Azərbaycan respublikasi əlyazması hüququnda OĞuz türkləRİNİn məNƏVİ MƏDƏNİYYƏt leksikasi



Yüklə 306,26 Kb.
səhifə44/47
tarix05.01.2022
ölçüsü306,26 Kb.
#111915
1   ...   39   40   41   42   43   44   45   46   47
Yasla bağlı məsdər tərkibli frazeoloji birləşmələr: bu cür birləşmələrin bir qismi iki tərkibdən, bir qismi üç tərkibdən, az qismi isə dörd komponentdən ibarətdir.

Türk dillərində iki tərkibli sadə frazeoloji birləşmələrin müxtəlif formalarına təsadüf etmək olur:

a) təsirlik hallı isim+məsdər tərkibli frazoloji birləşmələr: “amanadını tapşırmak” (ölmək), “yer düynemek”, “göz yummak”,“demi içine dolmak”,“boynunu soğdurmak”, “ömrünü üzmek”, “yer yuvutdurmak”(öldürmək), “ağzını buzlatmaq” (öldürmək), “ab tökmək”(ağlamaq), “yas tutmak” (yas), “ömrünü bağışlamaq”, “ömrünü tapşırmaq”, “can vermek”, “defteri dürülmek”, “ayağını sürümük”, “ayak uzatmaa”, “cartayı çekmek”(qaqauz.)[149, s.148] , “enek atmak” (türkm.) [151, s.78], “zartayı çekmek”, “demir almak”(ölmək), “yüreyine inmek” (aniden ölmək) (Türk.) və s.

b) çıxışlıq hallı isim+ feil əsasında formalaşan frazeoloji birləşmələr: “dünyadan ötmek”, “mıncıramak”, “itden çıkarmak” (Türk.) [134, s.102]və s.

c) yönlük hallı isim+feil əsasında formalaşan frazeoloji birləşmələr:“yere dulanmak” (ölmək), “ağa bükmək”(kəfənləmək), “əbədiyyətə qovuşmaq” (Azərb.), “dünyaya gözlerini kapamak”(Türk.)[217, s.12], “mat bolmak”, “otlamak”, “ömür tamapını kesmek”, “pökgermek”, “peymanın dolmak”(“oduna yanmak”, “birinə görə ölmək”, “ölüm vaxtı yetişmək”) (türkm.)[151, s.171] və s.

ç) adlıq hallı isim+ feil əsasında formalaşan frazeoloji birləşmələr: “canı çıkmak” (türkm.), “taleyi tərs gəlmək” (bədbəxt olmaq), “ağzı soyumaq”,“ağzı pambıqlanmaq” (ölmək), “həyatla vidalaşmaq”(Azərb.), “can çekişmek” (ölmək üzrə olmaq), “vadesi gelmek”, “günü yetmek”, “toprak olmak”, “yuvarlanıp gitmek” (qəflətən ölmək)(Türk.) [187, s.116] və s.: “Nemətsə də, gözəl şeir/ Şair olan qəm də yeyir” (S.Vurğun)və s.

Üç komponentli sabit birləşmələr. Bu cür birləşmələr tərəflərin ifadə vasitəsinə görə bir-birlərindən fərqlənirlər:

  1. Qeyri-müəyyən yiyəlik hal+təsirlik hal+ feil əsasında formalaşan frazeologizmlər:“can borcunu ödemek”, “şehadet şerbetini içmek” (Türk.) [186, s.53],“ölüm şərbəti içmək”(Azərb.) və s.

  2. adlıq hal+yönlük hal+ feil əsasında formalaşan frazeologizmlər:“adı daşa yazılmaq”, “canamaz suya çəkmək”(günahsızcasına ölmək) (Azərb.) və s.

  3. adlıq hal+çıxışlıq hal+ feil əsasında formalaşan frazeologizmlər:“canı ağzından çıxmaq”, “ayağı gordan sallanmaq” (ölümü yaxınlaşmaq) (Azərb.) [108, s.37] və s.

  4. sifət+yönlük hal+ feil əsasında formalaşan frazeologizmlər:“əbədi yuxuya getmək”(Azərb.) və s.

  5. yiyəlik hal+yönlük hal+ feil əsasında formalaşan frazeologizmlər:“əzizlərinin yanına getmək”, “ölüm yassığına yatmak” (türkm.) [129, s.81] və s.

  6. adlıq hal+sifət+ feil əsasında formalaşan frazeologizmlər:“adı qara gəlmək” (Azərb.) və s.

  7. yönlük hal+ feil əsasında formalaşan frazeologizmlər:“həyata vida demək”, “derisine saman dıkmak” (türkm.)[209, s.20] və s.

  8. təsirlik hal+feili bağlama+ feil əsasında formalaşan frazeologizmlər:“göz açıp getmek”(arzusuna çatmadan ölmək) (Azərb.); “gök daş bolmak”(ağlamaq), “müdimi uka gitmek”, “yaş üstünden gitmek”(uşaq dünyaya gətirəndə ölmək) (qaqauz.)[149, s.25] (yiyəlik hal+çıxışlıq hal+məsdər), (yönlük hal+təsirlik hal+məsdər) və s: “Nə qədər ümidin toxundu daşa/ Nə qədər istəyin gözündə qaldı,/ Bədənin torpaqda daldalansa da,/ Döyünən ürəyin sözündə qaldı” (H.Arif) və s.

Mənəvi mədəniyyətlə bağlı dörd komponentli sabit birləşmələr türk dillərinin lüğət tərkibində az şəkildə işlənmişdir.Məsələn: “can alıb can vermək”. Bu birləşmənin komponent tərkibi təsirlik hallı isim+feil+təsirlik hallı isim+feil tiplidir.

Doğumla bağlı məsdər tərkibli frazeoloji birləşmələr: “adaq çeçək eləmək”(ilk addım atmaq),“dünya //aleme inmek”(doğulmaq), “ağzı pis olmaq”(hamilə) (türkm.) [209, s.16], “ağrısı tutmak”, “kırk basmak”,“sütten kesmek”,“bebek beklemek”(Türk.), “al aparmaq” (Azərb.), “döl vermek” (qaqauz.) [149, s.36] və s.


Yüklə 306,26 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin