3.1.3. Oğuz qrupu türk dillərində sintaktik üsulla yaranan sözdüzәltmә
Sintaktik üsulla sözdüzәltmә də oğuz qrupu türk dillərində çox məhsuldardır. Mürəkkəb sözlər yazılışına görə iki yerə ayrılır: bitişik və defislə. Bitişik yazılan mürəkkəb leksik vahidləri də yaranma üsuluna görə bir neçə yerə bölmək olar:
1.Müxtəlif mənalı iki sadə sözün birləşməsindən yaranan vahidlər: toyla bağlı:“şeşəbaş” (şabaş), “xoşgəvər” (boxça), “təknətabağ”, “üzduvax”, “şirinçay”“şirnibəlgə”, “nobatçay” (elçilikdən sonrakı mərhələ) [3, s.29], “ağsaqqalplov”, “toymələk”, “xanədamad”, “toqqakəmər”, “qalınbaşlıq”, “novdamad”, “cərgəgül” (gəlin bəzəyi), “gəlinbacı”, “ağcadaban” (oyunbaz) (Azərbaycan dili və dialekt.), “gelneje//ece” (yengə) (türkm.); “karabaş//karavaş”, “içgüvey”, “hacıana” (Türk.); Doğuşla bağlı: “ocahkor” (sonsuz) (türkm.), “bağırdağ” (beşik bağı) (İraq türkm); Yasla bağlı:“qaraduvax”(Azərb. dialekt) və s.
Mahnı və rəqs adları:“Uzundərə”, “Naznazı”, “Qızılgül”, “Kömürtəpə”, “Xalabacı”, “Süsənbəri” [7, s.178], “Hacıcan”, “Nənəgün”, “Sonacan” [7, s. 416].
Oyun və tamaşa adları: “Çilingağac”, “Baharbənd”, “Təkdirə”[7, s46], “Gizlənqaç//gizlənpaç”[7, s.401](Azərb.) və s. “Əylisdə bir kişi var, onun da bir qızı var. Hər bir cavan oğlan ki rast gəlir, qızının şirnisini içdirip otuz manat alır” [76, s. 306].
Mərasim adları: “Axırçərşənbə”, “Şahoyun” [42, s.168-171].
2. I tərəfi şəkilçisiz, II tərəfi mənsubiyyət şəkilçili:Toyla bağlı: “toybaşı”, “toyağası” [5,387], “toybabası”, “ayaxüstü”, “dişxarcı”“pərdəölçüsü”, “qızyanı”, “qızaşı”,“tabaqqırağı”(nişan), “balamanyanı” (toydan bir gün əvvəl bəyin dostları ilə keçirdiyi məclis), “dərhəjdi”(dər-qapı, həjd-xərc)(Azərb.), toydamı”, “bekarbaşı”, “yigitbaşı”, “başgölgesi”, “başbağı”(ər, arvad) (Türk.); Yasla bağlı: “kazayağı” (Türk.); Mahnı və rəqs adları: “Heyvagülü”, “Xançobanı”(Azərb.); Oyun və tamaşa adları: “Kilimarası”(Azərb.) [7, s.410]
3. I tərəfi sadə və ya düzəltmə isim, II tərəfi feildən düzəlmiş isim:“qızbəyənmə//qızgörmə”,“oğlangörmə”//“oğlanbəyənmə”,“duvaqqapma”, “ağızbilmə” (qeyri-rəsmi qadın elçiliyi), “gözaltı//gözaltılama” (Azərbaycan dialekt: Şəki, Zaqatala),“qızbəyənmə//qızxoşlama”(Abşeron, Salyan),“nişanlıseçmə”(Quba)[23, s.28]; “hədeməsi//hədeması” (keçmiş Zəngəzur); “ağacqorxutma”,“danatma”, “qurşaqsallama”, “papaqatma” (bayram mərasimi), “şahbəzəmə”,“xanbəzəmə”, “dirədöymə”[7, s.29-30],“bəyoturma”, “bəydurma”, “şəbihçıxarma”(oyun) [7, s.414-416].
4. I tərəfi adlarla, II tərəfi düzəltmə sözlərdən düzəlmiş sözlər: Doğuşla bağlı: “ikicanlı” (hamilə); Toyla bağlı: “ağırdonlu//ağırdonnu”, “qaradonnu” (Azərb.) və s.
5. I tərəfi adlarla, II tərəfi feili sifətlə düzəlmiş sözlər: Toyla bağlı: “cınqıran” (oyun) (qaqauz.), “sözkesen” (Türk.), “bəzəkvuran”, “üzalan” (gəlini bəzəyən adam), “aradüzəldən”, “adamçağıran”, “qızalan”, “qızelçiləyən”, “qızdiləyən”, “qızistəyən”, “xandagəzən”(Azərb.)
Doğuşla bağlı: “aşverən”, “aşeren”, “aşyürüyen”, “doğazkesen” (Türk)[109, s.49]; Yasla bağlı: “yasötürən” (ölümün dördüncü günü) (Azərb) və s.
Bayramla bağlı: “müjdəverən” (Azərb.)
Mahnı və rəqs adları: “Beşaçılan” (Azərb.)
II. Defislə yazılan mürəkkəb sözlər:Bu tipli mürəkkəb sözlər tərəflərinin ifadə imkanlarına görə bir neçə yerə ayrılır:
yaxın mənalı sözlərin birləşməsi ilə: Toyla bağlı: toy-düğün , “toy-bayram”, “toy-büsat”,“şal-üzük”,“üzük-fitə”(nişan) (Bakı, Lənkəran, Təbriz)[72, s.382], “toyxana-mağar”, “məsləhət-məşvərət” (Azərb.), “xan-vəzir”, “bəy-vəzir”; Mahnı və rəqs adları: “karşı-beri”, “var-gəl”, “varma-gelmə” (Türk.) ; Oyun adları:“Kur-Kur-Baba” (qaqauz) [149, s.103] və s.
b) əks mənalı sözlərin birləşməsi ilə:“hə-yox” (rəsmi kişi elçiliyi) [81, s.71],“sağdış-soldış”, “biçmə-tökmə”, “kəsi-biçi”, “cer-cehiz”(Azərb.)[],
c) eyni sözün təkrarı ilə: “Üzük-üzük”, “Turna-turna”, “Fincan-fincan” (toyda oynanılan oyun),“Xan-xan”, “Şah-sahı” (bayramla bağlı) , “Naz-nazı”, “Kim-kimə”, “Cığ-cığa” (rəqs), “Kosa-kosa”, “Mərə-mərə”, “Aşıq-aşıq”, “Oğru-oğru” [7, s.46], “Hadar-hadar”, “Qaçaq-qaçaq”, “Çaqqı-çaqqı” [7,s.399],“Qazdar-qazdar”[7, s.416],“Quşum-quşum”, “Durna-durna”( oyun adı) (Azərb.) [7, s.400], “Baca-baca” (oyun) [42, s.168].“Rop-rop” (oyun adı) (qaqauz.)[149, s.102] və s.
ç) müxtəlif mənalı sözlərin birləşməsi ilə: Toyla bağlı: “şay-sep”(cehiz) (türkm.), “başlık-şişlik” (tərəkəmə türkm.); Yasla bağlı: “kan-yaş” (ölü üçün ağlamaq)(qaqauz.); Dinlə bağlı: “hen-kel” (nəzərlik), “Xudavəndi-kərim”,“huri-qılman”: “Huri-qılmanü pəri” [31, s.40], “Budur uçmaq huri-rizvanım bənüm” [31, s.33]; Oyun və Tamaşa adları: “yalan-palan” (Azərb.) [6, s.400] və s.
Dostları ilə paylaş: |