Toyla bağlı:“toy danışması”; “başlıq” mənasında “süd pulu” , “yol pulu”, “anayolu”,“dizaltı”; “qız evində keçirilən sönuncu məclis” mənasında “qız toyu”, “bəy xalatı”,“xına gecəsi”, “qız başı”, “elçi daşı”, “qız qapısı”, “xına hamamı”, “toy xınası”, “imam nikahı”, “parça görməsi”, “oğlan yengəsi”, “şax bacılığı”, “ixtilat toyu”(Azərbaycan dili və dialektlərində), “gayret kemeri”, “toy aydımları”, “süycülük suvı”, “yüz görümlüğü”, “toy sahedi”, “sahed günü” (toy günü), “ata öyi”(türkm.), “horoz kakması”, “gelin göçü”, “güvey sahrası”, “güvey çillesi”, “güvey seyranı”, “güvey yanı”, “baş örümü”, “pazarlık kahvesi”, “danışık günü//ekmeği”, “koltuk çöreği”, “dil bağı”, “ağız nişanı”, “gelin alayı”, “gelin hamamı”, “yüz yazısı”, “beşik kertiği”(Türk.)[106, s.38],“söz kolacı”, “buba hakkı”, “ana topu”, “üzüm haftası”, “nişan çemberi”, “güva türküsü”, “yol dağıtımı”, “yemiş fıstanı” (qaqauz.)[176, s.89],“göbek kesiği”(beşikkesmə) (Qaşqay türk.) və s. Azərbaycan dilində toyla bağlı II növ təyini söz birləşmələrinin bir qismi izafət tərkibi formasındadır: “şəbi-zifaf”, “leyleyi-zifaf”, “şəbi-gərdək”, “pərdeyi-ismət” və s.
Oğuz dillərində toyla bağlı işlənən II növ təyini söz birləşmələrinin bir qismi yuxarıda göstərilən nümunələrdən fərqlənir. Belə ki, bu tipli birləşmələrin bəzilərinin I komponenti sadə və mənsubiyyətli isimlərin birləşməsindən yaranan mürəkkəb isim, bəzilərinin sadə isim və təsriflənən feilin birləşməsindən, bir qismininisə I tərəfi isimləşmiş sifət, II komponentləri isəmənsubiyyət şəkilçili toy, gecə, nəmər, adət//dabara sözlərindən ibarətdir: “ərus toyu”, “arvad toyu” “qızbaşı toyu”, “bəybaşı toyu”, “üzükşal toyu”,“qızaldı toyu”, “nişantaxtı toyu”, “paltarkəsdi toyu”, “gəlinapardı toyu”, “gəlingətirdi toyu”, “üzəçıxdı toyu”, “gəclər toyu”, “subaylar toyu”, “gəlinoldu gecəsi”, “yolkəsdi nəməri” (Azərb.) [7, s.391], “yüzgördü dabarası” (türkm.)və s.
Doğuşla bağlı:“diş hədiyi” , “hal anası”, “hal arvadı”, “al nası”(Azərb.), “küy babusu”, “ayazma suyu”, “miru bezi”, “yaş kolacı”, “adım çöraa”, “arb babusu”, “diş annesi”, “piynir haftası”(qaqauz.), “ağız tadı”, “hatem ekmeği”, “dil bağı”, “gönül eminliği”, “diş buğdayı”, “diş bulquru”, “üç yemeği”, “çille gömleği”, “kırk gömleği”,“it gömleği”(uşağın ilk geydiyi köynək), “evliya nişanı” (Türk.) [124, s. 224], “aydaş aşı”, “bebek eşi”, “diş pörtmesi”, “ölü kırkı” (yeni doğulan uşağın cənazə yerində olmasından yaranan rahatsızlıq) (türkm.) [151, s.258] və s.
Yasla bağlı:“sıra //hayrat yemeği”, “kazma takırtısı”, “ölü döşeği”, “rahat döşeği”, “gelin yatağı” (ölən gəncsə), “ölüm işığı”, “kabe örtüsü//cenaze örtüsü//sal örtüsü”, “yel bayrağı”, “yas bayramı”, “yas hamamı”, “ölü ekmeği//aşı”, “kırk yemeği// ekmeği”, “can aşı//helbası”, “zıkkım yemeği”, “idam cezası” (ölüm cəzası), “nez hali”, “cenaze töreni”, “kıyamet gömleği”, “ahret yolçuluğu”, “yaz helvası”, “uzut odu”, “ölü giliği” (Türk.)[187, s.89] , “arife toprağı”, “iman bezi”, “tarak bezi”(türkm.), “hazar helvası”, “hayır yemeği” (İraq türkman), “meyit namazı”, “qəbir əzabı”, “sinə daşı”(Azərb.), “miru suyu”, “tabut örtüsü”, “ayazma suyu”(qaqauz.) [149, s.112] və s.
II növ təyini söz birləşməsi formasında olan dini terminlər də bu qrup dillərin leksik fondunda çoxluq təşkil edir: “Tənri yolu”, “Tənri// Tanrı dərgahı”, “Axirət yolu”, “din əri”, “fitrə zəkatı” (Azərb.), “parşamba karısı”, “cumaa karısı”, “cumaa babası”, “Pazar anası”, “can bucağı”, “cendem kapusu”(qaqauz.), “beydak bezi” (Kərkük türkm.), “Bərat gecesi”, “ebaül kuşları”, “süt gölü”(göyün üçüncü qatı), “ayat namazı” “nazar karası”, “musalla taşı”, “Çarşamba cadısı”, “Çarşamba karısı” (Türk.) [125, s.51], “al karısı”, “al kızı”, “al kuşu”(Qaşkqay türk.), “Əli günü” (cümə axşamı), “Əhəd günü” (bazar günü) (İraq türkm.) [82, s.107] , “Qasım otağı” [87, s.21]və s.
Dinlə bağlı leksik vahidlərin bir qismi ərəb dilindən keçmiş izafət tərkibli birləşmələr şəklində işlənir: “darül-həlb”, “darül-islam”(islam məmləkəti), “əsri-səadət” (Hz. Məhəmmədin yaşadığı dövr), “eydül-əzha”(zilhiccə ayının 10-cu gününün – Qurban bayramının adı), “eydül-fitrə”, “eydül-Əsgər”, “abı-kevser”, “leylətül-qədr”, “Vacibül-vücud” (yalnız Allah-təalaya verilən ad), “mələkül-mövt”(ölüm mələyi), “əhli-din”, “huri-rizvan”, “emri-hak”, “ərşi-əla”(Allahın səltənəti,), “ərşi-ilahi”, “ərşi-müəlla”(göyün doqquzuncu qatı), “ərasati-məhşər” (məhşər meydanı)[87, s.31], “əhli-beyt”, “əhli-qiblə”, “əhli-qübur”, “əhli-dünya”, “əhli-iman”[,46]və s. “Neylədiniz Yusifi, ya əhli-din” [31, s.18]; “Budur uçmaq huri-rizvanım bənim” [31, s.33] və s.
Bayramlar, mərasimlərlə bağlı: “siçan günü, “Lena günü” (2 May), “harman ayı”, “Todor günü”, “kelebek günü”, “kakarça panayırı”, “içme suyu”, “İgnat günü”, “oruç açması”, “kolada günü”, “paskalya günü”(qaqauz.) [200, s.111], “peyqamber dostluğu”(kirvəlik), “beşik toyu”, “davuk günü” (toy gününden sonra bəyin ana, atasının əlini öpdüyü gün) (Türk.), “Qurban bayramı”, “Orucluq//Ramazan bayramı”, “su çərşənbəsi”, “ölü çərşənbəsi”(Azərb.),“mart doqquzu”, “sular Novruzu” [7, s.22], “Əhya axşamı”, “Qədr gecəsi”[7, s.56], “İsmayıl qurbanı// bayramı” [7, s.51] və s.
Mahnı və rəqs adları: “Acem halayı”, “çerkez halayı”, “yörük halayı”, “teke oyunu”, “deve oyunu”, “türkmən kızı” (Türk.),“Alma gülü”, “Alça gülü”, “Dağ çiçəyi”, “Heyva gülü”, “çay dərəsi”, “Muğan bulağı”, “Göyçə gölü”, “Keşiş oğlu”(Azərb.)[7, s. 178]və s.
Oyun və tamaşa adları: “Maral oyunu”,“Şələ oyunu”, “Çalağan çardağı”(Azərb.) [7, s.403-410], “Hamam oyunu” (qaqauz) [149, s.106] və s.
Oğuz qrupu türk dillərində II növ təyini söz birləşmələrinin mürəkkəb şəklinə də rast gəlinir. Bu birləşmələrin birinci tərəfi yaxınmənalı (sinonim) mürəkkəb sözlərdən ibarət olur: “qohum-qardaş aşı”, “bəzək-düzək paltarı” (toyla bağlı), “Hızır-İlyas günü”, “ata-baba günü” (bayramla bağlı) (Azərb.), “tuz-ekmek hakkı”(yasla bağlı), “şoh-yom ağacı” (toyla bağlı), “ana-baba daveti” (Türk.) və s.
III növ təyini söz birləşməsinin I tərəfimüəyyən yiyəlik hal, II tərəfi isə mənsubiyyət şəkilçiləri ilə yaranır. Bu birlşmənini asılı tərəfi hər III şəxsə görə əsas tərəflə uzlaşır, I tərəf isə yiyəlik hal şəkilçisi ilə II tərəflə idarə olunur. Bu birləşmələr daha çox konkret əşya bildirməyə xidmət edir. Oğuz qrupu türk dillərində bu tipli birləşmələr digərlərinə nisbətən az işlənmişdir.
Toyla bağlı: “kızın çeşnisi” (Türk), “gəlinin cülusu”, “bəyin toy hamamı”, “gəlinin çırağı”, “yeddilövün xonçası”, “qızın sağdışı”, “gəlinin çilləsi”, “toyun dörbaşı”, “gəlinin duvaqqapması”, “toyun dorbaşı”, “cehizin yazılması”(Azərb.)
Doğuşla bağlı: “balaların bebek yaşta bant kılınması”(beşikkərtmə) (Türk. dialekt.) , “panayanın pitası”(qaqauz.) [190, s.67] və s.
Yasla bağlı: “ölünün kırkı” (Türk.) [187, s.18] və s.
Dini inancla bağlı:“alın yazısı” (Allahın əmri ilə olan hadisələr)(Azərb.), “tabanımın yazısı”(təcrübəsizlikdən baş verən hadisələr ) (Anadolu), “Allahın oolu”, “Allahın uşakları”, “Allahın oolu İsus Ristos”, “Zehtinyanın ayozlanması” (qaqauz.) [149, s.18, s.81] və s
Mahnı və rəqs adları: “kürdün kızı” (türk) [31, s.18]
Oğuz türklərinin lüğət fondunda çox az şəkildə qeyri-təyini ismi birləşmələrə də rast gəlinir. Toyla bağlı: “kınaya haber”, “kız evli”, “çaydaçıra”, “yüz yazıcı” (gəlini bəzəyən qadın), “başı bozuk”, “başı boş” (dul qalmaq), “başı bozulmadık”, “başı bütün”, “başı bağlı”(evli), “başı bağlanmış”(nişanlanmış) (Türk.), “gözleri pamuklu” (türkm.), “əvəzə bərdəl”,“telpeği ağan” (dul qadın), “gəlini ziyarət”(Azərbaycan dili və dialekt.), “mantıya davet” (qaqauz.)[200, s.88], “korsakta kalış”(hamilə) (türkm.), “başı bağlı” (evli) (Türk. dialekt.) [112, s. 29]və s.
Doğuşla bağlı: “üzeri yüklü”, “yüküm ağır”, “yarı kırk” (Türk.), “ayağı ağır” , “başı bütöv” (yeni gəlin) (türkm.),“ağır canlı”, “iki canlı” (qaqauz.). Bu tipli birləşmələrin yaranmasında bəzi orqan adları geniş şəkildə işlənmişdir: Sinə//göyn : “gögnü geçe”, “göğnü kötü” (Türk.); Ağız : “ağzı kel”, “ağzı kıl”, “ağzı tatsız”(Türk.); Baş: “başı bozuk”, “başı bulanık”, “başı döngün”, “başı kel” (Türk.); Qarın//karın: “karnı burnunda”[109, s.48] və s.
Dini inancla bağlı:“can alıcı” (qaqauz.); Yasla bağlı:“kırkını sindirme” (Qarapapaq türkm.)
Qәliblәşmiş tərkib formasında :
Toyla bağlı:“baş bozma günü”, “gelin çıkartma günü”, “gelin göçürme günü”, “gelin savması günü”, “he deme parası”,“kavil olma günü”, “hayırlı olsun odası”, “güveyi başı odası”,“gelin ağlatma havası”,“kırmızı kuşak bağlama”, “güvey söyletmesi yemeği”(Türk.), “çotra nişan töreni”, “büyüğün kısmetini çalmak”, “altı ayı doldurma”, “Aziz Dmitriy günü”, “Aziz Mihayıl günü”, “Aziz Meryem günleri” (qaqauz.) [261, s.14], “oğul vermək kız çıkarmak” (evlənmək), “gelin başı salavatlama” (türkm.) [272, s.22],
Yasla bağlı:“büyük ölüler günü” (qaqauz.), “yüzü örtülü ölüm” (qohum-əqrəba yanında ölüm)(Suriya türkm.), “kazma kürek helvası” (Türk.) [187, s.38]
Dostları ilə paylaş: |