Azərbaycan respublikasi əlyazması hüququnda OĞuz türkləRİNİn məNƏVİ MƏDƏNİYYƏt leksikasi


Sabit söz birləşməsi formasında olan mənəvi-mədəniyyət leksikası



Yüklə 306,26 Kb.
səhifə43/47
tarix05.01.2022
ölçüsü306,26 Kb.
#111915
1   ...   39   40   41   42   43   44   45   46   47
3.4. Sabit söz birləşməsi formasında olan mənəvi-mədəniyyət leksikası
Dildəki frаzеоlоji vаhidlər dilin dаşıyıcısı оlаn хаlqın tаriхinin, dünyagörüşünün, аdət-ənənəsinin, psiхоlоgiyаsının həyat və düşüncə tərzinin ifаdəçisi оlduğundаn hər hаnsı хаlqın dilindəki frаzеоlоji vаhidlərin dilçilik baxımından аrаşdırılmаsı, son nəticədə, həmin хаlqın tаriх və еtnоqrаfiyаsının, həyаt və yаşаyış tərzinin, həyata baxışının öyrənilməsinə gətirib çıхаrır. Türk xalqlarının dini inancını, dünyagörüşünü, məişətlə, insan həyatının keçid mərhələləri ilə bağlı həyata keçirilən ayin, mərasim və ritualları özündə əks etdirən frazeoloji vahidlər dəhəmin dillərin lüğət tərkibinin zənginləşməsində mühim vasitədir. “Frazeologiya insan şüurunun hazırladığı ilk bədii məhsuldur. Frazeoloji vahidlər öz başlanğıcında məhz bədii əsərdir. İlk abstraksiya məhsullarından biridir” [38, s.18]: “Əlimizdən nə gəlür xeyr-duadan qeyri” və s. Frazeoloji birləşmələri tərkibinin işləndiyi nitq hissəsi baxımından iki yerə ayırırlar: feili frazeoloji birləşmələr; ismi frazeoloji birləşmələr. Türk dillərininin, o cümlədən də Azərbaycan dilinin lüğət tərkibinin müəyyən bir hissəsini təşkil edən frazeoloji birləşmələrin əksəriyyəti feili birləşmələrdir. Araşdırma zamanı türk dillərinin lüğət tərkibində insanların düşüncə tərzi ilə, həyata baxışı, dini dünyagörüşlə bağlı, adət-ənənələrlə, keçirdikləri müəyyən mərasim və rituallarla bağlı frazeoloji birləşmələrin kiçik bir hissəsini ismi frazeoloji birləşmələrin təşkil etdiyini gördük.

İsmi frazeoloji birləşmələrin tərəfləri adlarla ifadə olunur. Bəzi dilçilər belə frazeoloji birləşmələri qeyri-feili frazelogizmlər adlandırırlar. Məsələn: dəryada balık sevdası, ayağı yüngül, gözünün işığı, haqqın işi, insanlığın tamah dişi və s: “Əlində bayraq et haqqın işini/ Sən özün lazımsan başa düş məni/ Çəkək insanlığın tamah dişini/ Tamahdır çevirən dostu düşmənə”(M.İsmayıl) və s. Tədqiqat zamanı toplanmış, mənəvi mədəniyyət leksikası ilə bağlı olan frazeoloji birləşmələri tipinə görə ( I, II, III növ təyini söz birləşməsi, feili birləşmə-məsdər tərkibli) qruplaşdırdıq. Bunu nəzərə alıb frazeoloji birləşmələri sintaksis bölməsində verməyi məqsədəuygun hesab etdik. Tədqiqata cəlb olunmuş frazeoloji birləşmələr həyatın müxtəlif tərəflərini özündə əks etdirə bilir.

Yasla bağlı I növ təyini söz birləşmə şəkilli frazeoloji birləşmələr: “tahtalı köy”(qəbiristan) (sifət+isim)(Türk.), “axır nəfəs” (zərf+isim)(Azərb.), “kan yaş” (ölü üçün ağlamaq)(isim+isim), “kara yer” (məzar)(sifət+isim) (qaqauz.) və s.

Toyla bağlı I növ təyini söz birləşmə şəkilli frazeoloji birləşmələr: “kafi açu”(elçi yolu ilə evlənmə), “şahlı tahya” (sifət+isim) (türkm.) [198, s.82] və s.

Dini inancla bağlı I növ təyini söz birləşmə şəkilli frazeoloji birləşmələr:koca Allah” (sifət+isim) (qaqauz.) [253, s.60] və s.



Toyla bağlı II növ təyini söz birləşməli frazeoloji birləşmələr: “həyat yoldaşı” (Azərb.), “gelin alıcı” (Türk.) [171, s.36]

Yasla bağlı II növ təyini söz birləşməli frazeoloji birləşmələr:cahennem bazarı”(o biri dünya),“ağız acısı”, “ölüm yuxusu”, “gor qonşusu”(Azərb.) [108, s.99], “ölü aacı”,“süüt pazarı”(qaqauz.) [262, s.379]və s.

Dini inancla bağlı II növ təyini söz birləşməli frazeoloji birləşmələr: “Allah evi”, “ölüm itim dünyası”, “Allah bəndəsi”, “Allah vergisi” (Azərb.), “dizçe babusu” (yeni doğulan uşaqlara tale yazan mələk) (qaqauz.) [254, s.49]

Dini inancla bağlı III növ təyini söz birləşməli frazeoloji birləşmələr: “Allahın bacısı oğlu”, “Allahın verən günü”; Yasla bağlı: “ölümün öyünde” (ölüm) (türkm.),

Toyla bağlı məsdər tərkibli frazeoloji birləşmələr: “ayağını bağlamak”, “ayağını danmak”,“başını boğmak”,“ile menzeş etmek”, “maşğala kurmak”, “birine melametini atmak”, “sana salmak” (evlənmək//evləndirmək),“nikanı bozmak”(boşamaq), “elden tutulmak”,“köp düyesi köprüden keçmek”(türkm.) [272, s.9],“ad eləmək// ad olmaq” (nişanlanmaq), “ev-eşik sahibi olmaq” (Azərb.), “dünya evine girmek”, “gelin almak”, “kocaya varmak”, “gelin yazmak” (bəzəmək) (Türk.) [112, s.145], “basma vermek”(sevdiyini bildirmək) (qaqauz.) və s.


Yüklə 306,26 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin