Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu


 Təsviri incəsənət təliminin təşkilində istifadə olunan forma və üsullar



Yüklə 1,44 Mb.
Pdf görüntüsü
səhifə74/167
tarix15.05.2022
ölçüsü1,44 Mb.
#115909
1   ...   70   71   72   73   74   75   76   77   ...   167
16 Təsviri incəsənət-kurikulum

2.2. Təsviri incəsənət təliminin təşkilində istifadə olunan forma və üsullar 
barədə  
Təsviri  incəsənət  fənni  üzrə  təlimin  təşkili  zamanı  şagirdlərin  ümumi 
inkişafı,  bilik  və  bacarıqlarının  nümayişi  diqqət  mərkəzində  durur.  Burada 
müxtəlif  məşğələ  növləri  vasitəsi  ilə  şagirdlərin  idraki,  hissi  və  psixomotor 
bacarıqları  inkişaf  etdirilir.  Bu  prosesdə  fənnin  imkanlarından  irəli  gələn 
xüsusiyyət kimi hissi və psixomotor bacarıqlara üstünlük verilir. Şagirdlərin yaş 
xüsusiyyətləri, meyil və maraqları nəzərə alınır. Burada dərsin ənənəvi formaları 
ilə yanaşı, aşağıdakı təşkilati formalarından da istifadə olunur. 
Təsviri  incəsənət  fənninin  təlimində  dörd  əsas  iş  forması  nəzərdə 
tutulmuşdur: kollektiv, qruplarla iş, cütlərlə iş və fərdi iş. Hər bir təlim forması 
dərsin  məqsədindən  asılı  olaraq  seçilir  və  şagirdlərin  fəaliyyəti  bu  iş  formaları 
üzərində qurulur. 
Kollektivdə iş formasında şagirdlərdə kollektiv fəaliyyətə alışmaq bacarı-
ğının  bünövrəsi  qoyulur,  onlarda  ünsiyyətqurma  bacarığının  təşəkkülü  və 
inkişafı təmin edilir. 
Qruplarla  iş  –  Şagirdlər  müəyyən  problemi  həll  etmək  üçün  kiçik  (5–6 
nəfərlik) və ya böyük (komanda) qrupda birləşirlər. Bu prosesdə onların  müza-
kirə  etmək,  fikir  mübadiləsi  aparmaq,  mühakimə  yürütmək  və  birgə  fəaliyyət 
göstərmək bacarıqları inkişaf edir. 


52 
 
Cütlərlə  iş  zamani  şagirdlər  təlim  tapşırıqlarını  cütlüklərdə  yerinə 
yetirirlər.  Bu  dərs  forması  şagirdlərə  daha  yaxından  əməkdaşlıq  etməyə  və 
ünsiyyət qurmağa, məsuliyyəti bölüşməyə imkan yaradır.  
Fərdi iş şagirdin  fəaliyyətini  izləmək, potensial  imkanlarını  müəyyənləş-
dirmək və inkişaf etdirmək  məqsədi daşıyır.  Bu təlim forması şagirdin sərbəst 
düşünməsi,  özünəməxsus  bilik,  bacarıq  və  qabiliyyətlərini  nümayiş  etdirməsi 
üçün real imkanlar yaradır. 
Tədris  prosesinin  optimal  şəkildə  həyata  keçirməsi  hər  bir  təsviri 
incəsənət müəlliminin əsas məqsədi olmalıdır. Bu prosesdə şagirdlərin fəallığına 
nail  olmaq,  onların  düşünmə  qabiliyyətini  və  yaradıcılıq  imkanlarını  inkişaf 
etdirmək, əldə etdikləri bilik və bacarıqların mənimsənilməsinə, praktik təcrübə-
də tətbiqnə  maraq yaratmalıdır. Sadalanan  məqsədləri həyata keçirmək, qarşıya 
qoyulan mühüm əhəmiyyətli vəzifələri həyata keçirmək üçün müəllim şagirdləri 
fəal  təlimə  cəlb  edə  bilən  metod,  texnika  və  üsullarla  yaxından  tanış  olmalı, 
təlim  prosesində  qarşıya  çıxan  çətinlik  və  çatışmazlıqları  aradan  qaldırmaq 
yollarını bilməli və tətbiq olunan metodların əhəmiyyətini başa düşməlidir. 
Müasir  dövrdə  ən  demokratik  metod  hesab  edilən  fəal  təlimin  həyata 
keçirilməsinə  çox  böyük  tələbat  vardır.  Təlim  prosesində  fəal  təlimi  həyata 
keçirmək  üçün  tələb  olunan  demokratik  mühitin  yaradılması  mühüm  şərtlər-
dəndir. Təlim prosesində yaradılan demokratik mühüt müəllim və şagirdlər üçün 
eyni  səviyyədə  tələblər  qoyur.  Bütün  bunlar  təlim  prosesində  qarşılıqlı  hörmət 
və ünsiyyətin əsasını qoyur, şagirdi gələcək həyata hazırlayır, onun bir şəxsiyyət 
kimi formalaşmasında əhəmiyyətli rol oynayır. 

Yüklə 1,44 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   167




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin