AZƏRBAYCAN RESPUBLİKASI
MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ
ŞƏKİ REGİONAL MƏDƏNİYYƏT
VƏ TURİZM İDARƏSI
ZAQATALA RAYON
MƏRKƏZLƏŞDİRİLMİŞ KİTABXANA SİSTEMİ
DÜŞÜNCƏ DÜNYASINDAN XƏYAL
DÜNYASINA GEDƏN YOL
ZAQATALA – 2017
İdeya müəllifi və redaktor: Gülniyar Məmmədova
Tərcümə – Cəlalə Muhumayeva
Tərtib edən: Nəzmiyyət Məmmədova
Kompüter yığımı: Ülkər Hacıyeva
Sevda Rəhimova
Korrektor: Şəbnəm Mustafayeva
Düşüncə dünyasından xəyal dünyasına gedən yol[Mətn]:tərt. ed.N.Məmmədova; ideya müəllifi və red G. Məmmədova;N.Gəncəvi adına Mərkəzi kitabxana.-Zaqatala,2017.-66 s.
Kitab rayonumuzun tanınmış ziyalısı Soltanov Cahangir Əli oğlunun elmi araşdırmaları əsasında işıq üzü görmüş elmi məqalələri, “Zaqataladan milyon qızılgül və ya qəhrəman və qızılgüllərin unudulan tarixi” kitabı və əmək fəaliyyəti haqqındadır.
DÜŞÜNCƏ DÜNYASINDAN XƏYAL
DÜNYASINA GEDƏN YOL
Hörmətli oxucum. Sizinlə rayonumuzun tanınmış ziyalısı Cahangir Əli oğlu Soltanovun ölümünün il dönümü ərəfəsində görüşürük.
Hər bir ölkə, eyni zamanda hər bir el-oba öz övladları ilə tanınır, onunla fəxr edir, qürur duyur. Mənim sizə haqqında söhbət açacağım Cahangir Soltanov Zaqatalanın qoynunda böyüyüb boya-başa çatmış, ömrünü zaqatalalılara həsr etmiş, rayonun tarixinin öyrənilməsində, təbliğində, dünya miqyasında tanınmasında və gələcək nəsillərə çatdırılmasında çox böyük rol oynamışdır. Bütün bu söylədiyim hər bir sözün izahı, cavabı vardır. Cahangir müəllim birinci növbədə mənim nəzərimdə bilikli, zəngin məlumatlı bir tarixçi idi. Tanıdığım bir neçə ziyalı vardır ki, onlarla söhbətdən zövq alırsan, məlumat əldə edirsən, ən əsası odur ki, mənən dincəlirsən. Cahangir müəllim məhz mənim üçün belə insan idi. İştirak etdiyi tədbirlərdə, çıxışlarında, söhbətlərində sözün sehrinə salırdı insanı.
İkincisi o təəssübkeş, vətənpərvər idi.Zaqatalanın tarixini öyrənmək üçün çox əmək sərf etmişdir. Bunun nəticəsi olaraq o Zaqatala tarixinə dair yeni məlumatlarla zəngin ”Zaqataladan milyon qızılgül və
-3-
-4-
ya qəhrəman və qızılgüllərin unudulan tarixi” adlı kitabının nəşrinə nail olmuşdur. Bu kitabın müəllifləri Cahangir Soltanov və onun qardaşı hal-hazırda Ukraynada “ТНК-ВП-Коммерс” neft kompaniyasının vitse-prezidenti, hüquqşünas Cavanşir Soltanovdur. Kitab 2014-cü ildə Kiyev şəhərində müəlliflərin öz vəsaiti hesabına işıq üzü görmüşdür. Kitab 304 səhifədən ibarətdir. Kitabı müəlliflər valideyinlərinin əziz xatirəsinə həsr etmişlər. Kitabı içərisində verilmiş materiallara əsasən şərti olaraq aşağıdakı fəsillərə bölmək olar.
I fəsil-Müasir Zaqatala adlanır. Burada Zaqatalanın təbiətini, faunasını əks etdirən məlumatlar toplanıb. Bu fəsildə rayonun müasir vəziyyəti, təbiəti, təsərrüfatı, qədim görünüşünü əks etdirən foto şəkillər verilmişdir. Şəkillərin bir çoxu ilk dəfə bu kitabda nəşr olunmuşdur.
II fəsil-Qəhrəmanlar haqqında adlanır. Burada polyakların Zaqatalaya sürgün olunma tarixi, yaşamı və ictimai vəziyyəti haqqında məlumat verilir. 1863-cü il Zaqatala üsyanının başçısı İmam Hacı Murtuz, Balakən, Zaqatala, Qax rayonlarının tarixi abidələri, qızılgül, çay, tütün plantasiyaları, Zaqatala qoruğu, onun yaradılması, yaradıcıları haqqında məlumat verilir.
III fəsil-Qızılgüllər haqqında adlanır. Burada qızılgülün növləri, yığılması, istehsal tarixi, onun əhəmiyyəti haqqında məlumat verilir.
-5-
IV fəsil- Şərh adlanır. Bu fəsildə Zaqatalada olan təriqətlər və onların görkəmli nümayəndələri, onların mübarizə yolları haqqında söhbət açılır. Burada qəhrəmanlıq səhifələri, Sarıbaş kəndinin mübarizə tarixi, İlisu sultanı Daniyal bəy, İmam Şamil, onun naibləri, Daniyal bəyin qızı Kərimət xanım haqqında geniş məlumat verilir.
V fəsil-Ölüm mahnısı adlanır. Döyüş zamanı oxunan bu mahnını qələmə alan Bestujev Marlinski, ingilis dilinə çevirən Aleksandr Bek olmuşdur. Ölüm mahnısı döyüş zamanı əsgərlərin nəqarət ilə oxuduqları mahnılardır.
VI fəsil-Bu fəsildə kitabı hazırlayarkən istifadə olunmuş ədəbiyyatın annotasiyası verilmişdir.
VII fəsil-İlisulu Daniyal bəyin tarixi portreti adlanır.
VIII fəsil-İstifadə olunmuş ədəbiyyat adlanır.
Kitab Zaqatalada kütləvi şəkildə yayılmasada Ukraynanın . Rusiyanın ,Polşanın böyük kitabxanalarının fonduna verilmişdir. Ukraynanın Milli Palament kitabxanasına, M.Maksimov adına elmi kitabxanaya, T.Q.Şevçenko adına Milli Universitet kitabxanasına , V.İ.Berdanskovo adına Milli kitabxanaya, V.İ.Lenin adına Rusiya Dövlət kitabxanasına, Rusiya Dövlət Ümumi-Tarix kitabxanasına, Polşanın Varşavadakı Milli
kitabxanasına, Polşanın Krakov şəhərində yerləşən
-6-
Yagellon Universitetinin kitabxanasına hədiyyə edilib.
Bu əsər təkcə oxucular, araşdırmaçılar üçün deyil, Cahangir müəllimin nəsli , ailəsi üçün çox qiymətlidir. Bu əsər onun ömrünü uzatdı,adını tarixə yazdı, şah əsərinə çevirdi. Bu onun xidmətlərinin bir hissəsidir. Hazırladığımız bu kitabda verilmiş materiallar əsasında imkan daxilində onun fəaliyyətini əhatə etməyə çalışmışıq. Vərəqlədikcə tanış ola bilərsiz.
Bir şeyidə qeyd etməyi özümə borc bilirəm. Cahangir müəllim araşdırma,tədqiqat apamagı xoşlayan adam idi. Rayon Tarix -Diyarşunaslıq muzeyinə direktor təyin olunması onun üçün böyük imkanlar açmış, taleyin ona qismət etdiyi bu böyük xəzinədən bacarıqla istifadə etmişdir. Ona görə də kitabımızda Zaqatala Tarix Diyarşunaslıq muzeyi haqqında məlumatları verməyi də məsləhət bildik .
Hörmətli oxucum, sizin tanış olduğunuz bu ömür el-oba üçün yaşamaq missiyasını yerinə yetirmiş bir insanın ömrü idi. İnsan dünyaya gələndən bir yola çıxır , bu yolu keçir. Əsası odur ki, bu yolu səmərəli keçəsən, xalqın yaddaşında qalasan. Cahangir müəllim hamının yaddaşına belə həkk olundu. Allah ona rəhmət etsin, qəbri nurla dolsun.Amin.
Gülniyar Məmmədova
Rayon Mərkəzləşdirilmiş
Kitabxana Sisteminin direktoru
-7-
ZAQATALA, BALAKƏN, ŞƏKİ,
QƏBƏLƏ, OĞUZ VƏ İSMAYILLI
TARİX-DİYARŞÜNASLIQ MUZEYLƏRİ MÜASIR AZƏRBAYCANÇILIQ ÜNVANLARI KİMİ...
(http://www.baki-xeber.com) 28 sentyabr 2016
İxtisarla
Xalqımızın və dövlətimizin tarixini özündə yaşadan, təmsil etdiyi bölgənin mədəniyyətini, maddi dəyərlərini, mənəvi mirasını özündə əks etdirən tarix – diyarşünaslıq muzeyləri gerçək bir azərbaycançılıq mərkəzləridir. Azərbaycanın elə bölgələri var ki, həmin bölgədə aparılan arxeoloji qazıntılar zamanı saysız tarix yadigarları üzə çıxarılıb.
Multikultural ənənənin bərqərar olduğu və tolerantlığın geniş şəkildə yayıldığı Zaqatala rayonu milli və dini cəhətdən fərqli palitraya malikdir. Burada müxtəlif xalqların, dinlərin nümayəndələri əminamanlıq şəraitində yaşayır.
Qeyd edək ki, 1967-ci ildə yaradılan Zaqatala Tarix-Diyarşünaslıq Muzeyi özündə böyük tarixi həqiqəti yaşadır. Məlumatlara görə, muzeydə müxtəlif dövrlərdə sənətkarlar tərəfindən düzəldilmiş məişət əşyaları toplanıb. Bu əşyalar sırasına dulusçuluq sənəti nümunələri, ağac və müxtəlif materiallardan hazıranmış məişət və kənd təsərrüfatı alətləri, toxuculuq məmulatları, metaldan hazırlanmış bəzək əşyaları, müxtəlif dövrlərə
-8-
aid geyim nümunələri, silahlar və hədiyyələr daxildir.
Qeyd edək ki, Türk Əməkdaşlıq və Koordinasiya
Agentliyi (TİKA) tərəfindən Azərbaycan əlyazması tarixi əsərlərinin qorunması sahəsində aparılan işə uyğun olaraq, Zaqatala Tarix–Diyarşünaslıq Muzeyinin əməkdaşlarından Ruhəngiz Əhmədova, Aynur Rəcəbova, Aynur Mirzəyeva, Samirə Qurbanova, Şahru Zərqənəyeva bu ilin yanvar ayında Konya bölgə yazma əsərlər kitabxanasında və Süleymaniyyə yazma əsərlər kitabxanasında təşkil edilmiş əlyazmaların qorunması, təmizlənməsi, bərpa edilməsi ilə bağlı xüsusi olaraq təşkil edilmiş təlim kurslarında iştirak edib.
Məlumatlara görə, Zaqatala Tarix-Diyarşünaslıq Muzeyində qədim əlyazmaların və kitabların bərpası işi aparılır və artıq 50-yə yaxın kitab muzey işçiləri tərəfindən bərpa edilib. Muzeyşünaslar vurğulayır ki, Zaqatala Tarix-Diyarşünaslıq Muzeyinin tariximizin qorunması, bərpası, təbliği və gələcək nəsillərə ötürülməsi istiqamətində apardığı işlərin içərisində kitabların bərpası işi xüsusi olaraq fərqlənir və gələn qonaqların, rayon ictimaiyyətinin diqqətini cəlb edir. Vurğulayaq ki, Zaqatala Tarix-Diyarşünaslıq Muzeyi Azərbaycanın rayonları arasında ilk yaranmış
muzeylərdən biridir və burada əlyazmalar, şəkillər, numizmatika, arxeologiya, tətbiqi incəsənət, məişət əşyaları şöbələri mövcuddur, burada 2000-dən çox
-9-
əlyazma və kitab qorunur, muzeyin əsas fondunda 4685 eksponat var.
