1.2.5 Sümüyün daxili (fiziki) quruluşu
Daxili quruluşuna görə sümüklər sıx, məsaməli və qarışıq olur.
1.2.6 Sümüyün kimyəvi tərkibi
Sümüklərin kimyəvi tərkibində üzvi və qeyri üzvi maddələr vardır. Sümüyün kimyəvi tərkibi heyvanın yaşından, yemlənmə və bəslənməsindən asılı olaraq dəyişir. Cavan heyvanların sümüyü yumşaq və elastik (üzvi maddələrin hesabına) olur, yaşlı heyvanların sümüyü isə kövrək və məsaməli (osteoporoz) olur. Yaşlı heyvanın sümüyünün tərkibində 50% su, 15,75% yağ, 12,4% ossein (kollagen lifləri) və 21,85% qeyri-üzvi maddələr olur. Qeyri- üzvi müxtəlif duzlar şəklində olur. Əsasən kalsium fosfat (60%), kalsium karbonat (5,9%) və maqnezium sulfat (1,4%) şəklində olur. lakin sümüklərin tərkibində bir çox elementlər vardır.
Mineral duzlar zəif xlorid və nitrat turşusunda asan həll olur. Bu proses kalsiumsuzlaşma adlanır. Bu prosesdən sonra sümüyün təkibində sümüyün formasını saxlayan üzvi birləşmələr qalır. O sadəcə elastik vəziyyətdə olur. Üzvi maddələri yandırdıqdan sonra sümük yenə öz formasını saxlayır, ancaq kövrək olur və tez dağılır.
Ancaq üzvi və qeyri üzvi maddə nisbəti saxlandıqda sümüklər möhkəm və davamlı olur.
Dostları ilə paylaş: |