Reanimasiyadan sonra maye balansının təmin olunması (48 saat sonra). Yanıqdan 48 saat sonra maye itkisi buxarlanan mayenin miqdarı ilə məhdudlanır. Bu miqdar 1cm3 x bədən çəkisi (kq) x yanıq səthi formulası ilə hesablanır. Müəyyən olunan miqdar 5%-li qlükoza məhlulu şəklində verilir. Buxarlanma ilə maye itkisi rast gəlməyən xəstələrdə hipernatriemiya inkişaf edir. Yanıqda hipernatriemiyanın digər səbəbləri - sepsis, osmotik diurez, şəkərsiz diabetdə olduğu kimi osmotik requlyasiya çatışmazlığı müşahidə olunur. Reanimasiya zamanı köçürülən mayedən sonra əmələ gəlmiş ödem və şişkinlik 3-10 gün sonra tədricən azalır. 3-cü gün başlayan ödem mayesinin damar yatağına geri dönməsi və diurezlə xaric olması venadaxili maye köçürülməklə kompensasiya edilməlidir. İlk 48 saatda hemoliz və toxumaların məhv olması ilə bağlı hiperkalsiemiya inkişaf edir. Ürək xəstələrindən başqa digərlərinin müalicəsinə ehtiyac yaranmır.