2. Yemlərin təsnifatı
Yemlər mənşəyi və funksionallığına görə aşağıdakı növlərə ayrılır:
2.1. Şirəli yemlər
Heyvanların yemlənməsində şirəli yemlərin aşağıdakı növlərindən istifadə edilir.
2.1.1 Yaşıl kütlə
Yaşıl yemlərə aşağıdakılar aiddir:
təbii otlaqların otu;
mədəni (toxum səpilməklə yaradılan biçənək sahələrin otu) biçənəklərin otu.
Yaşıl yemlər heyvan orqanizmində asan həzm olur və tez qan-limfa sisteminə sorulur. Tərkibi zülallar, amin turşuları, vitaminlər və bir sıra mineral maddələrlə zəngindir. Yonca, çölnoxudu, noxud otları, qarışıq dağ-çəmən otları daha çox qiymətlidirlər. Onlarda protein, F və K ehtiyyatı zəngindir. 1 kq çəmən otunda təxminən 25 qr həzməgedən protein, 2,9 qr Ca, 0,7 qr P, 30-79 mqr karotin var.
Ümumi qaydada götürdükdə isə yaşıl yemlərin tərkibində orta hesabla 70-80% su olur. Quru maddəsinin isə 8-20%-i protein, 20-30%-i sellüloza, 35-45%-i AEM (azotsuz ekstraktiv maddələr), 2-4%-i yağlar, 1-3%-i şəkər və 12%-i küldən ibarətdir. Yaxşı otlaqlarda yetkin İBM bir gündə 70 kq-dək, atlar 50 kq-dək, donuzlar 12 kq-dək, qoyunlar 10 kq-dək yaşıl yemlə qidalanır.
Dostları ilə paylaş: |