEO-lər
|
ABŞ
|
Ingiltərə
|
Almaniya
|
Fransa
|
Italiya
|
Yaponiya
|
1985
|
2000
|
1985
|
2000
|
1985
|
2000
|
1985
|
2000
|
1985
|
2000
|
1985
|
2000
|
1985
|
2000
|
Kimya və onunla bağlı sahələr
|
100 (644)
|
100 (9172)
|
43,8
|
42,8
|
14,0
|
18,3
|
6,2
|
8,9
|
4,0
|
4,6
|
12,3
|
0,9
|
4,0
|
8,9
|
Umumi maşın-qayırma
|
100 (853)
|
100 (12664)
|
71,2
|
75,6
|
3,7
|
6,9
|
2,8
|
3,3
|
0,8
|
1,3
|
3,7
|
0,5
|
1,2
|
8,1
|
EleKtrotexniKa və eleKtronİKa
|
100 (892)
|
100 (14048)
|
62,3
|
60,2
|
5,6
|
8,6
|
3,0
|
3,7
|
4,5
|
4,7
|
4,0
|
0,4
|
3,7
|
14,5
|
Nəqliyyat maşın qayırması
|
100 (1555)
|
100 (9684)
|
65,2
|
60,8
|
4,9
|
7,1
|
4,8
|
6,4
|
3,9
|
2,7
|
8,4
|
0,7
|
5,6
|
15,3
|
TeKStil və ərzaq sənayesi
|
100 (943)
|
100 (7320)
|
53,4
|
30,2
|
14,2
|
8,3
|
14,2
|
6,4
|
3,1
|
4,8
|
8,5
|
4,2
|
1.9
|
14,4
|
Digər sahələr
|
100 (4327)
|
100 (9952)
|
51,0
|
42,2
|
7,7
|
13,1
|
7,8
|
7,9
|
4,0
|
4,9
|
7,2
|
2,3
|
8,9
|
23,3
|
Cəmi
|
100 (15214)
|
100 (62840)
|
56,4
|
57,2
|
7,8
|
10,7
|
4,2
|
5,2
|
3,4
|
3,7
|
7,0
|
0,8
|
4,8
|
11,8
|
Mənbə: "Balance of Payments Statistics. Yearbook" -un dövrü nəşrləri.
elektrotexnika və elektronikanın, 16%-i nəqiliyyat maşınqayırmasının, 6%-i tekstil və ərzaq sənayesinin, 21%-i isə yerdə qalan sahələrin payına düşür. Ayrı-ayrı aparıcı İEÖ-lərin liseziya ixracında göstərilən sahələrin xüsusi çəkiləri
Beynəxalq lisenziya tiçarətinin əsas sahəiəri üzrə lisenziya ixracında da ayrı-ayrı ölkələrin payları müxtəlifdir. Məsələn, İEÖ-lər üzrə kimya sahəsində lisenziya ixraçında 48,2%-i ABŞ-ın, 18,3%-i İngiltərənin, 8,9%-i Almaniyanın, 4,6%-i Fransanm, 0,9%-i İtaliyanın, 8,9%-i Yaponiya, 10,2%-i isə digər İEÖ-lərin payına düşür. (Cədvəl 4). İEÖ-lərin lisenziya ixraçının 90%-nin elə İEÖ-lərin payına düşdüyünü nəzərə alaraq demək olar ki, İEÖ-lərin lisenziya idxalının sahəvi strukturu onların lisenziya ixraçının sahəvi strukturu ilə eynidir
İEOÖ-lərin lisenziya idxalının strukturunda kimya 16%, ümumi maşınqayırma 14%, nəqliyyat maşınqayırması 18%, elektrotexnika və elektronika 16%, tekstil və ərzaq sənayesi 18%, digər sahələr isə 18% xüsusi çəkiyə malikdirlər. Onların lisenziya ixraçının strukturunda isə əsas yeri istehsalat tətbiq edilməmiş ixtiralar və ideyalartuturlar.
Beləliklə, bütün bunlar beynəlxalq lisenziya tiçarətinin müasir vəziyyətini xarakteriza etmiş olur. Beynəlxalq lisenziya mübadiləsinin xarakterini və eləcə də, dünya iqtisadiyyatında gedən qlobal proseslərin obyektiv nəticəsi olaraq hazırda beynəlxalq lisenziya ticarətinin inkişafatında bir sıra meyllər özünü biruzə verir. Bu inkişaf meyiilərindən xüsusilə aşağıdakıları göstərmək olar:
-
Beynəxalq lisenziya tiçarətinin beynəxalq iqtisadi münasibətlərin ən mühüm və ən gəlirli sahələrindən birinə çevrilməsi.
-
Elmi — texniki biliklərin inhisara alınması.
-
Beynəxalq lisenziya ticarəti sferasında rəqabət mübarizəsinin kəskinləşməsi.
-
Beynəxalq lisenziya ticarətində TMK-ların rolunun artması.
-
Kompaniyadaxili lisenziya ticarətinin güclənməsi.
-
Beynəxalq lisenziya ticarətində kiçik və orta firmaların rolunun artması.
-
Beynəlxalq lisenziya ticarəti sferisında marketinq fəaliyyətinin gücİəndirilməsi.
-
Lisenziya müqavilələrinin müqavilələrinin kompleks xarakteri alması.
-
Nou-hau ötürülməsi üzrə bağlanan lisenziya müqavilələrinin sayının xeyli artması.
-
Dostları ilə paylaş: |