Azərbaycan Respublikası Təhsil Nazirliyi Post-neft dövründə Azərbaycanda monetar siyasəyin effektivliyi



Yüklə 264,84 Kb.
səhifə2/18
tarix01.01.2022
ölçüsü264,84 Kb.
#105340
1   2   3   4   5   6   7   8   9   ...   18
Giriş

Mövzunun aktuallığı: Monetar siyasət cəmiyyətlərin keçdiyi təkamülə paralel bir təkamül yolu keçmişdir.

• Kralların və ya padşahların öz adlarından pul kəsdiyi dövrlərdə xəzinə işləri ilə (maliyyə siyasəti) pul kəsmə (monetar siyasət) bir-birini tamamlayan siyasətlər kimi qəbul edilmişdir. Büdcə kəsrlərinin maliyyələşdirilməsi pul kəsilərək həyata keçirilmişdir.

• Demokratiyanın inkişafı ilə monetar siyasət qarşısında qoyulan tələblər dəyişməyə başlamışdır.

• XIX əsrin sonunda və XX əsrin əvvəllərində pul kəsmə səlahiyyəti kral və ya padşahdan alınaraq mərkəzi banklara verilmişdir.

• Əvvəllər pulu mərkəzi bank kəssə də monetar siyasətin maliyyə siyasətinin davamı kimi qəbul edilməsi davam etmişdir.

• XIX əsrin II yarısında ABŞ-da XX əsrin I yarısında Avropada ortaya çıxan çox yüksək inflyasiyalar monetar siyasətin formalaşdırılması və məqsədi ilə bağlı yeni fikirlərin ortaya çıxmasına səbəb olmuşdur.

• İnkişaf etməkdə olan ölkələrdə bu təkamül geç başlamışdır və hələ də davam edir

Monetar siyasətin əsas məğzi ondan ibarətdir ki, iqtisadiyyatın tənzimlənməsi və idarə edilməsi məhz pul və onun əsas alətləri vasitəsi ilə həyata keçirilir. İqtisadiyyatda monetar siyasətin tətbiqi əsasən XIX əsrin ikinci yarısından etibarən formalaşmış və təkmilləşmişdir. Pul siyasətinin əsas motivi kimi faiz dərəcsinin iqtisadiyyata direktiv təsiri fonunda, pulun məcmu təklifinin həmçinin borca götürülən pulun qiymətinin dəyişməsini göstərə bilərik. Odur ki, monetar siyasət vasitəsi ilə bilavasitə məzənnəyə, inflyasiya dərəcəsinə və eləcə də işsizlik səviyyəsinə təsir edərək iqtisadi artımın əldə olunması dövlətin başlıca məqsədlərindən hesab olunur. Mərkəzi Bank birbaşa olaraq monetar siyasətin vasitəsi ilə həm pul təklifi həm də faiz dərəcəsini fasiləsiz olaraq idarə edir. Qeyd edim ki, Bretton-Vuds sisteminin də təklif etdiyi kimi, monetar siyasət 1970-ci ildən sonra ümumi şəkildə fiskal proqramlardan tam olaraq ayrılaraq sərbəst şəkildə gerçəkləşdirilir. Bəzi iqtisadiyyatı güclü inkişaf etmiş ölkələrin monetar siyasəti sırf bu sahə üzrə ixtisaslaşmış qurumlar tərəfindən reallaşdırılır və bu təsisatlara ümumi şəkildə Mərkəzi Bank deyilir. Bu qurumlar maliyyə sistemində gerçəkləşdirilmiş istənilən əməliyyat və digər fəaliyyətlərin düzgün və normativlərə uyğun olmasına cavadehlik daşıyırlar. Misal olaraq, ABŞ-da F.E.S. , Yaponiya Bankını, İngiltərə Bankını, ÇXB, Y. Z. Ehtiyat Bankını və s. göstərə bilərik. Bir qayda olaraq, Mərkəzi banklar iqtisadi stuasiyadan aslı olaraq monetar siyasətin müxtəlif növlərindən istifadə edirlər.




Yüklə 264,84 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin