Azərbaycan respublikasi əDLİYYƏ naziRLİYİNDƏ qeydə alinmişdir qeyd №18 30. 10. 1996-cı IL



Yüklə 426,82 Kb.
səhifə2/4
tarix20.10.2017
ölçüsü426,82 Kb.
#6851
1   2   3   4

3-cü dərəcə

İşin xüsusiyyəti.

 

Ədədi malların, çəkilmiş və qablaşdırılmış məhsulların nağdı qaydada və ya çeklə buraxılışı. Məhsulun çəkilməsi, onun qablara, salat qablarını və s. qablara düzülməsi; şirələrin, kisellərin (meyvəfirnilərinin), südlü, vitaminli içkilərin, qaymağın, meyvə sularının və mineral suların, şərabların və araq-çaxır məmulatlarının qablara tökülməsi. Çəki ilə buraxılan malların bükülməsi. Alışın dəyərinin hesablanması. Malın qəbuletmə-təhvilvermə aktlarına və keyfiyyət sertifikatına əsasən qəbul olunması, onun çeşidini, miqdarının və keyfiyyətinin yoxlanılması. Malın satışa hazırlanması,qablaşdırmadan azad olunması, onun bufet piştaxtalarında düzülməsi, qiymət yarlıklarının (kağızlarının) qoyulması. Standarta uyğun olmayan malların seçilib ayrılması, malları xarab olmasının qarşısınınalınması. Tərəzilərin yoxlanılması. Müəyyən olunmuş uçotun aparılması və mal hesabatının tərtib olunması.



Növbənin qəbulu və təhvili. İş yerinin hazırlanması və yığışdırılması.

 

Bilməlidir:



 

buraxılan malların çeşidini, sortunu və xüsusiyyətlərini; çəki-ölçü cihazlarının, soyuducu şkafların və piştaxtaların istismar olunması qaydalarını, tərəzilərin yoxlanılmasını; çəki daşlarınındamğalanması müddətlərini; kassa aparatlarının istismar olunması qaydalarının; malların qablaşdırılmasında istifadə olunan materialların və onların bükülməsi üsullarını; istehlakçı ilə hesablaşma qaydalarını, standarta uyğun olmayan malları xarici görünüşünə əsasən seçilib ayrı yığılmasını; malların saxlanılma müddətləri və bu zaman tətbiq olunan temperatur rejimlərini; satış qiymətlərini.

Görülən işin texnoloji prosesini, avadanlıq, ləvazimat və alətlərdən istifadə edilməsinin texniki qaydalarını, enerji, yanacaq, xammal və materialların sərfi normasını, iş prosesində qarşıya çıxannasazlıqları aşkar etmək və aradan qaldırmaq, zay məhsulun növlərini, onu əmələ gətirən səbəblərini, onların aradan qaldırılması üsullarını.

Əməyin təhlükəsizliyi və sanitariya-gigiyena normalarını, iş yerində yanğından mühafizə vasitələri ilə işləmək qaydalarını.

 

10.  BUFET İŞÇİSİ



 

4-cü dərəcə

İşin xüsusiyyəti.

 

İstehlakçılara və ofisiantlara ədədi, çəkilmiş və qablaşdırılmış məhsulların, hazır kulinar məmulatlarının, xörəklərin, yarımfabrikatların, şərabların, əraq-çaxır və tütün məmulatlarının buraxılışı. Ərzaqların doğranması, buterbrodların, həmçinin isti və soyuq içkilərin çəkilməsi və hazırlanması; məhsulların suda bişirilməsi, xörəklərin qızdırılması və boşqablara düzülməsi. Bufet dayaqlarının (piştaxtalarının) vitrinlərinin tərtib olunması, qiymət yarlıklarının (kağızlarının) qoyulması. Tərəzilərin yoxlanılması, alınan malın keyfiyyətinin orqanoleptik qaydada qiymətləndirilməsi. Müəyyən olunmuş uçotun aparılması və mal hesabatının tərtib olunması.



 

Bilməlidir:

 

malların və kulinar  məmulatlarının  əmtəə-texnoloji xarakteristikasını; onların saxlanılma rejimlərini və müddətlərini; içkilərin hazırlanması texnologiyasını; hazır məmulatların doğranılması qaydalarını; buraxılan mallara qiymətləri və qiymət əlavələrini; malların piştaxtalarda, bufet dayaqlarında (piştaxtalarından), soyuducu şkaflarda yerləşdirilməsini və düzülüşünü; istifadə olunan avadanlıqların, çəki-ölçü cihazlarının istismar olunması qaydalarını; çəki daşlarının, tərəzilərin damğalanması müddətlərini və onlara qulluq olunması üsullarını. Uçotun aparılması və mal hesabatının tərtib olunması qaydalarını.



 

& 11. BUFET İŞÇİSİ

 

5-ci dərəcə



İşin xüsusiyyəti.

 

Bufet məhsullarının lazımi temperaturda buraxılışı və süfrənin düzülüşü qaydaları. Müxtəlif içkilərin və şirələrin porsiyalara bölünməsi və müvafiq qablara (qədəhlər, qrafinlər və s.) təkülməsi. Sifariş olunmuş xörəklərə uyğun kələn şərabların və araqçaxır məmulatlarının seçilməsi. Qənnədı mallarının, meyvələrin tərtib olunması və buraxılışı. Müxtəlif kokteyllərin hazırlanması, qəhvənin bişirilməsi, (xüsusi işçinin olmadığı zaman). Malların alınması. Ayrı-ayrı mal növlərinin keyfiyyətinin və sortlarının standartın tələbinə uyğun olaraq orqanoleptik qaydada qiymətləndirilməsi. Malların düzülüşü, vitrinlərin tərtibatı.



 

Bilməlidir:

 

ayrı-ayrı malların buraxılması xüsusiyyətlərini (ayrı-ayrı şərabların və araq-çaxır məmulatlarının, şirələrin, mineral suların, meyvələrin buraxılma temperaturunu); içkilərin qablara tökülməsi qaydalarını;istifadə olunan qab-qacaq növlərini; sifariş olunmuş xörəklərə uyğun kələn şərabların və araq-çaxır məmulatlarının növlərini; kokteyllərin və qəhvəli içkilərin növləri və çeşidlərin və onlarınhazırlanması üsullarını; standartlar və onlardan istifadə qaydalarını; buraxılan məhsulun saxlanma qaydaları və rejimini. Çəki-ölçü cihazlarının, soyuducu avadanlıqların və kassa maşınlarının istismar olunması qaydalarını. Məhsulların satışı və taranın hərəkəti haqqında mal hesabatının tərtib olunması qaydalarını.



 

 

12. QABYUYAN  MAŞININ  MAŞİNİSTİ



3-cü dərəcə

İşin xüsusiyyəti.

 

Müxtəlif konstruksiyalı avtomat və yarımavtomat maşınlarda qab-qacağın və alətlərin yuyulması prosesinin aparılması. Yuyucu qarışıqların hazırlanması. Çənlərin müəyyən temperaturda olan su ilə müəyyən qarışıqda yuyucu vasitələrlə doldurulması. Buxarın təzyiqinin, suyun, yuyucu vasitələrin verilməsinin nəzarət-ölçü cihazlarının vasitəsi ilə nizamlanması, yuyulmuş qab-qacağın maşından çıxmasının müşahidə olunması və onun sonrakı əməliyyat üçün verilməsi. Avadanlığın işində ayrı-ayrı nasazlıqların aradan götürülməsi, onun yağlanması, təmizlənməsi, yuyulması və dezinfeksiya olunması. Növbənin qəbulu və təhvili. İş yerinin hazırlanması və yığışdırılması.



 

Bilməlidir:

 

qabyuyan maşınların və nəzarət-ölçü cihazlarının iş prinsipini və quruluşunu; qabların yuyulmasında istifadə olunan qələvi və turşuların fiziki-kimyəvi xüsusiyyətlərini və onlarla rəftar olunma qaydalarını;qab-qacağın və alətlərin yuyulması keyfiyyətinə verilən tələblər; avadanlığın işində nasazlığın müəyyən olunması və onun aradan qapdırılması.



Əməyin təhlükəsizliyi və sanitariya gigiyena normalarını, iş yerində yanğından mühafizə vasitələri ilə işləmək qaydalarını.

 

13. QABYUYAN



 

1-ci dərəcə

İşin xüsusiyyəti.

 

Qabların yuyulması zamanı hazırlıq işlərinin görülməsi. İstifadə olunmuş qabların stolların üstündən arabacığa və ya hərəkət edən xəttin üstünə yığılması. Qablar olan arabacığın boşaldılması. Stollarınüstünə salfet qablarının, ədvalar olan cihazların düzülməsi və iş günü ərzində onların doldurulması.



 

Bilməlidir:

 

stolların üstündən çirkli qabları yığarkən sanitar, tələblərini və etiket qaydalarını; müxtəlif qab-qacaqla və onların daşınması üçün istifadə olunan arabacıqla rəftar qaydalarını.



 

14. QABYUYAN

 

2-ci dərəcə

İşin xüsusiyyəti.

 

Yuyucu və dezinfeksiya vasitələrinin /sabun, susuzlaşdırılmış soda, xardal və s./ tətbiqi ilə alətlərin, xörək və mətbəx qablarının /metaldan və plastik kütlədən olan, şüşə, çini-saxsı/, tabaqların vəinventarların əlnən və maşın vasitəsi ilə yuyulması. Xüsusi yuyucu qarışıqların hazırlanması. Qab-qacağın və alətlərin silinməsi və qurudulması. Çirkli qablardan xörək qalıqlarının silinməsi və yeyintitullantılarının yığılması. Təmiz qabların, ədvalar olan cihazların, məcməyilərin xörək paylanan yerlərə çatdırılması.



 

Bilməlidir:

 

qab-qacaq və alətlərin, tabaqların və inventarların təyinatlarını, onların yuyulması və qurudulması qaydalarını; qabyuyan maşına xidmət edilməsi qaydalarını; yuyucu vasitələri və onlardan qarışıqlarhazırlanması üsullarını; qab-qacaq və alətlərlə rəftar olunması qaydalarını; yeyinti tullantılarının saxlanılması qaydalarını.



 

 

15. QEYRİ-ƏRZAQ MALLARININ SATICISI



 

3-cü dərəcə

İşin xüsusiyyəti

 

Alıcılara xidmət göstərilməsi: malların təklif olunması və onların nümayiş etdirilməsi, malların seçilməsində yardım edilməsi, alıcılara malın keyfiyyəti, təyinatı, xüsusiyyətləri barəsində, onlara düzgün xidmət edilməsi barəsində, qiymətlər, cari mövsümün modası üzrə məsləhət verilməsi; bir-birini əvəz edən malların, yeni malların və əlaqəli çeşiddə malların təklif olunması; malların geyilib baxılması, ölçülməsi, kəsilməsi, çəkilməsi, onların fəaliyyətinin nümayiş etdirilməsi və s; alışın dəyərinin hesablanması, çekin yazılması  /vurulması/,   pulun  alınması,  zəmanətli  istismar  müddəti olan malın pasportunun doldurulması; malların bükülməsi, qablaşdırılması, malın verilməsi və ya onun nəzarətçiyə ötürülməsi. Kassa aparatında işləmək. İşçi yerinin hazırlanması: inventar və alətlərin sazlığının yoxlanılması, tərəzilərin və çəki daşlarının sazlığının və işə hazırlığının yoxlanılması, malların bükülməsi üçün qablaşdırma materiallarının alınması; malların işçi ehtiyatının daimi olaraq doldurulmasına nəzarət edilməsi. Malların alınması və onların satışa hazırlanması: malın adının, miqdarının, komplektliyinin, sortluluğunun, qiymətinin və markalanmanın, fabrik yarlıkının, plombunun /damğasının/ uyğunluğunun yoxlanılması; məmulatların qablardan çıxarılması, onların xarici görünüşlərinin nəzərdən keçirilməsi, silinməsi, təmizlənməsi, yenidən sarınması, yığılması, ütülənməsi və s; yarlıkların malların üzərinə bərkidilməsimal qonşuluğunu, tələbin tezliyini və işin rahatlığını nəzərə almaqla malların qruplar, növlər və sortlara əsasən yerləşdirilməsi və düzülməsi; markalanmaya /fakturaya/ uyğun gəlməyən mallırın daxil olması halları barəsində müdiriyyətə məlumat verilməsi; piştaxta vitrinlərinin tərtibatı. Alıcıların ödənilməyən tələblərinin qeydiyyata alınması. Çeklərin /pulların/ hesablanması və onların müəyyən olunmuş qaydada təhvil verilməsi. Satılmayan malların taralara yığılması. Malların inventarizasiya üçün hazırlanması. Növbənin qəbulu və təhvili. İş yerinin hazırlanması və yığışdırılması.



 

Bilməlidir.

 

Hazırkı mal qruplarının çeşidini, təsnifatını, xarakteristikasını, onların təyinatını, onlardan istifadə olunması və onlara xidmət edilməsi üsullarını; artikulun və markalanmanın oxunması qaydalarını;pərakəndə qiymətləri; malları seçilməsi, geyinilib baxılması, kəsilməsi, komplektləşdirilməsi və qaydalarını və üslublarını; məmulatların ölçü dərəcələrini və onların düzgün müəyyən olunması qaydalarını; malların keyfiyyətinə verilən əsas tələbləri, malın qüsurlarının /nöqsanlarının/ növlərini, malların dayandırılması qaydalarını; cari mövsümə modanın vəziyyətini. Əməyin təhlükəsizliyi vəsanitariya - gigiyena normalarını, iş yerində yanğından mühafizə vasitələri ilə işləmək qaydalarını.



 

16.   QEYRİ-ƏRZAQ MALLARIN SATICISI

 

4-cü dərəcə

İşin xüsusiyyəti.

 

Alıcılara xidmət göstərilməsi: malların təklif olunması və onların nümayiş etdirilməsi, malların seçilməsində yardım edilməsi, alıcılara malın keyfiyyəti, təyinatı, xüsusiyyətləri barəsində, onlara düzgün xidmət edilməsi barəsində, qiymətlər, cari mövsümün modası üzrə məsləhət verilməsi; bir-birini əvəz edən malların, yeni malların və əlaqəli çeşiddə malların təklif olunması, malların geyilib baxılması,ölçülməsi, kəsilməsi, çəkilməsi, onların fəaliyyətinin nümayiş etdirilməsi və s; alışın dəyərinin hesablanması, çekin yazılması /vurulması/, pulun alınması, zəmanətli istismar müddəti olan malınpasportunun doldurulması; malların bükülməsi, qablaşdırılması, malın verilməsi və ya onun nəzarətçiyə ötürülməsi. Kassa aparatında işləmək. İşçi yerinin hazırlanması: inventar və alətlərin sazlığının və işə hazırlığının yoxlanılması, kassa aparatının sazlığının və işə hazırlığının yoxlanılması, malların bükülməsi üçün qablaşdırma materiallarının alınması; malların işçi ehtiyatının daimi olaraq doldurulmasına nəzarət edilməsi. Malların alınması və onların satışa hazırlanması: malın adının, miqdarının, komplektliliyinin, sortluluğunun, qiymətinin və markalanmanın, fabrik yarlıkının, plombunun (damğasının) uyğunluğunun yoxlanılması; məmulatların qablardan    çıxarılması,    onların    xarici    görünüşlərinin    nəzərdən keçirilməsi, silinməsi, təmizlənməsi, yenidən sarınması, yığılması,komplektləşdirilməsi, istismar xüsusiyyətlərinin yoxlanılması, ütülənməsi və s; yarlıkların yazılıb doldurulması və malların üzərinə bərkidilməsi; hədiyyə və bayram komplektlərinin hazırlanması və tərtibolunması; mal qonşuluğunu, tələbin tezliyini və işin rahatlığını nəzərə almaqla malların qruplar, növlər və sortlara əsasən yerləşdirilməsi və düzülməsi; markalanmaya (fakturaya) uyğun gəlməyənmalların daxil olması halları barəsində müdiriyyətə məlumat verilməsi. Piştaxta və mağazadaxili vitrinlərin tərtibatı. Alıcıların tələbinin öyrənilməsi. Çeklərin (pulların) hesablanması və onların müəyyən olunmuş qaydada təhvil verilməsi; satış məbləğinin kassa aparatının sayğacına uyğunluğunun yoxlanılması. Satılmayan malların taralara yığılması. Malların inventarizasiya üçünhazırlanması.



 

Bilməlidir.

 

hazırki mal qruplarının çeşidini, təsnifatını, xarakteristikasının, onların təyinatını, onlardan istifadə və onlara xidmət edilməsi üsullarını; artikulun və markalanmanın oxunması qaydalarını; pərakəndə qiymətləri; malların seçilməsi, geynilib baxılması, ölçülüb kəsilməsi, komplektləşdirilməsi qaydalarını və üsullarını; məmulatların ölçü dərəcələrini və onların düzgün müəyyən olunması qaydalarını; malların hazırlanmasında istifadə olunan əsas xammal və material növlərini və onların müəyyən olunması üsullarını; malların keyfiyyətinə verilən əsas tələbləri; malın qüsurlarının (nöqsanlarının) növlərini; malların dəyişdirilməsi qaydalarının; mallardan istifadənin zəmanətli müddətlərini, malların əsas malgöndərənlərini və onların mühsullarının çeşidində və keyfiyyətində olan xüsusiyyətləri; cari mövsümə modanın vəziyyətini; mağazadaxili vitrinlərin tərtibatı prinsiplərini. Əməyin ödənilməsinə qoyulan ixtisas tələblər.



3-cü dərəcəli qeyri-ərzaq mallarının satıcısı vəzifəsində 2 ildən az olmayaraq iş stajı.

 

17.   QEYRİ-ƏRZAQ MALLARIN SATICISI



 

5-ci dərəcə

İşin xüsusiyyəti.

 

Alıcılara xidmət göstərilməsi: malların təklif olunması və onların nümayiş etdirilməsi, malların seçilməsində yardım edilməsi, alıcılara malın keyfiyyəti, təyinatı, xüsusiyyətləri barəsində, onlara düzgün xidmət edilməsi barəsində, qiymətlər, cari mövsümün modası üzrə məsləhət verilməsi; bir-birini əvəz edən malların, yeni malların və əlaqəli çeşiddə malların təklif olunması, malların geyilibbaxılması, ölçülməsi, kəsilməsi, çəkilməsi, onların fəaliyyətinin nümayiş etdirilməsi və s; alışın dəyərinin hesablanması, çekin yazılması /vurulması/, pulun alınması, zəmanətli istismar müddəti olan malın pasportunun doldurulması; malların bükülməsi, qablaşdırılması, malın verilməsi və ya onun nəzarətçiyə ötürülməsi. Kassa aparatında işləmək. İşçi yerinin hazırlanması: inventar və alətlərin sazlığının və işə hazırlığının yoxlanılması, kassa aparatının sazlığının və işə hazırlığının yoxlanılması, malların bükülməsi üçün qablaşdırma materiallarının alınması; malların işçi ehtiyatının daimi olaraq doldurulmasına nəzarət edilməsi. Malların alınması və onların satışa hazırlanması: malım adının, miqdarının, komplektliliyinin, sortluluğunun, qiymətinin və markalanmanın, fabrik yarlıkının, plombunun (damğasının) uyğunluğunun yoxlanılması; məmulatların qablardan çıxarılması, onların xarici görünüşlərinin     nəzərdən     keçirilməsi,     silinməsi,     təmizlənməsi,



yenidən sarınması, yığılması, komplektləşdirilməsi, istismar xüsusiyyətlərinin yoxlanılması, ütülənməsi və s; yarlıkların yazılıb doldurulması və malların üzərinə bərkidilməsi; hədiyyə və bayram komplektlərinin hazırlanması və tərtib olunması; mal qonşuluğunu, tələbin tezliyini və işin rahatlığını nəzərə almaqla malların qruplar, növlər və sortlara əsasən yerləşdirilməsi və düzülməsi;markalanmaya (fakturaya) uyğun gəlməyən malların daxil olması halları barəsində müdiriyyətə məlumat verilməsi. Piştaxta, mağazadaxili və pəncərə vitrinlərinin və satışda olan mallar haqqında məlumatvasitələrinin tərtibatı, onların vəziyyətinə nəzarət edilməsi. Alıcılara xidmətin mütərəqqi metodlarının öyrənilməsi və tətbiq olunması. Tələb və alıcıların rəyləri haqqında məlumatların öyrənilməsi və cəmləşdirilməsi. Müdiriyyətin nümayəndələrinin olmadığı zaman alıcılarla olan mübahisəli məsələlərin həll olunması. Aşağı dərəcəli satıcıların və şagirdlərin işinə rəhbərlik edilməsi. Çeklərin (pulların) hesablanması və onların müəyyən olunmuş qaydada təhvil verilməsi; satış məbləğinin kassa aparatının sayğacına uyğunluğunun yoxlanılması. Satılmayan malların taralara yığılması.İnventarizasiyaya hazırlıqda və onun aparılmasında iştirak edilməsi, mal hesabatlarının, zay mallara, əskikgəlmələrə, sortun aşağı olmasına görə müvafiq aktların tərtib olunması və maddi qiymətlərin təhvil verilməsi zamanı təhvil-təslim aktlarının hazırlanması.

 

Bilməlidir:



 

hazırki mal qruplarının çeşidini, təsnifatını, xarakteristikasının, onların təyinatını, onlardan istifadə və onlara xidmət edilməsi üsullarını; artikulun və markalanmanın oxunması qaydalarını; pərakəndə qiymətləri; malların seçilməsi, geynilib baxılması, ölçülüb kəsilməsi, komplektləşdirilməsi qaydalarını və üsullarını; məmulatların ölçü dərəcələrini və onların düzgün müəyyən olunması qaydalarını; malların hazırlanmasında istifadə olunan əsas xammal və material növlərini və onların müəyyən olunması üsullarını; malların keyfiyyətinə verilən əsas tələbləri; malın qüsurlarının (nöqsanlarının) növlərinİ; malların dəyişdirilməsi qaydalarının; mallardan istifadənin zəmanətli müddətlərini, malların əsas malgöndərənlərini və onların mühsullarının çeşidində və keyfiyyətində olan xüsusiyyətləri; cari mövsümə modanın vəziyyətini; mağazadaxili vitrinlərin tərtibatı prinsiplərini. Əməyin ödənilməsinə qoyulan ixtisas tələblər.

İş stajına heç bir tələb qoyulmadan orta ixtisas təhsili və yaxud 4-cü dərəcəli qeyri-ərzaq mallarının satıcısı vəzifəsində 5 ildən az olmayaraq iş stajı.

 

 



18.  DONDURMA HAZIRLAYAN

 

3-cü dərəcə



İşin xüsusiyyəti.

 

Əl ilə südlü, giləmeyvəli və qaymaqlı dondurmanın hazırlanması. Müəyyən olunmuş reseptura ilə qarışıqların hazırlanması, həmin qarışığın bişirilməsi, ona rəng, dad və ətirli maddələrin əlavə edilməsi,qarşığın dondurma maşınında çalınması. Çalınmış qarşığın qəliblərə tökülməsi. Duzlu buz qarşığının hazırlanması. Dondurmanın hazırlıq vəziyyətinin müəyyən edilməsi. Hazır dondurmanın qablaraqoyulması və buraxılması. Saxlanılma zamanı temperatur rejiminə riayət olunması. Dondurma maşınının, xırda inventarın yuyulması. Növbənin qəbulu və təhvili. İş yerinin hazırlanması vəyığışdırılması.



 

Bilməlidir.

 

 

südlü, giləmeyvəli və qaymaqlı dondurmanın hazırlanması resepturunu və texnologiyasını; xammalın və hazır məhsulun keyfiyyətinə verilən tələbləri; dondurma maşınının quruluşunu və onların istismar olunması qaydalarını.



Əməyin təhlükəsizliyi və sanitariya-gigiyena normalarını, iş yerində yanğından mühafizə vasitələri ilə işləmək qaydalarını.

 

19.  DONDURMA HAZIRLAYAN



 

4-cü dərəcə

İşin xüsusiyyəti.

 

Dondurmadan müxtəlif məhsulların (plombirlərin, yumşaq dondurmaların) hazırlanması və onların tərtib olunması. Nüsxələr əsasında dondurmadan müxtəlif qarışıqların hazırlanması, həminqarışıqların emalı, onlara rəng, dad və ətirli maddələrin əlavə edilməsi. Qarışığın mexaniki dondurma maşınında çalınması. Çalınmış qarşığın qəliblərə tökülməsi. Duzlu buz qarşığı ilə onunbərkidilməsi. Dondurmalı tort və pirojnaların tərtib olunması üçün kremlərin hazırlanması və naxışların vurulması. Dondurmanın hazırlıq vəziyyətinin müəyyən edilməsi. Hazır dondurmanın qablaraqoyulması və bufet işçilərinə, satıcılara buraxılması. Növbənin qəbulu və təhvili. İş yerinin hazırlanması və yığışdırılması.



 

Bilməlidir.

 

müxtəlif dondurma sortlarının və növlərinin (yumşaq və bərk dondurmaların, qaymaqlı, südlü, meyvəli dondurmaların, plombirlərin) hazırlanması texnologiyasını, onların çeşidini və resepturunu;müxtəlif dondurma növlərinə olan standartları; dondurmanın qidalıq əhəmiyyətini; mexaniki dondurma maşınının quruluşunu və onların istismar olunması qaydalarını.



Əməyin təhlükəsizliyi və sanitariya-gigiyena normalarını, iş yerində yanğından mühafizə vasitələri ilə işləmək qaydalarını.

 

20. ƏRZAQ MALLARININ SATICISI



 

3-cü dərəcə

İşin xüsusiyyəti

 

Alıcılara xidmət göstərilməsi: malların təklif olunması və onların göstərilməsi; malların kəsilməsi, doğranılması, çəkilməsi və bükülməsi, alış dəyərinin hesablanması, çek rekvizitlərinin yoxlanılması (alıcılarla hesablaşmanın aparılması), alınmış malın alıcıya verilməsi; alıcılara malın keyfiyyəti, təyinatı, dadtam və kulinar xüsusiyyətləri, ayrı-ayrı malların qida əhəmiyyəti barəsində məsləhət verilməsi; bir-birini əvəz edən malların, yeni malların və əlaqəli çeşiddə malların təklif olunması. Kassa aparatında işləmək. İşçi yerinin hazırlanması: inventar və alətlərin sazlığının yoxlanılması, tərəzilərin və çəki daşlarının sazlığının və işə hazırlığının yoxlanılması, kassa aparatının sazlığının və işə hazırlığının yoxlanılması; malların bükülməsi üçün qablaşdırma materiallarının alınması; malların işçi ehtiyatının daimi olaraq doldurulmasına və tezxarabolan malların satış müddətlərinə nəzarət edilməsi. Malların alınması və onların satışa hazırlanması: malın adını, miqdarının, sortluluğunun, qiymətinin, qablaşdırmanınvəziyyətinin və düzgün markalanmasının yoxlanılması; məmulatların qablardan çıxarılması, onların xarici görünüşlərinin nəzərdən keçirilməsi, silinməsi, təmizlənməsi, kəsilməsi vədoğranılması;markalanmaya (fakturaya) uyğun gəlməyən malların daxil olması halları barəsində müdiriyyətə məlumat verilməsi; malların üstünə yarlıkların bərkidilməsi; mal qonşuluğunu, tələbin tezliyini və işin rahatlığını nəzərə almaqla malların qruplar, növlər və sortlara əsasən yerləşdirilməsi və düzülməsi. Piştaxta vitrinlərinin tərtibatı. Alıcıların ödənilməyən tələbini qeydiyyata alınması. Çeklərin(pulların) hesablanması və onların müəyyən olunmuş təhvil verilməsi. Satılmayan malların taralara yığılması. Malların inventarizasiya üçün hazırlanması.



Növbənin qəbulu və təhvili. İş yerinin hazırlanması və yığışdırılması.

 

Bilməlidir.



 

hazırki mal qruplarının çeşidini, təsnifatını, xarakteristikasının, pərəkəndə qiymətlərini; keyfiyyətə uyğunluq əlamətlərini, malın qüsurlarının (nöqsanlarının) və itki növlərini, onların silinməsi qaydalarını.

Əməyin təhlükəsizliyi və sanitariya-gigiyena normalarını, iş yerində yanğından mühafizə vasitələri ilə işləmək qaydalarını.

 

21. ƏRZAQ MALLARININ SATICISI



 

4-cü dərəcə

İşin xüsusiyyəti

 

Alıcılara xidmət göstərilməsi: malların təklif olunması və onların göstərilməsi; malların kəsilməsi, doğranılması, çəkilməsi və bükülməsi, alış dəyərinin hesablanması, çek rekvizitlərinin yoxlanılması, alıcılarla hesablaşmanın aparılması, alınmış malın alıcıya verilməsi; alıcılara malın keyfiyyəti, təyinatı, dad, tam və kulinar xüsusiyyətləri, ayrı-ayrı malların qida əhəmiyyəti barəsində məsləhət verilməsi; bir-birini əvəz edən malların, yeni malların və əlaqəli çeşiddə malların təklif olunması. Kassa aparatında iş qaydalarını. İşçi yerinin hazırlanması: inventar və alətlərin sazlığının yoxlanılması, tərəzilərin və çəki daşlarının sazlığının və işə hazırlığının yoxlanılması, kassa aparatının sazlığının və işə hazırlığının yoxlanılması; malların bükülməsi üçün qablaşdırma materiallarının alınması; malların işçi ehtiyatının daimi olaraq doldurulmasına və tezxarabolan malların satış müddətlərinə nəzarət edilməsi. Malların alınması və onların satışa hazırlanması: malın adını, miqdarının, sortluluğunun, qiymətinin, qablaşdırmanın vəziyyətinin və düzgün markalanmasının yoxlanılması; məmulatların qablardan çıxarılması, onların xarici görünüşlərinin nəzərdən keçirilməsi, silinməsi, təmizlənməsi, kəsilməsi və doğranılması; markalanmaya (fakturaya) uyğun gəlməyən malların daxil olması halları barəsində müdiriyyətə məlumat verilməsi; malların üstünə yarlıkların bərkidilməsi; mal qonşuluğunu, tələbin tezliyini və işin rahatlığını nəzərə almaqla malların qruplar, növlər və sortlara əsasən yerləşdirilməsi və düzülməsi. Piştaxta və mağazadaxili vitrinlərinin tərtibatı. Alıcıların tələbini öyrənilməsi. Çeklərin (pulların)hesablanması və onların müəyyən olunmuş qaydada təhvil verilməsi; satış məbləğini kassa aparatının sayğacına uyğunluğunun yoxlanılması. Satılmayan malların taralara yığılması. Malların inventarizasiya üçün hazırlanması.



 

Bilməlidir.

 

hazırki mal qruplarının çeşidini, təsnifatını, xarakteristikasının, onların təyinatını,  onlardan  istifadə və onlara xidmət edilməsi üsullarını; artikulun və markalanmanın oxunması qaydalarını;pərakəndə qiymətləri; malların seçilməsi, geynilib baxılması, ölçülüb kəsilməsi, komplektləşdirilməsi qaydalarını və üsullarını; məmulatların ölçü dərəcələrini və onların düzgün müəyyən olunmasıqaydalarını; malların hazırlanmasında istifadə olunan əsas xammal və material növlərini və onların müəyyən olunması üsullarını; malların keyfiyyətinə verilən əsas tələbləri; malın qüsurlarının(nöqsanlarının) növlərini; malların dəyişdirilməsi qaydalarının; mallardan istifadənin zəmanətli müddətlərini, malların əsas malgöndərənlərini və onların mühsullarının çeşidində və keyfiyyətində olan xüsusiyyətləri; cari mövsümə modanın vəziyyətini; mağazadaxili vitrinlərin tərtibatı prinsiplərini. Əməyin ödənilməsinə qoyulan ixtisas tələblər.



3-cü dərəcəli ərzaq mallarının satıcısı vəzifəsində 2 ildən az olmayaraq iş stajı.

 

22.  ƏRZAQ MALLARININ SATICISI



Yüklə 426,82 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin