Azərbaycan respublikasi əlyazması hüququnda OĞuz qrupu türk diLLƏRİNDƏ fonetik uyğunluq və norma



Yüklə 222,04 Kb.
səhifə27/40
tarix02.02.2022
ölçüsü222,04 Kb.
#114030
1   ...   23   24   25   26   27   28   29   30   ...   40
U-o sırası da ancaq Azərbaycan dilindəki iki sözdə sabitləşə bilmişdir: buzov, buxov.

Digər Oğuz dillərində ikinci hecada o sırası inkişaf etmədiyindən həmin sıra daim normaya keçməmişdir. Yalnız türk dilində indiki zaman şəkilçisinin birvariantlı forması üzrə u-o sırasını təqdir edən norma müşahidə edilir: okuyor, koruyor, doluyor, soruyor, buluyor və s.



U-ı sırası da Oğuz qrupu dillərində nitqin asanlaşdırıcılıq tələbi ilə uyuşmadığı üçün daimi norma deyildir. Azərbaycan dilində belə sıra ancaq lokal şəraitdə işlənə bilir: quzı, qurı, qutı, quyı, sulı [69].

Türk və qaqauz dillərində u-ı sırası norma yarada bilmir. Türkmən dilində isə o-ı sırası normaya çevrilə bildiyi üçün u-ı sırası da u-u sırası ilə birlikdə normaya çevrilmişdir: dulluk, duluq (dulus), durluk (duruluq), durum, düzlük,suvluk, duruş, quduz, qulluk, qulun, qunduz, qurluş, (quruluş); qutlı, qurı, duzlı, duyğı, duşlı (yuxulu).



U-ı sırası daha çox sözün üçüncü və sonrakı hecalarında işlənir. Bu da ondan irəli gəlir ki, sözün ikinci hecasından sonra nitq sərbəstliyinə daha çox yol verilir və bu sərbəstlik də uzusa çevrilərək norma kimi işlənə bilir: durqunlık, durnıksız, durumlı, duzçıllık, duzsızlık, duyumsız, durumsız, quşçılık və s.

Dilarxası saitlərin sırasında 16 kombinasiyadan 8-i ümumi normalılıq tələblərindən fərqlənir.



Dilönü saitlərin sırasında pozulmalar.

Dilönü saitlərin sırasına e saiti də qoşula bildiyindən bu saitin iştirakı ilə baş verən kombinasiyalar üzrə norma fərqlənmələrinin mənzərəsini mövcud faktlar əsasında aşağıdakı kimi izah etmək olar.



E-e sırası Azərbaycan dili üçün norma xarakterli deyildir. Digər Oğuz dillərinin ikinci hecasında e saiti intensiv olduğu üçün həmin dillərdə e-e sırası daimi nitq norması kimi işlənir.

Bunun əksinə, e-ə sırası Azərbaycan dilində inkişaf etdiyi halda, digər Oğuz dillərində bu sıra intensiv deyildir.



E-ö sırası Oğuz dillərinin heç biri üçün norma yarada bilməmişdir. Yalnız Azərbaycan dilinin bəzi lokal nitq trazilərində e-ö sırasına qrammatik forma üzrə işlənən variantlarda rast gəlmək olur: versön, versöz, getsöz, desön, desök, desöz [55].

E-ü sırası da o sırası da Oğuz dilləri üçün səciyyəvi deyildir.

Ə-e sırası isə ancaq türkmən dili üçün səciyyəvidir. Qalan Oğuz dillərində belə bir sıra norma deyildir. Yalnız Azərbaycan dilinin bəzi lokal nitq areallarında ə-e sırasına təsadüf edilir: gəler, bəyəner, əyləner, əser [8].

Ə-ə sırası ancaq Azərbaycan dilində intensiv normadır. Türkmən dilində zəifdir, türk və qaqauz dillərində isə bu sıra normaya keçə bilməmişdir.

Ə-ö sırası yalnız Azərbaycan dilindəki bəzi monolit sözlərdə (bənövşə, bənövüş) işlədilir. Bundan başqa ə-ö sırasına Azərbaycan dilinin lokal nitq ərazilərində qrammatik vasitələrin işlənməsində rast gəlmək olur: gəlsön, dəysön, əysön, gəlsök, dəysök, əysök, kəlsöz, dəysöz, əysöz [55]. Türk, türkmən və qaqauz dillərində belə bir sıra norması işlənmir. Ə-ü sırası da ancaq Azərbaycan dilinin bəzi lokal ərazilərində işlənir: əlüzə, hərəvüzə, dəstəvüzə, əynüzə [55].

Ü saitinin sırasında ü-ə Azərbaycan dili üçün, ü-e isə digər Oğuz dilləri üçün səciyyəvidir. Ü-e sırası, həmçinin, Azərbaycan dilinin bəzi lokal ərazilərində işlədilir: güler, bürüşer, üşüyer, düşer [55].

Ü-ö sırası da bəzi Azərbaycan dilinin lokal ərazilərində (gülsön, düşsön, bürüsön) və monolitləşmiş bülöv, bütöv kimi sözlərin tərkibində işlədilir.

İ-e sırası Azərbaycan dili üçün səciyyəvi deyildir. Bu sıra türk, türkmən və qaqauz dillərində normaya çevrilmişdir. Azərbaycan dilində i-e sırası yalnız lokal nitqdə işlənir: biler, itirer, isider, işliyer [8].


Yüklə 222,04 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin