2.5 Tənəffüs orqanları
Tənəffüs orqanları burun boşluğu, udlaq (hulqum), qırtlaq, traxeya və ağ ciyərlərdən ibarətdir. Burun boşluğu kəllə sümüyünün üz hissəsinin sümükləri hesabına yaranmışdır. Qığırdaq arakəsməsi ilə iki yerə (sağ və sol hissə) bölünür, burun seyvanı isə burun yollarını əmələ gətirir: yuxarı, orta, aşağı və ümumi.
2.5.1 Tənəffüs orqanlarının quruluşu
Tənəffüs orqanlarına havadaşıyıcı yollar və ağ ciyərlər aiddir. Havadaşıyıcı yollar burun boşluğu, qırtlaq, traxeya, bronxlar və onların şaxələrindən ibarətdir. Burun boşluğu kəllə sümüyünün üz hissəsində yerləşir və ağız boşluğundan damaq vasitəsilə ayrılır. Burun boşluğu oxları kəllə sümüyünün hissələri və qığırdaqları ilə əmələ gəlir. Orta qığırdaq arakəsmə ilə iki yerə (sol və sağ) bölünür. Hər yarımhissənin burun deşiyi və çıxış hissəsi (udlaq nahiyyəsinə) vardır
Qırtlaq - hava burun boşluğu ilə hərəkət edərək udlağa və daha sonra qırtlağa (traxeyanın ön genişlənmiş hissəsinə) düşür. Qırtlağın əsasını bağlarla birləşmiş 5 qığırdaq təşkil edir. Onların ən genişi qalxanvari qığırdaqdır. Udma zamanı o aşağı düşməklə qırtlağın girişini qapayır və traxeyaya qida düşməsinin qarşısını alır. Qırtlağın içərisində isə selikli təbəqənin cüt qırışlarına bənzər qığırdaqarası bağları var. Qırtlağın selikli divarı havadaşıyan digər yollar kimi titrəyici epitellə örtülüdür.
Ağciyərlər konusşəkilli, bir neçə hissələrdən ibarət döş qəfəsində yerləşən cüt orqanlardır. Qabarıq hissəsi döş qəfəsinə doğru yönəlmişdir. Sol ağ ciyər sağdan kiçik olur. Ağciyərdə birləşdirici oxlar və parenxima vardır. Birləşdirici toxuma ağ ciyərlərin hər bir hissəsini kiçik çoxüzlüyəbənzər deşikləri (gözləri) olan hissələrə bölür. Ağciyərlər xaricdən ciyər plevrası ilə örtülüdür (hansı ki, sonra döş hüzeyrəsinə çevrilir). Bu qayda ilə ağciyərlər hermetik qapalı döş qəfəsində sərbəst şəkildə yerləşir, ancaq səthi ilə qabırğa, onurğa sütunu və döş sümüklərinə birləşmir. Plevral boşluqda təzyiq atmosfer təzyiqindən aşağı olur.
Dostları ilə paylaş: |