Azərbaycan Respublikası Təhsil Nazirliyi Post-neft dövründə Azərbaycanda monetar siyasəyin effektivliyi


Post-neft dövründə Azərbaycanda monetar siyasət



Yüklə 264,84 Kb.
səhifə14/18
tarix01.01.2022
ölçüsü264,84 Kb.
#105340
1   ...   10   11   12   13   14   15   16   17   18
2.2 Post-neft dövründə Azərbaycanda monetar siyasət

Sərt monetar siyasət manatın dövriyyəsinə mane olur. Bu ilin ilk rübündə də Mərkəzi Bank tərəfindən 600 milyon manatlıq milli valyuta dövriyyədən çıxarılıb. Yəni, manat bazasının azaldılması prosesi davam edib. Bu baxımdan sərt monetar siyasət, eləcə də pul-kredit siyasəti inflyasiya səviyyəsinin azalmasına təsir göstərir".

"Çevik monetar siyasət daha çox məzənnə siyasəti və məzənnənin bazar tərəfinin müəyyənləşdirilməsi və bazardakı volatilliyin azaldılması məqsədi daşıyır. Bu istiqamətdə də, xüsusən Mərkəzi Bank volatilliyin səviyyəsini azaldarsa, daha az məzənnə dəyişikliyi baş verərsə, inflyasiya səviyyəsinə təsir göstərə bilər"
digər tərəfdən fiskal konsolidasiya inflyasiyaya təsir göstərir: "Fiskal konsolidasiya xərclərin azaldılması və ixtisar edilməsi anlamına gəlir. Bu kontekstdən bəzi xərclərin azaldılması artıq müşahidə edilir. Xüsusən infrastruktur xərclərində azalmalar var. Bunun da azalması nəticə etibarı ilə inflyasiyaya təsir göstərən faktorlar sırasındadır".

Azərbaycanda sərt monetar siyasət davam edəcəksə, manat qıtlığı müşahidə olunacaqsa, dövriyyədə olan manatın həcmi getdikcə daha çox aşağı düşəcəksə, bu, inflyasiyaya təsir göstərə biləcək amillərdən birinə çevriləcək: "Amma bu, həm də iqtisadi aktivliyi zəiflədən amillərdən birinə çevrilib. Yəni, ən pis cəhətlərdən biri də budur ki, son zamanlar məhz bu iqtisadi göstəriciyə görə iqtisadi aktivlik zəifləyib".

O, iqtisadi aktivliyin zəifləməsinin mənfi hal olduğunu diqqətə çatdırıb: "İnflyasiyanın aşağı salınması ciddi bir hədəf kimi qarşıya qoyulub. Amma bununla paralel olaraq iqtisadi aktivlik də çox önəmlidir. İqtisadi aktivliyin azalması insanların gəlirlərinin azalmasına və ümumi iqtisadi göstəricilərin azalmasına səbəb ola bilir. BVF-nin açıqladığı hədəflər inflyasiyanın azalması baxımından Azərbaycan üçün müsbət olsa da, amma sərt monetar siyasətin davamlı olması gələcəkdə daha böyük problemlərə gətirib çıxaracağına da sanki bir işarədir, xəbərdarlıqdır".

Azərbaycan hökumətinin həyata keçirdiyi fiskal konsolidasiya və monetar siyasətin sərtləşdirilməsi ilə yanaşı çevik məzənnə siyasəti ölkədə inflyasiya gözləntilərini aşağı salacaq. Beynəlxalq Valyuta Fondunun (IMF) "Qafqaz və Mərkəzi Asiya regional iqtisadi icmalı"nda 2017-ci ildə Azərbaycanda inflyasiyanın 8,3%, 2018-ci ildə isə 7,6% təşkil etməsi qeyd olunmuşdur. IMF hesabatında həmçinin ötən il qaz və elektrik qiymətlərindəki artımın və kənd təsərrüfatı mallarına tətbiq edilən idxal rüsumlarını inflyasiyanı 2-rəqəmli səviyyəyə çıxmasının əsas səbəbləri kimi göstərib.




Yüklə 264,84 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin