Azərbaycan Respublikası Təhsil Nazirliyi İxtisasın adı: Heyvandarlıq mütəxəssisi



Yüklə 6,1 Mb.
səhifə43/52
tarix10.01.2022
ölçüsü6,1 Mb.
#106310
növüDərs
1   ...   39   40   41   42   43   44   45   46   ...   52

3.1.4 Udlaq


Udlaq tənəffüs və həzm yollarının kəsişdiyi boşluqlu orqandır. Udlağa yeddi yol (deşik) açılır: Ağız boşluğundan qidanın keçməsi yolu, burun boşluğundan gələn havanın keçməsi üçün sağ və sol xoanlar, havanın qırtlağa daxil olma yolu (qırtlaqüstü qapaqla örtülə bilən), qırtlaq girişindən üst nahiyyədə yerləşmiş qida borusu yolu, udlağı orta qulaq nahiyyəsi ilə əlaqələndirən səs borusunun sağ və sol dəliyi.

Udlaq divarı dörd əsas qatdan ibarətdir: selikli qişa təbəqəsi, facciya (bir neçə əzələni bürüyən pərdə), əzələ təbəqəsi, yumşaq birləşdirici toxuma.

Selikli qişa təbəqəsi iki hissəyə bölünür: yuxarı silindrşəkilli titrəyişli əpitellə örtülmüş tənəffüs hissəsi və aşağı yastı çoxqatlı buynuzlaşmış epitellərlə örtülmüş qida borusu hissəsi.

İnəyin udlağı (dorsal-dilarxası divarı açılmış şəkildə):




1. qida borusu

2. traxeya

3. udalaq və qida borusu arasında dilarxası sərhəd

4. sümüyəbənzər qığırdaq

5. qırtlağa giriş

6. udlaq vəzləri

7. damaq-udlaq sahəsi

8. udlağın çıxış hissəsi




9. qırtlaq qapağı

10. yumşaq damaq

11. damaq əzələsi

12. damaq vəzləri

13. badamcıq vəzisi çuxuru

14. dilin kökü

15. yastığabənzər məməciklər

16. dilin bei hissəsi




Yüklə 6,1 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin