Azərbaycan respublikasi əlyazması hüququnda İNGİLİs diLİNDƏ qayidiş ƏVƏZLİKLƏRİNİn praqmatikasi



Yüklə 297,74 Kb.
səhifə2/34
tarix02.02.2022
ölçüsü297,74 Kb.
#114032
1   2   3   4   5   6   7   8   9   ...   34
    Bu səhifədəki naviqasiya:
  • –self
İxtisarlar və şərti işarələr 136



GİRİŞ



Tədqiqat işinin aktuallığı və işlənmə dərəcəsi. İngilis dili artıq beynəlxalq dil statusu almış, dünya millətləri və dövlətləri arasında ortaq ünsiyyət vasitəsinə çevrilmişdir. İngilis dili ABŞ, Avstraliya, Böyük Britaniya, CAR, Yeni Zelandiya, İrlandiya və Sinqapur kimi bir çox inkişaf etmiş ölkələrin dövlət dilidir. Hal hazırda 400 milyona qədər insanın ana dilidir və bir milyard dörd yüz milyon insan isə ikinci dil olaraq istifadə edir. Həmçinin BMT də daxil olmaqla əksər beynəlxalq təşkilatların əsas rəsmi dillərindən biridir. Bu dil Okeaniyadan Avropaya, Afrikadan Amerikaya qədər dünyanın hər tərəfində əsas ünsiyyət vasitəsidir. İngilis dili dünyəvi miqyasda diplomatiya, kommersiya, dənizçilik, elm-texnologiya və kütləvi informasiya dili kimi istifadə edilməkdədir.

İnternetdə yerləşdirilən məlumatların əksəriyyəti (50%) ingilis dilindədir. Beləliklə ingilis dilini bilmək başqa yolla əldə edə bilməyəcəyiniz qədər çox məlumat əldə etməyə imkan verir. Qısacası, insanlar üçün həm peşəkar, həm də şəxsi həyat daxil olmaqla ingilis dili öyrənmək üçün bir çox səbəb var. 



İngilis dilinin belə geniş yayılması onu bir çox ölkədə tədqiqat mövzusuna çevirmiş, onun müxtəlif sahələri tədqiq olunmuş və edilməyə də davam edilir. Azərbaycanda da yerli mütəxəssislər tərəfindən çoxlu araşdırma nəticələri dəyərli qaynaq kimi qəbul edilə bilər. Bizim tədqiqat mövzusu olaraq seçdiyimiz sahə isə qayıdış əvəzlikləridir. Amma tədqiqat sahəmizə dilçiliyin yeni yaranmış bir sahəsi olan praqmatikanı da birləşdirəcəyik. Çünki hər hansı bir dildə ünsiyyət zamanı fikirlərimizi ifadə etmək üçün müəyyən qrammatik quruluşlardan və ən əsası mənadan istifadə edilir.

İngilis dilini öyrənərkən, semantik və praqmatik məna arasındakı fərqləri anlama linqvistik qabiliyyətimizi artırmaq üçün dəyərli bir vasitə ola bilər. Hər ikisi sözlərin mənaları ilə bağlı sahələr olsa da, onların istifadəsi olduqca fərqlidir.

Semantika bir dildə sözlərin mənasını və cümlə daxili mənanı ifadə edir. O cümlənin mənasını kontekst olmadan təhlil edir, dil və onun referenti arasındakı əlaqəni aydınlaşdırır. Praqmatika da eyni sahəni araşdırır, aradakı tək fərq isə bunu verilən kontekst daxilində edir. Eyni zamamda o dil formasını və onun referentini həmin formada istifadə olunan situasiya ilə əlaqələndirir.

Əvəzliklər praqmatikanın tədqiqində xüsusi yer tuturlar, çünki onlar kontekstdən asılı olaraq müxtəlif məna çalarlarına malik olurlar. İngilis dilində əvəzliyin on bir növü vardır və hamısını eyni dərəcədə tədqiq etmək mümkün deyil. Bunun üçün tədqiqat sahəmizi əsasən qayıdış əvəzliklərinə həsr edirik, amma digər əvəzliklərin də ümumi təhlilini də veririk.

Əvəzliyin digər növləri kimi qаyıdış əvəzlikləri də şəхs, kəmiyyət və cins kаtеqоriyаsınа mаlikdir.

Qeyri-müəyyən şəxs əvəzliyinin sonuna –self hissəciyi artırmaqla düzələn oneself əvəzliyi heç bir kateqoriyaya malik deyil, yəni şəxsə, kəmiyyətə və cinsə görə dəyişmir.

Qayıdış əvəzlikləri sintaktik funksiyasına görə predikativ, zərflik və təyin ola bilir.

I was by myself at home.(predikativ)

I can stay by myself. (zərflik)

I gave a book of myself to my friend. (təyin)

Qayıdış əvəzliklərinin digər bir funksiyası isə cümlənin təsir gücünü artırmaqdır, bu zaman onlar ədat funksiyasında çıxış edir.



I myself decided not to go there.

I went there myself.

Qаyıdış әvәzliklәri аncаq ismi әvәzlik kimi işlәnir. Bu qrupа dахil оlаn әvәzliklәr cümlәdә әsаsәn vаsitәsiz tаmаmlıq rоlundа çıхış еdir, Qаyıdış әvәzliklәrindәn әvvәl sözönü işlәnә bilir. Bu hаldа qаyıdış әvәzliklәri sәzönlü tаmаmlıq funksiyаsındа çıхış еdir,



  1. He poured himself a cup of tea.

She carried the bag herself.

  1. The girl herself confessed that she was guilty.

The author included the letter itself to the article .

Yuxarıda verilən nümunələrdə 1-ci forma ilə 2-ci forma arasında kəskin fərqləri görə bilərik. 1-ci verilən nümunələrdə qayıdış əvəzlikləri təsirli fellərin tamamlığı mövqeyindən çıxış edir, 2-ci nümunələrdə isə ismi birləşmələrə əlavə edilib. Buradan da göründüyü kimi 2-ci formada cümlənin mənasını dəyişmədən qayıdış əvəzliklərini çıxmaq olar, amma 1-ci formada qrammatikanı pozmadan bunu etmək mümkün deyil. Həmçinin mənalarında da fərq vardır. 1-ci formada verilən nümunələrdə iki iştirakçı vardır.

İngilis dilini yeni öyrənənlər yanlış və müvəffəqiyyətsiz ünsiyyətdən qaçınmaq üçün cümlənin praqmatik mənasını başa düşməyi öyrənməlidirlər. Çünki ünsiyyət zamanı danışan tərəflər anlaşılmazlıqların qarşısını almaq üçün bir çox praqmatik elementləri bilmək tələb olunur.

T.Hofman praqmatik səriştəni “şüurlu şəkildə dili təhlil etmək bacarığı” kimi qəbul edir [40, s. 201]. Praqmatik bacarıq ünsiyyətin meydana gəldiyi sosial və mədəni şəraitə uyğun və doğru olan sözləri dərk etmək və istifadə etmək qabiliyyətini ifadə edir. Biz burada qayıdış əvəzlikləri üzərində dayanıb onların düzgün şəkildə seçilməsi və istifadə edilməsi məsələlərini aydınlaşdıracağıq.

Qayıdış əvəzlikləri və praqmatikanın gündəlik nitqimizdə, ingilis dilinin tədrisində və öyrənilməsində intensiv şəkildə qarşımıza çıxması mövzunun aktuallığını göstərir, bu sahə üzrə araşdırmaların az olması isə onun yeniliyini təsdiq edir.


Yüklə 297,74 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin