Azərbaycan respublikasi əlyazması hüququnda OĞuz türkləRİNİn məNƏVİ MƏDƏNİYYƏt leksikasi


Təyini və qeyri-təyini söz birləşməsi tipli mənəvi mədəniyyət leksikası



Yüklə 306,26 Kb.
səhifə40/47
tarix05.01.2022
ölçüsü306,26 Kb.
#111915
1   ...   36   37   38   39   40   41   42   43   ...   47
3.2. Təyini və qeyri-təyini söz birləşməsi tipli mənəvi mədəniyyət leksikası
Tədqiqat zamanı oğuz qrupu türk dillərinin lüğət tərkibində xeyli sayda söz birləşməsi tipli mənəvi mədəniyyət leksikası müşahidə edildi. Oğuz qrupuna daxil olan dillərinsöz birləşməsi tipli mənəvi mədəniyyət leksikasını belə qruplaşdırmaq olar: qeyri-təyini ismi birləşmələr; təyini ismi birləşmələr (I, II, III növ); feili birləşmələr (məsdər və feili sifət tərkibli); sabit söz birləşmələri (frazeoloji birləşmələr); söz-cümlə modelli birləşmələr. Bu birləşmələri də məzmun baxımından aşağıdakı kimi qruplaşdırmaq olar: din, dini inanc, toy, yas, uşağın dünyaya gəlişi, alqış və qarğış məzmunlu birləşmələr.

Türk dillərində ismi birləşmələr geniş şəkildə yayılmışdır. Qədim və müasir türk dillərinin sintaksisində işlənən təyini ismi birləşmələr həm qurulma üsuluna, həm də daşıdıqları semantikaya görə, demək olar ki, uyğunluq təşkil edir. Qədim türkcədə olduğu kimi müasir türk dillərində də işlənən ismi birləşmələr analitik (I növ) və sintetik (II, III növ) üsulla yaranır. Söz birləşmələrinin konstruktiv xüsusiyyətləri hər şeydən əvvəl əsas, özək üzvün qrammatik və leksik mənası ilə, onun asılı üzvlərlə sintaktik münasibətinin xarakteri ilə müəyyənləşir[85, s.325]. Türk dillərinin sintaksisinin əsasını təşkil edən təyini söz birləşmələrinin ortaq xüsusiyyətlərinin olmasına baxmayaraq, işlənilmə tezliyinə əsasən bir-birindən fərqlənir. “Türk dillərinin sintaktik quruluşunun inkişaf tarixi izlənildikdə daha çox I növ təyini söz birləşmələrinin üstünlük təşkil etdiyi məlum olur”[85, s.75]. Müasir oğuz qrupu türk dillərinin sintaktik quruluşunda təyini ismi birlşmələrin bütün növlərinə geniş şəkildə rast gəlinir. Tədqiqat zamanı qeyri təyini ismi birləşmələrin təyini birləşmələrə nisbətən azlıq təşkil etdiyinin şahidi olduq.

I növ təyini söz birləşməsi: Bu qrupa daxil olan türkədəbi dillәrində və dialektlərində, demək olar ki, I növ təyini söz birləşməsi şəklində işlənən toy mərasimi, bayramlar, rituallar və adət-ənənələrlə bağlı leksik vahidlər azlıq təşkil edir:

Toyla bağlı : “yol iz”(“başlıq” mәnasında işlәnilir) (Şuşa), “Xına toy”, “kiçik elşilik”,“peyğəmbəri toy”,“südəfi toy”(çalğısız toy), “səsdi toy”,“toyluq xına”(Azərb.), “büyük dünürçülük”, “tüy mal”, “kara mal”, “he demelik”, “etsiz bayrak”,“kına kadın”, “şal kuşak//derem kuşak”, “atlı yığma”, “altın başmak”, “üç etek”, “iç evlilik” (Türk.)“düz horu”, “tuz ekmek”, “kırmızı rakı”, “ikinci aftaluk”, “çatal don”(gəlinlik), “ballı rakı”, “kırk ayos”, “kırk kaşık”, “büyük oruç” (qaqauz.) [200, s.74], “tünür qadın”, “qadın quda”, “tünür böşük”, “karşılık akraba”, “piade kazı” , “altın gabak”(oyun) (türkm.)[198, s.83], “ata evlilik” (Qarapapaq türkm.) və s.

Doğuşla bağlı:“toylu kadın”(hamilə qadın), “aylı kadın” “mest pabuç”,“ağır ayak”, “ölmez hastalık”, “zimet kadın”, “iç göynek”, “akika kurban”(Türk.), “kütük has ezan”(uşağa verilən birinci ad), “göbek küçük”(II ad), “aydaş çocuk”(cılız uşaq), “er at” (türkm.), “büük pita”, “kiçik pita” (qaqauz.), “uşahlı arvad” (hamilə) (Qaşqay türk.), “gəbə qadın” (İraq türkm.), “seç gece”(İran türkm.) [163, s. 44]və s.

Yasla bağlı:“kederli bayram”, “acılı bayram”, “karalı bayram”, “son nefes”, “ebedi uyku”, “kederli bayram”, “karalı bayram”, “acılı bayram” (Türk.) [187, s.84], “qara bayram” (Azərb.),“ölü yuyucu”, “çatma ev”, “çatılı mezar”(türkm.)[129, s.153].

Dini inancla bağlı:“kara konco”(insan başı qanadlı at), “kanatlı yılan” (ayın qarşısını tutan varlıq), “Salkım ağa” (üzüm tanrısı), “koca Allah”, “mındar afta”(rusali həftəsi) (qaqauz.), “mavi taş”(nəzər muncuğu), “dar vakit”, “şeytan düğün”(Türk.)

Bayram və mərasimlərlə bağlı:kara ağaç”, “domus kıran”(qaqauz.), “oğlaq ay”, “muştuluqçu// müjdəçi çərşənbə”, “əzəl çərşənbə”, “yalan çərşənbə”, “oğru buğ”, “oğru üskü”, “doğru çərşənbə” (Azərb.) [7, s.20], “uluğ ay”, “kürklü marta”, “söz hatun”, “boz hatun”, “ceyle kazan”, “sultan Nevruz”(Türk.), “nauruz koje” (türkm.), “köse gelin” (Qaşqay türk.) və s.

Mahnı və rəqs adları: “üç ayak”, “tek ayak” (Türk.), “Çıraq qala”, “Çuxur oba”, “Çoban bayatı”, “Baş Sarıtel”, “Orta Sarıtel” (Azərb.) [7, s.178]

Oyun və Tamaşa adları: “Kosa gəlin”, “Tənbəl qardaş”, “Şah Səlim”, “Keçəl pəhləvan”, “Tapdıq çoban” (Azərb.) [7, s.410]

II növ təyini söz birləşmələri III şəxs mənsubiyyət şəkilçisinin vasitəsilə yaranır və asılı tərəf əsas tərəflə yalnız III şəxsin təkinə əsasən uzlaşır. Bəzi dilçilər bu tipli birləşmələri izafət tərkibləri adlandırırlar. F.Zeynalov isə “izafət” termininin türk mənşəli ismi birləşmələr üçün deyil, ərəb-fars mənşəli birləşmələr üçün məqbul hesab etmişdir.“Türk dillərinin tarixi- müqayisəli və ya müqayisəli-tarixi sintaksisində sintaktik vahidlərin arxetipləri bir tipoloji model olaraq dilin semantikası və sintaktik sırası ilə birlikdə konkret morfoloji modellərə söykənilərək müəyyənləşdirilmişdir” [77, s.88].


Yüklə 306,26 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin