Azərbaycan respublikasi əlyazması hüququnda azərbaycan təTBİQİ onomastikasi



Yüklə 2,99 Mb.
səhifə5/31
tarix05.01.2022
ölçüsü2,99 Mb.
#111228
1   2   3   4   5   6   7   8   9   ...   31
Tədqiqatın elmi yeniliyi. Problemin qoyuluşunun özü yeni və perspektivlidir. İndiyə qədər tətbiqi onomastika problemləri kompleks linqvistik tədqiqat obyekti olmamışdır. Dissertasiya Azərbaycan onomastikasının tətbiqi məsələlərinin kompleks təsviri və təhlilinin ilk təcrübəsidir. Elmi dövriyyəyə yeni faktik material daxil edilir. Onomastik məkanda addəyişmələr, fəal onimyaranma, onimik vahidlərin korpusunun genişlənməsi müşahidə olunur. Dissertasiyada tətbiqi onomastikanın inkişaf tarixinə ekskurs edilmiş, milli və xarici onomastikada onimlərin öyrənilməsində mövcud yanaşmaların analitik xülasəsi təqdim edilmişdir. Onimlərin ümumi isimlərə semantik keçidi nəticəsində yeni yaranan xüsusi ad törəmələrinin imkanları da nəzərdən keçirilir. İlk dəfə olaraq bu tədqiqatda Azərbaycan onomastik sistemini etnolinqvistik və sosiolinqvistik proseslərlə əlaqədə kompleks şəkildə nəzərdən keçirməyə cəhd edilmişdir. Bu məqsədlə yeni onomastik material sistemləşdirilib elmi dövriyyəyə daxil edilmiş, onomastik sistemin formalaşması və inkişafının sosiolinqvistik mənbələri aşkar olunmuşdur. Onomastik lüğətlərin, o cümlədən onomastik terminoloji lüğətlərin strukturu işlənib hazırlanmış, lüğət məqalələrinin quruluşu müəyyənləşdirilmişdir.


Yüklə 2,99 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin