Dini inancla bağlı məsdər tərkibli frazeoloji birləşmələr: “Tanrı günü görmək”, “Tanrısına təpik atmaq”, “uğuru qara gəlmək”, “canını Allaha tapşırmaq”, “fatihəsini oxumaq”, “şeytana namaz qıldırmaq”, “şeytanın ayağını qırmaq”, “şeytana papış tikmək”, “cənnətə döndərmək” [86, s.263-64] (Azərb), “adak adamak”, “cehennemi boylamak”, “ahireti boylamak” (Türk) [217, s.47], “acal donunu geymek” (türkm.) [151, s.522]: “Dağlara qara düşdü deyirəm yəqin/Adamlar bu saat kövrəkdir, mumdur/ Hamı cızığından çıxıb fitnənin/ Hamı bir-biriylə hal-əhval tutur” (M.Araz) və s. Bu tipli frazeoloji birləşmələrin birinci tərəfi əsasən təsirlik halda olan isimlərlə, II tərəfi isə təsirli feillərlə ifadə olunmuşdur. Bir qisim frazeologizmlər I tərəf yönlük halda işlənən isimlərlə işlənmişdir.
Oğuz qrupu türk dillərində mənəvi mədəniyyətlə bağlı geniş cümlə modelli frazeoloji birləşmələr də intensiv işlənmə tezliyinə malikdir:
Toyla bağlı cümlə modelli frazeoloji birləşmələr:“xəmirləri bir yoğrulub” (Azərb.) [108, s.133].
Yasla bağlı cümlə modelli frazeoloji birləşmələr: “dünya değiştirdi”, “don değiştirdi”, “Hakka yürüdü”,“haqqına qoydu// hakına kodı”, “toprağa emanet etdik” (Türk.), “Ismi yerdə qaldı”(övladı olmayan) (türkm.),“gəldiyi yerə döndü, “rəhmətə getdi”, “candan oldu”, “rəhmətə getdi”, “tələf oldu”, “əcəli çatıb”, “halvası çalınıb”, “kəfəni boynuna dolanıb”, “goru varmı ki, kəfəni olsun”, “o dünyalıq oldu”(Azərb.) [108, s.269] və s.
Doğuşla bağlı cümlə modelli frazeoloji birləşmələr:“boyunu buldu”, “iki qat oldu”(hamilə)(Anadolu)[109, s.97] və s.
Dini inancla bağlı geniş cümlə modelli frazeoloji birləşmələr: “yazıda varmış” (Allahın qisməti kimi evliliklər), “cazıda varmış” (aldadılaraq olunan evlilik) (türkm.),“oruc tutub namaz qılmaq olmaz”,“cəhənnəmdən ipi qırıb qaçıb”,“şeytanı bulağa susuz aparıb susuz gətirər”,“şeytana papaq tikər”,“Allah üzümə baxdı”, “şeytan qəlbinə girib”[86, s.264] (Azərb.), “bak kuşu başına kondu”, “kutu uştu”, “kut berekesi kaştı” (türkm.) [98, s.111] və s.
Yasla bağlıgeniş cümlə modelli frazeoloji birləşmələr: “kəfəni çoxdan çürüyüb”, “qəbri od tutub yanardı”, “bir ayağı burada, bir ayağı görda”, “adı qara gəldi”, “əcəli çatıb” (Azərb.), “meyit uzatuv” (ölünün dəfn olunması) (türkm.)
Toyla bağlı geniş cümlə modelli frazeoloji birləşmələr: “kəbinləri göydə kəsilib”, “dikili ağacı yoxdur”, “başı noxtalanıb”, “başı bənd olub”, “başı bağlıdır” (Azərb.) [108, s.49]
Dini inancla bağlı geniş cümlə modelli frazeoloji birləşmələr : “işi Allaha qalıb”, “Allah üzünə baxdı”, “şeytan da baş çıxarmaz”, “şeytanın da ağlına gəlməz”(Azərb.)[108, s.164]
Qarğış məzmunlu sabit birləşmələr: “qara yerə girəsən”, “min ilin ölüsüdür”, “yoxa çıxsın”, “kül başına”, “kül gözünə”, “goruna od qalansın”, “canı cəhənnəmə”, “adı batsın”, “Allah vursun”, “işıq üzünə həsrət qalasan”, “qara yerə gir”(Azərb.), “yaşın başın yesin” (çox ağlayan uşaqlar üçün), “Ölende iman dellalı olasan”(Türk.) [187, s.97] və s.
Bu qrup dillərdə mənəvi mədəniyyətlə bağlı söz-cümlə modelli frazeoloji birləşmələr azlıq təşkil edir. Tədqiqat zamanı yalnız yasla bağlı bir neçə nümunə aşkar edildi. Yasla bağlı söz modelli frazeoloji vahidlər: “göçtü”, “qurtardı”, “sıçradı”(Türk. dialekt), “keçindi” , “gəbərmiş”(Azərb.) və s.
Türk dillərinin həyat tərzini, düşüncəsini, bir sözlə, etnoqrafiyasını özündə əks etdirən mənəvi mədəniyyət leksikasının müəyyən bir hissəsini alqış və qarğışlar təşkil edir.
Toyla bağlı qarğışlar: “nişana qalmayasan”, “oğul nişanı görməyəsən” , “qızın gəlinlik gərdəyi görməsin”, “gəlinlik gərdəyinə girməyəsən”, “gəlinin gərdəkdə qalsın”, “gəlin üzü görməyəsən”, “ağ gün görməyəsən”, “elçi üzü görməsin”, “qaraduvaq olasan”, “qızının cehizi boğçada qalsın”, “cehizindən xeyir görməyəsən”, “cehizin qayıtsın”, “şaxın qara bəzənsin”, “bəy taxtına oturmayasan, “heç yarımayasan”, “üzünə qapı açılmasın”(Azərb.) [108, s.234]və s.
Alqış məzmunlu sabit birləşmələr:“başın sağ olsun”, “göz dəyməsin” ,“dəyişimi asan olsun”, “dəyişimi tamam olsun” , “yoluna qurban olum”, “qoşa qarıyasan”, “dərdin alım”, “Allah ağzından eşitsin” (Azərb), “toprağı bol olsun” (Allahın rəhmətinə çatsın), “Toprağı haber aparmasın” (Anadolu) [187, s.33] və s.
Toyla bağlı alqış:“nişanı bəxtli olsun”, “ağ günlərə qovuşsunlar”, “Allah xeyirə calasın”, “Allah başacan versin”, “ayağın yüngül olsun”, “qəşəng günə çıxasan”, “üzünə//ömrünə gün doğsun”, “Allahın kölgəsi üstündən əskik olmasın”, “bəylik taxtına çıxasan”, “Allah başından töksün”, “adaxlı üzünə güzgü tutasan”, “günün ağ olsun”, “ulduzları barışsın”, “yeddi oğulla bir süfrəyə əl uzadasan”, “halal günün olsun”, “bəxt ulduzun parlasın”,“geydiyin bəy paltarı boyuna qismət olsun”, “oğlunuzun bəylik hamamına gələk”, “yeddi muradının yeddisinə də çatasan”(Azərb), “bağrınız badaşsın”, “alnın açık bolsun, ayağın düşsün”, “yitiğimizi gözlap geldik” (türkm.)[211, s.96] və s.
Komporativ birləşmələr- Qoşmalı birləşmələr. Bir sıra dilçilər bu tipli birləşmələri frazeoloji birləşmə kimi qəbul edirlər: “qəbirdən xortdamış ölü kimi”, “Məsciddən qovulmuş it kimi”, “cin bismillahdan qorxan kimi”, “cin kimi”, “cinni Cəfər qoşunu kimi” (Azərb.) [108, s.150] “Daş kimi” [42, s.240] və s.
NƏTİCƏ
1. Oğuz qrupu türk dillərinin lüğət tərkibinin mühüm bir hissəsini təşkil edən mənəvi mədəniyyət leksikası həmin dillərin qədim dövrdən bu günə kimi qorunub saxlanan özünəməxsus dil elementlərini aşkarlayan linqvistik material kimi qiymətlidir.
2. Tədqiqatda müəyyənləşdirilir ki, bu qrup türk dillərinin mənəvi mədəniyyət leksikası milli mənsubluğuna görə fərqlənir. Oğuz qrupu türk dillərində toyla, yasla, bağlı (qaqauz dilində az şəkildə) işlənən terminlərdə əsas yeri türk mənşəli leksemlər tutur. Bayramla, din və inancla bağlı leksik vahidlərin əksəriyyətini ərəb və fars, qaqauz dilinə isə slavyan, yunan, bolqar dillərindən keçmiş vahidlər təşkil edir.
3. Mənəvi mədəniyyət leksemlərinin təhlili zamanı belə nəticəyə gəlmək olur ki, qədim zamanlardan bu günə kimi müxtəlif din və inancları qəbul edən türklərin lüğət tərkibinə daxil olan dini terminlər zaman keçdikcə öz işlənmə fəallığını itirərək arxaikləşmiş (uçmaq-cənnət, damu-cəhənnəm, yalawaç, sawçı-peyğəmbər, yek-şeytan və s.), ya yeni sözlərlə əvəz olunaraq tamamilə dildən çıxmış, ya da müəyyən dialektlərdə yaşama hüququ qazanmışdır.
4. Adət-ənənə, ritual və mərasimlərlə bağlı olan mənəvi mədəniyyət leksikasının yazılı abidələr əsasında diaxron və sinxron aspektdə, etnolinqvistik istiqamətdə tədqiqi həmin vahidlərin mənşəyini, etnokulturoloji xüsusiyyətlərini, yayılma arealını müəyyənləşdirməyə imkan verir.
5. Mənəvi mədəniyyət leksikasından həm nominativ mənada, həm də üslubi xüsusiyyət kəsb edən vahidlər kimi şifahi və yazılı ədəbiyyatda geniş şəkildə istifadə olunmuşdur.
6. Mənəvi mədəniyyət leksikası birbaşa xalqın həyat tərzi,dini düşüncəsi, dünyagörüşü ilə bağlı olduğu üçün onun yaranması, formalaşması məhz dilin öz daxili imkanları hesabına olmuşdur. Oğuz qrupu türk dillərinin mənəvi mədəniyyət leksikasının zənginləşməsində morfolji üsul daha məhsuldardır. Morfoloji üsulla söz yaratmada daha çox türk mәnşәli şəkilçilərdən istifadə olunduğu diqqəti cəlb edir.
7. Oğuz qrupu türk dillәrindә mənəvi mədəniyyət leksikasının yaranmasında sintaktik üsuldan da geniş şəkildə istifadə olunmuşdur. Həmin türk dillərində müxtəlif mənalı sözlərin birləşməsindən, o cümlədən də II növ təyini söz birləşməsi formasında şәkillәnәn mürəkkəb sözlərdən daha çox istifadə olunduğu qeydə alınmışdır.
8. Oğuz qrupu türk dillərinə məxsus qədim və müasir yazılı abidələr əsasında aparılan tədqiqat zamanı əldə olunan dil faktları göstərir ki, bu dillərdə məna differensiyasiyası, inteqrasiyası, məcazlaşması nəticəsində yeni mənəvi mədəniyyət terminləri yaradılmışdır. Leksik-semantik üsulla söz yaratma bu dillərdə çoxmənalılığın və omonimliyin yaranmasına gətirib çıxarmışdır ki, bu da dilin zənginləşməsi üçün bir vasitədir.
9. Oğuz qrupu türk dillərinin mənəvi mədəniyyət leksikasının etimoloji, etnolinqvistik cəhətdən araşdırılması bu dillərin tarixi, dili, həyat tərzi, dünyagörüşü-etnoqrafiyası haqqında dəqiq və düzgün faktların aşkarlanmasında, bu dillər arasındakı ortaq və fərqli xüsusiyyətlərin müəyyənləşməsində mühüm rola malikdir.
Dostları ilə paylaş: |