Azərbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti



Yüklə 0,54 Mb.
səhifə178/303
tarix01.01.2022
ölçüsü0,54 Mb.
#105598
1   ...   174   175   176   177   178   179   180   181   ...   303
Arsen keratozları - əlin ovuc səthi və daban nahiyələrində müşahidə olunur. Müxtəlif spreylər, kimyəvi maddələr, yeməklər, tütün və ya dərman maddələri vasitəsilə bədənə daxil ola bilər. Bunlar normalda dəri, dırnaq və sidiklə yavaş-yavaş xaric edilir. Törəmələr karsinomaya çevrilə bilər. Müalicəsi eksiziyadır. Lazım gələrsə, böyük sahələrə qreft köçürülür.

Leykoplagiya. Ağız selikli qişası və vulvada ağ ləkələr şəklində görsənirlər. Etiologiyasında zərərli təsirlərə məruz qalmaq və daxili orqanların xəstəlikləri olması zənn edilir. Keratinizasiya prosesində pozulma nəticəsində əmələ gəlir. 6-15% hallarda spinosellulyar kanserə çevrilə bilir.

Vulva və ya ağızın selikli qişasının ağ törəmələri histopatoloji müayinədən keçməmiş leykoplagiya diaqnozu qoyulmamalıdır. Bəzi xəstələrdə atrofik epiteldə anaplastik Bouenoid dəyişikliklər müşahidə olunur. Digər törəmələrdə hiperkeratoz və qranulyar bir təbəqə müşahidə olunur.



Müalicə. Oral törəmələr qıcıqlanmanın aradan götürülməsi ilə inkişafdan qala bilər. Lokal törəmələr koaqulyasiya və küretaj edilə bilər. Şübhəli (verrukoz) törəmələr eksiziya edilə bilmirsə, biopsiya götürülməli və ciddi nəzarət edilməlidir. Törəmələrə diaqnoz qoymaq üçün leykoplagiya sınağı faydalı ola bilər. Bu metodda törəmə 1%-li toluidin abısı ilə rənglənir. Sonra 1%-li sirkə turşusu tökülür. Rəngin qaldığı yer leykoplagiya sahəsidir. Bəzən səhv nəticələr ola bilər.


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   174   175   176   177   178   179   180   181   ...   303




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin