AZƏRBAYCAN RESPUBLİKASI ELM və TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN DÖVLƏT NEFT VƏ SƏNAYE UNİVERSİTETİ-nin
nəzdində
BAKI NEFT – ENERGETİKA KOLLECİ
“Axtarış kəşfiyyat işləri zamanı quyuların qazılması,sınağı və istismar texnologiyası”fənnindən
Təqdimat
“Quyudibi zonasının keçiriciliyinin
artırılması üsulları”
İxtisas: Neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı
Qrup: 139/1
Tələbə: Muradov Məğrur
Müəllim: Alışlı İlkinaz
Bakı 2022
MÜNDƏRİCAT
Giriş
1.
Mövzunun adı: Quyudibi zonasının keçiriciliyinin artırılması üsulları səh.1
2. Plan
Plan 1. Qazıma prosesi səh.2
2.Plan 2. Quyudibi zonanın keçiricilyini azaldan səbəbərlər səh.3
3.Plan 3. Quyudibi zonanın turşu ilə işlənməsi səh.4
3. İstifadə olunan ədəbiyyatların siyahısı:.......................................................səh.6
GİRİŞ
Quyu quruluşu dedikdə neft, su, qaz laylarını bir-birindən ayırmaq, quyunun divarlarını möhkəmləndirmək və quyunu istismar etmək üçün quyuya endirilən müxtəlif diametrli, uzunluqlu metal kəmərlərin miqdarı başa düşülür. Quyuların dərinliyi, neftli layların dərinliyindən asılı olaraq bir neçə yüz metrdən bir neçə min metrə qədər dəyişir. Yerin səthində quyunun başlanğıcı quyuağzı, quyunun ən aşağı hissəsi quyudibi, daxili yan səthi isə quyunun divarları adlanır.
Quyunun divarlarının uçulmasının qarşısını almaq, habelə neftli sulu layları bir - birindən ayırmaq üçün quyuya polad borulardan ibarət qoruyucu kəmər endirilir. Quyunun divarları ilə qoruyucu borular kəmərinin arasında qalan boşluğa sement doldurulur.
Quyuya aşağıdakı kəmərlər endirilir:
100-200 metr dərinliyə qədər endirilmiş yönəldici və ya istiqəmətləndirici boru kəmərləri – yönəldici quyu ağzından endirildiyi dərinliyə qədər sementlənir və yuxarı intervalların etibarlı bərkidilməsi və quyu ağzının yuyulub uçmasının alınması üçün endirilir;
Dostları ilə paylaş: |