Azərbaycan respublikasi adindan q ə r a r d


Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ VƏ



Yüklə 30,73 Kb.
səhifə4/6
tarix10.01.2022
ölçüsü30,73 Kb.
#109093
1   2   3   4   5   6

Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ VƏ


P R O S E S İ Ş T İ R A K Ç I L A R I N I N İ Z A H A T L A R I:
Cavabdeh Musayev Çingiz Feyzulla oğlu şikayətini onunla əsaslandırmışdır ki, Xaçmaz Rayon Məhkəməsinin 20 iyun 2014-cü il tarixli, 2 (067)-1062/2014 saylı qərardadı ləğv edilməlidir. Belə ki, məhkəmə prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Qərardadda dəfələrlə xüsusi olaraq vurğulanır ki, qətnamə cavabdeh (güman ki, Musayeva Fəridə Dadaş qızı nəzardə tutulur) və eyni zamanda nümayəndəsi Musayeva Fəridə Dadaş qızının iştirakı ilə elan olunmuşdıır. Azərbaycan Respublikası MPM-nin 135.2-ci maddəsinə əsasən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafıq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfındən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafıq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Qanunda qətnamənin tərəflərin iştirakı ilə elan olunmasının rəsmi qaydada verilməsi kimi qiymətləndirlməsi nəzərdə tutulmamışdır.Qətnamənin surətininin rəsmi qaydada şəxsən ona verilməsi barədə işdə rəsmi sənəd mövcud deyildir. Qətnamənin surəti qardaşının müraciətinə əsasən 08.05.2014-cü il tarixdə ona verilmişdir. Qanuna müvafıq olaraq (MPM-nin 135.3-cü maddəsi) onun şəxsiyyəti müəyyən edilməmiş, müvafıq qeydlər sənədin kötüyünə qeyd edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə prosesində məhkəmə iclas katibinin sonradan şahid qismində dindirilməsi qanuni sayıla bilməz və təhlükəli presedentə çevrilə bilər. Bu halda məhkəmə iclas katibləri yuxarı instansiya məhkəməbrində iştirakları ilə baxılmış məhkəmə proseslərində tərəflərin və prosesin digər iştirakçılarının məhkəmədə nə ifadə verilməsi ib əlaqədar dindirilməli olacaqlar. Məhkəmənin təşəbbüsü ilə iclas katibi Rövşən Həsənlinin dindirilməsi məhkəmənin hər vasitə ilə qətnamədən şikayətin yuxarı instansiya məhkəməsinə göndərilməsinin qarşısının alınmasına hesablanmışdır. Belə deyilsə, müddətin bərpasına dair vəsatəti təmin olunardı və apellyasiya şikayəti

yuxarı instansiya məhkəməsinə göndərilərdi. Məhkəmə nəzərə almalı idi ki, qətnamənin ona rəsmi qaydada verilməsi təsdiq olunmur. Qanunun təbbinə görə məhkəmə vəsatətsiz də apellyasiya şikayətini qəbul edərək apellyasiya məhkəməsinə göndərilməli idi. “Bakı şəhəri Narimanov rayon İcra Hakimiyyətinin şikayəti iizrə məhkəmə aktlarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan RespubHkası Konstitusiya Məhkəməsinin Plenumunun 23.04.2004-cü il tarixli qərarında göstərilir: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətb bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsində hər kəsin hüquq və azadlıqlarmm məhkəmədə müdafıəsinə təminat verilməsi təsbit olunmuşdur. Şəxsin məhkəməyə müraciət etmək hüququ məhkəmə prosesinin bütün mərhələlərinə aiddir. Konstitusiya Məhkəməsinin Plenumu bunıınla əlaqədar olaraq qeyd edir ki, qanunveriçilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. MPM- də müddətin axımının qanunda nəzardə tutulmuş hallar istisna olmaqla qətnamənin (qərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim olunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur. Bu isə o deməkdir lci, qətnamənin çıxarıldığı tarix müddətin keçdiyini müəyyən etmək üçün əsas deyildir və məhkəmə yalnız qətnamənin çıxarıldığı tarixə istinad etməklə tərəfı prosessual müddətin bərpa edilməsi barədə vəsatət verməyə məcbur etməkdə haqlı ola bilməz. Tərəfın prosessual müddəti ötürməməsi onu beb vəsatət verməkdən azad edir. məhkəmənin üzərinə qanunvericilikdə nəzərdə tutulmuş növbəti 'prosessual hərəkətbri yeriııə yetirmək vəzifəsi qoyur. Qərardadın surətini rəsmi qaydada 05.07.2014-cü il tarixdə almışdır. Qərardaddan 10 gün ərzində şikayət verə bilər. Ona görə də göstərilənlərə əsasən Xaçmaz Rayon Məhkəməsinin 20 iyun 2014-cü il tarixli, 2 (067)-1062/2014 saylı qərardadını ləğv edərək apellyasiya şikayətini baxılması üçün Apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.

İş üzrə iddiaçı Mahmudova Gülər Zakir qızı, cavabdeh Musayev Çingiz Feyzulla oğlu və cavabdehin nümayəndəsi Musayeva Fəridə Dadaş qızı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən mübahisəyə onların iştirakları olmadan baxılmasını mümkün hesab edir.



Yüklə 30,73 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin