Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu



Yüklə 1,44 Mb.
Pdf görüntüsü
səhifə91/167
tarix15.05.2022
ölçüsü1,44 Mb.
#115909
1   ...   87   88   89   90   91   92   93   94   ...   167
16 Təsviri incəsənət-kurikulum

Təsviri 
incəsənətin 
növlər
 
nönövləri 
Dekorativ-
tətbiqi sənət 
 
Boyakarlıq 
Qrafika 
 
Memarlıq 
 
Heykəltəraşlıq 
Akvarel, 
quaş, 
tempra, akril 
və .s  


67 
 
      2. Mövzu ilə əlaqəli bütün sözlər mərkəz sözün ətrafında yazılır. 
      3. Bir-birilə əlaqəli olan fikirlər arasında xətt çəkilərək birləşdirilir.  
      4.  Bütün  fikirlərin  yazıya  köçürülməsi  və  ideyalar  axını  üçün  vaxt  qoyulur. 
(5–10 dəqiqə).  
      5.  Şagirdlər  mümkün  qədər  çox  fikir  və  əlaqəli  ifadələr  yazmağa  həvəs-
ləndirilir  (bu  onların  dünyagörüşünü,  mövzuya  dair  biliklərinin  səviyyəsini 
göstərən meyardır).  
Bu üsuldan istifadə olunması  təsviri və dekorativ sənətin növ və janrlarına 
dair anlayışlar barədə təsəvvürlərin yaranmasına, öyrənilmiş biliklərin sistemləş-
dirilməsinə,  əldə  olunmuş    yeni  anlayışlar  hesabına  vizual  yaddaş  ehtiyatlarının 
zənginləşdirilməsinə imkan yaradır. Bir-birilə əlaqəsi olan anlayışların mənimsə-
nilməsi  şagirdlərə  nəzəri  bilikləri  daha  yaxşı  öyrənməyə  və  onların  ümumi 
inkişafına təkan verir. 
 
«Diskussiya» 
 “Təsviri  incəsənət”  təlimində  diskussiyadan  istifadə  didaktik  əhəmiyyət 
daşıyır.  Diskussiya  şagirdlərin  kommunikativ  bacarıqlarının  formalaşdırılma-
sında mühüm rol oynayır.  
Diskussiyalarda  iştirak  edən  şagirdlər  sual  və  replikalarla  müzakirələrə 
qoşulur, canlı və cansız əşyalardan, fakt və hadisələrdən istifadə etməklə  məntiqi 
fikir yürütmək bacarıqlarını nümayiş etdirirlər. Təsviri sənət fənnindən  aldıqları 
nəzəri bilikləri təcrübədə də tətbiq etmək imkanı qazanırlar. 
 
«İNSERT» 
     Fəal  təlim  metodlarından  biri  kimi,  təsviri  incəsənət  fənninin  tədrisində 
«Səmərəli Mütaliə və Yazı üçün İnteraktiv Qeydetmə Sistemi»-ndən ( İNSERT) 
geniş istifadə imkanları vardır. 
        Bu  metod  dərslikdəki  mətnin  aktiv  fəaliyyətlə,  yəni  şagirdin  öz 
münasibətini  bildirərək  oxunmasıdır.  Şagird  mövzudakı  fikirlərə  münasibətini 
qəbul olunmuş işarələrlə «V» – bu məlumat mənə tanış idi, «–» bu informasiya 


68 
 
mənim    əvvəllər  bildiyimi  rədd  edir,  «+»  bu  informasiya  mənim  üçün  yenidir, 
«?»  bu  məsələyə  dair  əlavə  məlumat  almaq  istərdim)  bildirir.  Dərslik  mətni 
oxunduqdan sonra ümumiləşmələr aparılır və qeyd olunur. 

Yüklə 1,44 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   167




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin