Tənəffüs orqanizmi oksigenlə təmin etmək və karbon qazını orqanizmdən xaric etmək proseslərinin məcmusudur:
Xarici mühit və alveollar arasında hava mübadiləsi (xarici tənəffüs)
Alveolyar hava və qan arasında qaz mübadiləsi (ağ ciyərlərdəqaz mübadiləsi)
Qazların qanla daşınması
Qan və toxumalar arasında qaz mübadiləsi
Hüceyrələrin oksigeni istifadə etməsi və karbon qazını ayırması
Xarici tənəffüs döş qəfəsinin ritmik tənəffüs hərəkəti (nəfəs alma- nəfəs vermə) nəticəsində baş verir. Nəfəs alma zamanı döş qəfəsinin həcmi böyüyür, ağciyərlər genişlənir, təzyiq atmosfer təzyiqindən aşağı düşür və hava havayolları vasitəsilə ağ ciyər alveollarına daxil olur. Nəfəs vermə zamanı tənəffüs əzələləri boşalır, döş qəfəsi qabırğa qığırdaqlarının elastikliyi və öz ağırlığı sayəsində bağlanğıc vəziyyətə qayıdır. Bu zaman döş qəfəsinin həcmi kiçilir və hava xaricə itələnir.
Üç tip tənəffüs mövcuddur: döş qəfəsi, qarın boşluğu və qarışıq nahiyyələrin vasitəsilə.
Döş qəfəsi vasitəsilə tənəffüs zamanı ancaq döş qəfəsinin divarları iştirak edir. Qarın boşluğu vasitəsilə tənəffüs zamanı qarın əzələləri və diafraqma iştirak edir. K/t heyvanlarında adətən qarışıq tənəffüs sistemi baş verir.
Tənəffüs tezliyi heyvanın yaşından, məhsuldarlığından, günün vaxtından, ətraf mühitin temperaturundan və bir sıra digər faktorlardan asılı olaraq dəyişir.
Dostları ilə paylaş: |