Muzeyşünaslar vurğulayır ki, Zaqatala Tarix -Diyarşünaslıq Muzeyi bölgənin ən qədim muzeylərindən biri olmaqla yanaşı, eksponat zənginliyi ilə də seçilir. Dövlət Əlyazmaları İnstitutundan sonra Zaqatala Tarix-Diyarşünaslıq Muzeyi həm də qədim kitab və əlyazmaların bərpa edildiyi yeganə məkandır.
Mədəniyyət sahəsində də yeni mərkəzlərin yaradılmasını, fəaliyyət göstərməsini, millətə, xalqa xidmət etməsini zəruri sayır. Ölkə muzeylərinin mövcud vəziyyətini daha da yaxşılaşdırmaq üçün bu sahədə bir sıra əlavə tədbirlərin həyata keçirilməsi zərurəti də özünü göstərməkdədir. Bu, bir tərəfdən, maddi-mənəvi abidələrin mühafizəsi üçündürsə, digər tərəfdən də inkişaf edən, gündən -günə şöhrətlənən müstəqil dövlətimizin hər bir mədəniyyət ocağının dünya standartlarına uyğun şəkildə həyata qaytarılması, bərpa edilməsi və yaşamasıdır. Muzey rəhbərliyi milli mənəvi sərvətlərimizin qorunub saxlanması və gələcək nəsillərə çatdırılması yolunda üzərinə düşən vəzifəni layiqincə yerinə yetirir.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.
-10-
SOLTANOV CAHANGİR
(tarixçi -etnoqraf)
Soltanov Cahangir Əli oğlu 1958-ci il dekabr ayının 24-də Almaniya Demokratik Respublikasının Qardelegen şəhərində anadan olmuşdur. Atası keçmiş Almaniya Demokratik Respublikasında xidmət etmiş sovet zabiti olmuş, Sovet İttifaqının Demokratik Almaniyada dislokasiya olunmuş 40-41-ci Berlin polklarının zabiti, komandanlığın xüsusi vacib tapşırıqlarını yerinə yetirən, SSRİ-nin 1-ci dərəcəli alpinisti Soltanov Əli Məhəmməd oğludur.
Azərbaycan Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirmiş, peşəsi tarixçi-şərqşünas olmuş, 1992-ci ildə Gəncə Kənd Təsərrüfatı Akademiyasının zoomühəndis fakültəsinin qiyabi şöbəsini bitirmişdir.
-11-
Uzun illər gənclər təşkilatlarında çalışan Cahangir Soltanov rayon Komsomol Komitəsinin birinci katibliyinə qədər müxtəlif məsul vəzifələrdə çalışmış, 1987-ci ildə ÜİLKGİ (Ümumittifaq Lenin Kommunist Gənclər İttifaqı) XX Qurultayına nümayəndə seçilmişdir.
Gənclərin tərbiyəsi üzrə apardığı böyük işlərdən – əməkdə, təhsildə və ictimai işlərdə fəallığına görə Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin 28 oktyabr 1988-ci il tarixli qərarı ilə Fəxri Fərmanla təltif olunmuşdur.
Bir müddət Zaqatala Rayon Xalq Deputatları Sovetliyinə başçılıq etmiş, eyni zamanda Qafqaz tarixinə aid olan müxtəlif mövzuları araşdırmışdır. Bunlardan Çar-Tala (Balakən) Azad Cəmiyyətlərinin yaranması və bu cəmiyyətlərin hərbi – siyasi fəaliyyəti haqqında, XIX əsr Azərbaycan Xanlıqları, Zaqatala dairəsinin tarixi haqqında məqalə və elmi araşdırmaların müəllifidir.
C.Soltanov Zaqatala tarixinə toxunulan sualları araşdırmaq məqsədi ilə Rusiyanın qabaqcıl Qafqazşünasları olan V.V.Deqoyev, V.O.Bobrovnikov, R.N.İvanov, S.A.Panarin və başqaları ilə məktublaşırdı.
Azərbaycanın şimal-qərbinə , Zaqatala dairəsi ərazisinə sürgün olunan polyakların tarixi üzrə mütəxəssis olması Cahangir Soltanovu Polşada da tanıtmışdır. Onun tədqiqatları nəticəsində ilk dəfə məlum olur ki, 1905-ci ildə Zaqatala qalasına üsyançı “Potyomkin Tavriçeskiy”
-12-
zirehli gəmisinin matroslarının sürgün olunduğundan öncə Zaqatala dairəsi Polyak üsyançılarının sürgün olunduğu ərazi olmuşdur (1830-1831-ci illər Varşava üsyanı, 1846- cı ilin Krakov üsyanı və 1863-1864-cü illər Polyak üsyanı nəzərdə tutulur). C.Soltanovun Zaqatala dairəsində məskunlaşan polyaklar haqqında yazdıqları məqalələri və çıxışları Azərbaycandakı Polşa Səfirliyinin də bu tarixlə maraqlanmasına səbəb olmuşdur. Polşanın Azərbaycandakı səlahiyyətli Səfiri Marçin Navrotun göstərişi ilə səfirliyin nümayəndələri Zaqatalada olmuş, sürgün polyak üsyançılarının uyuduqları qəbiristanlığı və Polyak-Katolik kilsəsini (Kostyol) ziyarət etmişlər. Məlum olmuşdur ki, sürgün polyaklar Qafqaza həsr olunan xatirə və əsərlərində Zaqatala dairəsi və Daniyal bəy (Sultan Елисуйский) haqqında maraqlı faktlar açıqlamışlar.
C.Soltanovun xahişi ilə Azərbaycandakı Polşa Səfirliyinin əməkdaşları Katarjena Ravska Quretskaya və Voytex Quretskiy Lodzin universitetinin kitabxanasından və Varşavanın Milli Kitabxanasından Polyak-Qafqaz sürgünləri Vladislav Strjelnitskinin “Mahmud bəy”, Mateuş Qralevskinin “Qafqaz” adlı xatirələrini və Jarovskinin “Qafqaz haqqında xatirələri” əsərinin Zaqatala şəhərinə çatdırılmasını təşkil etmişlər.
XIX-XX əsrlərdə Zaqatala regionunda polyakların məskunlaşması və fəaliyyəti barədə apardığı qiymətli
-13-
tədqiqatlarına görə C.Soltanov 8 noyabr 2013-cü il tarixdə Polşa hökumətinin “Bene Merito” adlı Milli mükafatına layiq görülmüşdür. C.Soltanov Azərbaycanda “Bene Merito” mükafatına layiq görülən ilk insandır.
Zaqatala dairəsinə sürgün olunan polyakların fəaliyyəti Polşa ziyalılarının marağına səbəb olmuşdur. Varşavanın “NOWE PANSTWO” jurnalının nümayəndəsi Andjey Talaqa və “WIEZ” jurnalının nümayəndəsi Yasek Borkoviç Zaqatalaya səfər etmişlər. Varşavada nəşr olunan “NOWE PANSTVO” jurnalında (№12(354) /2004) C.Soltanovla aparılan müsahibə dərc olunmuşdur.
2006-cı ildə Ukraynanın Xarici İşlər Nazirliyi ilə Şevçenko adına Milli Qoruğun direktoru tarixi dəyərlərin qorunması, iki qardaş xalqın-Azərbaycan və Ukrayna xalqlarının mədəni və mənəvi dəyərlərinin qorunması, o cümlədən böyük Ukrayna şairi Taras Qriqoryeviç Şevçenkonun abidəsinin Zaqatala şəhərində qorunması və Şevçenko adına Milli Qoruğun “Fond kolleksiyasının zənginləşdirilməsi” ilə əlaqədar gördüyü işlərə görə Cahangir Soltanova təşəkkür məktubları göndərmişlər. Cahangir Soltanovun qardaşı Cavanşir ilə birgə fəaliyyəti Ukraynanın ”Literaturna Ukrayna” qəzetinin səhifələrində də geniş əks olunmuşdur. (“Literaturna Ukraina” 24 serpnya 2006 roku, № 32 (5170), stor.2).
-14-
SOLTANOV CAVANŞİR
(hüquqşünas)
Soltanov Cavanşir Əli oğlu 1967- ci il aprel ayının 7-də Zaqatala rayonunun Tala kəndində anadan olmuş, 1992-1995-ci illərdə Lomonosov adına Moskva Dövlət Universitetinin hüquq fakültəsini, 1996-1998-ci illərdə Rusiya Federasiyasının Dövlət və Qanun Elmlər Akademiyası İnstitutunun “Sahibkarlıq hüququ” kafedrasının aspiranturasını, həmçinin MDU-nun filosofiya fakültəsini (1988-1993) və həmin fakültənin “Vətən filosofiyasının tarixi” kafedrasının aspiranturasını bitirmişdir. Dünyanın ən böyük investisiya banklarından biri olan “State Street Bank”da (ABŞ, Nyu-York, 1997)
-15-
investisiya və qiymətli kağızlar üzrə təcrübə dövrü keçmiş, adı Rusiyanın qiymətli kağızlar bazarının aparıcı hüquqşünaslarının siyahısına düşmüşdür. (“Кто есть кто на Российском рынке ценных бумаг”. Jurnalı S – 74. 2 cildli soraq kitabçası. – M.: “AK&M”; АО "Московские новocти". 1с – M.,1997., s-165). Moskvada Avropanın aparıcı İNSEAD biznes məktəbinin tam kursunun, həmçinin Fontenblo (Fransa), Sinqapurda (2005 – 2008) həmin kursların dinləyicisi olmuşdur.
Mətbuatda Cavanşir Soltanovun Rusiya və Ukrayna qanunvericiliyində olan hüquqi məsələlərə aid məqalələri dərc olunmuşdur.
• Aksiyaların nominal saxlanması barədə müqavilə (Журнал для aкционеров. - Москва. – 1997.− №8 (64), s-26-29);
•Dövlət əmlakının qorunması barədə müqavilələrin bağlanması. (Ukraynanın qanunvericiliyi.İnkişafın problem və perspektivləri;
• Ukraynanın Milli Akademiyası. Kiyev Qanun Universiteti. Beynəlxalq Elmi Konfransın məcmuəsi. (27.01.-02.02.2006, Kosiv, ş-ri. İvanovo-Frankove vilayəti) Bып.7. – Kiyev, 2006,S-251-254);
• Ukraynada vətəndaş – hüquq müsadirəsinin tənzimlənməsi . (Dövlət və qanun. Ukraynanın Milli Akademiyası. V.M. Koreski adına dövlət və qanun İnstitutu. Elmi məqalələr məcmuəsi. Hüquq və siyasi
-16-
elmlər.- Bып.31. -Kiyev, 2006.,S-248-255).
Cavanşir Soltanov Qafqazın, o cümlədən Çar – Tala (Balakən), (Müasir Azərbaycanın Balakən, Zaqatala, Qax rayonları) regionunun təbiəti, tarixi, etnoqrafiyası, mədəniyyəti üzrə tədqiqatlar aparır. Onun əsas marağı Rusiya imperiyasının Zaqatala dairəsi, Çar – Tala (Balakən) azad cəmiyyətlərinin yaranması, mövcud olması və fəaliyyətinin hüquqi aspektlərdən öyrənilməsinə yönəlmişdir.
O, həm də Ukrayna və Azərbaycan xalqları arasında olan mədəni – tarixi əlaqələri üzrə tədqiqatlar aparır. Onun tədqiqatlarının nəticələri barədə dövri mətbuatın səhifələrində “Zaqatala və Ukrayna: tarixin keşməkeşli dönəmləri” başlığı altında yazı dərc olunub. (Твоя кадежкая компания. Korporasiya jurnalı ООО “ТНК-ВП Укрфина”, 9/10(32/33) 2006., S-48-50)
Bundan əlavə, Ukraynanın Şevçenko Milli Qoruğunun fond kolleksiyasının zənginləşdirilməsində C. Soltanovun böyük xidmətləri olmuşdur. Ukraynanın Şevçenko adına Milli Qoruğunun baş direktoru tərəfindən yuxarıda göstərilən xidmətlərinə görə C. Soltanov təşəkkür məktubu almış (Ukrayna Kanev ş.), həmçinin Azərbaycan və Ukrayna xalqları arasında tarixi, mədəni və mənəvi dəyərlərin bərpa olunması və saxlanması üzrə xidmətlərinə görə Şevçenko Dövlət Muzeyi tərəfindən Fəxri Fərmanla təltif olunmuşdur.
-17-
Hal-hazırda Cavanşir Soltanov təcrübəli hüquqşünas kimi fəaliyyət göstərir və “ТНК-ВП-Коммерс” (Ukrayna, Kiev s.) neft kompaniyasının vitse -prezidenti vəzifəsində çalışır, həmçinin Avropanın ən böyük neft emalı zavodu olan “Лисичанск – недетеоргсинтез”in direktorlar birliyinin üzvüdür. (Ukrayna, Lisiçansk ş.). (Beynəlxalq neft kompaniyalarının tərkibindədir)
“Юридическая практика” qəzetinin apardığı sorğu nəticəsində 2007-2010-cu illər ərzində Cavanşir Soltanov Ukraynanın on ən yaxşı hüquqşünası siyahısına düşüb. (“Юридическая практика” qəzeti, Kiyev, 2007, №44(514), 30 oktyabr, s-18; Kiyev, 2010, №4(631) 26 yanvar, S.- 12-14).
-18-
ZAQATALADAN MİLYON QIZILGÜL
Bu kitabın müəllifləri Qafqazın, o cümlədən Zaqatala dairəsinin (müasir Azərbaycanda Zaqatala, Balakən, Qax rayonlarını əhatə edir) tarixini, təbiətini, mədəniyyətini və etnoqrafiyasını öyrənən tarixçi-şərqşünas Cahangir Soltanov və onun qardaşı hal-hazırda Ukraynada “ТНК- ВП-Коммерс” neft kompaniyasının vise-prezidenti, hüquqşünas Cavanşir Soltanovdur. 2014-cü ildə Kiyev şəhərində müəlliflərin öz vəsaiti hesabına işıq üzü görən kitab Zaqatalanın təbiəti, tarixi, mədəniyyəti və etnoqrafiyası ilə maraqlanan hər bir oxucu üçün çox qiymətli bir əsərdir.
QIZILGÜLLƏR HAQQINDA
Zaqatala diyarı füsünkar təbiəti ilə yanaşı dünyaya igid qəhrəmanlar bəxş etmiş, burada qəhrəmanlar qızılgüllərlə müqayisə olunmuşdur.
Qurumuş qızılgülün ləçəyi yerə töküldükdən sonra da torpağı bəzəyir. Buralarda çox belə misallar gətirmək olar. Qızılgüllər və qəhrəmanlar. Qəhrəmanları ağ və qırmızı qızılgüllərlə son mənzilə yola salmış, əsrlər ötsə də qəhrəmanlar qızılgüllərlə xatırlanmışlar.
Əsrlər boyu buğda, çovdar, arpa ilə yanaşı qızılgül də
-19-
qədim bitkilərdən biri olaraq “güllərin şahı” sayılır. Bunun üçün bütün xalqlarda qızılgül ən sevilən güllərdəndir. Əsrlər boyu bu gülə şeirlər qoşulub,
mahnılar bəstələnib, rəsm əsərləri yaradılıb.
Tarixə nəzər salsaq görərik ki, qızılgül ləçəklərindən hazırlanan müxtəlif ərzaqlara saraylarda hökmdarların böyük tələbatı olmuşdur. Belə ərzaqları əldə etmək üçün onlar böyük məbləğlər ödəmişlər. Məsələn: Poma imperatoru Klavdi Neron (37 -68 e.ə.) qışda İsgəndəriyyədən gətirilən qızılgüllər üçün bir ton gızıl ödəmişdir. Bundan başqa bütün xalqlar və hökmdarların məişətində qızılgül ləçəklərindən hazırlanan ərzaqlara üstünlük verilmişdir. Qədim Romada havanı ətirləndirmək üçün fontan və hovuzlarda adi sudan yox, gül suyundan istifadə etmişlər. Müasir dövrümüzdə belə qızılgül öz cazibəsini itirməmişdir. ABŞ -da qızılgül ölkənin milli gülü hesab olunur.
İslam dünyasında qızılgüllər barədə əfsanələr söyləmişlər. İnternet səhifələrində yazılır ki, guya Məhəmməd peyğəmbərin (S.Ə.V) tər damcılarından qızılgül yaranıb. Və yaxud qırmızı gül Cəbrayılın tər damcılarından yaranıb. Ancaq bu həqiqətə uyğun deyil. Müqəddəs Qurani – Kərimdə qızılgüllər haqqında yalnız ƏR–RƏHMAN SURƏSİNİN(55) 37-ci ayətində qısa məlumat verilmişdir. Müsəlman düyasında qızılqüllərlə bağlı hekayələr Qurani-Kərimin nazil
-20-
olmasından sonra yaranıb.
Zaqatala regionunda qızılgülün öz tarixi var. Burada güllərlə bağlı tarixin dərin kökləri var. Güllərlə
bağlı adətlər sufiliklə əlaqələndirilmişdir. Qızılgül sufiliyin simvolu olmuşdur. Sufiliyin də bu regionda tarixi kökləri var. Əsrlərdən bəri burada qızılgüllərin müxtəlif növləri yetişdirilmişdir. Onlardan əsasən iki növünə üstünlük verilmişdir: ağ qızılgül və qırmızı qızılgül. Bundan əlavə bölgənin dağlıq ərazisində və Alazan sahilində qızılgüllərin yabanı növləri (İtburnu) bitir. Həmin bu itburnu, yabanı qızılgül növləri, müasir qızılgüllərin əcdadı sayılır.
Zaqatala bölgəsinin əhalisi yüzilliklər öncə itburnu kollarında calaq edib, nəticədə yuxarıda qeyd olunan qızılgül növlərini əldə etmişlər. Buradakı bağbanlar bu işin ustası sayılıb. Bu barədə XI əsrin Rus mənbələrində xeyli məlumat var. Zaqatala qızılgülləri uzun müddət çiçək açır və şaxtaya davamlıdır. Təəssüflər olsun ki, qızılgüllərin qədim növləri yoxa çıxmaq üzrədir.
Bölgə əhalisi bu gülləri iki istiqamətdə istifadə etmişlər. Birincisi otaqların, evlərin ətraflarının, bağların dekorasiyası üçün. XV-XVI əsrlərdə Çar-Tala camaatı bağlarda hər meyvə ağacının yanına bir qızılgül ağacı əkirdi. Bu da evlərə, bağçalara xüsusi gözəllik verməklə yanaşı havanı da gızılgül ətirli edir.
Bu bölgəyə səyahətə gələn avropalılar evlərdə,
-21-
bağlarda olan gül kompozisiyalarını görmüş və heyran olmuşlar. M.A.Kosebu, A.İ.Fon – Potto, J.F. de Qamba, İ.Q.Qerber, K.F.Qan, Y.Qlinoyeskiy öz əsərlərində
Zaqatala qızılgülləri barədə yazmışlar. Y.Qlinoyeskiy öz qeydlərində belə yazırdı: “Onların evlərinə, bağlarına baxın-hər yerdə xeyirxahlıq hökm sürür. Bu son dərəcə gözəl xüsusiyyətdir”.
O zaman Avropada bu barədə məlumat yox idi. Sonralar gül kompozisiyaları yaratmaq bir elmə çevrildi. İndi Avropada Fransa bu barədə birinci yeri tutur.
İkinci istiqamət gül ləçəklərindən içkilər və qida məhsullarının hazırlanması olmuşdur. Çay süfrəsi üçün gül-qənd, qül mürəbbəsi hazırlanırdı.
Gül ləçəklərindən xalq təbabətində geniş istifadə olunmuşdur. Burada əhali gül suyu hazırlayır və illərlə gil qablarda saxlayırdılar. Bu gül suyundan ürək xəstəlikləri və başqa orqanların müalicəsi üçün istifadə etmişlər. Müalicəvi əhəmiyyəti ilə yanaşı gızılgülə bu torpaqların insanları böyük ehtiram göstərmişlər. Qədim manuskript (qədim əlyazması) və qədimi kitablar qızılgül şəkilləri ilə bəzədilmiş, kitabların səhifələri arasına qurumuş qızılgül ləçəkləri qoymuşlar. Zaqatala muzeyində saxlanan qədim əlyazmaları, kitabları vərəqləyəndə bunun şahidi olmaq olar. (2000-ə yaxın nüsxə). Hətta Qurani – Kərimin səhifələri arasına belə gül ləçəkləri qoyulurmuş. Qadın qəbirlərində yazılan epitafiyaları qızılgüllərlə
-22-
bəzədirlərmiş. Belə epitafiya nümunələri indi də Zaqatala muzeyində saxlanılır.
Keçən əsrin 30-cu illərində dünya şöhrətli sovet
alimi N.İ.Vavilov Zaqatalaya gəlişində buranın füsunkar təbiətinə heyran olmuş və böyük maraq göstərmişdir. 1937-ci ildə bu diyara səyahətə gəldikdə o, çay və gül plantasiyalarında olmuşdur.
O dövrdə Kazanlıq gül plantasiyaları sənayenin yeni sahəsi idi. Xatırladaq ki, Kazanlıq sahəsi Bolqariya ərazisində yerləşir və qızılgül yetişdirilməsinin mərkəzidir. Zaqatalada 30-cu illərdə gül yağı hazırlanması üçün primitiv sex yaradılmışdır. Həmin bu gül yağının Sovet İttifaqının ətriyyat sənayesində böyük rolu olmuşdur. Plantasiya sahələri 300-350 hektara çatdırılmışdır. 70-ci illərdə Zaqatala ətriyyat zavodu 250-300 kq gül yağı hazırlayırdı. Bu qiymətli xammal Sovet İttifaqının daxili bazarlarında bir kiloqramı 1500 rubla satılmışdır. Dünya bazarında isə bir kiloqramının 7-12 mim dollar qiyməti olmuşdur. 1979-cu ildə Zaqatala plantasiyalarından rekord məhsul-500 ton qızılgül yığılmışdır. Müəssisə birbaşa Moskvaya tabe olmuşdur. Sovetlər Birliyi dağıldıqdan sonra Zaqatalada qızılgül kollarının becərilməsi məhdudlaşdı. İndi cəmi 24 hektar gül sahəsi mövcuddur.
Zaqatala təbiətinin fenomeni sayılan gül plantasiyaları uzun illərdən sonra təsərrüfat dövriyəsindən çıxıb.
-23-
QƏHRƏMANLAR HAQQINDA
(Polyakların Qafqaza sürgünü)
Necə olur ki, polyaklar Zaqatala dairəsinə sürgün olunurlar? 1772-1795-ci illərdə Polşa ərazisi Rusiya, Prussiya və Avstriya arasında 3 dəfə bölünür. Polyaklar öz dövlətçiliyini və ərazi bütövlüyünü qorumaq üçün üsyana qalxırlar. İlk ən böyük üsyan 1794- cü ildə Polşa milli qəhrəmanı Tadeuş Kostyuşkonun başçılığı altında baş verir. Polyaklar o zaman tarix arenasına çıxan N. Bonaparta öz ümidlərini bəsləyir və ondan dəstək görürlər. Ancaq bildiyimiz kimi Napoleonun məğlubiyyətindən sonra Polşa təkrar parçalanır. Yenə yuxarıda qeyd edilən ölkələr arasında bölünür və bundan sonra polyakların Qafqaza axını başlayır. Rusiya hərbi polyakları Qafqaza sürgün edir. Artıq 1812-ci ilə Qafqaza on min polyak deportasiya olunur.
1816-cı ildə rus generalı Yermolov Gürcüstanın baş idarə rəhbəri və Qafqaz korpusunun komandiri təyin olunur. Onun təyinatından sonra Polşa hərbi əsirlərinin elə də ağır olan vəziyyəti daha da ağırlaşır. A.P. Yermolov Qafqaza gəlişindən əvvəl çar ordusunun tərkibində polyaklarla vuruşur. O vaxtdan onlara qarşı qərəzliyi olur. Bu dönəmlərdə Qafqaz müharibəsi daha geniş vüsət alır.
-24-
Haşiyə: Rus imperiyası tarixində Qafqaz müharibəsi ən uzun sürən müharibə sayılır. Bu müharibə 100 il davam edir. (1784-1884). Çar ordusuna qarşı ilk vuruşmalar elə Çar-Balakən torpaqlarında baş verir. Məhz Alazan çayının sahilində Çar-Tala Azad Cəmiyyətinin (sonralar Çar- Balakən, Zaqatala dairəsi). 1784-cü ildə 400 əsgər çar ordusuna qarşı çıxır. General-mayor Samoylovun başçılığı altında olan rus ordusu əsgərlərinin sayının üstünlüyünə baxmayaraq çəkilməyə məcbur olur. Cənubi Qafqaz öz müstəqilliyini 1830-cu ilə qədər qoruya bilmişdir. (İlisu sultanlığı isə 1844-cü ilə qədər). Qafqaz müharibəsi dövründə Çar Rusiyasının 70 generalı məhv edilmişdir. Onlardan ikisi V.S. Qulyanov və S.İ.Şalikov Zaqatala dairəsində öldürülür. Elə bu dövrlərdə sürgün olunan polyaklar qeyri-ixtiyarı həmin qaynar hadisələrin mərkəzinə düşürlər və bu sınaqdan qəhrəman kimi çıxırlar.
Yermolov öz məqsədinə çatmaq üçün Qafqaz dağları boyunca böyük qalalar tikdirməyə başlayır. Zaqatala qalasının tikilməsi də ağır zəhmət nəticəsində başa gəlib. Zaqatala qalasının tikintisinin şahidi olan məşhur rus yazıçısı Bestujev-Marlinski yazırdı: “Zaqatala qalasının tikintisi böyük zəhmət və qan bahasına başa gəlib”. Yermolov tikintiyə sürgün hərbçi polyakları cəlb etmiş və onlara xüsusi amansızlıq göstərmişdir.
1830 - 1831-ci illərin Varşava üsyanının
-25-
yatırılmasından sonra Zaqatala dairəsinə polyak sürgünlərinin ikinci dalğası başlayır. Bu dəfəki sürgünlərin təşəbbüskarı feldmarşal İ.F. Paskeviç olur. 1830 -cu ilin Çar (Zaqatala dairəsi) üsyanının yatırılması məhz Paskeviçə aiddir. Həmin dövrdə I Nikolay Paskeviçə xəbər yollayır: “Orda sənsiz belə yola gedərlər” və onu Polşadakı üsyanı yatırmağa göndərir. 1831 -ci ildə Paskeviç Varşavanı ələ keçirir və polyakları yenidən Zaqatala dairəsinə sürgün etdirir.
Çar üsyanı yatırılsada bu vilayətdə “adalavlar” (avarlar), kəndxuda və şeyxlərin başçılığı ilə xalq ayağa qalxır və çar işğalçılarına qarşı mübarizə aparır. Bu mübarizənin qəhrəmanları haqqında XIX əsr Rus mənbələrində söhbət açılır. Onlardan ikisinin adı məlumdur: Salbanlı Can Vəli və Katexli Sodor İbrahim. Rus ordusunu vəlvələyə salan bu iki qəhrəmanın başını gətirənə çar hökuməti böyük məbləğdə pul mükafatı vəd edir.
Zaqatala dairəsinə sürgün olan polyaklar öz xatirə və əsərlərində buranın tarixi, təbiəti, etnoqrafiyası və insanlarının zəhmət sevərliyi, mərdliyi, qəhrəmanları haqqında qeydlər aparmışlar. Kitabda fransız səyahətçisi Karla Serena haqqında söz açılır. O, əvvəllər Zaqatala dairəsində olmuş, sonra XIX əsrin 70-ci illərində Polşada olmuşdur. Öz yazılarında Zaqatala dairəsinin milli-mənəvi dəyərləri haqqında söz açmış, yerli camaatın
-26-
tolerantlığı onu heyran etmişdir.
Kitabda Andjey və Çeslov Miloş qardaşları barədə məlumat var. Onlar Zaqatala dairəsinə sürgün olan polyaklar haqqında ilk məlumatı vermişlər. Miloş qardaşlarının yazdığı “Qafqaz” əsərində bu dairəyə sürgün olan polyakların həyatı və onların burada tikdiyi kostyol (polyak katolik kilsəsi) haqqında söhbət açılır. Çeslav Miloş məşhur Polşa şairi və Nobel mükafatı laureatıdır. Varşavada nəşr olunan “Nowe Panstwo”, №12 (354), 2004 rok.) jurnalında Cahangir Soltanovun Zaqatala haqqında məqaləsi dərc olunur.
Azadlıq sevən polyaklar həmişə çıxış yolu axtarmışlar. Vaxtaşırı polyakların sürgündən qaçaraq Şamilin dəstəsinə qoşulması çar administrasiyası üçün bir fəlakət idi. Rus hökumətindən fərqli olaraq, Şamil öz dəstəsinə qoşulan polyaklara dost münasibəti göstərmiş, onlara normal həyat şəraiti yaratmışdır. Rus imperiyasına qarşı vuruşan Şamilin qoşununda 3000- ə yaxın polyak olub. Onlar Şamilin əsgərləri ilə birgə hərbi əməliyyatlarda çiyin-çiyinə vuruşmuşlar. Polyaklar Şamilin ordusunda hətta polk orkestri yaratmışlar. 1853 – cü ilə Şamilin Ordusu Danyal bəylə birgə Zaqatala qalasına hücum edərkən orkestr “Mazurka” çalırdı.
3 mart 1867-ci il tarixində podpalkovnik B.M. Şelkovnikovu Zaqatala dairəsinə rəis təyin edirlər. Onun təyinatından sonra polyakların vəziyyəti daha da ağırlaşır.
-27-
Buna səbəb sonralar çar ordusunun generalı olacaq Şelkovnikovu Polşa üsyanının yatırılması zamanı polyakların onu ağır yaralaması olur. Uzun sürən müalicələrdən sonra o, sağalır, çar hökuməti onun təyinatını Zaqatala dairəsinə verir. Burada Şelkovnikovun polyaklarla olan ədavəti yenidən başlayır.
1876-cı ildə Zaqatalada fövqəladə vəziyyət yaranır. Şəhərdə yanğın baş verir. Rusiya qəzetləri bu barədə məlumat dərc edir. Rusiyadan yardım göndərilir. Bu barədə məlumatı Azərbaycanda görkəmli maarifçi H.B. Zərdabinin nəşr etdirdiyi “Əkinçi” qəzəti xəbər verir. Maraqlısı odur ki, Zaqatala dairəsinə həsr olunan heç bir tarixi mənbədə yanğın barədə məlumat yoxdur. Hətta Qafqazın məşhur hərbi tarixçisi V.A. Potto Şelkovnikova həsr olunan 20 səhifəlik yazılarında belə bu dəhşətli hadisə barədə məlumat verməyib. Ancaq belə yazır ki, “1876-cı ilin yazında Şelkovnikov qəflətən başqa təyinat alır”. Belə versiya var ki, polyaklar bu zalım rəisdən canlarını qurtarmaq üçün Zaqatalada qəsdən yanğın törədirlər. Lakin, elmi əsərlərdə bu versiya öz əksini tapmamışdır.
Polyak cəmiyyəti Zaqatalada Oktyabr inqilabına (1917) qədər mövcud olmuşdur. 1918-1920-ci illərdə Azərbaycan Demokratik Respublikası ilə ilk diplomatik əlaqələr yaradan məhz Polşa hökuməti olmuşdur. Polyakların son nümayəndələri XX əsrin 60-cı illərinə
-28-
qədər Zaqatalada yaşamışlar. Onların arasında ali təhsilli ziyalılar, həkimlər mövcud olmuşdur. Kitabda onlar bərədə məlumat verilib və bəzilərinin şəkilləri dərc olunub. Məsələn, uzun illər Zaqatalada doğum evinin müdiri işləmiş Olqa Avqustovna Petraytiç, məşhur həkim Nina Semyonovna Kotlayrovskaya. Beləliklə, Zaqatalada polyak cəmiyyətinin yaranması barədə belə nəticəyə gəlmək olar. Azərbaycanın şimal – qərb bölgəsində yaşayan xalqlarla polyaklar dost münasibətdə yaşamışlar. Polyalkarla bu bölgənin əhalisinin həmrəyliyi, vətənpərvərlik baxışlarının və tarixlərinin oxşarlığı buna təsir etmişdir.
-29-
ZAQATALA TARİX – DİYARŞÜNASLIQ MUZEYİNİN DİREKTORU, TARİXÇİ -ETNOQRAF CAHANGİR SOLTANOVUN İŞLƏDİYİ DÖVRDƏ VERDİYİ MÜSAHİBƏLƏR
Azərbaycanda qədim “İncil” kitabı tapılıb
(http://m.apa.az )-30.10.2012
Bakı. Hafiz Heydərov-Bu barədə APA-ya Zaqatala Tarix- Diyarşünaslıq Muzeyinin direktoru, tarixçi etnoqraf Cahangir Soltanov məlumat verib.
(Qədim İncil kitabı)
Cahangir Soltanov bildirmişdir ki, Zaqatalada bu ilin may ayında baş verən zəlzələ nəticəsində qəzalı vəziyyətə düşən evlər sökülərkən evlərdən birinin dağıntıları arasından XIX əsrdə nəşr olunmuş müqəddəs "İncil"
-30-
kitabı aşkar edilmişdir. "Zaqatalada xristianların müqəddəs kitabı olan "İncil"in tapılması o qədər də təəccüb doğuran bir məsələ deyil. Çünki burada bir neçə
əsr xristianlığa etiqad edən rus, polyak və s. icmalar kompakt halda yaşayıblar. Sözügedən tapıntıda diqqəti cəlb edən odur ki, İslama etiqad edən Zaqatala sakini müqəddəs "İncil"i dağıntılar arasından çıxararaq toz – torpağını təmizləyib və böyük bir ehtiramla gətirərək Tarix-Diyarşünaslıq Muzeyinə təqdim edib. Hazırda bir sıra Qərb ölkələrində Qurani-Kərimin hamının gözü qarşısında yandırılması, Məhəmməd Peyğəmbəri (s.ə.s.) təhqir edən bir sıra nəşrlərin mövcud olması fonunda yuxarıda göstərilən fakt son dərəcə ibrətamizdir. Digər tərəfdən, bu fakt Azərbaycanda tolerantlıq ənənələrinin hansı səviyyədə olmasını göstərən ən yaxşı nümunələrdən biri kimi təqdim olunmalıdır. Unutmaq olmaz ki, Zaqatala bölgəsində tolerantlıq ənənələrinin tarixi yetərincə qədimdir və bu, Avropadan bu bölgəyə gəlmiş səyyahları həmişə heyrətə gətirib. 1877 – ci ildə Zaqatala şəhərində olmuş fransız səyyah qadın Karla Serena "Mənim səyahətim" adlı əsərində Zaqataladakı tolerantlıq ənənələrini bu sözlərlə ifadə edib: "Burada İsa mənsubları və Məhəmməd ümməti birgə yaşayırlar. Son dərəcə heyrətamiz bir təzaddır".
-31-
C.Soltanov qeyd edib ki, "İncil" Zaqatala Tarix – Diyarşünaslıq Muzeyi fondunun qədim əlyazmalar və kitablar bölməsinə daxil edilib.
Dostları ilə paylaş: |